Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1970/2025 11.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə, Doğum faktının müəyyən edilməsinə dair Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X9 xx.xx.1953-cü il tarixdə Ermənistan Respublikası, Stepanavan rayonunda anadan olması barədə doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydində ata qrafasında- X10, (milliyəti azərbaycanlı) anaqrafasında- X11 (milliyəti azərbaycanlı) olması faktının qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Rəhmətlik atası X15 xx.xx.1953-cü il tarixdə Ermənistan Respublikasının, Stepanavan rayonunda anadan olmuş, xx.xx.2024-cü il tarixdə ürəyin kəskin işemik xəstəliyi səbəbi ilə rəhmətə getmişdir. X2 (milliyyəti azərbaycanlı). X4 (milliyyəti azərbaycanlı). Belə ki, X3 doğum haqqında şəhadətnaməsi qeyri müəyyən şəraitdə itmiş və doğum haqqında şəhadətnamənin yenidən verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, cavab olaraq bildirildi ki, bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət edəsiniz. Doğum haqqında şəhadətnaməni verən orqan Ermənistan Respublikası olduğundan, həmin respublikanın arxiv idarəsi ilə əlaqə yaratmaq mümkünsüz olduğundan doğum haqqında şəhadətnamənin yenidən əldə edilməsi qeyri mümkün olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, X15 onun atasıdır. O, xx.xx.1953-cü ildə Ermənistan Respublikası,Stepanavan rayonunda anadan olmuşdur. X2 və X4nın milliyyəti azərbaycanlı olub. X3 doğum haqqında şəhadətnaməsi itmiş və həmin şəhadətnamənin yenidən verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişir. Ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, mərhum Aydın Orucov onun Ermənistan Respublikası, Stepanavan rayonunda qonşusu olub. Onlar qonşu kimi 1988-ci ilə kimi yaşamışlar. O, 1949-cu ildə doğulmuş, Aydın Orucov isə 1953cü ildə və atasının adı Vəli, anasının adı isə Xanım olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, mərhum Aydın Orucov onun əmisi olub, Ərizəçi isə onun əmisi qızıdır. X23 1953-cü il təvəllüdlü olub, Ermənistan Respublikası, Stepanavan rayonunda yaşamışlar. Babasının adı Vəli, nənəsinin adı isə Xanım olub. Ölüm haqqında şəhadətnamədə də, qeyd olunub. Mülki iş materiallarında olan: Ermənistan SSR Stepanavan rayon VVAQ Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X5 arasında 13 oktyabr 1976-cı il tarixdə nikah bağlanmış və həmin nikah 108 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Orucova soyadı verilmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-T140759 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1985-ci ildə doğulmuş, şəhadətnamənin ata qrafasında – X15, ana qrafasında – X7 qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 17 aprel 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Maraqlı şəxs 15 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərlə bağlı Gülnarə Yaqubovaya bildirilmişdir ki, itmiş sənədinizin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, Ərizəçi, X3 xx.xx.1953-cü ildə Ermənistan Respublikasının Stepanavan rayonunda anadan olması faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Həmçinin bu sənəd olmadığından ərizəçi mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə hesab edir ki, Ərizəçi atası – X3 xx.xx.1953-cü ildə Ermənistan Respublikasının Stepanavan rayonunda anadan olmasını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməli və X9 xx.xx.1953-cü ildə Ermənistan Respublikasının Stepanavan rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilməli, doğum akt qeydində ata qrafasında – X10 (milliyəti azərbaycanlı), ana qrafasında X11 (milliyəti azərbaycanlı) olması faktının qeyd edilməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X9 xx.xx.1953-cü ildə Ermənistan Respublikasının Stepanavan rayonunda doğulması faktı müəyyən edilsin. X9 doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, “atası” qrafasında “X10”, “milliyyəti” qrafasında “azərbaycanlı”, “anası” qrafasında “X11”, “milliyyəti” qrafasında “azərbaycanlı” göstərilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1970/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1970/2025
11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver