Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-20/2025 17.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququ müəyyən edilməklə evdən sərbəst istifadə məqsədi ilə giriş-çıxış qapısının açılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququ müəyyən edilməklə evdən sərbəst istifadə məqsədi ilə giriş-çıxış qapısının açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, Mədən 2, korpus 77, 36 saylı fərdi yaşayış evinin həyətyanı sahəsindən istifadə hüququ müəyyən etməklə sərbəst istifadə məqsədi ilə giriş-çıxış qapısının açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi onun adına ünvan 1riat Kontorunun xx.xx.2005-ci il tarixli 2V01-41 Reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçərək onun mülkiyyətindədir. O, evə olan hüquqlarından istifadə edə bilmir. Cavabdehin istifadə və sahibliyində olan sahədə girişçıxış qapısı mövcuddur. Belə ki, onun ayrı giriş qapısı yoxdur, cavabdehin istifadəsində olan sahədən yalnız bir qapı mövcuddur. Belə olan halda cavabdeh həmin qapıdan istifadəsinə maneə yaradır və o, evə olan istifadə hüququndan istifadə edə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək hüququndan istifadə edərək, sahibliyində olan fərdi yaşayış yerinə qapının açılması zəruridir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil 25 aprel 2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə etiraz göndərərək bildirmişdir ki, iddia tələbinə etiraz edirlər. Hesab edirlər ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı daha öncə Cavabdeh qarşı iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət edərək “ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsini və mülkiyyətindən istifadəyə olan maneənin aradan qaldırılmasını” xahiş etmişdir. Binəqədi rayon məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbini qismən təmin edərək İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarmışdır. Qətnamə icra edilmiş İddiaçı evə köçürülmüşdür. İddiaçı qarşı həm məhkəmə baxışı zamanı, həm də icra prosesində maneçiliyin olması müəyyən edilməmişdir. Hazırda da onun mülkiyyətindən istifadəyə heç bir maneçilik yoxdur. Bundan sonra, yenə də İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət edərək “ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin naturada bölünməsini” xahiş etmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, payların naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Belə olan halda iddiaçının iddia tələbi rədd edilməlidir, belə ki, iddiaçı ilə cavabdehin paylı mülkiyyətində olan evin bir giriş qapısı var, 2 otaq mövcuddur, hər iki otaqda onların paylı mülkiyyəti var, evin naturada bölünməsi əvvəlki tələb üzrə rədd edilmişdir. Hazırki tələbin adı istifadə qaydaları ilə bağlı olsa da mahiyyət etibarilə dövlətin mülkiyyətində olan həyətyanı sahənin bölünməsi ilə bağlıdır. Əgər mülkiyyətdə olan ev bölünə bilmirsə, dövlətin tərəflərin istifadəsində olan torpaq sahəsi də bölünməli deyil. Ən önəmlisi isə odur ki, iddiaçı mülkiyyətindən sərbəst istifadə edir. Şərh olunanlara əsasən, məhkəmədən İddiaçı Cavabdeh qarşı iddia tələbinin rədd edilməsinə dair qətanamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin məhkəmə tərəfindən dəfələrlə ekspertizaların keçirildiyini və ekspert rəyi ilə ona yol verməyin mümkün olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiyini bildirərək, öz izahatında göstərdi ki, ekspert tərəfindən verilmiş rəydən göründüyü kimi həmin torpaq sahəsi ümumiyyətlə iddiaçıya deyil, “X17” Şirkətinə məxsusdur. Həmin yer bir qapısı olan dar evdir və oranı bölmək mümkün deyil. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 77, 36 saylı fərdi yaşayış evinin qalan hissədən 1/2 hissəsi İddiaçı, 2 otağı X11, 2 otağı X4, 1 otağı X5, 1 otağı X6, 2 otağı 25.6 kv.m-i X8, 1 otağı X2, qalan hissədən 1/2 hissəsi Cavabdeh, X3 və X1 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 31 may 2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 77, 36 saylı fərdi yaşayış evinin bir hissəsi (qalan ½ hissə) İddiaçı adına ünvan 1riat Kontorunun 07 sentyabr 2005ci il tarixli 2V01-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 16 sentyabr 2005-ci il tarixində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Xırdalan şəhər Vəkil Bürosuna ünvanlanmış 02 iyun 2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 77, 36 saylı ev (qalan hissədən- ½ hissə) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin tərəflərin payına uyğun olaraq 1/2 hissələrə təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-nun 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq bölgüsü mümkün olmadığından qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 77, ev 36 ünvanda təqdim olunmuş torpaq sahəsinin şərq tərəfində yerləşən fərdi yaşayış evinin iddiaçının istifadəsində olduğu, digər tikililərin cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin **********48-10301 reyestr nömrəli çıxarış sənədində qeyd olunan tikililərinin planlı yerləşməsini, paya uyğun yaşayış və yardımçı otaqların olmamasını nəzərə alaraq, həmin evin İddiaçı payına düşən hissənin digər hissələrindən ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin küçəyə tərəf olan sərhəddində giriş qapısı istiqamətində cənub tərəfdəki sərhəd hasarının yanından 17 metr uzunluğunda sərhəd xətti çəkilməklə və mövcud giriş darvazasının yerində iki giriş-çıxış qapısı quraşdırılmaqla həyətyanı sahəsinə ayrıca girişçıxış qapısının açılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.Sxem rəyin tədqiqat hissəsində göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-51101/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən daşınmaz əmlak paylıdır, iddiaçı və cavabdehin payları **********48-10301 reyestr nömrəli çıxarışda qalan hissənin 1/2 olaraq göstərilmişdir. Texniki pasportda (xx.xx.2019) “A” literli tikilinin zirzəmi sahəsinin bir hissəsi mərtəbədə 2 və 3 saylı sahələr (artırma sahələrlə birlikdə) Cavabdeh istifadəsindədir. Ayrı-ayrı giriş-çıxış qapısının açılması və yolun ayrılması mümkün deyil. Belə ki, payçıların hissələrinin istifadədə olan torpaq sahələrində müxtəlif hissələrdə olması və yanğın və s. hallarda müvafiq nəqliyyat vasitələrinin həyətyanı sahəyə hərəkəti mümkünsüzdür. Vahid elektron kadastrı baza məlumata əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsinin hüdudları daxilində yerləşir (Binəqədi Oil Şirkəti). Ərazinin hüdudları daxilində ləğv olunmuş neft quyusunun məlumatı var. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir; 23 dekabr 2021-ci il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə hazırki mübahisə üzrə ekspert rəylərini nəzərə alıb hesab edir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin payçılarının hissələrinin istifadədə olan torpaq sahələrində müxtəlif hissələrdə olması və yanğın və s. hallarda müvafiq nəqliyyat vasitələrinin həyətyanı sahəyə hərəkətinin mümkünsüz olduğu müəyyən edilərək, ayrı-ayrı giriş-çıxış qapısının açılması və yolun ayrılması texniki cəhətdən mümkün olmadığından, İddiaçı Cavabdeh qarşı “istifadə hüququ müəyyən edilməklə evdən sərbəst istifadə məqsədi ilə giriş-çıxış qapısının açılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, habelə iddiaçıdan 250 manat məbləğində keçirilmiş ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququ müəyyən edilməklə evdən sərbəst istifadə məqsədi ilə giriş-çıxış qapısının açılması” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-20/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-20/2025
17.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver