Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1967/2022 11.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məmmədli Elnurə Həbib qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6, Cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi cəlb edilməklə) işdən azad edilmə əmrinin ləğv edilməsi, işsiz qalma dövrünə görə əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi və ərizədə olan texniki yanlışlığın aradan qaldırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onların Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmələri barədə əmrlərin ləğv edilərək vəzifələri üzrə işə bərpa edilmələri, işsiz qalma dövrü üçün əməkhaqqlarının cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 Təhsil Sumqayıt Musiqi Texnikumunu bitirmiş və ixtisasca qarmon müəllimidir. Ümumilikdə 21 ilə yaxın əmək stajı var. İndiyə kimi fəaliyyəti fasiləsiz və qüsursuz olmuşdur. Həmçinin məcburi köçkündür, ikinci dərəcəli əlildir. O, ailədə tək gəlir gətirən şəxsdir, himayəsində iki azyaşlı övladı vardır. Həm məcburi köçkünlük statusu, həm də əlillik dərəcəsinin olmasına baxmayaraq ixtisar prosesi zamanı Əmək Məcəlləsinin bu qrupdan olan şəxslərə üstünlük verilməsi ilə bağlı tələbləri pozulmuşdur. İddiaçı4, 1992-1996-cı illərdə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Tenikumunu bitirmişdir. İxtisasca fortepiano müəllimi və konsertmeystrdir (müşayiətçi). İndiyə kimi faliyyəti fasiləsiz və qüsursuz olmuşdur. Həyat yoldaşı ücüncü dərəcəli əlildir. İddiaçı3 Q.Hüseynli adına Gəncə Musiqi Texnikumunun fortepiano müəllimi ixtisasını bitirmişdir. 1997-ci ildən Bakı Humanitar Kollecində ixtisası üzrə çalışmış, iki dəfə X1 kurs keçmişdir. Ümumilikdə 34 illik pedoqoji stajı var. 26 noyabr 2021-ci il tarixində xəstə olduğu dövrdə (bülletendə) əmək müqaviləsinə kollecin direktoru Nərmin Qaralova tərəfindən xitam verilmişdir. İddiaçı2 S.Hacıbəyov adına musiqi kollecini bitirmişdir. Ümumilikdə 21 ilə yaxın pedoqoji stajı vardır. Təhsil Nazirinin imzası ilə birinci dərəcəli diplomla təltif olunmuşdur. Evdə tək gəlir gətirən şəxsdir və öhdəliyində iki azyaşlı övladı vardır. İddiaçı5 A.Zeynallı adına Musiqi Texnikumunu bitirmişdir. 2011-2018-ci illərdə Ağdaş rayon Habil Əliyev adına musiqi məktəbində fortepiano və konsertmeyster müəllimi işləmişdir. 2018-ci ildən isə Bakı Humanitar Kollecində konsertmeyster işləmişdir. 25 oktyabr 2021-ci il tarixdə qanunsuz olaraq işdən çıxarılmışdır. Ailədə işləyən yoxdur. Evdə tək işləyən o idi. X102 A.Zeynallı adına Musiqi Texnikumunu bitirmişdir. 31 ildən artıq pedaqoji stajı var. 2012-ci ildə ixtisasartırma kursu keçmişdir, qüsursuz və fasiləsiz fəaliyyət göstərmişdir. Tək yaşayır. Yeganə iş yeri Humanitar Kollec idi, rəsmi xəbərdarlıq olunmadan işdən azad olunmuşdur. Hər biri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecdə müddətsiz əmək müqaviləsi əsasında müəllim kimi işləmişdir. Çalışdıqları dövr ərzində qüsursuz fəaliyyət göstərmişlər və heç bir problemlə rastlaşmamışlar. X89 yeni direktorunun tapşırığına əsasən onlar daxil olmaqla cəmi 67 nəfər Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilmişdir. Hər birinin uzunmüddəti pedaqoji stajları var və fəaliyyətləri dövründə hər hansı nöqsana yol verməmişlər. Lakin cavabdeh hal-hazırda qüvvədə olan əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarını kobud şəkildə pozmaqla əmək müqavilələrini ləğv etmişdir. Müəssisələrdə əmək qanunvericiliyinə əsasən ştatların ixtisarı həmin vəzifələrə ehtiyac olmadığı halda aparılır. Lakin hazırda kollecdə ixtisar aparılmış vəzifələr üzrə tədris prosesi davam etdirilir və aldıqları məlumata əsasən tutduqları vəzifələr üzrə ştatlar yenidən bərpa edilmiş və müvafiq vəzifələrə yeni işçilər götürülmüşdür. Onlar daxil olmaqla 67 nəfərin ixtisar edilməsi zərurətinin necə müəyyən edildiyi də heç kimə məlum deyildir. İxtisar zamanı onlara işəgötürən tərəfindən ştatların ixtisarı zərurəti barədə hər hansı izahat verilməmişdir. Direktor təyin edildiyi vaxtdan bu günə kimi xeyli sayda müəllimin işdən azad edilməsi üçün hər formada təzyiq göstərmiş və son olaraq onları kütləvi işdən çıxarmaq üçün əsassız ixtisar prosesinə əl atmışdır. Nəzərə alınsa ki, hazırda pandemiya dövrüdür, belə bir dövrdə 67 nəfərin kütləvi işdən azad edilməsi həm hüquqi, həm də sosial baxımından olduqca ədalətsiz bir addımdır. Həmçinin, yol verilən bu ədalətsiz addım nəticəsində onlara həm mənəvi, həm psixoloji, həm də maddi zərər vurulmuşdur. Həmçinin, Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən cavabdeh tərəfindən onlara göndərilən bildirişlər hüquqi cəhətdən etibarsızdır. Belə ki, bildirişlərin göndərildiyi dövrdə direktor işdə olduğu halda, bildirişləri rəhbər şəxs deyil, tədris işləri üzrə direktor müavini imzalamış, həmçinin bildirişlər müəssisənin rəsmi blankına daxil edilməmiş və möhür vurulmamışdır. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək bildirmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. İddiaçı1 münasibətdə bildirilir ki, iddiaçı nəzərə almamışdır ki, məcbur köçkün statusuna malik olması, ikinci qrup əlil olması, eləcə də himayəsində iki azyaşlı övladının olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. İddiaçı4 münasibətdə bildirilir ki, o, nəzərə almamışdır ki, ərinin ücüncü qrup əlil olması Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. İddiaçı3 münasibətdə bildirilir ki, 26 noyabr 2021-ci il tarixdə xəstə olduğu dövrdə (bülletendə) əmək müqaviləsinə xitam verilməsi ilə bağlı arqumentə və əlavə etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsinə dair etiraza əlavə etdiyi ərizədə münasibət bildirmişlər. İddiaçı2 münasibətdə bildirilir ki, o, nəzərə almamışdır ki, evdə tək gəlir gətirən şəxs olması və öhdəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. İddiaçı5 münasibətdə bildirilir ki, o, nəzərə almamışdır ki, ailədə işləyənin olmaması və evdə tək işləyənin onun olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. İddiaçı6 münasibətdə isə bildirilir ki, o, nəzərə almamışdır ki, tək yaşaması Əmək Məcəlləsinin 79cu maddəsinin müddəaları altına düşmür. Bundan başqa, iddiaçıların cavabdeh tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinin pozulması ilə bağlı arqumenti ilə bağlı qeyd edilməlidir ki, 24 sentyabr 2021-ci il tarixdə kollecin ixtisarın həyata keçirilməsinə nəzarət komissiyasının üzvləri (tədris işləri üzrə direktor müavini X75, inzibati-təsərrufat işləri üzrə direktor müavini X76, baş mühasib X45, hüquqşünas X19 və İnsan resursları və informasiya şöbəsinin müdiri X120) tərəfindən kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilmişdir. Müəllimlərə ixtisarlarla bağlı xəbərdarlıq edilmiş və xəbərdarlıq bildirişləri rəsmi qaydada təqdim edilmişdir. Müəllimlər xəbərdarlıqla tanış olsalar da, xəbərdarlıq bildirişlərini qəbul etməkdən imtina etmiş və iclasın pozulmasına səbəb olan hərəkətlərə yol verərək iclası tərk etmişlər. Xəbərdarlıq məktubu 30 sentyabr 2021-ci ıl tarixdə göndərilmiş və Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan müddətlər gözlənildikdən sonra mübahisələndirilən əmr verilmişdir. İddiaçıların cavabdeh qurumda 67 nəfərin ixtisara düşməsi, tutduqları vəzifələr üzrə ştatların yenidən bərpa edilərək müvafiq vəzifələrə yeni işçilərin götürülməsi, direktor tərəfindən hər formada təzyiqlərin göstərilməsi ilə bağlı qeyd etdikləri arqumentlərin heç bir faktiki və hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilib. Qeyd olunan qərarın icrası barədə Azərbaycan Respublikası Təhsil Naziri 04 avqust 2020-ci il tarixli F-355 saylı əmr imzalamışdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 05 iyul 2021-ci il tarixli 38/1-12 saylı məktubu ilə kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi və uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə yeni ştat cədvəli təqdim edilərək təklif olunan ştat cədvəlinə münasibət göstərilməyi vurğulanmışdır. Təhsil Nazirliyinin 17 iyul 2021-ci il tarixli 04-26-718/15 saylı məktubuna əsasən həmin ştat cədvəlinin təsdiq edilməsinə etiraz edilməmişdir. Cavabdehin 29 iyul 2021-ci il tarixli 141 saylı əmri ilə 2021-2022-ci tədris ili üçün yeni ştat cədvəli təsdiq edilmişdir. Göstərilən struktur dəyişikliyi ilə əlaqədar normadan artıq və eyni zamanda müasir tələblərə cavab verməyən ştat vahidlərini tənzimləmək məqsədilə işçilərin sayı və ya ştatların ixtisar edilməsi, aşkar edilən bir çox sayda nöqsan və pozuntuların aradan qaldırılması istiqamətində işlərin yerinə yetirilməsinə başlamışdır. Təhsil Nazirliyinin 26 fevral 2021-cı il tarixli F-65 nömrəli əmrinə əsasən Audit şöbəsinin şöbə müdiri müavini (Audit sektorunun sektor müdiri) X20, həmin şöbənin böyük məsləhətçisi X14, məsləhətçisi X103 tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə (Bakı Humanitar Kollec) 01 yanvar 2019-cu il tarixindən 01 yanvar 2021-cı il tarixədək olan dövr üzrə maliyyə-fəaliyyəti araşdırılmış və 16 mart 2021-ci il tarixli arayış tərtib edilmişdir. Sözügedən arayışda normativ sənədlərin (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu kitabçasının orta ixtisas təhsili müəssisələri ilə bağlı V bəndi”) tələblərinin pozulması nəticəsində 2019-2020-ci tədris ilində 19 orta ixtisas təhsil müəllimə 10.260 saat dərs yükünə görə 77.292 manat, 2020-2021-ci tədris ilinin İ yarısında isə 17 müəllimə 3.325 saat dərs yükünə görə 24.361,1 manat əmək haqqı ödənilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu kitabçasının orta ixtisas təhsil müəssisələri ilə bağlı V bəndində müəllimlərin ödənişi dərəcələrinə ixtisas tələbləri ilə bağlı müvafiq ixtisas üzrə ali təhsilin olması tələb olunur. Lakin iddiaçıların heç birinin ali təhsili yoxdur. Eyni zamanda, orta ixtisas təhsil müəssisəsinin əmək stajının ali təhsil diplomuna bərabər tutularaq onlara orta ixtisas təhsil müəssisələrində dərs keçmək hüququ verilməsi barədə də heç bir sənəd yoxdur. Qeyd olunanlar nəinki 16 mart 2021-ci il tarixli arayışda, eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvanladığı 04 avqust 2021-ci il tarixli 11- 01/302 saylı və 22 noyabr 2021-ci il tarixli 10-01/134 saylı məktubda ətraflı şəkildə öz əksini tapmışdır. 2020/2021-ci tədris ilində orta ixtisas təhsilli şəxslərin pedaqoji fəaliyyətlərinin davam etdirilməsinə icazə verilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə 25 sentyabr 2020-ci il tarixli 772/1-12 syalı məktubla müraciət olunmuş, sonuncu da 25 noyabr 2020-ci il tarixli 03-11-1236/15 saylı razılıq məktubu ilə cavab vermişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçılar və digər şəxslər əmək hüquqlarının pozulması ilə bağlı müxtəlif orqanlara müraciətlər etmişlər və həmin müraciətlərə aidiyyəti olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçılarla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi əsasları çoxdur və bu səbəbdən iddiaçıların tələbləri təmin edilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi və həmçinin bildirdi ki, cavabdeh tərəfindən verilmiş xəbərdarlıqbildirişdə, o cümlədən, guya keçirilmiş iclas barədə aktda vəzifə ştatlarının ləğv olunduğu üçün onların işdən azad edildiyi qeyd edilmişdir. Daha sonra isə cavabdeh tərəf kollecin publik hüquqi şəxsə çevrilməsini əsas gətirərək, işçilərin sayının ixtisarının zərurəti yarandığını bildirmişdir. Lakin cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, onların vəzifə ştatları ləğv edilməmiş, əksinə ştatları olduğu kimi qalmışdır. Bundan əlavə, necə ola bilər ki, işçilərin sayı ixtisara düşür, o, və digər qarmon müəllimi işdən azad edilir, eyni zamanda isə iki qarmon müəllimi işə qəbul edilir. Göründüyü kimi, bu işçilərin sayının ixtisarı deyil, cavabdehin rəhbərinin onlara qarşı qərəzli mövqeyi və tətbiq etdiyi ayrı-seçkilikdir. Cavabdeh tərəf etirazında bildirir ki, onlar ali təhsilli olmadığına görə qarmon dərslərini tədris edə bilməzlər. Bununla bağlı bildirir ki, onun tədris etdiyi dərs xüsusi qabiliyyət tələb etdiyindən ali təhsilin olması mühüm əhəmiyyət kəsb etmir. Həmçinin, onun təhsil aldığı illərdə qarmon üzrə ali təhsil mövcud olmamışdır. Onu da qeyd etmək lazımdır ki, o, kollecdən işdən azad olduğu ərəfədə bir neçə ay əvəzçilik üzrə başqa kollecdə qarmon müəllimi kimi işləmişdir. Necə olur ki, digər kolleclərdə orta ixtisas dərəcəli müəllimlər qarmon müəllimi kimi çalışa bilir, yalnız cavabdeh kollecdə buna icazə verilmir? Onun 21 illik iş fəaliyyəti vardır, onun işdən azad edilərək əvəzinə stajı olmayan şəxslərin müəllim kimi işə qəbul edilməsi qəbuledilməzdir. Kollecdə ştat vahidləri, işçilərin sayı və dərs saatlarının olduğu kimi qalması, lakin onların işdən azad edilməsinin hər hansı bir səbəbi olmalıdır. Əgər onun peşəkarlığına şübhə var idisə, bu zaman əmək qanunvericiliyin tələblərinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən attestasiya keçirilərdi və müvafiq qərar qəbul edilərdi. Həmçinin, ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehin nümayəndəsi hazırda qarmon dərslərinin 2.700 saat olduğunu bildirir. Bir müəllimində dərs yükü 500 saat olduğu nəzərə alınarsa, 200 saat da artıq dərs yükü qalır. O, Kollecdə çalışdığı vaxt Təhsil Nazirliyinin müvafiq icazəsi ilə öz dərs saatlarından əlavə 250 saat dərs yükünün tədris edilməsinə də icazə verilmişdir. O, orta ixtisas təhsilli olduğu üçün müəllim kimi fəaliyyətə başlayarkən 9-cu dərəcədən başlamış 12-ci dərəcəyə qədər yüksəlmişdir. Ali təhsilli müəllimlərin isə dərəcələri 11-ci dərəcədən başlayır. Həmçinin, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarında göstərilmişdir ki, həmin qərar qəbul edildikdən sonra işə qəbul edilmiş müəllimlərə şamil edilir. O, isə həmin qərarın qəbul edilməsindən qabaq işə qəbul edilmiş və ona görə də, həmin qərar ona şamil edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək, təmin edilməsini məhkəmə xahiş etdi və əlavə olaraq bildirdi ki, ona 2021-ci ilin iyun ayında bildiriş verilərkən bildirişdə qeyd edilmişdir ki, o, orta ixtisas təhsilli olduğu üçün işdən azad edilmişdir. Sonra bildirişi dəyişərək həmin səbəbin işdən azad edilməyə uyğun olmadığı bildirildi. Daha sonra isə ona ştatların ləğv olunması səbəbi ilə işdən azad edildiyi bildirilmişdir. Halbuki, onların vəzifə ştatları ləğv olunmamış, əksinə onları işdən çıxardaraq yeni müəllimlər işə qəbul edilmişdir. Onun əvəzinə qəbul edilmiş qarmon müəllimləri ali təhsillərini yeni bitirmişlər, iş stajları yoxdur. Göründüyü kimi, cavabdeh kollecin rəhbərinin onları işdən azad etməyinin hər hansı hüquqi əsası yoxdur, bu yalnız onlara qarşı olan ayrı-seçkilikdir. Məhkəmə iclasında iştirak edən İddiaçı6 iddianı müdafiə edərək təmin edilməsini məhkəmə xahiş etdi və əlavə olaraq bildirdi ki, ona 2021-ci ilin iyun ayında bildiriş verilərkən bildirişdə qeyd edilmişdir ki, o, orta ixtisas təhsilli olduğu üçün işdən azad edilmişdir. Sonra bildirişi dəyişərək həmin səbəbin işdən azad edilməyə uyğun olmadığı bildirildi. O, rəhbərliyə yaxınlaşaraq xahiş etmişdir ki, əgər onun təhsili pedoqoji fəaliyyətə imkan vermirsə, bu zaman o, konsertmeyster olaraq Kollecdə fəaliyyət göstərsin. Rəhbərlik isə ona bildirmişdir ki, o, bu barədə ərizə yazaraq müraciət etsin. O, Kollecə konsertmeyster kimi işə qəbul edilməsi ilə bağlı ərizəni yazmış və kadrlar şöbəsində çalışan xanıma təqdim etmişdir. Həmin xanım onun ərizəsini qeydiyyata alsa da, daha sonra həmin ərizədən bir xəbər çıxmamışdır. O, ərizəsinin nəticəsi barədə məlumat almaq istədikdə isə ona bildirilmişdir ki, qeydiyyat kitabçası işdə deyil, yenidən yazılması üçün evə aparılmışdır. Əgər qayda belədirsə, bu zaman orta ixtisas təhsilli bütün müəllimlər işdən azad edilməli idi, ama necə olursa onunla çalışan bəzi orta ixtisas təhsilli müəllimlər hələ də öz fəaliyyətlərini davam edirlər. Bununla bağlı cavabdeh kifayət qədər sənədlər də təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddianı müdafiə edərək təmin edilməsini məhkəmə xahiş etdi və həmçinin bildirdi ki, o, işdən azad edilərkən bülletendə olmuşdur. Buna baxmayaraq onu da işdən azad etmişlər. Bundan əlavə bildirir ki, hazırda kollecdə fortepiano müəllimi kimi fəaliyyət göstərən Məleykə xanımın ali təhsil diplomu yoxdur və o, Sumqayıt Dövlət Texnikumunun “xalq çalğı alətləri” ixtisası üzrə təhsil almışdır. Quliyeva Samirə orkestr rəhbəri, mədəni maarif işi ixtisası üzrə təhsil alsa da, hazırda kollecdə fortepiano müəllimi kimi fəaliyyət göstərir. Ulduz Aşımova və Nigar Şərifova da mədəni maarif işi ixtisası üzrə təhsil alsalar da, hazırda kollecdə fortepiano müəllimi kimi fəaliyyət göstərirlər. Günel Ömərova-Acalova “xalq çalğı alətləri” ixtisası üzrə təhsil alsa da, hazırda kollecdə fortepiano müəllimi kimi fəaliyyət göstərir. Nailə Rizvanova-Quliyeva orta məktəbdə musiqi müəllimi ixtisası üzrə təhsil alsa da, hazırda kollecdə fortepiano müəllimi kimi fəaliyyət göstərir. Aynurə Xəlilova və Nərminə Səfərli musiqişünas, etnomusiqişünaslıq ixtisası üzrə təhsil alsalar da, hazırda kollecdə fortepiano müəllimləri kimi fəaliyyət göstərirlər. Bundan əlavə, Pərvanə Məmmədova-Eyvazova Səlahəddin qızının adı iki arayışda fərqli soyadla göstərilmişdir ki, ali təhsilli şəxslərin sayı çox görünsün. Halbuki, həmin xanım da fortopiano ixtisası üzrə təhsil almamışdır. Bunlardan əlavə, bir nəfəri də 2021-ci ildə onları işdən azad etdikdən sonra işə qəbul ediblər. Göründüyü kimi, hazırda ixtisasları fortepiano üzrə olmayan müəllimlər həmin dərsi tədris edirlər, lakin onun 25 il iş stajı ola-ola işdən azad ediblər. Bu rəhbərliyin ona qarşıq qərəzli mövqeyidir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, o, bülletendə olduğunu təsdiq edən sənədi ona görə kollecə təqdim edə bilməmişdir ki, o, ümumiyyətlə kollecə buraxılmamış, ixtisar zamanı verilmiş xəbərdarlıq müddəti ərzində iş saatları verilməmişdir. Həmçinin, bülleteni xəstəliyi qurtardığı zaman təqdim edə bilərdi cavabdehə, başladığı vaxt deyil. Bundan başqa, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarına istinad etsə də, həmin qərarın geriyə qüvvəsi ola bilməz, çünki qərar onların vəziyyətini pisləşdirir. Məhkəmə iclasında iştirak edən İddiaçı4 iddianı müdafiə edərək təmin edilməsini məhkəmə xahiş etdi və həmçinin bildirdi ki, ilk dəfə kadrlar şöbəsində mütəxəssis ona işdən azad edilməsi barədə xəbərdarlıq-bildiriş vermiş, sonra o, mütəxəssisə həmin bildirişi imzalamağa səlahiyyəti olmadığını bildirdikdə ona bildiriş verilməmişdir. Daha sonra ona poçt vasitəsilə direktor müavini Kamran Məsimovun imzaladığı xəbərdarlıqbildiriş gəlmişdir. O, işdən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə şikayətlə müraciət etdikdə ona bildirdilər ki, konsertmeysterlərdən ali təhsil tələb olunmur, çünki bu istedad tələb edən sahədir. Onun bu sahə üzrə 25 illik təcrübəsi var, onun işdən bu səbəbə görə çıxarılması yolverilməzdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, kollecdə 15 konsertmeysterlərdən yalnız 4-ü işdən azad edilmişdir, digərləri isə müəllim kimi çalışmaqda davam edirlər. Necə olur ki, cavabdeh tərəfindən təqdim edilmiş arayışda həmin fənnin tədris edilmədiyi qeyd olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı5 iddianı müdafiə edərək təmin edilməsini məhkəmə xahiş etdi və həmçinin bildirdi ki, cavabdehin rəhbərliyi onları 2021-ci ilin sentyabr ayında kollecə buraxmamaqla onlara qarşı qərəzli mövqeyini nümayiş etdirmiş, dərhal sonra da onları ixtisar edərək işdən azad etmişdir. Lakin onların işdən azad edilməsi üçün heç bir tutarlı əsas gətiriləmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddiaya etirazını müdafiə müdafiə edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, İddiaçı3 bülletendə olduğu barədə məlumatı kollecə bildirməmiş, habelə bu barədə rəsmi sənədi də təqdim etməmişdir. Halbuki, iddiaçı tərəfindən həmin sənəd təqdim edilsəydi, bu məsələyə baxılıb hüquqi qiymət verilərdi. Eyni zamanda qeyd edir ki, onların iddiaçıların peşəkarlıq səviyyəsinə şübhələri yoxdur. Lakin, onların ali təhsili olmadığına görə onlar kollecdə müəllim kimi işləyə bilməzlər. Bundan əlavə, iddiaçılara Təhsil Nazirliyinin razılığı alındığı təqdirdə müddətli müqavilə bağlanması ilə tədris etdikləri fənnlərin tədrisinə davam etdirmələri təklif edilmişdir, lakin iddiaçılar müddətli müqavilə bağlamaqla çalışmaq istəməmişlər. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçılar həmkarlar ittifaqının qərarına əsasən işdən çıxarılmışlar, başqa sözlə, həmkarlar ittifaqı hansı işçilərin işdən azad edilməsinə etiraz etməmişdirsə, həmin işçilər də işdən azad edilmişlər. İddiaçılar həmkarlar ittifaqının qərarı ilə razı deyillərsə, onlar həmin qərarı mübahisələndirməlidirlər. Neçə illərdir ki, dövlət büdcəsindən iddiaçılara görə zəruət olmadan vəsaitlər xərclənmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etirazını müdafiə müdafiə edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Çevrilmədən sonra yeni ştat cədvəli təsdiq edilmiş, dərs saatları azaldılmış, bəzi fənnlərin tədrisi isə ümumiyyətlə ləğv edilmişdir. Belə ki, çevrilmədən əvvəl 9 illiklər 4 il kollecdə təhsil alırdırsa, çevrilmədən sonra 3 il təhsil müddətinə azaldılmışdır. 11 illiklər isə 3 il kollecdə təhsil alırdırsa, çevrilmədən sonra 2 il təhsil müddətinə azaldılmışdır. İddiaçılara müddətli əmək müqaviləsi bağlanması yolu ilə kollecdə qalmaları təklif edilsə də, onlar buna razılıq verməmişlər. Bundan əlavə, iddiaçıların işdən azad edilməsinə həmkarlar ittifaqı etiraz etməmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, əmək qanunvericiliyinə əsasən ixtisarla bağlı xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Buna baxmayaraq, iddiaçılara iş axtarmaq üçün kollec tərəfindən azı bir iş günü deyil, bütöv xəbərdarlıq müddətində belə şərait yaradılmış, onlar işə cəlb edilməmişlər. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 cavabdehin mövqeyini əsaslı hesab etdiyini bildirərək həmçinin qeyd etdi ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıların işdən azad edilməsində hər hansı rolu yoxdur. Belə ki, Nazirlik tərəfindən yalnız yoxlama aparılmış və nəticələri barədə arayış tərtib edilmişdir. Həmin arayışda yol verilmiş nöqsanlar göstərilmiş və aradan qaldırılması tələb edilmişdir. Bundan əlavə, iddiaçıların ali təhsili olmadığına görə onlar kollecdə müəllim kimi işləyə bilməzlər. İstinad edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-qərarı ondan öncə də mövcud idi, lakin həmin ildə yeni redaksıyada verilmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, digər kolleclərdə orta ixtisas dərəcəli müəllimlərin çalışmasının hazırki iddiaya hər hansı aidiyyəti yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 04 iyul 2001-ci il tarixdə Sumqayıt Musiqi Texnikumu tərəfindən verilmiş AB-İİ 067203 nömrəli diplomun surətindən görünür ki, X77 1997-ci ildə texnikuma daxil olmuş, 13 iyun 2001-ci il tarixdə “xalq çalğı alətləri-qarmon” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 13 iyun 2001-ci il tarixli qərarı ilə ona “Artist, müəllim, özfəailiyyət kollektivinin rəhbəri” ixtisası verilmişdir. 29 mart 2007-ci il tarixdə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən verilmiş İB 027650 nömrəli vəsiqənin surətindən görünür ki, X77 qeyd olunan institutda qarmon üzrə ixtisasını artırmışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin İddiaçı1 ünvanladığı xəbərdarlıq-bildirişdən görünür ki, sonuncunun çalışdığı Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi – vəzifə ştatı 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri ilə əlaqədar ixtisara düşür. Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələblərinə riayət etməklə onunla ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir. Bildiriş sonuncu tərəfindən qəbul edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 26 noyabr 2021-ci il tarixli, 334 nömrəli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin surətindən görünür ki, kollecin Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 26 noyabr 2021-ci il tarixdən xitam verilməsi, onunla son haqqhesabın mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılması əmr edilmişdir. Əsas: İşçilərin sayının və ştatların ixtisar edilməsi barədə 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmr və Həmkarlar İttifaqı Komitəsinin 05 nömrəli, 10 sentyabr 2021-ci il tarixli məktubu (29 nömrəli protokoldan çıxarış). 0094975 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı1 01 sentyabr 2001-ci il tarixdə Bakı Mədəni Maarif Texnikumuna (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec) qarmon üzrə müəllim təyin edilmiş, 26 noyabr 2021-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş müayinə barədə məlumatların elektron çıxarışından görünür ki, X77 müddətsiz ikinci qrup əlildir, əlilliyin səbəbi ümumi xəstəlik-gözdən əlil, əmək zəmanəti – yüngül işlərdə işləyə bilər. AA seriyalı 062008 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 məcburi köçkündür. AZ-İİİ 162160 və AZ-İİ 829816 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 16 iyun 2008-ci il təvəllüdlü X46 və 08 yanvar 2012-ci il təvəllüdlü X47 ataları İddiaçı1dur. 04 iyul 2001-ci il tarixdə Sumqayıt Musiqi Texnikumu tərəfindən verilmiş AB-İİ 067211 nömrəli diplomun surətindən görünür ki, İddiaçı2 1994-cü ildə texnikuma daxil olmuş, 13 iyun 2001-ci il tarixdə “xalq çalğı alətləri-qarmon” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 13 iyun 2001-ci il tarixli qərarı ilə ona “Artist, müəllim, özfəailiyyət kollektivinin rəhbəri” ixtisası verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş birinci dərəcəli diplomun surətindən görünür ki, orta ixtisas musiqi məktəblərinin Vİİİ Respublika müsabiqəsinin iştirakçısı İddiaçı2 diplomla təltif olunmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin İddiaçı2 ünvanladığı xəbərdarlıq-bildirişdən görünür ki, sonuncunun çalışdığı Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi – vəzifə ştatı 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri ilə əlaqədar ixtisara düşür. Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələblərinə riayət etməklə onunla ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir. Bildiriş sonuncu tərəfindən qəbul edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 08 dekabr 2021-ci il tarixli, 342 nömrəli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin surətindən görünür ki, kollecin Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 08 dekabr 2021-ci il tarixdən xitam verilməsi, onunla son haqqhesabın mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılması əmr edilmişdir. Əsas: İşçilərin sayının və ştatların ixtisar edilməsi barədə 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmr və Həmkarlar İttifaqı Komitəsinin 05 nömrəli, 10 sentyabr 2021-ci il tarixli məktubu (29 nömrəli protokoldan çıxarış). 0094976 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı2 01 sentyabr 2001-ci il tarixdə Bakı Mədəni Maarif Texnikumuna (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec) qarmon üzrə müəllim vəzifəsinə təyin edilmiş, 08 dekabr 2021-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. AZ-İİ 122208 və AZ-İİİ 312537 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 27 avqust 2008-ci il təvəllüdlü X8 və 26 may 2014-cü il təvəllüdlü X15 ataları İddiaçı2dur. 25 iyun 1988-ci il tarixdə Hüseynli adına Kirovabad orta ixtisas musiqi məktəbi tərəfindən verilmiş KT-027762 nömrəli diplomun surətindən görünür ki, İddiaçı3 1984-cü ildə qeyd olunan məktəbə daxil olmuş, 1988-ci ildə “fortopiano” ixtisasını bitirmişdir. Dövlət ixtisas komissiyasının 22 iyun 1988-ci il tarixli qərarı ilə ona “musiqi məktəbinin müəllimi konsertmeyster” ixtisası verilmişdir. 24 mart 2000-ci il tarixdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının artırılması, yenidən hazırlanması Baş İnstitutu tərəfindən verilmiş İA 024195 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı3 qeyd olunan institutda fortepiano üzrə ixtisası üzrə tam ixtisasartırma kursunu bitirmişdir. 24 noyabr 2007-ci il tarixdə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən verilmiş İB 036968 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı3 qeyd olunan institutda fortepiano üzrə ixtisasını artırmışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X41 Arifə Nadir qızına ünvanladığı xəbərdarlıq-bildirişdən görünür ki, sonuncunun çalışdığı Ümumi fortepiano fənn birləşməsinin müəllimi – vəzifə ştatı 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri ilə əlaqədar ixtisara düşür. Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələblərinə riayət etməklə onunla ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir. Bildiriş sonuncu tərəfindən qəbul edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 26 noyabr 2021-ci il tarixli, 333 nömrəli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin surətindən görünür ki, kollecin instrumental ifaçılıq fənn birləşməsinin müəllimi İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 26 noyabr 2021-ci il tarixdən xitam verilməsi, onunla son haqq-hesabın mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılması əmr edilmişdir. Əsas: İşçilərin sayının və ştatların ixtisar edilməsi barədə 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmr və Həmkarlar İttifaqı Komitəsinin 05 nömrəli, 10 sentyabr 2021-ci il tarixli məktubu (29 nömrəli protokoldan çıxarış). 0951830 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı3 11 noyabr 1985-ci il – 01 noyabr 1988-ci il tarixlərdə Qasım İsmayılov Şəhər musiqi məktəbində, 20 iyun 1990-cı il – 01 sentyabr 1997-ci il tarixlərdə Kirov rayonu 272 nömrəli uşaq bağçasında, 01 sentyabr – 30 sentyabr 1997-ci il tarixdə Binəqədi rayonu 158 nömrəli məktəbdə, 01 oktyabr 1997-ci il tarixdə Bakı Mədəni Maarif Texnikumunda (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec) fortepiano üzrə müəllim vəzifəsində çalışmış, 26 noyabr 2021-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 25 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı3 26 noyabr 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək arterial hipertenziya diaqnozu ilə əmək qabiliyyətində olmamışdır. 28 iyun 1984-cü il tarixdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbi tərəfindən verilmiş ET 016585 nömrəli diplomun surətindən görünür ki, X104 1980-ci ildə məktəbə daxil olmuş, 1984-cü ildə “fortepiano” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 26 iyun 1984-cü il tarixli qərarı ilə ona “müəllim və konsertmeystr” ixtisası verilmişdir. 24 noyabr 2012-ci il tarixdə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən verilmiş İB 042057 nömrəli sertifikatın surətindən görünür ki, İddiaçı6 fortepiano ixtisasını elminəzəri, metodiki və praktiki məsələləri üzrə ixtisasartırma təhsilini yekunlaşdırmışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 08 dekabr 2021-ci il tarixli, 343 nömrəli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin surətindən görünür ki, kollecin instrumental ifaçılıq fənn birləşməsinin müəllimi İddiaçı6 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 08 dekabr 2021-ci il tarixdən xitam verilməsi, onunla son haqq-hesabın mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılması əmr edilmişdir. Əsas: İşçilərin sayının və ştatların ixtisar edilməsi barədə 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmr və Həmkarlar İttifaqı Komitəsinin 05 nömrəli, 10 sentyabr 2021-ci il tarixli məktubu (29 nömrəli protokoldan çıxarış). AZ-İ 109261 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X63 ilə İddiaçı6 arasında bağlanmış nikah 08 iyul 2010-cu il tarixdə ləğv edilmişdir. 2014324 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı6 18 fevral 1986cı il – 10 sentyabr 1991-ci il tarixlərdə “Yelkən” bağçasında, 03 oktyabr 1991 - 01 may 1995-ci il tarixlərdə “Günəş” bağçasında musiqi qrupunun rəhbəri vəzifəsində çalışmış, 15 oktyabr 1997-ci il tarixdə Bakı mədəni Maarif Texnikumuna (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec) fortepiano müəllimi vəzifəsinə təyin edilmiş, 08 dekabr 2021-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 01 iyul 1996-ci il tarixdə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumu tərəfindən verilmiş AB-İİ 015822 nömrəli diplomun surətindən görünür ki, X78 1992-ci ildə texnikuma daxil olmuş, 22 iyun 1996-cı il tarixdə fortepiano ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 22 iyun 1996-cı il tarixli qərarı ilə ona “müəllim, konsertmeyster” ixtisası verilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X42 Səidə Rasim qızına ünvanladığı xəbərdarlıq-bildirişdən görünür ki, sonuncunun çalışdığı Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi – vəzifə ştatı 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri ilə əlaqədar ixtisara düşür. Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələblərinə riayət etməklə onunla ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir. Bildiriş sonuncu tərəfindən qəbul edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X42 Səidə Rasim qızına ünvanladığı 17 sentyabr 2021-ci il tarixli xəbərdarlıq-bildirişdən görünür ki, sonuncunun çalışdığı Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi – vəzifə ştatı 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri ilə əlaqədar ixtisara düşür. Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələblərinə riayət etməklə onunla ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 08 dekabr 2021-ci il tarixli, 344 nömrəli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin surətindən görünür ki, kollecin Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 08 dekabr 2021-ci il tarixdən xitam verilməsi, onunla son haqqhesabın mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılması əmr edilmişdir. Əsas: İşçilərin sayının və ştatların ixtisar edilməsi barədə 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmr və Həmkarlar İttifaqı Komitəsinin 05 nömrəli, 10 sentyabr 2021-ci il tarixli məktubu (29 nömrəli protokoldan çıxarış). 0070388 nömrəli əmək kitabçasının surətindən görünür ki, Babayeva (Səlimova) Səidə Rasim qızı 26 avqust 1996-cı il – 07 oktyabr 2002-ci il tarixlərdə Neftçala şəhər musiqi məktəbində fortepiano üzrə müəllim, 09 oktyabr 2002-ci il tarixdə isə Bakı Mədəni Maarif Texnikumuna (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec) konsertmeyster vəzifəsinə təyin edilmiş, 08 dekabr 2021-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müayinə aktından çıxarışdan görünür ki, X64 55% əmək qabiliyyətini itirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 nömrəli Zona TEK Neftaçala şöbəsi tərəfindən verilmiş 393763 nömrəli arayışdan görünür ki, X64 üçüncü qrup əlildir. 30 iyun 2011-ci il tarixdə Azərbaycan Milli Konservatoriyası tərkibində musiqi kolleci tərəfindən verilmiş AA 000104 nömrəli diplomun surətindən görünür ki, İddiaçı5 Dövlət Attestasiya komissiyasının 20 iyun 2011-ci il tarixli qərarı ilə ona “instrumental ifaçılıq, fortepiano” ixtisası verilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X42 Səidə Rasim qızı ünvanladığı 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq-bildirişdən görünür ki, sonuncunun çalışdığı Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi – vəzifə ştatı 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri ilə əlaqədar ixtisara düşür. Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələblərinə riayət etməklə onunla ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 25 oktyabr 2021-ci il tarixli, 276 nömrəli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin surətindən görünür ki, kollecin Solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 25 oktyabr 2021-ci il tarixdən xitam verilməsi, onunla son haqq-hesabın mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılması əmr edilmişdir. Əsas: İşçilərin sayının və ştatların ixtisar edilməsi barədə 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmr və Həmkarlar İttifaqı Komitəsinin 05 nömrəli, 10 sentyabr 2021-ci il tarixli məktubu (29 nömrəli protokoldan çıxarış). 6813502 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı5 06 iyul 2011-ci il – 29 avqust 2013-cü il tarixlərdə Ləki qəsəbə musiqi məktəbində ixtisası üzrə müəllim vəzifəsində, 01 sentyabr 2013-cü il – 15 sentyabr 2018-ci il tarixlərdə Ağdaş şəhər musiqi məktəbində fortepiano müəllimi vəzifəsində, 17 sentyabr 2018-ci il tarixdən Bakı Humanitar Kollecində konsertmeyster vəzifəsinə təyin edilmiş, 25 oktyabr 2021-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci tərəfindən xitam verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 04 avqust 2020-ci il tarixli əmrinin surətindən görünür ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial – İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X138 Kollecinin, X74 Kollecinin, X152 Kollecinin yenidən təşkili və Azarbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 nömrəli Qərarının icra və rəhbərlik üçün qəbul edilməsi əmr edilmişdir. Həmin əmrin 5-ci bəndində Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat Rəhbəri tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoruna ünvanlanmış “tədbirlərin görülməsi barədə” məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 26 fevral 2021-ci il tarixli F-65 nömrəli əmrinə əsasən Təhsil Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin 2019-2020-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış, nəticəsi müvafiq arayışla rəsmiləşdirilmişdir. Araşdırma zamanı kollecdə kadrların işə qəbulu və yerdəyişməsi, dərs-məşğələ jurnallarının tərtibi, imtahan nəticələrinin rəsmiləşdirilməsi, kredit sistemi ilə tədrisin təşkili, dərs bölgülərinin aparılması, təcrübənin inkişafı, əsas vəsaitlərin uçotu və qorunub saxlanılması, ştatların komplektləşdirilməsi istiqamətlərində bir çox sayda nöqsan və pozuntular aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq, nöqsanlara yol vermiş və səbəbkar olmuş şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi, əsassız ödənilmiş əməkhaqlarının günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilməsi, tədrisin qanunvericiliyin tələblərinə uyğun təşkili, ştatların düzgün komplektləşdirilməsi və kollecin səlahiyyətləri daxilində digər nöqsanların aradan qaldırılması və bu kimi pozuntuların gələcəkdə təkrarlanmaması üçün zəruri addımların atılması, görülmüş tədbirlərin nəticələri barədə 1 ay ərzində Təhsil Nazirliyinə məlumat verilməsi sonuncuya tapşırılmışdır. Həmçinin nəzərə çatdırılmışdır ki, əsassız ödənilmiş əməkhaqları qeyd edilən müddətdə günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilmədiyi halda araşdırma materialları hüquq mühafizə orqanlarına təqdim ediləcəkdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış 05 iyul 2021-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv nəaliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə sonuncuya yeni ştat cədvəli təqdim edilmişdir. Sonuncudan təklif olunan ştat cədvəlinə münasibət göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə ünvanladığı 17 iyul 2021-ci il tarixli ştat cədvəli barədə məktubun təsdiq edilmiş surətindən görünür ki, Təhsil Nazirliyi vəsatəti nəzərə alaraq, kollecin ştat cədvəlinin təsdiq olunmasına etiraz etmir. Eyni zamanda ştat cədvəli üzrə ixtisara düşən ştat vahidlərində çalışan işçilərə qanunvericiliyin tələblərinə uyğun qaydada xəbərdarlıq olunması, eləcə də mövcud imkanlar daxilində başqa işlə təmin olunmaları məsələsinə baxılması tövsiyyə olunmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə ünvanlanmış 23 iyul 2021-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv nəaliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə sonuncuya yeni ştat cədvəli Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 iyul 2021-ci il tarixli 04-26-718/15 nömrəli məktubuna əsasən ştat cədvəli təsdiq edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, 141 saylı əmrin təsdiq olunmuş surətindən görünür ki, ADMİU-nun nəzdində Humanitar Kollecdə səmərəli idarəetmənin təşkili, strukturun optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə 2021-2022-ci tədris ili üçün ştat cədvəlinin təsdiq edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı3 və digərlərinə ünvanlanmış 04 avqust 2021-ci il tarixli məktubdan görünür ki, onların müraciətinə baxılmış və bildirilmişdir ki, iş prosesində müəssisədaxili intizam qaydalarını pozduqda (yəni müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi, hüquqlarından sui-istifadə edərək icazəsiz aksiya xarakterli iclasların keçirilməsi və.s) rəhbərlik tərəfindən izahat tələb edilməsi, xəbərdarlıq və töhmət verilməsi heç də təzyiq və təhqir deyil. Nəzərlərinə çatdırılmışdır ki, Humanitar Kollec Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində olsa da, Universitet Rəhbərliyi direktorun təhsil müəssisəsinin maraqlarına uyğun olaraq qanuna müvafiq olaraq qanuna verdiyi bu və ya digər qərarların ləğv edilməsinə müdaxilə etmir, “Orta ixtisas dövlət təhsili müəssisəsinin pedaqoji şurası haqında “Əsasnamə” yə görə Şura direktorun iş planına müvafiq olaraq iki aydan gec olmayaraq direktorun tapşırığı ilə toplanır, iclasın protokolları da direktor tərəfindən imzalanır. Kollecin heç bir işçisinin etiraz aksiyası keçirmək məqsədi ilə pedaqoji şura keçirmək səlahiyyəti yoxdur, “Microsoft Teams” platformasında keçirmək istədiyiniz toplantı ilə bağlı bildirilmişdir ki, bu platforma şəxsi məqsədlə istifadə etmək imkanı vermir. Təhsil Nazirliyi tərəfindən ali və orta ixtisas təhsil pillələrində təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə yaradılıb. Təhsil müəssisələri sözügedən platforma vasitəsilə videobağlantı imkanı əldə edərək məsafədə təhsil vermək, sillabus, mühazirə kimi müxtəlif dərs materiallları və daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə alətlərindən ödənişsiz istifadə etmək kimi geniş imkanlar verir. Etik qaydalara müvafiq olaraq “Microsoft Teams” vasitəsi ilə elmi konfrans və hər hansı bir toplantı keçirilməsi mütləq kollec rəhbərliyi ilə razılaşdırılmışdır. Humanitar Kollecdə illər ərzində çalışan orta ixtisas təhsilli mütəxəssisələrin peşəkarlığını heç də şübhə altına almırlar. Lakin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il, 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil Sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X6 Orta İxtisas təhsil müəssisələri ilə bağlı V bəndində müəllimlərin Ödəniş dərəcələrinə ixtisas tələbləri ilə bağlı müvafiq ixtisas üzrə ali təhsilin olması tələb olunur. Bu barədə direktorun istinad etdiyi Təhsil Nazirliyinin Humanitar Kollecdə apardığı arayışda da qeyd olunub. Orta ixtisas təhsilli mütəxəssislərin əmək stajının ali təhsil diplomuna bərabər tutularaq onlara Orta İxtisas təhsili müəssisələrində dərs demək hüququ verilməsi barədə heç bir hüquqi sənəd olmadığı üçün direktorun göndərişləri qanunamüvafiqdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli, 177 nömrəli əmrin surətindən görünür ki, bu əmrə əlavə edilən siyahıda göstərilən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi, bu əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (ƏM-in 79-cu maddəsinin tələbləri nəzərə alınmaqla) xəbərdarlığın edilməsi, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştatın təklif edilməsi, əmrin icrasına nəzarətin tədris işləri üzrə direktor müavini Kamran Mənsimova tapşırılması əmr edilmişdir. Əmrə əlavə edilmiş siyahının 6-cı bəndində İddiaçı5, 9-cu bəndində İddiaçı1, 10-cu bəndində İddiaçı2, 11-ci bəndində İddiaçı6, 12-ci bəndində İddiaçı3 və 14-cü bəndində İddiaçı4 göstərilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində X29 İttifaqı Komitəsinə ünvanlanmış 30 iyul 2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial – İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X138 Kollecinin, X74 Kollecinin, X152 Kollecinin yenidən təşkili və Azarbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədilə işçilərin sayının və ya ştatların ixtisar edilməsi zərurəti yaranmışdır. Ona görə də məktuba əlavə edilmiş işçilərin sayının və ya ştatların ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş ixtisar edilməsi nəzərdə tutulmuş ştat üzrə işçilərin siyahısının 8-ci bəndində İddiaçı5, 11-ci bəndində İddiaçı1, 12-ci bəndində İddiaçı2, 14-cü bəndində İddiaçı6, 15-ci bəndində İddiaçı3 və 18-ci bəndində İddiaçı4 göstərilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X29 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixində keçirilmiş iclasının 29 saylı protokolundan çıxarışdan görünür ki, gündəlik məsələ: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin işçilərinin sayının və ya ştatların ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi haqqındadır. Eşidildi: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyul 2021-ci il tarixli, 25 nömrəli Qərarına əsasən Bakı Humanitar Kollecin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilməsi və bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədilə işçilərin sayının və ya ştatların ixtisar edilməsinin zərurəti yaranması barədə kollecin rəhbərliyi tərəfindən Həmkarlar İttifaqı Komitəsinə göndərilmiş məktubun müzakirəsi. Qərar: X43 Komitəsinə daxil olmuş 30 iyul 2021-ci il tarixli 58A02-12 nömrəli məktubu müzakirə edildi, ixtisarla bağlı adları siyahıda qeyd olunan işçilərin sənədləri və fəaliyyətləri araşdırıldı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrinin və Azərbaycan Təhsil işçiləri X110 ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin X110 Komitəsi arasında bağlanmış kollektiv müqaviləni rəhbər tutaraq bu məktuba əlavə edilən cədvəldə qeyd olunan işçilərin ixtisar edilməsinə razılıq bildirilməmişdir. Məktuba əlavə edilmiş siyahıda İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı3 və İddiaçı4 ixtisar edilməsinə etiraz edilməmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin tədris işləri üzrə direktor müavini X75, inzibati təsərrüfat işləri üzrə direktor müavini X76, baş mühasib X45, hüquqşünas X19 və İnsan resursları və informasiya şöbəsinin müdiri X120 tərəfindən tərtib edilmiş aktın təsdiq olunmuş surətindən görünür ki, 24 sentyabr 2021-ci il tarixdə kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilmişdir. Müəllimlərə ştatların ixtisar edilməsi barədə xəbərdarlıq edilmiş, xəbərdarlıq bildirişləri təqdim edilmişdir. Müəllimlər xəbərdarlıqla tanış olsalar da xəbərdarlıq bildirişlərini qəbul etməkdən imtina etmiş və iclasın pozulmasına səbəb olan hərəkətlərə yol vermiş və iclası tərk etmişlər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 28 mart 2022-ci il tarixli arayışından görünür ki, ümumi fortepiano fənn birləşməsində ixtisara qədər 20 nəfər müəllim çalışmışdır (X93 Rafiq - sədr, X31, X21, X65, X9, X105, İddiaçı3, X32, X79, X80, X81, X48, X66, X49, X82, X10, X22, X33, X106, X23). Bir nəfər ölmüşdür (X21, ölüm haqqında şəhadətnamə və əmrin surəti əlavə olunur), iki nəfər yaş həddi ilə işdən azad olunmuşdur (X32, X79, bildirişlər, ərizələr və əmrlərin sürətləri əlavə olunur). Geridə qalan 17 nəfərdən 8-i (X65, X9, X105, İddiaçı3, X80, X81, X106, X33) ixtisar prosesinə cəlb olunmuşdur. Onlardan bir nəfər (X65) yaş həddi ilə işdən azad edilmişdir, əlavə dərs yükü və ali təhsili olduğu üçün onunla yenidən 2021/2022-ci tədris ili müddətinə Əmək Müqaviləsi bağlanılmışdır (diplom, əmrlər və bildirişlərin sürətləri əlavə olunur). Həmin şəxslərdən 6-sının ali təhsil diplomları olmayıb (X9, X105, İddiaçı3, X80, X81, X106). Ali təhsil diplomu olmayan 6 nəfərdən biri (X81) ixtisar anında 4-cü kurs tələbəsi idi, hal-hazırda ali təhsil diplomu (fərqlənmə) var və müddətli əmək müqaviləsi ilə işdə saxlanılmışdır (diplomun surəti əlavə olunur). Qalan 5 nəfərdən biri (X9, şəxsiyyət vəsiqəsinin və yaşayış yerində arayışın surətləri əlavə olunur) işdə saxlanılıb, buna səbəb tənha yataqxanada yaşaması, 60 yaşında olmasıdır. X102, İddiaçı3, X80, X106 iiə əmək müqaviləsinə xitam verilib. Bir nəfər isə arayışda göstərilən 47 nəfərdən biridir (X83, uşağının doğum haqqında şəhadətnamənin surəti əlavə olunur) analıq məzuniyyətində olduğu üçün ƏM-nin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işdə saxlanılmışdır. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 10 sentyabr 2021-ci il tarixli əmrinin surətindən görünür ki, kollecin ümumi fortepiano fənn birləşməsi müəllimi X32 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 10 sentyabr 2021-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 20 sentyabr 2021-ci il tarixli əmrinin surətindən görünür ki, kollecin ümumi fortepiano fənn birləşməsi müəllimi X84 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 20 sentyabr 2021-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 29 sentyabr 2021-ci il tarixli, 216 saylı əmrinin surətindən görünür ki, kollecin instrumental ifaçılıq fənn birləşməsi müəllimi X65 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 29 sentyabr 2021-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 29 sentyabr 2021-ci il tarixli, 218 saylı əmrinin surətindən görünür ki, X65 2021-2022-ci il tədris ili üçün 29 sentyabr 2021-ci il tarixdən 15 iyul 2022ci il tarixədək kollecin instrumental ifaçılıq fənn birləşməsi müəllimi vəzifəsinə qəbul edilməsi əmr edilmişdir. Arayışa əlavə edilmiş Üzeyir Hacıbəyov adına X159 ordenli Azərbaycan Dövlət Konservatoriyası tərəfidən verilmiş 277906 nömrəli diplomun surətindən görünür ki, X65 1980-ci ildə fortepiano ixtisası üzrə tam kursu bitirmiş və ona müəllim konsertmeyster ixtisası verilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 05 oktyabr 2021-ci il tarixli əmrinin surətindən görünür ki, kollecin instrumental ifaçılıq fənn birləşməsi müəllimi X24 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndinə əsasən vəfat etməsi ilə əlaqədar 23 sentyabr 2021-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Arayışa əlavə edilmiş 01 noyabr 2021-ci il tarixdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən verilmiş bakalavr diplomundan görünür ki, X67 Dövlət Attestasiya komissiyasının qərarı ilə 22 iyun 2021-ci il tarixdə musiqişünaslıq, etnomusiqişünaslıq ixtisası üzrə bakalavr ali peşə ixtisas dərəcəsi verilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayonu sektoru tərəfindən verilmiş 18 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, X2 rayonundan məcburi köçkün kimi Binəqədi rayonu, 7 mkr, F.Məlikov küçəsində tək qeydiyyatdadır. Arayışa əlavə edilmiş AZ-İV 534701 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09 avqust 2020-ci i təvəllüdlü X11 anası X16r. Arayışa əlavə edilmiş Üzeyir Hacıbəyov adına X159 ordenli Azərbaycan Dövlət Konservatoriyası tərəfidən verilmiş 048497 nömrəli diplomun surətindən görünür ki, X50 1982-ci ildə fortepiano ixtisası üzrə tam kursu bitirmiş və ona müəllim konsertmeyster ixtisası verilmişdir. Arayışa əlavə edilmiş Üzeyir Hacıbəyov adına X159 ordenli Azərbaycan Dövlət Konservatoriyası tərəfidən verilmiş 033933 nömrəli diplomun surətindən görünür ki, X68 1983-cü ildə fortepiano ixtisası üzrə tam kursu bitirmiş və ona müəllim konsertmeyster ixtisası verilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət İncəsənət İnstitutu tərəfidən verilmiş 957242 nömrəli diplomun surətindən görünür ki, X82 1985-ci ildə mədni maarif işi ixtisası üzrə tam kursu bitirmiş və ona mədəni maarif işçisi, özfəailiyyət teatr kollektivi rəhbəri ixtisası verilmişdir. Arayışa əlavə edilmiş Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən verilmiş AB-İ 064446 diplomundan görünür ki, X3 1997-ci ildə fortepiano ixtisası üzrə tam kursu bitirmiş və ona müəllim konsertmeyster ixtisası verilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət Pedeqoji Universiteti tərəfindən verilmiş A 099972 nömrəli diplomun surətindən görünür ki, X34 Dövlət Attestasiya komissiyasının qərarı ilə 04 iyul 2002-ci il tarixdə maarif musiqi ixtisası üzrə bakalavr ali peşə ixtisas dərəcəsi verilmişdir. Arayışa əlavə edilmiş Bakı Musiqi Akademiyası tərəfindən verilmiş AN 139270 nömrəli diplomun surətindən görünür ki, X12 Dövlət Attestasiya komissiyasının qərarı ilə 07 iyun 2003-cü il tarixdə fortepiano, konsertmeyster ixtisası üzrə bakalavr ali peşə ixtisas dərəcəsi verilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş MNB 033077 nömrəli diplomun surətindən görünür ki, X13 Dövlət Attestasiya komissiyasının qərarı ilə 27 iyun 2013-cü il tarixdə musiqişünaslıq, xalq çalğı alətləri orketri dirijorluğu ixtisası üzrə magistr ali peşə ixtisas dərəcəsi verilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş C 015418 nömrəli diplomun surətindən görünür ki, X51 Dövlət Attestasiya komissiyasının qərarı ilə 22 iyun 2018-ci il tarixdə instrumental ifaçılıq, fortepiano ixtisası üzrə bakalavr ali peşə ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 05 aprel 2022-ci il tarixli arayışından görünür ki, musiqi müşayiəti fənn birləşməsində ixtisara qədər 15 nəfər müəllim çalışmışdır (X85 - sədr, X35, X5, X36, X52, X53, X37, X54, X135 qızı, İddiaçı5, X55, İddiaçı4, X69, X56, X107). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsin 2021/2022-ci tədris ili üçün təsdiq edilmiş fənn birləşmə sədrləri və tərkibi haqqında əmrdə artıq “Musiqi müşayiəti” fənn birləşməsi olmadığından ixtisar zərurəti yaranmışdır. İxtisar zamanı ali təhsillilərə üstünlük verilmişdir. Bu səbəbdəndir ki, 15 nəfərdən 4-dü (X54, İddiaçı5, İddiaçı4, X107) ixtisar prosesinə cəlb olunub. Onlardan 1 nəfər (X107, əmrin və uşağın şəxsiyyət vəsiqəsinin sürətləri əlavə olunur) analıq məzuniyyətində olduğu üçün Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işdə saxlanılmışdır. Qalan 3 nəfər (X54, İddiaçı5, İddiaçı4, X106) ilə əmək müqaviləsinə xitam verilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 07 sentyabr 2020-ci il tarixli əmrindən görünür ki, “pedoqoqika” fənn birləşməsinin müəllimi X25 09 sentyabr 2020-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək, “konsertmeyster” müəllimi X57 isə 09 sentyabr 2020-ci il tarixdən 28 oktyabr 2021-ci il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən (uşağın 3 yaşı tamam olanadək) sosial məzuniyyətdə hesab edilməsi əmr edilmişdir. Arayışa əlavə edilmiş Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası tərəfindən verilmiş 010944 nömrəli diplomun surətindən görünür ki, X101 1981-ci ildə fortepiano ixtisası üzrə tam kursu bitirmiş və ona müəllim konsertmeyster – müəllim ixtisası verilmişdir. Arayışa əlavə edilmiş Üzeyir Hacıbəyov adına X159 ordenli Azərbaycan Dövlət Konservatoriyası tərəfidən verilmiş MB 010452 nömrəli diplomun surətindən görünür ki, X70 1985-ci ildə fortepiano ixtisası üzrə tam kursu bitirmiş və ona müəllim konsertmeyster ixtisası verilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət İncəsənət Universiteti tərəfindən verilmiş B 109639 nömrəli diplomun surətindən görünür ki, X121 1992-ci ildə mədəni maarif işi ixtisası üzrə tam kursu bitirmiş və ona maarif işinin metodisti ixtisası verilmişdir. Arayışa əlavə edilmiş Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası tərəfindən verilmiş AB-İ 034384 nömrəli diplomun surətindən görünür ki, X71 1995-ci ildə fortepiano ixtisası üzrə tam kursu bitirmiş və ona müəllim konsertmeyster – müəllim ixtisası verilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş A 015176 nömrəli diplomun surətindən görünür ki, X17 Dövlət Attestasiya komissiyasının qərarı ilə 05 iyun 1998-ci il tarixdə mədəni-maarif işi və özfəaliyyət yaradıcılının təşkili (xalq çalğı alətləri orkestrinin rəhbəri) ixtisası üzrə bakalavr ali peşə ixtisas dərəcəsi verilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət Pedeqoji Universiteti tərəfindən verilmiş M 039039 nömrəli diplomun surətindən görünür ki, X38 Dövlət Attestasiya komissiyasının qərarı ilə 08 iyul 2014-cü il tarixdə musiqi müəllimliyi üzrə bakalavr ali peşə ixtisas dərəcəsi verilmişdir. Arayışa əlavə edilmiş Bakı Musiqi Akademiyası tərəfindən verilmiş B 019390 nömrəli diplomun surətindən görünür ki, X26 Dövlət Attestasiya komissiyasının qərarı ilə 21 iyun 2004-cü il tarixdə musiqişünaslıq ixtisası üzrə bakalavr ali peşə ixtisas dərəcəsi verilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş B 083096 nömrəli diplomun surətindən görünür ki, X4 Dövlət Attestasiya komissiyasının qərarı ilə 11 iyun 2007-ci il tarixdə xalq çalğı alətləri orkestrinin rəhbəri, fortepiano müəllimi ixtisası üzrə bakalavr ali peşə ixtisas dərəcəsi verilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş B 083098 nömrəli diplomun surətindən görünür ki, X58 Dövlət Attestasiya komissiyasının qərarı ilə 11 iyun 2007-ci il tarixdə xalq çalğı alətləri orkestrinin bədii rəhbəri, fortepiano müəllimi ixtisası üzrə bakalavr ali peşə ixtisas dərəcəsi verilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş A 154070 nömrəli diplomun surətindən görünür ki, X27 Dövlət Attestasiya komissiyasının qərarı ilə 22 iyun 2018-ci il tarixdə instrumental ifaçılıq, fortepiano ixtisası üzrə bakalavr ali peşə ixtisas dərəcəsi verilmişdir. Arayışa əlavə edilmiş Azərbaycan Dövlət Pedeqoji Universiteti tərəfindən verilmiş AM 030021 nömrəli diplomun surətindən görünür ki, X27 Dövlət Attestasiya komissiyasının qərarı ilə 24 yanvar 2020-ci il tarixdə instrumental ifaçılıq, fortepiano ixtisası üzrə magistr ali peşə ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 05 aprel 2022-ci il tarixli arayışından görünür ki, solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsininin “Qarmon” ixtisası üzrə ixtisar prossesinə qədər 5 nəfər müəllim çalışmışdır (İddiaçı1, İddiaçı2, X108, X72, X86). Həmin şəxslərdən 4 nəfərin (İddiaçı1, İddiaçı2, X72, X86) ixtisar prossesinə cəlb olunmaqlarına səbəb dərs saatlarının azalması idi. Belə ki, 2020/2021-ci tədris ilində 3.672 saat, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin F-410 nömrəli 17 avqust 2021-ci il tarixli əmri ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinin ixtisas üzrə təhsil proqramı”na uyğun olaraq tibb təhsili istisna olmaqla digər ixtisaslar üzrə tələbələrin kredit təhsil müddəti 2 il müəyyən edilməsiylə bağlı həm də 2021/2022-ci tədris ilində “Qarmon” ixtisası olmadığı üçün cari tədris ilində həmin ixtisas üzrə 2.700 dərs saatı qalmışdır. Qeyd edilənlərdən görünür ki, ixtisar zərurəti yaranmışdır. Zərurət tək dərs saatlarının azalmasına deyil, eyni zamanda həmin şəxslərin orta ixtisas təhsilli olmalarında idi, yəni heç birinin ali təhsil diplomu olmamışdır. Digər 5-ci müəllim ilə bağlı da (X108) yuxarıda göstərilən tələblər əsas götürüb, lakin onunla Əmək Müqaviləsinə xitam verilməməsinə səbəb ixtisar prossesində və hal-hazırda əmək qabiliyyətinin olmamasıdır (əmək qabiliyyətinin olmaması vərəqəsinin sürətləri əlavə olunur). Hazırda həmin ixtisas üzrə X122 və X123 çalışır. Onlarla 2021/2022-ci tədris ili müddətinə Əmək Müqaviləsi bağlanılmışdır. Bildirilir ki, həmin şəxslər ali təhsillidirlər (diplomların və elektron əmək müqaviləsi bildirişlərinin surətləri əlavə olunur). Arayışa əlavə edilmiş 01 oktyabr 2020-ci il tarixdə Azərbaycan Milli Konservatoriyası tərəfindən verilmiş bakalavr diplomundan görünür ki, X87 Dövlət Attestasiya komissiyasının qərarı ilə 01 iyul 2020-ci il tarixdə qarmon ixtisası üzrə bakalavr ali peşə ixtisas dərəcəsi verilmişdir. Arayışa əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X123 11 oktyabr 2021-ci il tarixli müddətli əmək müqaviləsi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində müəllim vəzifəsinə qəbul edilmişdir. Arayışa əlavə edilmiş 22 yanvar 2021-ci il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş bakalavr diplomundan görünür ki, X88 Dövlət Attestasiya komissiyasının qərarı ilə 16 iyun 2020-ci il tarixdə xalq çalğı alətləri, qarmon ixtisası üzrə bakalavr ali peşə ixtisas dərəcəsi verilmişdir. Arayışa əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X122 12 oktyabr 2021-ci il tarixli müddətli əmək müqaviləsi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində müəllim vəzifəsinə qəbul edilmişdir. Arayışa əlavə edilmiş əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, X108 müxtəlif tarixlərdə xəstəliklə əlaqədar əmək qabiliyyətli olmamışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 06 aprel 2022-ci il tarixli arayışından görünür ki, kollecdə 2020/2021-ci tədris ili, xalq çalğı alətləri ifaçılığı (qarmon) ixtisası üzrə 9 nəfər tələbə qəbul olmuşdur. 2021/2022ci tədris ili üzrə xalq çalğı alətləri ifaçılığı (qarmon) ixtisası üzrə qəbul aparılmamış, 2022/2023cü il tədris ili üzrə də qəbul nəzərdə tutulmamışdır. Məhkəmə hazırki mübahisə ilə bağlı əmək qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin İ hissəsinin “a”, “b” və “ə” bəndlərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına aid edilmişdir; 12-ci maddəsinin İ hissəsinin “b” və “c” bəndlərinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrinə aid edilmişdir; 16-cı maddəsinin İ hissəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 77-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir; 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 79.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 80-ci maddəsinin İ hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 300-cü maddənin İ hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçılar İddiaçı3 və İddiaçı6 01 və 15 oktyabr 1997-ci il tarixlərdən fortepiano üzrə müəllim vəzifəsinə, iddiaçılar İddiaçı1 və İddiaçı2 01 sentyabr 2001-ci il tarixdən qarmon üzrə müəllim vəzifəsinə, İddiaçı4 09 oktyabr 2002-ci il tarixdən, İddiaçı5 17 sentyabr 2018-ci il tarixdən konsertmeyster vəzifəsinə işə qəbul edilmişlər. Cavabdeh kollecin rəhbərinin 14 sentyabr 2021-ci il tarixli əmri ilə vəzifə ştatlarının ləğv edilməsi və işçilərin sayının azaldılması əmr edilmiş, bununla bağlı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmış və iddiaçılar rəsmi qaydada xəbərdar edilmiş, sonra isə iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyinə əsasən işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmasına baxmayaraq, bunu həyata keçirərkən əmək qanunvericiliyin tələblərinə riayət etmək işəgötürənin vəzifəsidir. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Məhkəmə cavabdeh kollecdə qarmon üzrə müəllim vəzifəsində işləmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbləri ilə bağlı qeyd edir ki, cavabdeh 14 sentyabr 2021-ci il tarixli əmr imzalamaqla “qarmon” ixtisası üzrə beş müəllimdən iddiaçılar da daxil olmaqla dördünün ixtisar prosesinə cəlb edilməsini dərs saatlarının azalması ilə əsaslandırsa da, iş materialları ilə müəyyən olunur ki, həmin əmrin qəbul edilməsindən sonra 11 və 12 oktyabr 2021-ci il tarixlərində X123 və X122 qarmon üzrə müəllim işinə qəbul edilmişlər. Göründüyü kimi, işçilərin sayı faktiki olaraq azalmamış, əksinə iddiaçıların yerinə digər işçilər işə qəbul edilmişlər. Bundan əlavə, cavabdeh iddiaya etirazda, həmçinin onun nümayəndələri məhkəmə iclasında bildirmişlər ki, iddiaçıların əmək müqavilələrinə xitam verilməsinin digər səbəbi də iddiaçıların müvafiq ixtisas üzrə ali təhsillərinin olmamasıdır və bunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu Kitabçasının orta ixtisas təhsili müəssisələri ilə bağlı V bəndi” ilə əsaslandırmışlar. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin Kitabçanın “giriş” hissəsində göstərilmişdir ki, bu Kitabçada müəyyən edilmiş təhsil səviyyəsinə, əmək stajına (tələb qoyulduqda), əlavə təhsilə və digər ixtisas tələblərinə malik olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər attestasiya olunanadək və ya attestasiyadan sonra işçilərin attestasiya komissiyasının rəyi əsasında tutduqları vəzifədə çalışa bilərlər. Kitabçanın qüvvəyə mindiyi vaxtdan sonrakı dövrdə işə qəbul edilən işçilərə bu Kitabça ilə müəyyən edilmiş müvafiq ixtisas tələbləri tətbiq edilir. İşdə olan Təhsil Nazirliyi tərəfindən iddiaçılara ünvanlanmış məktubda və cavabdehin nümayəndələri tərəfindən məhkəmə iclasında bildirilmişdir ki, iddiaçıların peşəkarlıq səviyyəsinə şübhələri yoxdur. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, iddiaçılar 20 ildir ki, həmin vəzifədə işləmiş və onların üzərinə qoyulan vəzifələrin keyfiyyətlə yerinə yetirilməməsi və onların lazımı praktiki təcrübəyə malik olmaması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən bu əsasla ləğv edilə bilər. Yəni, cavabdeh tərəfindən iddiaçıların peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə əmək müqaviləsinin ləğv edilməsi işçilərin sayının ixtisarı yolu ilə deyil, qeyd olunan “c” bəninə əsaslanmaqla və bununla bağlı əmək qanunvericiliyinin tələblərinə riayət etməklə həyata keçirilə bilərdi. Məhkəmə cavabdeh kollecdə fortepiano üzrə müəllim vəzifəsində işləmiş iddiaçılar İddiaçı3 və İddiaçı6 iddia tələbləri ilə bağlı yuxarıda göstərilənlərdən əlavə olaraq həmçinin qeyd edir ki, 17 müəllimdən 8-i ixtisara cəlb edilsələr də, sonradan X81 ali təhsil haqqında diplom aldığına görə müddətli əmək müqaviləsi bağlanılmaqla işdə saxlanılmış, X9 tənha yataqxanada yaşaması və 60 yaşında olması ilə əlaqədar işdə saxlanılmış, yaş həddi ilə əlaqədar işdən azad edilmiş X65 isə əlavə dərs yükü və ali təhsili olduğu üçün yenidən işə qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən faktiki olaraq işçilərin sayı, habelə iş yükü də azaldılmamış, lakin qeyd olunan iddiaçılara münasibətdə əmək qanunvericiliyi ilə qadağan edilmiş ayrı-seçkiliyə yol verilmişdir. Bundan başqa, iş materialları ilə həmçinin müəyyən olunur ki, ixtisara cəlb edilməmiş fortepiano üzrə müəllimlərdən X39 diplom üzrə ixtisası “mədəni maarif işçisi, özfəaliyyət teatr kollektivi rəhbəri”, X7 ixtisası “xalq çalğı alətləri orkestri dirijorluğu”, X28 ixtisası “marif musiqi”dir, lakin iddiaçılar “fortepiano” ixtisası üzrə təhsil almışlar. Halbuki, Əmək Məcəlləsin yuxarıda istinad olunan 78-ci maddəsinin tələblərinə əsasən işçilərin sayı azaldılarkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, cavabdeh İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyini nəzərə almamış, bununla da Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə cavabdeh kollecdə konsertmeyster (musiqi müşayətçisi) üzrə müəllim vəzifəsində işləmiş iddiaçılar İddiaçı5 və İddiaçı4 iddiaları ilə əlaqədar həmçinin qeyd edir ki, 15 müəllimdən 4-ü ixtsara cəlb edilsələr də, ixtisara cəlb edilməmiş müəllimlərdən Qoşqarova (Aşumova) Ulduz Azad qızının diplom üzrə ixtisası “mədəni maarif işinin təşkilatçı metodisti”, Ağayeva (Quliyeva) Samirə Nəriman qızının ixtisası “mədəni maarif işi və özfəaliyyət yaradıcılığının təşkili (xalq çalğı alətləri orkestrinin rəhbəri)”, X18 ixtisası “musiqişünaşlıq”-dır, lakin iddiaçıların ixtisası “konsertmeyster və fortepiano”dur. Göründüyü kimi, burada da cavabdeh tərəfindən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçıların əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin əmrləri ləğv edilməli, iddiaçılar həmin kollecdə öz vəzifələrinə bərpa edilməli və iddiaçılara məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1 və 9.1.14-cü maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar, habelə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 26 noyabr 2021-ci il tarixli, 334 nömrəli əmri ləğv edilsin, İddiaçı1 öz vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh tərəfindən ödənilsin. İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 08 dekabr 2021-ci il tarixli, 342 nömrəli əmri ləğv edilsin, İddiaçı2 öz vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh tərəfindən ödənilsin. İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 26 noyabr 2021-ci il tarixli, 333 nömrəli əmri ləğv edilsin, İddiaçı3 öz vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh tərəfindən ödənilsin. İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 08 dekabr 2021-ci il tarixli, 344 nömrəli əmri ləğv edilsin, İddiaçı4 öz vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh tərəfindən ödənilsin. İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 25 oktyabr 2021-ci il tarixli, 276 nömrəli əmri ləğv edilsin, İddiaçı5 öz vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh tərəfindən ödənilsin. İddiaçı6 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 08 dekabr 2021-ci il tarixli, 343 nömrəli əmri ləğv edilsin, İddiaçı6 öz vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh tərəfindən ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1967/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1967/2022
11.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver