Məhkəmə qərarları › İş №2(001)-1975/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1975/2022

28.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1975/2022 28.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6, Cavabdehin nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi, vəkil Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan X36 Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Avtomobil X19 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-yə əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifələrinə bərpa edilmələri və dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Azərbaycan Avtomobil X19 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin əməkdaşları olmuşlar. Hər biri müxtəlif vaxtlardan uzun illərdir bu təşkilatın işçiləri kimi əmək fəaliyyətlərini həyata keçirmişlər. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xx.xx.2020-ci il tarixli qismən səfərbərlik haqqında Sərəncamına və "Azərbaycan Respublikasında Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarına əsasən 2020-ci ilin oktyabr ayından etibarən qismən səfərbərliyə cəlb edilərək peşəkar sürücü olaraq müvafiq hərbi hissələrə ezam edilmişlər. Hərbi əməliyyatlar zamanı üzərlərinə düşən borcu vicdanla və fəallıqla yerinə yetirmiş, verilmiş əmrləri icra etmişlər. Hamıya məlum olduğu kimi müharibədə intensiv və fasiləsiz hərbi əməliyyatlar getdiyindən onların da buradakı fəaliyyəti qısa istirahət saatları istisna olmaqla fasiləsiz olub. Hərbi əməliyyatlar bitdikdən sonra yenidən əvvəlki iş yerinə qayıtmış və işlərini görməyə davam etmişlər. Bununla belə müharibə ilə əlaqədar ezamiyyətdə olduqları dövrdə onlara verilməsi nəzərdə tutulan vəsait verilmədiyi üçün rəhbərlik qarşısında müvafiq məsələ qaldırmışlar. Müraciətlərinə lazımi diqqət yetirilmədiyi və məsələ həll edilmədiyi üçün müvafiq qurumlara, o cümlədən X30 və Azərbaycan Respublikasının Prezidentinə şikayət ərizələri ilə müraciət etmişlər. Məhz bundan sonra nəzərdə tutulan ezamiyyət vəsaitləri qismən ödənildi, bununla belə yuxarı orqanlara müraciət etdikləri üçün iş yerinin rəhbərliyi tərəfindən şifahi təzyiqlərə və hədələrə məruz qalmışlar. 1 iyun 2021-ci il tarixdə onların mobil telefonlarına SMS göndərildi və mesajın məzmunu ondan ibarət idi ki, onların olduqları ştat ixtisara düşüb. Eyni məzmunlu məktublar poçt vasitəsilə də iyun ayı ərzində onlara çatıb. Bəziləri artıq mayın sonlarından, bəziləri iyun ayının əvvəlindən iş yerinə tam buraxılmamış, ümumi iş sahələrinə daxil ola bilsələr də, qaraja girişi ya tam qadağan etdilǝr, ya da məhdudlaşdırdılar. Bununla belə rəsmi ixtisara düşmələri barədə məlumat 1 iyun 2021-ci il tarixdə onlara verilib və faktiki olaraq həmin vaxtdan iş yerlərinə buraxılmırlar. 2021-ci ilin iyul ayında ünvanlarına məktub göndərildi ki, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilib. Qeyd etdikləri kimi uzun illər ərzində bu təşkilatda işləmələrinə baxmayaraq onlara əmək müqavilələri heç vaxt təqdim edilməyib. 1 iyul 2021ci il tarixdə işə bərpa və digər tələbləri özündə əks etdirən iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmişlər. Məhkəmə yeni qanunvericiliyə əsasən işin məhkəmədən əvvəl ilkin mediasiya sessiyasında baxılması zərurətini vurğulayıb. Bundan sonra onlar müvafiq qaydada cavabdeh tərəflə ilkin mediasiya sessiyasında iştirak üçün müraciət etsələr də, qarşı tərəf mediatorun rəsmi məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bununla da mübahisənin məhkəmə qaydasında həlli zərurəti ortaya çıxmışdır. Ünvanladığı iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi rayon Məhkəməsi (hakim Nigar Nəbizadə) tərəfindən xx.xx.2021-ci il tarixli qərardad qəbul edilmiş, qərardadla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşkarlanmış iki nöqsana görə geri qaytarılmışdır. Qərardadda qeyd edilən nöqsanlardan biri yəni cavabdehin eyniləşdirmə məlumatlarının olmaması ilə bağlı qeyd edirlər ki, açıq resurslarda cavabdehin VÖEN məlumatları aşkar edilmədiyindən bu məlumatı hazırkı ərizəyə də daxil edə bilmirlər. Digər nöqsan isə - tələblərin əsası kimi istinad edilən fakt va halları təsdiq edən sübutların siyahısı iddia ərizəsinin məzmununa ayrıca siyahı şəklində əlavə edilmişdir. Verdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər növbəti dəfə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, geri qaytarmaya səbəb cavabdehin vergi ödəyicisi eyniləşdirmə nömrəsinin göstərilməməsi qeyd edilmişdir. Cavabdehin VÕEN-i hazırkı iddia ərizəsinə əlavə olunmuşdur. Onların işdən kənarlaşdırılmasına səbəb olan hallar onlara nə elan edilib, nə də izah olunub. İxtisarla bağlı və ya yenidən qiymətləndirilmə ilə bağlı iş yerində heç bir məlumat və ya xǝbərdarlıq olmayıb. Hazırda həmin iş yerində əvvəldən işləyən əməkdaşlar fəaliyyətini davam etdirməkdədir və heç kimin attestasiyası təşkil olunmayıb. Eyni zamanda yaşla və ya başqa səbəblə əlaqdar ixtisara düşmə ehtimalı olan əməkdaşların heç biri işdən kənarlaşdırılmayıb. Onların işdən kənarlaşdırılmalarına səbəb iş yerində işə götürəndən öz haqqlarını tələb etmələri ilə bağlıdır. Başqa sözlə desək işdən azad edilmələri əsassız və qanunsuz həyata keçirilib. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında İddiaçı1 məhkəmə tərəfindən verilən suala cavab olaraq izahatında bildirmişdir ki, mediasiya mərhələsindən iştirak etmək üçün vəsaiti olmadığından və cavabdehin “VÖEN”-ni öyrənmək üçün 2 ay vaxt sərf etdiklərindən iddia müddətini ötürmüşdür. Həmçinin müharibə iştirakçısı olmuşdur.

4. Əvvəlki məhkəmə iclasında İddiaçı1 izahatında bildirmişdir ki, Həmin müəssisədə 10 il işləmişdir. Onu 1 ilə yaxındır ki, işdən azad etmişlər. O, müharibə iştirakçısı deyil. Amma himayəsində 2 uşağı vardır. Müəssisə ona Qax rayonunda işləməyi təklif etmişdir. Orada o, 320 manat əmək haqqı alacaq, yemək və yol xərcləri ödənilməyəcəkdi. Bununla razılaşmadığından onu ixtisara salıb işdən azad etmişlər. O, əvvəl işlədiyi müəssisədə ehtiyat sürücü kimi işləməyə razıdır. Onlar işdən azad edildikdən sonra müəssisəyə xeyli sayda işçi qəbul edilmişdir. Müəssisəninin nümayəndəsi maşınların əksəriyyətinin onlardan alınaraq başqa idarələrinin balansına verildiyini desə də, hazırda müəssisədə çoxsaylı maşınlar vardır. Az sayda maşın digər idarələrə verilmişdir.

5. Məhkəmə iclasında İddiaçı2 məhkəmə tərəfindən verilən suala cavab olaraq izahatında bildirmişdir ki, mediasiya mərhələsindən iştirak etmək üçün vəsaiti olmadığından və cavabdehin “VÖEN”-ni öyrənmək üçün 2 ay vaxt sərf etdiklərindən iddia müddətini ötürmüşdür. Həmçinin müharibə iştirakçısı olmuşdur.

6. Əvvəlki məhkəmə iclasında İddiaçı2 izahatında bildirmişdir ki, o, müharibə iştirakçısıdır. Ona ümumiyyətlə müəssisə tərəfindən iş təklif edilməmişdir. Ona yalnız öhdəliyində olan avtomobili Qax rayonuna aparıb təhvil verməsi deyilmişdir. O, əvvəl işlədiyi müəssisədə ehtiyat sürücü kimi işləməyə razıdır.

7. Məhkəmə iclasında İddiaçı4 məhkəmə tərəfindən verilən suala cavab olaraq izahatında bildirmişdir ki, mediasiya mərhələsindən iştirak etmək üçün vəsaiti olmadığından və cavabdehin “VÖEN”-ni öyrənmək üçün 2 ay vaxt sərf etdiklərindən iddia müddətini ötürmüşdür. Həmçinin müharibə iştirakçısı olmuşdur.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı5 məhkəmə tərəfindən verilən suala cavab olaraq izahatında bildirmişdir ki, mediasiya mərhələsindən iştirak etmək üçün vəsaiti olmadığından və cavabdehin “VÖEN”-ni öyrənmək üçün 2 ay vaxt sərf etdiklərindən iddia müddətini ötürmüşdür. Həmçinin müharibə iştirakçısı olmuşdur.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı6 izahatında bildirmişdir ki, hazırda işləyir. Əmək haqqı onu qane etmir. Köhnə iş yerində işləmək istəyir. Mediasiya mərhələsində iştirak etmək üçün pulu olmayıb. Müharibə veteranları olduqları üçün 80 manat təqaüd alırlar. Yəni müharibə iştirakçılarıdırlar.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı3 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi isə, İddiaçı3 məhkəmə iclasında iştirak etməsə belə ona münasibətdə də işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

11. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı3 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Onlar "xxxx" MMC-nin sürücüləri olmuşlar. Hər biri uzun illər orada işləmişlər. Vətən Müharibəsi başladıqdan sonra 2020-ci ilin oktyabr ayından etibarən qisman səfərbərliyə cəlb edilməklə sürücü kimi müvafiq hərbi hissələrə ezam edilmişlər. Hərbi əməliyyatlar bitdikdən sonra əvvəlki iş yerlərinə qayıdaraq işlərini davam etdirmişlər. Lakin müharibə dövründə ezamiyyətlə əlaqədar onlara verilməsi nəzərdə tutulan vəsait verilmədiyindən müəssisə rəhbərliyinə müraciət etmişlər. Rəhbərlik tərəfindən lazımi diqqət göstərilmədiyindən bu məsələ barədə yuxari orqanlara müraciət etmişlər. Yalnız bundan sonra onlara ezamiyyət vəsaitləri qismən ödənilmişdir. Lakin yuxarı orqanlara şikayət etdikləri üçün müəssisə rəhbərliyi tərəfindən hədələrə məruz qalmağa başlamışlar. Şirkət onları işlədikləri yerdən çıxarıb başqa rayona göndərmək istəyirdilər. Onun iş yerini İmişli rayonuna dəyişdirmişlər. Əmək haqqını isə azaldaraq 350 manat müəyyən etmişlər. Orada yaşayış yeri, yemək kimi təminatları isə verməmişlər. Ona görə də o, ərizə yazaraq işdən çıxmışdır. İş yerinin dəyişilməsinə razı olmayan digər iddiaçıları isə ixtisara salıblar. MMC işçilərin sayının ixtisar edilməsini əsas gətirsə də, onlardan sonra oraya həm əsas, həm də ehtiyat sürücüləri işə götürmüşlər. Müəssisə həmçinin, 2021-ci ilin may ayından onları işə buraxmamışdır.

12. İddaçılar - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı4 və İddiaçı5 "xxxx" MMC-yə qarşı işə bərpa dair mülki işlə bağlı aşağıdakı məzmunlu izahatlarını yazılı şəkildə təqdim etmişlər.

13. İzahatda göstərilir: Cavabdehin 17 mart 2022-ci il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında verdiyi məlumatlar həqiqəti əks etdirmir. Belə ki, qarşı tərəfin verdiyi məlumata görə güya 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC ləğv edilməkdədir deyə işçilər və ştatlar ixtisara düşür, işçilərə məxsus olan avtomobillər və texnikalar isə başqa şəhər və rayonlarda yerləşən təşkilatlara verilir. Bununla bağlı qeyd edirlər ki, onların işdən çıxarıldıqları zaman son aylar ərzində 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansından çox az sayda texnika çıxarılaraq başqa şəhər və rayonlarda yerləşən idarələrə verilib. Əgər bu hal kütləvi olsaydı o zaman avtomobillərin və texnikaların qeydiyyat nömrə nişanları və texniki pasportları da dəyişməli idi, lakin hazırda da 3 nömrəli MMC-yə məxsus olan və faktiki işlərə cəlb edilən çoxsaylı avtomobil və texnikalar mövcuddur. Digər tərəfdən avtomobilləri başqa şəhər və rayonlarda yerləşən idarələrə verilən xeyli sayda işçi 3 saylı MMC-də işləməkdə davam edir. Məsələn, Əsgərov Həqiqət, Gümrah və Atif qardaşları (Gümrah hazırda 3 nömrəli MMC-yə məxsus olan **- İV-*** nömrəli, Atif isə N-İR 051 nömrəli avtomobili idarə edir). **-JM-*** nömrəli maşınin sürücüsü olmuş Vüsal adlı şəxsin maşını başqa bir idarənin balansına keçirilsə də, onun özü 3 nömrəli MMC-də işləməkdə davam edir. 2019-cu ildə avtomobilləri ilə birlikdə Qaradağ rayonu Qobustan qəsəbəsinə köçürülmüş iki sürücü - X15 və X37 yenidən 3 nömrəli MMC-yə işə qaytarılmışdır. **-JV-*** nömrəli maşının sürücüsü olmuş X12 İlham İkram oğlu da onlar işdən zad edildikdən sonra sürücü vəzifəsinə işə götürülmüşdür. Yuxarıda adlarını çəkdikləri şəxslərdən heç biri (Gərayev İkramdan başqa) onlardan fərqli olaraq 44 günlük Vətən müharibəsində iştirak etməyib."

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçılardan Mahir öz ərizəsi ilə işdən çıxmışdır. Digər iddiaçılar isə iddia müddətini ötürmüşlər. Onların müharibə iştirakçısı olmaları barədə də iş materiallarında sübut yoxdur. Qanunvericilikdə iddia müddəti konkret olaraq 1 ay müəyyən edilmişdir. Mediasiya sessiyasında pulun olmaması səbəbindən iştirak edilməməsi əsaslı səbəb deyildir. Odur ki, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir.

15. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçılardan İddiaçı3 öz ərizəsi əsasında işdən çıxmışdır. Elton, Qulaməli, Asif digər müəssisələrdə işləyirlər. İddiaçılar müharibə iştirakçısı hesab olunmurlar. Bununla bağlı vəsiqələri yoxdur. Bundan başqa "xxxx" MMC-nin tərkibində əvvəllər 187 maşin olmuşdur. Müəssisə hazırda Azərbaycan Avtomobil X19 avtobazası kimi fəaliyyət göstərir. Şirkət yolların çəkilməsi ilə məşğul olmur, sadəcə sürücü və maşınla təmin edir. Müharibə başlayanda Azərbaycan Respublikası Səfərbərlik ve Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən plana uyğun olaraq onların nəqliyyat vasitələrindən istifadə üçün müraciət edilmişdir. AAYDA rəhbərliyi tərəfindən verilmiş tapşırığa əsasən 44 maşın sürücüləri ilə birlikdə cəbhə bölgesinə göndərilmişdir. İddiaçılar da oraya gedən sürücülərdən idilər. Onları heç kim məcbur etməmiş, könüllü getmişlər. Onların iş yeri, əmək haqları saxlanılmışdır. Onlara gündəlik 39 manat olmaqla ezamiyyə xərci ödənilmişdir. Müharibə qurtardıqdan sonra bəzi işçilər şirkət rəhbərliyi barədə yuxarı orqanlara şikayət vermişlər. AAYDA-nın sərəncamına əsasən 19 may 2021-ci il tarixində müəssisədən maşınlar alınaraq digər yol istismarı müəssisələrinin balansına verilmişdir. Eyni zamanda həmin maşınların təhkim olunduğu sürücülərin ştat vahidləri də müəssisədən alınaraq müvafiq qaydada maşınların verilmiş olduğu müəssisələrə verilmiş və sürücülərin həmin müəssisələrdə işlə təmin olunması nəzərdə tutulmuşdur. Müəssisədə ştat sayı maşınların sayına uyğun olduğu üçün maşınlar olmadan sürücülərin fəaliyyəti də qeyri-mümkündür. Onlar sürücülərə maşınların verildiyi rayonlarda işləmək təklif etmiş, 35 nəfər təkliflə razılaşaraq hazırda həmin rayonlarda çalışırlar. 2 işçi eləcə də, hazırki İddiaçı3 öz ərizələri ilə işdən çıxmışdır. 12 nəfər isə başqa müəssisəyə keçmək təklifini qəbul etmədiklərindən ixtisara salınmışdır. İddiaçılardan İddiaçı3 öz ərizəsi ilə işdən çıxmış, qalanları ixtisara düşmüşlər. Müəssisə rəhbərliyi bu işçiləri işdən çıxarmağa maraqlı olmamışdır. İddiaçılar müharibə veteranı belə deyillər. Arxa cəbhədə olmuşlar. Sadəcə müharibədə iştirak etmələrindən sui-istifadə etmək istəyirlər. Onların ixtisara salınması Əmək Məcəlləsinə uyğundur. Müəssisədə hazırda ehtiyat sürücülər vardır, ixtisara düşən bir neçə nəfəri yenidən ehtiyat sürücü kimi işə götürmüşlər. İşçilərin müəssisəyə buraxılmamasına səbəb isə maşınları digər müəssisələrin balansına verilmiş sürücülərin müəssisəyə gələrək dava-dalaş salması, müəssisəyə maddi ziyan vurmaları ilə bağlıdır. Bu barədə polisə şikayət etmişlər və rəhbərliyin tapşırığına əsasən onların müəssisəyə buraxılması qadağan edilmişdir. Qeyd edir ki, işçilərin ixtisarı zamanı həmkarlar ittifaqı komitəsinin razılığı alınmış, işçilər həmkarlar ittifaqının iclasına dəvət edilmiş, iclas keçirilmiş, iclasın protokolu, protokoldan çıxarış belə vardır. Bundan əlavə Azərbaycan Avtomobil X19 sərəncamlarına əsasən maşınlar idarənin balansından alınaraq digər yol istismarı idarələrinin balansına verilmişdir. Həmin sərəncamlarda başqa müəssisələrin balansına verilmiş maşınların nömrəsi, markası göstərilmişdir. Həmçinin ştat cədvəlində dəyişiklik edilməsi barədə müəssisəyə AAYDA tərəfindən məktublar göndərilmişdir. Müəssisənin ştatlarını agentlik müəyyən edir. Onlar isə işçiləri işə götürmək və işdən azad etmək səlahiyyətinə malikdirlər. Onlar agentliyin sərəncamlarını icra etmişlər. Hansı maşın onlardan alınıbsa, o maşının sürücüsünə maşının balansına verildiyi müəssisəyə işə düzəlmək təklif olunub. Razılaşanlar gedib orada əmək müqaviləsi bağlayaraq işləyiblər. İddiaçı3 öz ərizəsi ilə işdən çıxıb. Başqa müəssisələrdə işləməyə razı olmayanlar ixtisara salınıblar. İşçilərin müharibədə iştirakı könüllü olmuşdur. Belə ki, səfərbərlik idarəsi onlardan 44 maşın istəmişdi. Maşınların sürücüləri idarəyə müraciət etdilər ki, maşınları özləri sürsünlər. Müəssisə rəhbərliyi Müdafiə Nazirliyinə müraciət etdi və sürücülərin könüllü getməsinə icazə verildi. Qarabağda olduqları müddətdə günü 15 manat olmaqla ezam pulu hesablayıb sürücülərə ödənilmişdir. Sürücülər digər yol istismarı idarələrinin günü 39 manat ezam pulu ödədiyini irəli sürərək rəhbərliyə etirazlarını çatdırdılar. Müəssisə rəhbəri də onlara 39 manatdan ezam pulu ödənilməsinə razılıq verdi və sürücülər 2021-ci ilin fevral ayında ezam pullarını aldılar. AAYDA-nın sərəncamlarından sonra 44 sürücünün imzası ilə yuxarı orqanlara şikayətlər yazdılar. Müxtəlif orqanlara ümumi 70-dən çox ərizə yazıblar. X44 gəlib müəssisəni yoxlamış və işçilərin ixtisarında heç bir nöqsan tapmamışdır. İşçilərin ixtisarından sonra ehtiyat sürücülər götürmüşlər. Əvvəl ehtiyat sürücülər üçün 3 ştat yeri olsa da, sonra müəssisə rəhbərinin xahişinə əsasən 7 ştat daha açılmışdır. Hazırda ehtiyat sürücülər üçün 10 ştat yeri var.

16. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, vəkil Nümayəndə1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Eyni zamanda İddiaçı3 öz ərizəsi ilə işdən azad edilib və əvvəlki məhkəmə iclasında iddiasını müdafiə etdiyindən ona münasibətdə də işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

17. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Binəqədi rayon İdarəsinin rəisi Nicat Həsənov xx.xx.2020-ci il tarixli, 1311 saylı məktubla 3 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Elşən Cəfərova müraciət edərək Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamının icrası məqsədilə Silahlı Qüvvələrin birlik və birləşmələrinin hərbi-nəqliyyat vasitəsi ilə komplektləşdirilməsi məqsədilə təhkim edilmiş siyahıda adları qeyd edilən nəqliyat vasitələrinin aidiyyəti hərbi hissələrə göndərilməsi barədə göstəriş verilməsini xahiş etmişdir.

18. N nömrəli hərbi hissənin komandiri tərəfindən Azərbaycan Avtomobil Yollarının Dövlət Agentliyinin 3 saylı xüsusi təyinatlı yol istismar müəssisəsinin direktoruna ünvanlanan məktubdan görünür ki, müəssisənin sürücülərinin istər texnika, istərsə də bütün fəaliyyətlərdə və yerdəyişmələrdə məharətlə iştirak etmələri səbəbindən müəssisə rəhbərliyinə təşəkkür edilmişdir.

19. Azərbaycan Avtomobil X19 "xxxx" MMC-nin X31 Komitəsinin 22 iyul 2021-ci il tarixli 09 №-li Protokolundan görünür ki, iclasda gündəlik məsələ Azərbaycan X36 Agentliyi İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən 49 ədəd TATRA markalı avtomaşının istehsalat zərurəti ilə əlaqədar olaraq balansdan çıxarılıb tabeliklərindəki digər müəssisələrin balansına verilməsi və təhkim olunmuş sürücülərin köçürmə yolu ilə müvafiq olaraq həmin idarələrdə işlə təmin olunması məsələsi müzakirə edilmişdir. X1, İddiaçı2 Ağzeynal oğlu, İddiaçı6, X10, İddiaçı4 Ağagül oğlu, X47, İddiaçı5, İddiaçı1, X16, X39 və X5 iştirak etmişdir.

20. İclasın sonunda iclas iştirakçıları tərəfindən AAYDA-nın 18 may 2021-ci il tarixli sərəncamlarına əsasən balansdan çıxarıb, digər tabelikdə olan müəssisələrin balansına verilmiş avtomaşınlarının sürücülərinin həmin müəssisələrdə işlə təmin olunmasından imtina etdiklərinə və sərəncama əsasən ştat vahidlərinin azaldılmasına əsasən həmin sürücülərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin mümkün hesab edilməsi, X6, İddiaçı2 Ağzeynal oğlunun, İddiaçı6, X3, İddiaçı4 Ağagül oğlunun, X24, İddiaçı5, İddiaçı1, X4, X22 və X2 əmək müqavilələrinə xitam verilməsinin rəhbərlikdən xahiş edilməsi qərara alınmışdır.

21. 284 saylı hərbi hissə komandiri tərəfindən verilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8724/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

22. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9332/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6328/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçılar X6, X22, İddiaçı1 İsa oğlunun, X40, X4, İddiaçı6, İddiaçı2, X24, İddiaçı5 cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

24. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5801/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçılar X6, X22, İddiaçı1, X40, X4, İddiaçı6, İddiaçı2, X24, İddiaçı5 və İddiaçı4 cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

25. İddiaçı5 ilə 73 saylı YSMS arasında bağlanan 19 sentyabr 2006-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı5 73 saylı YSMS-də müddətsiz olmaqla ehtiyatsürücü vəzifəsində işə qəbul edilmişdir. Müqavilənin 3.1-ci maddəsin əsasən işçinin əsas vəzifəsi kimi yüklərin daşınması göstərilmişdir. Lakin əmək müqaviləsində işçinin almalı olduğu əmək haqqı göstərilməmişdir.

26. İddiaçı5 məxsus olan ******* saylı əmək kitabçasından görünür ki, o, "xxxx" ASC-nin 10 iyun 2016-cı il tarixli 27 №-li qərarı ilə "xxxx" MMC-nin işçisi hesab edilmişdir.

27. 18 oktyabr 2017-ci il tarixində isə "xxxx" ASC-nin adı dəyişdirilərək, AAY Dövlət Agentliyi olduğundan o, AAY Dövlət Agentliyi "xxxx" MMC-nin işçisi hesab edilmişdir.

28. İddiaçı5 məxsus olan ******* saylı hərbi biletdən görünür ki, İddiaçı5 26 noyabr 2009-cu il tarixində “Müharibə Veteranı” vəsiqəsi verilmişdir.

29. Azərbaycan X36 Agentliyi tərəfindən 3 №-li Xüsusi təyinatlı Yol İstismarı MMC-yə və 6 №-li X14 MMC-yə ünvanlanan 19 may 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan avtomobil X19 “Əsas vəsaitlərinin əvəzsiz olaraq balansdan-balansa verilməsi” barədə 18 may 2021-ci il tarixli 29 saylı sərəncamına əsasən 3 №-li XTYİ MMCnin balansında olan 6 (altı) ədəd Tatra-T815 markalı yükü özüboşaldan avtomobillərin 6 №-li X14 MMC-nin balansına verilməsi ilə əlaqədar 6 nəfər sürücü ştat vahidi 3 №-li XTYİ MMC-nin ştat cədvəlindən çıxarılaraq, 6 №-li X14 MMC-nin ştat cədvəlinə əlavə edilmişdir.

30. Azərbaycan Avtomobil X19 18 may 2021-ci il tarixli, 29 №-li sərəncamından görünür ki, 6 №-li X14 MMC-nin balansına verilən avtomobillərdən biri Tatra T-815 markalı, 2008-ci il buraxılışlı **-JM-*** dövlət nömrə nişanlı yükünü özüboşaldan avtomobil olmuşdur ki, həmin avtomobil İddiaçı5 istifadəsində olmuşdur.

31. Azərbaycan X36 Agentliyi 6 №-li X14 MMC tərəfindən verilən 17 noyabr 2021-ci il tarixli, 11 №-li arayışdan görünür ki, 6 (altı) ədəd Tatra-T815 markalı yükü özüboşaldan avtomobillərin 6 №-li X14 MMC-nin balansına verildiyindən həmin avtomobilləri idarə edən sürücülər müəssisədə işləməyə davam etmişlər. Onlardan yalnız X16 müəssisədə işləməkdən imtina etmişdir.

32. İddiaçı5 məxsus ***-***-**-** saylı telefon nömrəsinə 01 iyun 2021-ci il tarixində SMS göndərilərək, MMC-nin 18 may 2021-ci il tarixli, 29 nömrəli sərəncamına əsasən idarə etdiyi avtomobilin başqa yol idarəsinə verilməsi barədə məlumat verilmiş və idarəyə gəlib işdən azad olması barədə ərizə ilə müraciət etməsi təklif edilmişdir.

33. "xxxx" MMC tərəfindən İddiaçı5 ünvanlanan 19 may 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona, Azərbaycan Avtomobil X19 İdarə Heyətinin 18 may 2021ci il tarixli, 29 nömrəli sərəncamı ilə sonuncunun təhkim olduğu **-JM-*** dövlət nömrə nişanlı Tatra 815 markalı avtomaşının İmişli “6 №-li X14” MMC-nin balansına verilməsi ilə əlaqədar ştatının ixtisara düşməsi barədə məlumat verilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən xəbərdarlıq müddətinin əvəzinə əmək stajından asılı olaraq ona birdəfəlik müavinət ödənilməklə əmək müqaviləsinə xitam verilə biləcəyi barədə məlumat verilmişdir.

34. Lakin həmin xəbərdarlıq məktubu 01 iyun 2021-ci il tarixində İddiaçı5 ünvanına göndərilmişdir.

35. "xxxx" MMC tərəfindən İddiaçı5 ünvanlanan 23 iyul 2021-ci il tarixli bildirişdən görünür ki, sonuncuya Azərbaycan Avtomobil X19 "xxxx" MMC-nin direktoru Elşən Cəfərovun 23 iyul 2021-ci il tarixli N №-li əmri ilə əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmiş, əmək kitabçasının poçtla göndərilməsi və ya tərəfindən müəssisədən götürə biləcəyi təklif edilmişdir.

36. 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru tərəfindən verilən 23 iyul 2021-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Avtomobil X19 18 may 2021ci il tarixli 29 saylı sərəncamına əsasən 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansından Tatra-815 markalı **-JM-*** dövlət nömrə nişanlı avtomobil çıxarılıb 6 №-li X20 MMC-nin balansına verildiyi üçün 23 iyul 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildiyi üçün Azərbaycan Avtomobil X19 3 №-li XTYİ MMC-nin sürücüsü vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İddiaçı5 ilə son haqq-hesab aparılarkən işlədiyi müddətdə istifadə edilməməmiş 123 gün əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən İddiaçı5 aylıq əmək haqqının 2 misli miqdarında müavinətin verilməsinin təmin edilməsi əmr edilmişdir.

37. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 23 iyul 2021-ci il tarixli X9 görünür ki, İddiaçı5 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-də əmək fəaliyyətinə 23 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir.

38. 6 №-li X14 MMC tərəfindən verilən 09 mart 2022-ci il tarixli 01 №-li arayışdan görünür ki, İddiaçı5 19 avqust 2021-ci il tarixli 38/K nömrəli əmrlə 6 №-li X14 MMC-də 8-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmişdir və hal-hazırda həmin cəmiyyətdə sürücü vəzifəsində işləyir.

39. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı5 29 noyabr 2021-ci il tarixdə 15:00-15:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir.

40. İddiaçı6 ilə 7 saylı İDYM arasında bağlanan 16 sentyabr 2005-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı6 7 saylı İDYM-də müddətsiz olmaqla sürücü vəzifəsində işə qəbul edilmişdir. Lakin əmək müqaviləsində işçiyə ödənilməli olan əmək haqqı göstərilməmişdir.

41. İddiaçı6 məxsus olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, "xxxx" ASC-nin 10 iyun 2016-cı il tarixli 27 №-li qərarı ilə "xxxx" MMC-nin işçisi hesab edilmişdir.

42. 18 oktyabr 2017-ci il tarixində isə "xxxx" ASC-nin adı dəyişdirilərək, AAY Dövlət Agentliyi olduğundan o, AAY Dövlət Agentliyi "xxxx" MMC-nin işçisi hesab edilmişdir.

43. İddiaçı6 məxsus ******* saylı hərbi biletin surətindən görünür ki, o, Cəbrayıl və Zəngilan rayonunun işğaldan azad olunmasında iştirak etmişdir.

44. 284 saylı hərbi hissə komandiri tərəfindən verilən 19 yanvar 2021-ci il tarixli 3132 saylı arayışdan görünür ki, İddiaçı6 05 oktyabr 2020-ci il tarixindən 18 yanvar 2021ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində sürücü kimi Cəbrayıl və Xocavənd rayonlarında döyüş tapşırıqların yerinə yetirilməsində iştirak etmişdir.

45. N nömrəli hərbi hissənin komandiri tərəfindən verilən 11 yanvar 2021-ci il tarixli fəxri fərmandan görünür ki, Əmirov X8, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad olunması zamanı aparılan döyüş əməliyyatlarında sürücü kimi göstərdiyi nümunəvi xidmətinə görə təltif olunmuşdur.

46. №3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC tərəfindən təqdim edilən İİ Qarabağ müharibəsində iştirak edən sürücülər barədə məlumatdan görünür ki, İddiaçı6 **- JT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli, Zəngilan, Şuşa, Cəbrayıl, Qubadlı rayonları istiqamətində müharibədə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək iştirak etmişdir.

47. Azərbaycan X36 Agentliyi tərəfindən 3 №-li Xüsusi təyinatlı Yol İstismarı MMC-yə və 6 №-li X14 MMC-yə ünvanlanan 19 may 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan avtomobil X19 “Əsas vəsaitlərinin əvəzsiz olaraq balansdan-balansa verilməsi” barədə 18 may 2021-ci il tarixli 29 saylı sərəncamına əsasən 3 №-li XTYİ MMCnin balansında olan 6 (altı) ədəd Tatra-T815 markalı yükü özüboşaldan avtomobillərin 6 №-li X14 MMC-nin balansına verilməsi ilə əlaqədar 6 nəfər sürücü ştat vahidi 3 №-li XTYİ MMC-nin ştat cədvəlindən çıxarılaraq, 6 №-li X14 MMC-nin ştat cədvəlinə əlavə edilmişdir.

48. Azərbaycan Avtomobil X19 18 may 2021-ci il tarixli, 29 №-li sərəncamından görünür ki, 6 №-li X14 MMC-nin balansına verilən avtomobillərdən biri Tatra T-815 markalı, 2012-ci il buraxılışlı **-JT-*** dövlət nömrə nişanlı yükünü özüboşaldan avtomobil olmuşdur ki, həmin avtomobil İddiaçı6 istifadəsində olmuşdur.

49. Azərbaycan X36 Agentliyi 6 №-li X14 MMC tərəfindən verilən 17 noyabr 2021-ci il tarixli, 11 №-li arayışdan görünür ki, 6 (altı) ədəd Tatra-T815 markalı yükü özüboşaldan avtomobillərin 6 №-li X14 MMC-nin balansına verildiyindən həmin avtomobilləri idarə edən sürücülər müəssisədə işləməyə davam etmişlər. Onlardan yalnız X16 müəssisədə işləməkdən imtina etmişdir.

50. İddiaçı6 məxsus ***-***-**-** saylı telefon nömrəsinə 01 iyun 2021-ci il tarixində SMS göndərilərək, MMC-nin 18 may 2021-ci il tarixli, 29 nömrəli sərəncamına əsasən idarə etdiyi avtomobilin başqa yol idarəsinə verilməsi barədə məlumat verilmiş və təcili idarəyə gəlib işdən azad olunma barədə ərizə ilə müraciət etməsi bildirilmişdir.

51. "xxxx" MMC tərəfindən İddiaçı6 ünvanlanan 19 may 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona, Azərbaycan Avtomobil X19 İdarə Heyətinin 18 may 2021ci il tarixli, 29 nömrəli sərəncamı ilə sonuncunun təhkim olduğu **-JT-*** dövlət nömrə nişanlı Tatra 815 markalı avtomaşının İmişli “6 №-li X14” MMC-nin balansına verilməsi ilə əlaqədar ştatının ixtisara düşməsi barədə məlumat verilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən xəbərdarlıq müddətinin əvəzinə əmək stajından asılı olaraq ona birdəfəlik müavinət ödənilməklə əmək müqaviləsinə xitam verilə biləcəyi barədə məlumat verilmişdir.

52. Lakin həmin xəbərdarlıq 01 iyun 2021-ci il tarixində İddiaçı6 göndərilmişdir.

53. 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru tərəfindən verilən 23 iyul 2021-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Avtomobil X19 18 may 2021ci il tarixli 29 saylı sərəncamına əsasən 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansından Tatra-815 markalı **-JT-*** dövlət nömrə nişanlı avtomobil balansdan çıxarılıb 6 №-li X14 MMC-nin balansına verildiyi üçün 23 iyul 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildiyi üçün Azərbaycan Avtomobil X19 3 №-li XTYİ MMC-nin sürücüsü vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İddiaçı6 ilə son haqq-hesab aparılarkən işlədiyi müddətdə istifadə edilməməmiş 186 gün əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən İddiaçı6 aylıq əmək haqqının 2 misli miqdarında müavinətin verilməsinin təmin edilməsi əmr edilmişdir.

54. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 23 iyul 2021-ci il tarixli X9 görünür ki, İddiaçı6 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-də əmək fəaliyyətinə 23 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir.

55. "xxxx" MMC tərəfindən İddiaçı6 ünvanlanan 23 iyul 2021-ci il tarixli bildirişdən görünür ki, sonuncuya Azərbaycan Avtomobil X19 "xxxx" MMC-nin direktoru Elşən Cəfərovun 23 iyul 2021-ci il tarixli 94 №-li əmri ilə əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmiş, əmək kitabçasının poçtla göndərilməsi və ya tərəfindən müəssisədən götürə biləcəyi təklif edilmişdir.

56. 6 №-li X14 MMC tərəfindən verilən 09 mart 2022-ci il tarixli 03 №-li arayışdan görünür ki, İddiaçı6 19 avqust 2021-ci il tarixli 39/K nömrəli əmrlə 6 №-li Yol İstismarı MMC-də 8-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmişdir və hal-hazırda həmin cəmiyyətdə sürücü vəzifəsində işləyir.

57. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı6 29 oktyabr 2021-ci il tarixdə 14:00-14:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir.

58. İddiaçı4 ilə 7 saylı İDYM arasında bağlanan 01 noyabr 2005-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı4 7 saylı İDYM-də müddətsiz olmaqla ehtiyat-sürücü vəzifəsində yüklərin daşınması əmək funksiyası üzrə işə qəbul edilmişdir. Lakin əmək müqaviləsində işçiyə ödənilməli olan əmək haqqı miqdarı göstərilməmişdir.

59. İddiaçı4 məxsus olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, "xxxx" ASC-nin 10 iyun 2016-cı il tarixli 27 №-li qərarı ilə "xxxx" MMC-nin işçisi hesab edilmişdir.

60. 18 oktyabr 2017-ci il tarixində isə "xxxx" ASC-nin adı dəyişdirilərək, AAY Dövlət Agentliyi olduğundan o, AAY Dövlət Agentliyi "xxxx" MMC-nin işçisi hesab edilmişdir.

61. İddiaçı4 məxsus ******* saylı hərbi biletin surətindən görünür ki, o, N №-li hərbi hissənin tərkibində sürücü kimi Cəbrayıl və Xocəvənd rayonlarında döyüş tapşırıqarının yerinə yetirilməsində iştirak etmişdir.

62. 51 nömrəli hərbi hissənin komandiri tərəfindən verilən 25 yanvar 2021-ci il tarixli fəxri fərmandan görünür ki, Məmmədov X18, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunması zamanı vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə təltif olunmuşdur.

63. 651 saylı hərbi hissə komandiri tərəfindən verilən 02 fevral 2021-ci il tarixli 9N saylı arayışdan görünür ki, İddiaçı4 18 oktyabr 2020-ci il tarixindən 25 yanvar 2021-ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində sürücü kimi Cəbrayıl və Xocavənd rayonlarında döyüş tapşırıqların yerinə yetirilməsində iştirak etmişdir.

64. №3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC tərəfindən təqdim edilən İİ Qarabağ müharibəsində iştirak edən sürücülər barədə məlumatdan görünür ki, İddiaçı4 **- JM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli, Zəngilan, Şuşa, Cəbrayıl, Qubadlı rayonları istiqamətində müharibədə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək iştirak etmişdir.

65. Azərbaycan X36 Agentliyi tərəfindən 3 №-li Xüsusi təyinatlı Yol İstismarı MMC-yə və 46 №-li Yol istismarı MMC-yə ünvanlanan 19 may 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan avtomobil X19 “Əsas vəsaitlərinin əvəzsiz olaraq balansdanbalansa verilməsi” barədə 18 may 2021-ci il tarixli 30 saylı sərəncamına əsasən 3 №-li XTYİ MMC-nin balansında olan 4 (dörd) ədəd Tatra-T815 markalı yükü özüboşaldan avtomobillərin 46 №-li Yolların İstismarı MMC-nin balansına verilməsi ilə əlaqədar 4 nəfər sürücü ştat vahidi 3 №-li XTYİ MMC-nin ştat cədvəlindən çıxarılaraq, 46 №-li Yolların İstismarı MMC-nin ştat cədvəlinə əlavə edilmişdir.

66. Azərbaycan Avtomobil X19 18 may 2021-ci il tarixli, 30 №-li sərəncamından görünür ki, 46 №-li Yol İstismarı MMC-nin balansına verilən avtomobillərdən biri Tatra T- 815 markalı, 2008-ci il buraxılışlı **-JM-*** dövlət nömrə nişanlı yükünü özüboşaldan avtomobil olmuşdur ki, həmin avtomobil İddiaçı4 istifadəsində olmuşdur.

67. İddiaçı4 məxsus ***-***-**-** saylı telefon nömrəsinə 01 iyun 2021-ci il tarixində SMS ünvanlanaraq MMC-nin 18 may 2021-ci il tarixli, 30 nömrəli sərəncamına əsasən idarə etdiyi avtomobilin başqa yol idarəsinə verilməsi barədə məlumat verilmiş və idarəyə gəlib işdən çıxmaq barədə ərizə ilə müraciət etməsi təklif edilmişdir.

68. "xxxx" MMC tərəfindən İddiaçı4 ünvanlanan 19 may 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona, Azərbaycan Avtomobil X19 İdarə Heyətinin 18 may 2021ci il tarixli, 30 nömrəli sərəncamı ilə sonuncunun təhkim olduğu **-JM-*** dövlət nömrə nişanlı Tatra 815 markalı avtomaşının İmişli "xxxx" MMC-nin balansına verilməsi ilə əlaqədar ştatının ixtisara düşməsi barədə məlumat verilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən xəbərdarlıq müddətinin əvəzinə əmək stajından asılı olaraq ona birdəfəlik müavinət ödənilməklə əmək müqaviləsinə xitam verilə biləcəyi barədə məlumat verilmişdir.

69. Lakin həmin xəbərdarlıq məktubu 01 iyun 2021-ci il tarixində İddiaçı4 ünvanına göndərilmişdir.

70. 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru tərəfindən verilən 23 iyul 2021-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Avtomobil X19 18 may 2021ci il tarixli 30 saylı sərəncamına əsasən 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansından Tatra-815 markalı **-JM-*** dövlət nömrə nişanlı avtomobil balansdan çıxarılıb 46 №-li Yol İstismarı MMC-nin balansına verildiyi üçün 23 iyul 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildiyi üçün Azərbaycan Avtomobil X19 3 №-li XTYİ MMC-nin sürücüsü vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İddiaçı4 ilə son haqq-hesab aparılarkən işlədiyi müddətdə istifadə edilməməmiş 120 gün əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən İddiaçı4 aylıq əmək haqqının 2 misli miqdarında müavinətin verilməsinin təmin edilməsi əmr edilmişdir.

71. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 23 iyul 2021-ci il tarixli X9 görünür ki, İddiaçı4 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-də əmək fəaliyyətinə 23 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir.

72. "xxxx" MMC tərəfindən İddiaçı4 ünvanlanan 23 iyul 2021-ci il tarixli bildirişdən görünür ki, sonuncuya Azərbaycan Avtomobil X19 "xxxx" MMC-nin direktoru Elşən Cəfərovun 23 iyul 2021-ci il tarixli 98 №-li əmri ilə əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmiş, əmək kitabçasının poçtla göndərilməsi və ya tərəfindən müəssisədən götürə biləcəyi təklif edilmişdir.

73. 6 №-li X14 MMC tərəfindən verilən 09 mart 2022-ci il tarixli 03 №-li arayışdan görünür ki, İddiaçı4 24 avqust 2021-ci il tarixli 41/K nömrəli əmrlə 6 №-li X14 MMC-də 8-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmişdir və hal-hazırda həmin cəmiyyətdə sürücü vəzifəsində işləyir.

74. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı4 29 oktyabr 2021-ci il tarixdə 10:00-10:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir.

75. İddiaçı3 məxsus olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, 19 iyun 2006-cı il tarixində 73 saylı YSM-də sürücü vəzifəsinə qəbul edilmişdir.

76. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsi tərəfindən Azərbaycan X36 Agentliyinə təqdim etmək üçün verilən 02 iyun 2021-ci il tarixli 582 saylı arayışdan görünür ki, 3 №-li XT YİM mülkiyyətində olan **-JT-*** dövlətq nişanlı Tatra markalı nəqliyyat vasitəsi-sürücü, 1963cü il təvəllüdlü İddiaçı3 Azərbaycan Respublikasının Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq maddələrinə əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək siyahı ilə müvafiq hərbi hissəyə təhvil verilmişdir. **-JT-*** dövlət nişanlı Tatra markalı nəqliyyat vasitəsi-sürücü İddiaçı3 04 mart 2021-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən aktla təhvil alınaraq müəssisəyə göndərilmişdir.

77. 284 saylı hərbi hissə komandiri tərəfindən verilən 19 yanvar 2021-ci il tarixli 3136 saylı arayışdan görünür ki, İddiaçı3 05 oktyabr 2020-ci il tarixindən 18 yanvar 2021ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində sürücü kimi Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd rayonlarında döyüş tapşırıqların yerinə yetirilməsində iştirak etmişdir.

78. N nömrəli hərbi hissənin komandiri tərəfindən verilən 11 yanvar 2021-ci il tarixli fəxri fərmandan görünür ki, Ağayev X13, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad olunması zamanı aparılan döyüş əməliyyatlarında sürücü kimi göstərdiyi nümunəvi xidmətinə görə təltif olunmuşdur.

79. İddiaçı3 məxsus ******* saylı hərbi biletin surətindən görünür ki, o,sürücü kimi Cəbrayıl və Zəngilan rayonunun işğaldan azad olunmasında iştirak etmişdir.

80. №3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC tərəfindən təqdim edilən İİ Qarabağ müharibəsində iştirak edən sürücülər barədə məlumatdan görünür ki, İddiaçı3 **- JT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli, Zəngilan, Şuşa, Cəbrayıl, Qubadlı rayonları istiqamətində müharibədə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək iştirak etmişdir.

81. İddiaçı3 tərəfindən 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoruna yazılan 24 may 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı3 öz xahişi ilə 24 may 2021-ci il tarixindən işdən azad edilməsini xahiş etmişdir.

82. 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru tərəfindən verilən 24 may 2021-ci il tarixli, 3 №-li əmrin surətindən görünür ki, 24 may 2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən Azərbaycan X36 Agentliyi "xxxx" MMC-nin sürücüsü İddiaçı3 öz xahişi ilə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı3 ilə son haqq-hesab aparılarkən işlədiyi müddətdə istifadə edilməmiş 103 gün əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir.

83. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X9 görünür ki, İddiaçı3 əmək müqaviləsinə 24 may 2021-ci il tarixində AR ƏM-nin 68.2 maddəsinin a) bəndinə əsasən xitam verilmişdir.

84. İddiaçı3 25 may 2021-ci il tarixindən 46 №-li Yol İstismarl MMC-də sürücü vəzifəsində işə qəbul edilmiş, 21 sentyabr 2021-ci il tarixli 57/k saylı əmrlə tutduğu vəzifədən öz xahisi ilə azad edilmişdir.

85. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı3 oğlu 29 noyabr 2021-ci il tarixdə 09:00-09:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir.

86. İddiaçı1 ilə 73 saylı YSMS arasında bağlanan 01 may 2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı1 73 saylı YSMS-də müddətsiz olmaqla sürücü vəzifəsində işə qəbul edilmişdir. Əmək müqaviləsində işçiyə ödənilməli olan əmək haqqı göstərilməmişdir.

87. №3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC tərəfindən təqdim edilən İİ Qarabağ müharibəsində iştirak edən sürücülər barədə məlumatdan görünür ki, İddiaçı1 Füzuli, Zəngilan, Şuşa, Cəbrayıl, Qubadlı rayonları istiqamətində müharibədə 7 gün müddətində əvəzedici sürücü kimi iştirak etmişdir.

88. Azərbaycan X36 Agentliyi tərəfindən 3 №-li Xüsusi təyinatlı Yol İstismarı MMC-yə və 13 №-li Yol istismarı MMC-yə ünvanlanan 19 may 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan avtomobil X19 “Əsas vəsaitlərinin əvəzsiz olaraq balansdanbalansa verilməsi” barədə 18 may 2021-ci il tarixli 28 saylı sərəncamına əsasən 3 №-li XTYİ MMC-nin balansında olan 4 (dörd) ədəd Tatra-T815 markalı yükü özüboşaldan avtomobillərin 13 №-li Yolların İstismarı MMC-nin balansına verilməsi ilə əlaqədar 4 nəfər sürücü ştat vahidi 3 №-li XTYİ MMC-nin ştat cədvəlindən çıxarılaraq, 13 №-li Yol İstismarı MMC-nin ştat cədvəlinə əlavə edilmişdir.

89. Azərbaycan Avtomobil X19 18 may 2021-ci il tarixli, 28 №-li sərəncamından görünür ki, 13 №-li Yol İstismarı MMC-nin balansına verilən avtomobillərdən biri Tatra T- 815 markalı, 2006-ci il buraxılışlı **-JZ-*** dövlət nömrə nişanlı yükünü özüboşaldan avtomobil olmuşdur ki, həmin avtomobil İddiaçı1 istifadəsində olmuşdur.

90. İddiaçı1 məxsus ***-***-**-** saylı telefon nömrəsinə göndərilən 01 iyun 2021-ci il tarixli SMS dən görünür ki, ona MMC-nin 18 may 2021-ci il tarixli, 28 nömrəli sərəncamına əsasən idarə etdiyi avtomobilin başqa yol idarəsinə verilməsi barədə məlumat verilmiş və idarəyə gələrək işdən azad olunma barədə ərizə ilə müraciət etməsi təklif edilmişdir.

91. "xxxx" MMC tərəfindən İddiaçı1 ünvanlanan 19 may 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona, Azərbaycan Avtomobil X19 İdarə Heyətinin 18 may 2021ci il tarixli, 28 nömrəli sərəncamı ilə sonuncunun təhkim olduğu **-JZ-*** dövlət nömrə nişanlı Tatra 815 markalı avtomaşının İmişli "xxxx" MMC-nin balansına verilməsi ilə əlaqədar ştatının ixtisara düşməsi barədə məlumat verilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən xəbərdarlıq müddətinin əvəzinə əmək stajından asılı olaraq ona birdəfəlik müavinət ödənilməklə əmək müqaviləsinə xitam verilə biləcəyi barədə məlumat verilmişdir.

92. Lakin həmin xəbərdarlıq İddiaçı1 ünvanına 01 iyun 2021-ci il tarixində göndərilmişdir.

93. 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru tərəfindən verilən 23 iyul 2021-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Avtomobil X19 18 may 2021ci il tarixli 28 saylı sərəncamına əsasən 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansından Tatra-815 markalı **-JZ-*** dövlət nömrə nişanlı avtomobil balansdan çıxarılıb 13 №-li Yol İstismarı MMC-nin balansına verildiyi üçün 23 iyul 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildiyi üçün Azərbaycan Avtomobil X19 3 №-li XTYİ MMC-nin sürücüsü vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İddiaçı1 ilə son haqq-hesab aparılarkən işlədiyi müddətdə istifadə edilməməmiş 67 gün əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən İddiaçı1 aylıq əmək haqqının 2 misli miqdarında müavinətin verilməsinin təmin edilməsi əmr edilmişdir.

94. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 23 iyul 2021-ci il tarixli X9 görünür ki, İddiaçı1 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-də əmək fəaliyyətinə 23 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir.

95. "xxxx" MMC tərəfindən İddiaçı1 ünvanlanan 23 iyul 2021-ci il tarixli bildirişdən görünür ki, sonuncuya Azərbaycan Avtomobil X19 "xxxx" MMC-nin direktoru Elşən Cəfərovun 23 iyul 2021-ci il tarixli 95 №-li əmri ilə əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmiş, əmək kitabçasının poçtla göndərilməsi və ya tərəfindən müəssisədən götürə biləcəyi təklif edilmişdir.

96. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 29 oktyabr 2021-ci il tarixdə 16:00-16:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir.

97. İddiaçı2 ilə 73 saylı YSMS arasında bağlanan 28 noyabr 2010-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı2 73 saylı YSMS-də müddətsiz olmaqla sürücü vəzifəsində işə qəbul edilmişdir. Lakin əmək müqaviləsində işçiyə ödənilməli olan əmək haqqı göstərilməmişdir.

98. №3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC tərəfindən təqdim edilən İİ Qarabağ müharibəsində iştirak edən sürücülər barədə məlumatdan görünür ki, İddiaçı2 Əlizeynal oğlu **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli, Zəngilan, Şuşa, Cəbrayıl, Qubadlı rayonları istiqamətində müharibədə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək iştirak etmişdir.

99. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandiri tərəfindən verilən 1067 saylı arayışdan görünür ki, İddiaçı2 həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə 29 sentaybr 2020-ci il tarixdən 05 yanvar 2021-ci il tarixədək N saylı hərbi hissədə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir.

100. Azərbaycan X36 Agentliyi tərəfindən 3 №-li Xüsusi təyinatlı Yol İstismarı MMC-yə və 13 №-li Yol istismarı MMC-yə ünvanlanan 19 may 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan avtomobil X19 “Əsas vəsaitlərinin əvəzsiz olaraq balansdanbalansa verilməsi” barədə 18 may 2021-ci il tarixli 28 saylı sərəncamına əsasən 3 №-li XTYİ MMC-nin balansında olan 4 (dörd) ədəd Tatra-T815 markalı yükü özüboşaldan avtomobillərin 13 №-li Yol İstismarı MMC-nin balansına verilməsi ilə əlaqədar 4 nəfər sürücü ştat vahidi 3 №-li XTYİ MMC-nin ştat cədvəlindən çıxarılaraq, 13 №-li Yolların İstismarı MMC-nin ştat cədvəlinə əlavə edilmişdir.

101. Azərbaycan Avtomobil X19 18 may 2021-ci il tarixli, 28 №-li sərəncamından görünür ki, 13 №-li Yol İstismarı MMC-nin balansına verilən avtomobillərdən biri Tatra T- 815 markalı, 2006-ci il buraxılışlı **-JZ-*** dövlət nömrə nişanlı yükünü özüboşaldan avtomobil olmuşdur ki, həmin avtomobil İddiaçı2 istifadəsində olmuşdur.

102. İddiaçı2 məxsus ***-***-**-** saylı telefon nömrəsinə 01 iyun 2021-ci il tarixli SMS göndərilərək, MMC-nin 18 may 2021-ci il tarixli, 28 nömrəli sərəncamına əsasən idarə etdiyi avtomobilin başqa yol idarəsinə verilməsi barədə məlumat verilmiş və idarəyə gələrək işdən çıxması barədə ərizə ilə müraciət etməsi təklif edilmişdir.

103. Azərbaycan Avtomobil X19 "xxxx" MMC tərəfindən təqdim edilən arayışdan görünür ki, Tatra T-815 markalı, 2006-ci il buraxılışlı **-JZ-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı2 istifadəsində olduğundan ona və digər avtomobil sürücülərinə müəssisədə işlə təmin olunmaqla təklif olunmasına baxmayaraq, təklif edilənlər müxtəlif bəhanələr gətirərək və şifahi olaraq işləməkdən imtina etmişdirlər.

104. "xxxx" MMC tərəfindən İddiaçı2 ünvanlanan 19 may 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona, Azərbaycan Avtomobil X19 İdarə Heyətinin 18 may 2021ci il tarixli, 28 nömrəli sərəncamı ilə sonuncunun təhkim olduğu **-JZ-*** dövlət nömrə nişanlı Tatra 815 markalı avtomaşının İmişli "xxxx" MMC-nin balansına verilməsi ilə əlaqədar ştatının ixtisara düşməsi barədə məlumat verilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən xəbərdarlıq müddətinin əvəzinə əmək stajından asılı olaraq ona birdəfəlik müavinət ödənilməklə əmək müqaviləsinə xitam verilə biləcəyi barədə məlumat verilmişdir.

105. Lakin həmin xəbərdarlıq 01 iyun 2021-ci il tarixində İddiaçı2 ünvanında göndərilmişdir.

106. 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru tərəfindən verilən 23 iyul 2021-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Avtomobil X19 18 may 2021ci il tarixli 28 saylı sərəncamına əsasən 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansından Tatra-815 markalı **-JZ-*** dövlət nömrə nişanlı avtomobil balansdan çıxarılıb 13 №-li Yol İstismarı MMC-nin balansına verildiyi üçün 23 iyul 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildiyi üçün Azərbaycan Avtomobil X19 3 №-li XTYİ MMC-nin sürücüsü vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İddiaçı2 ilə son haqq-hesab aparılarkən işlədiyi müddətdə istifadə edilməməmiş 67 gün əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən İddiaçı2 aylıq əmək haqqının 2 misli miqdarında müavinətin verilməsinin təmin edilməsi əmr edilmişdir.

107. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 23 iyul 2021-ci il tarixli X9 görünür ki, İddiaçı2 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-də əmək fəaliyyətinə 23 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir.

108. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 29 oktyabr 2021-ci il tarixdə 16:30-17:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir.

109. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Binəqədi rayon İdarəsinin rəisi Nicat Həsənovun xx.xx.2020-ci il tarixli, 1311 saylı məktubundan görünür ki, 3 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Elşən Cəfərova müraciət edərək Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamının icrası məqsədilə Silahlı Qüvvələrin birlik və birləşmələrinin hərbinəqliyyat vasitəsi ilə komplektləşdirilməsi məqsədilə təhkim edilmiş siyahıda adları qeyd edilən nəqliyat vasitələrinin aidiyyəti hərbi hissələrə göndərilməsi barədə göstəriş verilməsini xahiş edilmişdir.

110. "xxxx" MMC-nin direktoru tərəfindən təqdim edilən arayışdan görünür ki, MMC-nin balansından balansından əvəzsiz olaraq "xxxx" MMC-nin balansına 2, "xxxx" MMC-nin balansına 5, ”9 №-li Yol İstismarı” MMC-nin balansına 4, "xxxx" MMC-nin balansına 2, "xxxx" MMC-nin balansına 5, "xxxx" MMC-nin balansına 1, “6 №-li X20” MMC-nin balansına 6, "xxxx" MMC-nin balansına 5, "xxxx" MMC-nin balansına 2, "xxxx" MMC-nin balansına 3, "xxxx" MMC-nin balansına 4, "xxxx" MMC-nin balansına 4, "xxxx" MMC-nin balansına 1, "xxxx" MMC-nin balansına 3, "xxxx" MMC-nin balansına 2, “1 №-li X14” MMC-nin balansına 5, "xxxx" MMC-nin balansına 2, "xxxx"MMC-nin balansına 2 ədəd avtomobil verilmişdir. Ümumilikdə "xxxx" MMC-nin balansından digər müəssisələrin balansına 58 avtomobil verilmişdir. Həmin avtomobillərdən 27-si İİ Qarabağ müharibəsində iştirak etmiş, 32-si isə iştirak etməmişdir.

111. "xxxx" MMC-nin direktoru tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixindən 26.102021-ci il tarixə qədər müəssisəyə ehtiyat sürücü vəzifəsinə qəbul edilmiş şəxslərin siyasından görünür ki, X48, X11, X7, X49, X17, X41, X28, X29, X15, X42 "xxxx" MMC-də ehtiyat sürücü kimi işə qəbul edilmişlər. Onlardan 6 nəfəri İİ Qarabağ savaşında sürücü kimi arxa cəbhədə iştirak edib.

112. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

113. Məhkəmə iddiaçıların cavabdehə münasibətdə prosesdə müstəqil çıxış etmələrini nəzərə alaraq, iddiaçıların hər birinə münasibətdə aşağıdakıları müəyyən etmişdir.

114. İddiaçılardan İddiaçı5 ilə 73 saylı YSMS arasında 19 sentyabr 2006-cı il tarixli əmək müqaviləsi bağlanmış və İddiaçı5 73 saylı YSMS-də müddətsiz olmaqla ehtiyat-sürücü vəzifəsində işə qəbul edilmişdir. Daha sonra o, "xxxx" ASC-nin 10 iyun 2016-cı il tarixli 27 №-li qərarı ilə "xxxx" MMC-nin işçisi hesab edilmişdir. 18 oktyabr 2017ci il tarixində isə "xxxx" ASC-nin adı dəyişdirilərək AAY Dövlət Agentliyi olduğundan o, AAY Dövlət Agentliyi"xxxx" MMC-nin işçisi hesab edilmişdir. Əmək müqaviləsində işçinin almalı olduğu əmək haqqı göstərilməmişdir. Tutduğu vəzifədə 14 ildən çox iş stajı (işdən çıxarılanadək) olmuş, həmçinin müharibə veteranı vəsiqəsi vardır. Azərbaycan Avtomobil X19 18 may 2021-ci il tarixli əsas vəsaitlərin (avtomobillərin) əvəzsiz olaraq balansdanbalansa verilməsi barədə sərəncamı əsasında İddiaçı5 istifadəsində olan Tatra T-815 markalı, 2008-ci il buraxılışlı, **-JM-*** dövlət nömrə nişanlı yükünü özüboşaldan avtomobil “6 №-li X14” MMC-yə verilmişdir. Bu əsasla da, Azərbaycan Avtomobil X19 3№li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Elşən Cəfərov tərəfindən verilən 23 iyul 2021-ci il tarixli əmrlə Azərbaycan Avtomobil X19 18 may 2021-ci il tarixli, 29 saylı sərəncamına əsasən əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Hazırda İddiaçı5 “6 №-li X14” MMC-də 8-ci dərəcəli sürücü vəzifəsində çalışır.

115. İddiaçı6 ilə 7 saylı İDYM arasında 16 sentyabr 2005-ci il tarixli əmək müqaviləsi bağlanmış, İddiaçı6 7 saylı İDYM-də müddətsiz olmaqla sürücü vəzifəsində işə qəbul edilmişdir. Lakin əmək müqaviləsində işçiyə ödənilməli olan əmək haqqı göstərilməmişdir. İddiaçı6 məxsus olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, "xxxx" ASC-nin 10 iyun 2016-cı il tarixli 27 №-li qərarı ilə "xxxx" MMC-nin işçisi, 18 oktyabr 2017-ci il tarixində isə "xxxx" ASC-nin adı dəyişdirilərək, AAY Dövlət Agentliyi olduğundan o, AAY Dövlət Agentliyi "xxxx" MMC-nin işçisi hesab edilmişdir. İddiaçı6 tutduğu vəzifədə təribən 15 ildən çox iş stajı (işdən çıxarılanadək) olmuşdur. Azərbaycan Avtomobil X19 18 may 2021-ci il tarixli, 29 №-li sərəncamı ilə İddiaçı6 istifadəsində olan Tatra T-815 markalı, 2012-ci il buraxılışlı **-JT-*** dövlət nömrə nişanlı yükünü özüboşaldan avtomobil 6 №-li X14 MMC-nin balansına verilmişdir. Bu əsasla da, Azərbaycan X36 Agentliyini 3№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Elşən Cəfərov tərəfindən verilən 23 iyul 2021-ci il tarixli əmrlə əmək müqaviləsinə Azərbaycan Avtomobil X19 18 may 2021-ci il tarixli, 29 saylı sərəncamına əsasən AR ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Hazırda İddiaçı6 “6 №-li X14” MMC-də 8-ci dərəcəli sürücü vəzifəsində çalışır. Həmçinin İddiaçı6 **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İİ Qarabağ müharibəsində Füzuli, Zəngilan, Şuşa, Cəbrayıl, Qubadlı rayonları istiqamətində müharibədə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək iştirak etmişdir.

116. İddiaçı4 ilə 7 saylı İDYM arasında 01 noyabr 2005-ci il tarixli əmək müqaviləsi bağlanmış və, İddiaçı4 7 saylı İDYM-də müddətsiz olmaqla ehtiyat-sürücü vəzifəsində yüklərin daşınması əmək funksiyası üzrə işə qəbul edilmişdir. Lakin əmək müqaviləsində işçiyə ödənilməli olan əmək haqqı miqdarı göstərilməmişdir. İddiaçı4 məxsus olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, "xxxx" ASC-nin 10 iyun 2016-cı il tarixli 27 №-li qərarı ilə "xxxx" MMC-nin işçisi hesab edilmişdir. 18 oktyabr 2017-ci il tarixində isə "xxxx" ASC-nin adı dəyişdirilərək, AAY Dövlət Agentliyi olduğundan o, AAY Dövlət Agentliyi "xxxx" MMC-nin işçisi hesab edilmişdir. İddiaçı4 tutduğu vəzifədə 15 ildən çox (işdən çıxarılanadək) iş stajı olmuşdur. Azərbaycan Avtomobil X19 18 may 2021-ci il tarixli, 30 №-li sərəncamı ilə İddiaçı4 istifadəsində olan Tatra T-815 markalı, 2008-ci il buraxılışlı **-JM-*** dövlət nömrə nişanlı yükünü özüboşaldan avtomobil 46 №-li Yol İstismarı MMC-nin balansına verilmişdir. Bu əsasla da, Azərbaycan X36 Agentliyini 3№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Elşən Cəfərov tərəfindən verilən 23 iyul 2021-ci il tarixli əmrlə Azərbaycan Avtomobil X19 18 may 2021-ci il tarixli, 30 saylı sərəncamına əsasən əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Hazırda İddiaçı4 “6 №-li X14” MMC-də 8-ci dərəcəli sürücü vəzifəsində çalışır. O, həm də **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobillə İİ Qarabağ müharibəsi dövründə Füzuli, Zəngilan, Şuşa, Cəbrayıl, Qubadlı rayonları istiqamətində müharibədə xx.xx.2020ci il tarixindən xx.xx.2021-ci il tarixədək iştirak etmişdir.

117. İddiaçı1 ilə 73 saylı YSMS arasında 01 may 2012-ci il tarixli əmək müqaviləsi bağlanmış, İddiaçı1 73 saylı YSMS-də müddətsiz olmaqla sürücü vəzifəsində işə qəbul edilmişdir. Əmək müqaviləsində işçiyə ödənilməli olan əmək haqqı göstərilməmişdir. Tutduğu vəzifədə 9 ildən çox (işdən çıxarılanadək) iş stajı olmuşdur. Azərbaycan Avtomobil X19 18 may 2021-ci il tarixli, 28 №-li sərəncamı ilə İddiaçı1 istifadəsində olan Tatra T-815 markalı, 2006-ci il buraxılışlı **-JZ-*** dövlət nömrə nişanlı yükünü özüboşaldan avtomobil 13 №-li Yol İstismarı MMC-nin balansına verilmişdir. Bu əsasla da, Azərbaycan X36 Agentliyini 3№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Elşən Cəfərov tərəfindən verilən 23 iyul 2021-ci il tarixli əmrlə Azərbaycan Avtomobil X19 18 may 2021-ci il tarixli, 28 saylı sərəncamına əsasən əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Hazırda isə işsizdir. Həmçinin İddiaçı1 İİ Qarabağ müharibəsi dövründə Füzuli, Zəngilan, Şuşa, Cəbrayıl, Qubadlı rayonları istiqamətində müharibədə 7 gün müddətində əvəzedici sürücü kimi iştirak etmişdir.

118. İddiaçı2 ilə 73 saylı YSMS arasında 28 noyabr 2010-cu il tarixli əmək müqaviləsi bağlanmış və İddiaçı2 73 saylı YSMS-də müddətsiz olmaqla sürücü vəzifəsində işə qəbul edilmişdir. Lakin əmək müqaviləsində işçiyə ödənilməli olan əmək haqqı göstərilməmişdir. Tutduğu vəzifədə təqribən 10 ildən çox (işdən çıxarılanadək) iş stajı olmuşdur. Azərbaycan Avtomobil X19 18 may 2021-ci il tarixli, 28 №-li sərəncamı ilə İddiaçı2 istifadəsində olan Tatra T-815 markalı, 2006-ci il buraxılışlı **-JZ-*** dövlət nömrə nişanlı yükünü özüboşaldan avtomobil 13 №-li Yol İstismarı MMC-nin balansına verilmişdir. Bu əsasla da, Azərbaycan X36 Agentliyini 3№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Elşən Cəfərov tərəfindən verilən 23 iyul 2021-ci il tarixli əmrlə Azərbaycan Avtomobil X19 18 may 2021-ci il tarixli, 28 saylı sərəncamına əsasən əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Hazırda isə işsizdir. Həmçinin İddiaçı2 Əlizeynal oğlu **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İİ Qarabağ müharibəsi dövründə Füzuli, Zəngilan, Şuşa, Cəbrayıl, Qubadlı rayonları istiqamətində müharibədə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək iştirak etmişdir.

119. İddiaçı3 19 iyun 2006-cı il tarixində 73 saylı YSM-də sürücü vəzifəsinə qəbul edilmişdir. Daha sonra tutduğu vəzifədən öz ərizəsi ilə 2021-ci il tarixində azad edilmişdir. İddiaçı3 **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İİ Qarabağ müharibəsi dövründə Füzuli, Zəngilan, Şuşa, Cəbrayıl, Qubadlı rayonları istiqamətində müharibədə xx.xx.2020ci il tarixindən xx.xx.2021-ci il tarixədək iştirak etmişdir.

120. Azərbaycan Avtomobil X19 "xxxx" MMC-nin X31 Komitəsinin 22 iyul 2021-ci il tarixli 09 №-li Protokoluna əsasən keçirilən iclasda Azərbaycan X36 Agentliyi İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən 49 ədəd TATRA markalı avtomaşının istehsalat zərurəti ilə əlaqədar olaraq balansdan çıxarılıb tabeliklərindəki digər müəssisələrin balansına verilməsi və təhkim olunmuş sürücülərin köçürmə yolu ilə müvafiq olaraq həmin idarələrdə işlə təmin olunması məsələsi müzakirə edilmişdir. X1, İddiaçı2 Ağzeynal oğlu, İddiaçı6, X10, İddiaçı4 Ağagül oğlu, X47, İddiaçı5, İddiaçı1, X16, X39 və X5 iştirak etmişdir.

121. İclasın sonunda iclas iştirakçıları tərəfindən X6, İddiaçı2 Ağzeynal oğlunun, İddiaçı6, X3, İddiaçı4 Ağagül oğlunun, X24, İddiaçı5, İddiaçı1, X4, X22 və X2 əmək müqavilələrinə xitam verilməsinin rəhbərlikdə xahiş edilməsi qərara alınmışdır.

122. Hazırda iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Avtomobil X19 3 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-yə əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifələrinə bərpa edilmələri və dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, tələblərini onunla əsaslandırmışlar ki, işdən çıxarılmaları barədə əmr əsassızdır. Belə ki, onlar müharibə iştirakçıları olmuşlar. Onlara təhkim olunan avtomobillərin verildiyi müəssilərdə əmək haqqı olduqca aşağı olmuşdur. İşdən çıxarıldıqdan sonra MMC rəhbərliyi onların yerinə xeyli yeni işçi götürülmüşdür. Bu isə onların ştatlarının ixtisar olunmadığını göstərir.

123. Cavabdehin nümayəndəsi isə iddiaya münasibətində bildirmişdir ki, "xxxx" MMC-nin tərkibində əvvəllər 187 avtomobil olmuşdur. Müəssisə hazırda Azərbaycan Avtomobil X19 avtobazası kimi fəaliyyət göstərir və ləğv olunmaq üzərədir. Bu səbəbdən MMC-nin balansında olan avtomobillə müxtəlif rayon və şəhərlərdə olan MMC-lərin balansına verilmişdir. Eyni zamanda həmin maşınların təhkim olunduğu sürücülərin ştat vahidləri də müəssisədən alınaraq müvafiq qaydada maşınların verilmiş olduğu müəssisələrə verilmiş və sürücülərin həmin müəssisələrdə işlə təmin olunması nəzərdə tutulmuşdur. Müəssisədə ştat sayı maşınların sayına uyğun olduğu üçün maşınlar olmadan sürücülərin fəaliyyəti də qeyri-mümkün olmuşdur. Sürücülərə maşınların verildiyi rayonlarda işləmək təklif edilmiş, 35 nəfər təkliflə razılaşaraq hazırda həmin rayonlarda çalışır. 2 işçi eləcə də, hazırki İddiaçı3 öz ərizələri ilə işdən çıxmışlar. 12 nəfər isə başqa müəssisəyə keçmək təklifini qəbul etmədiklərindən ixtisara salınmışdır.

124. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Binəqədi rayon İdarəsinin rəisi Nicat Həsənov xx.xx.2020-ci il tarixli, 1311 saylı məktubla 3 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Elşən Cəfərova müraciət edərək Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamının icrası məqsədilə Silahlı Qüvvələrin birlik və birləşmələrinin hərbi-nəqliyyat vasitəsi ilə komplektləşdirilməsi məqsədilə təhkim edilmiş siyahıda adları qeyd edilən nəqliyat vasitələrinin aidiyyəti hərbi hissələrə göndərilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. "xxxx" MMC tərəfindən sərəncəmın icrası məqsədilə 43 sürücü avtomobilləri ilə birlikdə İİ Qarabağ müharibəsində sürücü kimi iştirak etmişlər. Hərbi əməliyyatlar bitdikdən sonra sürücülər avtomobilləri ilə birlikdə işlədikləri müəssiyə qayıdaraq əmək fəaliyyətlərini davam etdirmişlər. Azərbaycan Avtomobil X19 İdarə X35 tərəfindən Avtomobil X19 tabeliyində olan təsərrüfat cəmiyyətlərinin fəaliyyətinin yüksəldilməsi və istehsalat zərurəti ilə əlaqədar olaraq Agentliyin Nizamnaməsinin 4.7.18-ci maddəsi rəhbər tutularaq əsas vəsaitlərin əvəzsiz olaraq balansdan balansa verilməsi barədə bir neçə sərəncam imzalanmışdır. Belə ki, müvafiq sərəncamlarla "xxxx" MMC-nin balansından əvəzsiz olaraq "xxxx" MMC-nin balansına 2, "xxxx" MMC-nin balansına 5, ”9 №-li Yol İstismarı” MMC-nin balansına 4, "xxxx" MMC-nin balansına 2, "xxxx" MMC-nin balansına 5, "xxxx" MMC-nin balansına 1, “6 №-li X20” MMC-nin balansına 6, "xxxx" MMC-nin balansına 5, "xxxx" MMC-nin balansına 2, "xxxx" MMC-nin balansına 3, "xxxx" MMC-nin balansına 4, "xxxx" MMC-nin balansına 4, "xxxx" MMC-nin balansına 1, "xxxx" MMC-nin balansına 3, "xxxx" MMC-nin balansına 2, “1 №-li X14” MMC-nin balansına 5, "xxxx" MMC-nin balansına 2, "xxxx"MMC-nin balansına 2 ədəd avtomobil verilmişdir. Ümumilikdə "xxxx" MMC-nin balansından digər müəssisələrin balansına 58 avtomobil verilmişdir. Avtomobillər verilərkən həmin avtomobilləri idarə edən sürücülərin ştatları da balansa verilən MMC-yə verilmişdir.

125. Cavabdehin nümayəndəsi məhkəməyə sənəd təqdim edərək iddiaçılar işdən çıxandan sonra işə götürülən şəxslərin daimi ştat kimi yox, ehtiyat sürücü kimi işə götürüldüklərini, əvvəlcə ehtiyat sürücü ştatının sayı 3 olsa da, sonradan agentlik tərəfindən ştat sayı 7 vahid artırılaraq 10 ştata çatdırıldığını bildirmişdir. Bu barədə məhkəməyə müvafiq arayış təqdim etmişdir.

126. Həmçinin cavabdeh tərəf iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsini xahiş etmişdir .

127. İddiaçılar iddia müddəti ilə bağlı ayrı-ayrılıqda bildirmişlər ki, mübahisəyə məhkəmədə baxılana qədər mediasiya sessiyasında iştirak etmələri üçün vəsaitlərinin olmadığını, cavabdeh şirkətin VÖEN-nin tapılması üçün xeyli vaxt itirdiklərini, nəticədə daha əvvəl verdikləri iddia ərizələrinin bu səbəbdən geri qaytarıldığını bildirmişlər.

128. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edilmişdir ki, iddiaçılardan İddiaçı3 öz ərizəsi ilə işdən çıxmış, İddiaçı5, İddiaçı4 və İddiaçı6 hazırda agentliyin digər MMC-sində sürücü kimi işləyirlər. İddiaçı1 və İddiaçı2 isə hal-hazırda işsizdirlər.

129. İddiaçılar mediasiya sessiyasında iştiraklar bağlı arayışı 29 oktyabr 2021-ci il tarixində əldə etmişlər.

130. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

131. İşin müəyyən edilən hallarını hər bir iddiaçıya münasibətdə müstəqil qiymətləndirərək məhkəmə hesab edir ki, işə bərpa və maddi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi iddia müddətinin ötürülməsi səbəbinə görə təmin edilməməlidir.

132. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

133. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;

134. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;

135. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

136. 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

137. 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

138. Həmin maddənin altıncı hissəsində göstərilir ki, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

139. İşin hallarından göründüyü kimi iddiaçılar məhkəməyə ilk dəfə 12 iyul 2021-ci il tarixində müraciət edən zaman iddia müddətini ötürməmişlər, belə ki, onlar İddiaçı3 istisna olmaqla digər şəxslərlə birlikdə ilk dəfə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişlər və məhkəmənin 14 iyul 2021-ci il tarixli, 2(001)-5801/2021 tarixli qərardadına əsasən iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddia ərizəsinin geri qaytarılmasına səbəb bir-biri ilə əlaqədar olmayan tələbin 10 müstəqil iddiaçı tərəfindən birləşdirilməsi olmuşdur. Bundan sonra X21, X39, İddiaçı1 İsa oğlu, X52, X16, İddiaçı6, İddiaçı2, X47, İddiaçı5 məhkəməyə yenidən müraciət etmişlər və məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçıların məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakını təsdiq edən sənədin iddia ərizəsinə əlavə edilməməsi əsası ilə iddia ərizəsi yenidən geri qaytarılmışdır. Hazırki iş üzrə iddiaçılar xx.xx.2021-ci il tarixində saat 16:30-17:00 aralığında mediasiya sessiyasında iştirak etmiş və xx.xx.2021-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etməmək barədə arayış əldə etmişlər. Daha sonra iddiaçılar xx.xx.2021-ci ildə təkrarən məhkəməyə müraciət etmişlər, bu səfər də iddia ərizəsi məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(001)-8724/2021 saylı qərardadı ilə geri qaytarılmışdır və geri qaytarılma əsası cavabdehin məlumatlarının göstərilməməsi və iddiaçıların tələblərinin əsası kimi istinad etdikləri fakt və halları təsdiq edən sübutlarınn siyahısının qeyd edilməməsi olmuşdur. İddiaçıların iddia ərizəsi sonuncu dəfə xx.xx.2021-ci il tarixli qərardadla geri qaytarılmışdır və geri qaytarılma əsası cavabdeh hüquqi şəxs barədə məlumatların göstərilməməsi olmuşdur. Eyni zamanda həmin qərardadda hüquqi şəxs barədə məlumatların əldə edilməsi üçün müvafiq izahlar verilmişdir. Buna baxmayaraq iddiaçılar nöqsanları aradan qaldırdıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

140. Göründüyü kimi mediasiya sesiyasında iştirak etmə müddəti, hətta iddia ərizəsinin geri qaytarılması ilə bağlı nöqsanların aradan qaldırılması üçün keçən müddət belə nəzərə alındıqda, iddiaçılar iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişlər. Hərçənd ki, müəyyənləşdirilməmiş qaydada iddia irəli sürülməsi iddia müddətinin axımını kəsmir.(Mülki Məcəllə 380.1) Yəni iddia ərizəsinin qüsurlu tərtib edilməklə məhkəməyə təqdim edilməsi müəyyənləşdirilmiş qaydada iddia irəli sürülmə hesab edilə bilməz.

141. İddiaçıların mediasiyada iştirakla bağlı vəsaitlərinin olmaması və cavabdeh barədə məlumatların əldə edilməsinin qeyri-mümkünlüyü(çətinliyi) barədə dəlilləri inandırıcı olmamaqla, buraxılmış müddətin bərpası üçün üzrlü səbəb hesab edilə bilməz. Xüsusilə nəzərə alınsa ki, məhkəmənin geri qaytarma barədə xx.xx.2021-ci il tarixli qərardadında hüquqi şəxsin məlumatlarının əldə edilməsi qaydası iddiaçılara izah edilmişdir. Buna baxmayaraq iddiaçılar yenidən iddia ərizəsini 1 ay sonra məhkəməyə təqdim etmişlər.

142. Əmək qanunvericiliyinin tələbinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda sadalanan hallardan görünür ki, iddiaçılar qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşlər və bu səbəbdən onların iddiası təmin edilə bilməz.

143. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

144. Məhkəmə bu məqamda həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı)

145. Bu baxımdan məhkəmə mübahisələndirilən əmrlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

146. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosialiqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. - 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; - 71-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür;3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 77-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. - 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. - 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. - 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

147. Əvvəla İddiaçı3 münasibətdə məhkəmə qeyd edir ki, digər iddiaçılardan fərqli olaraq İddiaçı3 ştatların ixtisarı əsası ilə işdən çıxarılmamışdır. O, öz ərizəsi ilə işdən çıxmışdır. Belə olan halda onun özünə münasibətdə hansı hüququnun pozulmasına istinad etməklə işə bərpa tələbi ilə məhkəməyə müraciət etməsi anlaşılan deyil. Eyni zamanda işə düzəldiyi yeni müəssisədə əmək haqqının az olması və ya iş şəraitinin uyğunsuzluğu onun əvvəlki işinə bərpa edilməsinə əsas vermir. Eyni zamanda öz ərizəsi işdən çıxarılmasına məcbur edilməsi barədə hər hansı hal tədqiq edilmiş sübutlarla müəyyən edilmir. Bu halda onun barəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsassızlığından söhbət gedə bilməz.

148. Digər iddiaçılara münasibətdə isə məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur.

149. Birincisi Azərbaycan Avtomobil X19 iddiaçılara təhkim edilmiş avtomobillərinin ona məxsus olan digər müəssisələrin balansına verilməsi həmin müəssisədə sürücü ştatının ixtisar edilməsi nəticəsini doğurmur. Belə ki, ştatların ixtisarı dedikdə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması(eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. İşçilərin sayının ixtisarı dedikdə isə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması(eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Halbuki işin hallarından görünür ki, müəssisədə bütün sürücü vəzifələri deyil, müəyyən hissəsi ixtisar edilmişdir.

150. Azərbaycan Avtomobil X19 yuxarıda göstərilən sərəncamlarında konkret avtomobillərin göstərilməsi, müəssisədə fəaliyyət göstərən və sırf həmin avtomobili idarə edən sürücülərin ixtisarını şərtləndirmir. Çünki bu ixtisarın məqsədi faktiki olaraq iş yükünün azalması və ya digər müəssisələrdə iş yükünün artmasına görə onların balansına yeni ştat verilməklə həmin işçilərin sayını müəssisədə azaltmaq olmuşdur.

151. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçılardan İddiaçı1, İddiaçı6, İddiaçı2 və İddiaçı4 İİ Qarabağ müharibəsində müvafiq hərbi hissələrdə sürücü kimi iştirak etmişlər. Lakin onların qanunvericiliyin tələbinə əsasən müharibə iştirakçısı hesab edilibedilməməsi məqamı cavabdeh tərəfindən araşdırılmamışdır. Belə olan halda işəgötürən sürücülərin peşəkarlıq səviyyəsini müəyyən etmədən, peşəkarlıq səviyyəsi eyni olduğu halda işdə saxlanmağa üstünlük verilən şəxslərin dairəsini müəyyən etmədən sərəncamın formal məzmununa əsaslanaraq, iddiaçıların əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır.

152. Odur ki, cavabdeh iddiaçıların əmək müqavilələrinə xitam verərkən Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərini pozmuşdur.

153. Bundan başqa iş materiallarından göründüyü kimi İddiaçı3 başqa digər iddiaçıların əmək müqaviləsinə 23 iyul 2021-ci il tarixində agentliyin müvafiq sərəncamları əsasında xitam verilmişdir. Bu barədə yazılı sübutlar yuxarıda sadalanmışdır.

154. Həmin əmrlərdə eyni zamanda qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən işdən azad edilən işçilərə xəbərdarlıq müddəti əvəzinə aylıq əmək haqqının 2 misli miqdarda müavinətin verilməsi təmin edilsin.

155. Halbuki Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinin tələbinə görə xəbərdarlıq müddəti əvəzinə müavinət verilməsi işçinin razılığı əsasında həyata keçirilə bilərdi.

156. Belə ki, Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

157. Buna baxmayaraq işəgötürən xəbərdarlıq müddətinin başa çatmasını gözləmədən öz təşəbbüsü ilə işçilərə aylıq əmək haqqının 2 mislini ödəməklə əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər qəbul etmişdir.

158. Belə ki, İddiaçı5 "xxxx" MMC-də tutduğu vəzifədə 14 ildən çox (əmək müqaviləsinin tarixi xx.xx.2006-cı il) əmək stajı, İddiaçı4 "xxxx" MMC-də tutduğu vəzifədə 15 ildən çox (əmək müqaviləsinin tarixi xx.xx.2005-ci il) əmək stajı, İddiaçı6 "xxxx" MMCdə tutduğu vəzifədə 15 ildən çox (əmək müqaviləsinin tarixi xx.xx.2005-ci il) və İddiaçı2 "xxxx" MMC-də tutduğu vəzifədə 10 ildən çox (əmək müqaviləsinin tarixi xx.xx.2010-cu il) iş stajı olmuşdur. Belə olan halda onlara əmək müqavilələri ləğv olunmamışdan əvvəl MMC tərəfindən ən azı 9 təqvim həftəsi öncədən xəbərdarlıq edilməli idi. Lakin onların əmək müqavilələrinə 23 iyul 2021-ci il tarixində xitam verilməsinə baxmayaraq, işçilərə bu barədə 01 iyun 2021-ci il tarixində həm SMS bildiriş, həm də yazılı bildiriş göndərilməklə məlumat verilmişdir. Hərçənd ki, xəbərdarlıq məktubunun tərtib edilmə tarixi xx.xx.2021-ci il kimi qeyd edilmişdir.

159. İddiaçı1 isə "xxxx" MMC-də tutduğu vəzifədə 9 ildən çox (əmək müqaviləsinin tarixi xx.xx.2012-ci il) iş stajı olmuşdur. Belə olan halda ona əmək müqaviləsi ləğv olunmamışdan ən azı 6 təqvim həftəsi öncədən xəbərdarlıq edilməli idi. Ona münasibətdə isə xəbərdarlıq müddəti gözlənilmişdir.

160. Odur ki, cavabdeh iddiaçıların(İddiaçı1 istisna olmaqla) əmək müqavilələrinə xitam verərkən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərini də pozmuşdur.

161. Cavabdeh əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsində nəzərdə tutulmuş digər prosedur qaydalara əməl etmişdir.

162. Belə ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əməl edilmiş və işçilərin ixtisarı ilə bağlı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmışdır.

163. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə o qənaətə gəlir ki, iddia müddətinin ötürülməsinə baxmayaraq, əmək müqavilələrinə xitam verilərkən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 subyektiv hüquqları pozulmuşdur. İddiaçı3 isə subyektiv hüququnun pozulması halı müəyyən edilməmişdir.

164. Belə ki, işəgötürənin ştatların ixtisarının zəruriliyi barədə qənaəti yalnış olmuş, qanunvericiliyin tələbini səhv təfsir etmişdir. Bunun nəticəsində işçilərin müharibədə iştirak edib-etməməsi barədə rəsmi məlumatlar əldə edilmədən, onların peşəkarlıq səviyyəsi araşdırılmadan, xəbərdarlıq müddəti ilə bağlı tələblər gözlənilmədən onların əmək müqavilələrinə xitam verilmişdir.

165. Halbuki işəgötürən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurətinin olduğu qənaətinə gəlmiş idisə, onun əmək şəraitinin şərtlərini dəyişdirmək hüququ var idi və yaxud işçilərin sayının azaldılmasına ehtiyac yaranmış idisə, onların peşəkarlıq səviyyəsini müəyyən etməklə, əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatını gözləməklə fəaliyyətini tənzimləyə bilərdi. Tətbiq edilən prosessual normalar:

166. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

167. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

168. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

169. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

170. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan X36 Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

171. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4,İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan X36 Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar