Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1997/2024 29.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) şəxsin ölmüş elan edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 aprel 1965-ci il tarixində Ağcabədi rayonunun Yeniqaradolaq kəndində anadan olmuş X4 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il tarixində X8 ilə nikah münasibətinə daxil olmuşdur. Bu nikahdan 09 avqust 1991-ci il tarixində, 29 mart 1993-cü il tarixində və 21 aprel 2002-ci il tarixində Roza, Aytən və Səma adında 3 qız övladı dünyaya gəlmişdir. Ailənin maddi təminatını yaxşılaşdırmaq məqsədilə X8 1997-ci ildə Rusiya Federasiyasına getmişdir. Daha sonra 2000-ci ildə də o, 2 övladı ilə birlikdə ora köçmüşdür. X8 26 fevral 2002-ci il tarixində Rusiya Federasiyasının Novqorod vilayətində evdən qazanc əldə etmək məqsədilə çıxmış və bir daha geri dönməmişdir. O vaxtdan bəri Məmmədov Habil haqqında heç bir məlumat almaq mümkün olmamışdır. X4 itkin düşmüş şəxs hesab edilməsi ilə bağlı Ağcabədi Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsi mövcuddur. Sözü gedən şəxsin itkin düşmüş hesab edilməsindən 22 ilə yaxın vaxt keçsə də, onun barəsində hələ də heç bir məlumat almaq mümkün olmamışdır. Halhazırda ailənin maddi təminatını yaxşılaşdırmaq üçün şəxsin ölmüş elan edilməsi və vərəsəlik işi açılaraq onun adına olan daşınmaz əmlakın vərəsələr arasında bölüşdürülməsi zərurəti yaranmışdır. Məlumdur ki, 2000-ci illərdə Rusiyanın bəzi şəhərlərində yaşayan ermənilərin sayı ruslardan çox idi. Həmin illərdə ermənilərin onların millətə qarşı təcavüzkar niyyətləri soyumamışdır. 26 fevral günü, yəni Xocalı soyqrımının törədildiyi günun 2002-ci il dönümündə yoldaşı işə getmək adı ilə evdən çıxmışdı. Həmin vaxt şəhərdə erməni lobbiləri küçədə davalar salır, onların vətəndaşlarına qarşı təxribatlar törədirlər.Yoldaşının həmin günü işdən evə qayıtmaması, onun barəsində hər hansı məlumat ala bilməmələri onları narahat etdiyindən hüquq-mühafizə orqanlarına müraciət etmişlər. Lakin hüquq-mühafizə orqanları yoldaşının nə dirisini, nə də ölüsünü tapa bilmişlər. Güman edir ki, yoldaşı məhz ermənilər təxribatlarının qurbanı olub. İşin faktiki hallarından göründüyü kimi yoldaşı X4 itkin düşməsindən 22 il yaxın vaxt keçsə də, onun harada olması və vəziyyəti barədə hələ də heç bir məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ağcabədi Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, 01 aprel 1965-ci il tarixdə Ağcabədi rayonunun Yeniqaradolaq kəndində anadan olmuş X8 xx.xx.2002-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. AZ-T seriyalı 034409 №-li Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X2 arasında rəsmi nikah 26 iyun 1990-cı ildə Ağcabədi rayonu, Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin məhkəmənin sorğusuna ünvanladığı 05 mart 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X4 Bakı şəhəri üzrə hər hansı, o cümlədən “kimsəsizlər” qəbiristanlığında dəfn olunması barədə onlarda heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmənin sorğusuna ünvanladığı 12 mart 2024-cü il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müraciətdə qeyd edilən X4 iştirakı notariat hərəkətlərinin rəsmiləşdirilməsi aşkar olunmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin məhkəmənin sorğusuna ünvanladığı 13 mart 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X4 02 mart 2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətandaşlıq Vəziyyətli Aktlarının Reyestri Xidmətinin məhkəmənin sorğusuna ünvanladığı 13 mart 2024-cü il tarixli məktubdan görünür ki, X4 doğumu xx.xx.1981-ci ildə Ağcabədi rayon qeydiyyat şöbəsində nikahı olmayan anadan doğulmuş uşağın doğumu kimi qeydə alınmışdır. Həmin akt qeydi nəzərdən keçirilərkən ananın göstərişinə əsasən “ata” adının “Məmməd” yazıldığı, anasının X6 olduğu müəyyən edilmişdir. H.Məmmədov xx.xx.1990-cı ildə Ağcabədi rayonunun Yeniqaradolaq icra nümayəndəliyində xx.xx.1966-cı il təvəllüdlü Məmmədova (Adıgözəlova) Ulduz Cəmaləddin qızı ilə nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.1991-ci ildə Roza Məmmədova, xx.xx.1993-cü ildə isə Aytən Məmmədzadə doğulmuşdur. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən H.Məmmədovun ölümü, soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X12 məhkəmənin sorğusuna ünvanladığı 11 martn 2024-cü il tarixli məktubdan görünür ki, 1965-ci il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixdən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” phş-nin Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməmişdir. Əlavə olaraq bildirilmişdir ki, axtarılan şəxslərə məxsus meyitlərin identifıkasiyasının aparılması üçün qeyd edilən şəxslərin bədəni üzərində olan hər-hansı fərdi əlamətlər (xallar, çapıqlar, döymələr və s.) barəsində Birliyin digər şəhər və rayon şöbələrinə (Birliyin 70-ə yaxın şöbəsində meyitlərin məhkəmə-tibbi müayinəsi aparılır) yazılı məlumatlar göndərilməli və həmin şəxslərin fotoşəkli təqdim olunmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna ünvanladığı 12 mart 2024-cü il tarixli məktubdan görünür ki, X8 barədə nazirliyin elektron informasiya ehtiyatlarında (pensiya, sosial müavinət, təqaüd) sosial ödəniş almasına dair məlumat mövcud deyildir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin məhkəmənin sorğusuna ünvanladığı 26 aprel 2024-cü il tarixli məktubdan görünür ki, X3 01 aprel 1965-ci il təvəllüdlü X8 barəsində heç bir müraciəti daxil olmamışdır. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Konsulluğunun məhkəmənin sorğusuna cavab olaraq verilmiş 18 aprel 2024-cü il tarixli məktubundan görünür ki, X1 Federasiyasının vətəndaşlığını qəbul etməsi və ölümü barədə Konsulluğun bazasında məlumat yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1.2 məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Maddə 313. Ərizənin məzmunu Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Maddə 315. Məhkəmənin ərizə üzrə qətnaməsi 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göründüyü kimi, Mülki Məcəllənin 41.1. maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi, şəxsin ölmüş elan edilməsi üçün müvafiq norma iki müstəqil əsas nəzərdə tutmuşdur. O cümlədən, “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa” və “o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa”. Hər iki əsasla məhkəmə şəxsi ölmüş elan etməkdə haqlıdır. Beləliklə, iş materiallarından müəyyən olunur ki, 01 aprel 1965-ci il təvəllüdlü X8 barəsində xx.xx.2002-ci il tarixdən məlumat yoxdur və Ağcabədi Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsi ilə X8 həmin tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Beləliklə məhkəmə, yuxarıda müəyyən edilmiş halları nəzərə alaraq belə qənaətə gəlir ki, ərizəçinin həyat yoldaşının ölmüş elan edilməsinə əsas verən kifayət qədər sübutlar məhkəməyə təqdim edildiyindən, ərizə təmin edilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 01 aprel 1965-ci il təvəllüdlü X8 ölmüş elan edilsin. Hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün 01 aprel 1965-ci il təvəllüdlü X4 ölüm günü sayılsın. Hazırkı qətnamə X4 adına ölüm haqqında akt qeydinin tərtib edilərək bu barədə şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1997/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1997/2024
29.05.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver