Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2004/2024 17.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Bakı “Asan Xidmət” mərkəzi notariat ofisi) qarşı “ləyaqətsiz vərəsə hesab olunma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Əvvəllər Cavabdeh və qeyriləri İddiaçı və 2 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı - Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və ünvan 2 fərdi yaşayış evindən ibarət miras əmlakına dair İddiaçı verilmiş xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Bakı “Asan Xidmət” mərkəzi notariat ofisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab olunması, Cavabdeh mübahisəli miras əmlaka dair vərəsəlik hüququndan məhrum edilməsi, həmin mirasa dair İddiaçı vərəsəlik haqqında şəhadətnamələrin verilməsi, həmin şəhadətnamələrə müvafiq olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışların verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və ünvan 2 fərdi yaşayış evi iddiaçının mərhum xalası X4 xüsusi mülkiyyətində olmuşdur. X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X4 vəfatından sonra həmin əmlaklar sonuncunun qardaşı X16 tərəfindən tək vərəsə kimi adına sənədləşdirilmişdir. X4 yeganə qanuni vərəsəsi İddiaçı deyildir. X2 və X7 birgə nikahdan İddiaçı başqa X11, X12 da dünyaya gəlmişdir. X11, X12 vəfat etmişlər. X1 vərəsəsi kimi özünü təqdim edən Cavabdeh Şahbaz oğlu güya Qusar rayonu. Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki olaraq idarə etdiyini nümayiş etdirərək həmin evdə uşaqlığından bəri daimi yaşadığını bildirir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 473/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçılar miras qoyan Validə Sanayevanın qanun üzrə vərəsələri olsalar da, lakin onlar miras qoyan öldükdən sonra 6 ay müddətində notariat ofisinə müraciət etmədiklərinə görə, 6 aylıq müddətin ötürülməsinə dair isə hər hansı üzrlü səbəbi təsdiq edən sübutu və həmçinin göstərilən müddətdə miras əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamalarına və mirasın qəbul edilməsini şəksiz nümayiş etmələrinə dair mötəbər sübutları məhkəməyə təqdim etmədiklərinə görə, miras həmin vərəsələr tərəfindən qəbul edilmiş sayıla bilməz. Həmin qətnamədən Cavabdeh Şahbaz oğlu apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, miras əmlak hesab olunan ünvan 2 fərdi yaşayış evi faktiki olaraq Cavabdeh tərəfindən qəbul edildiyi nümayiş etdirilmişdir. Belə ki, o, həmin miras əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş, Qusar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa, o cümlədən qonşular tərəfindən verilmiş ərizəyə əsasən müəyyən olunur ki, güya Fərid uzun müddətdir ki, həmin ünvanda yaşayır. Cavabdeh Şahbaz oğlunun verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə təmin edilərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilərək iddia tələbi təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin hazırda verilmiş icra sənədi icra edilərkən yeni hallar müəyyən edilmişdir. Belə ki, Cavabdeh qeydiyyatı Bakı şəhərində olmaqla, o Bakı şəhərində işləyir və yaşayır, uşaqları Bakı şəhərində anadan olmuşlar və Bakı şəhərinin orta məktəblərindən birində oxuyurlar. Başqa sözlə, həmin şəxsin Qusar şəhərində yaşaması faktiki olaraq mümkün deyil. Verilmiş arayışın əsası kimi notariusda təsdiq olunmuş ərizənin göstərilməsi də əsassızdır, belə ki, həmin ərizədə notarius yalnız vətəndaşların imzalarının həqiqiliyini təsdiq edib, daha orada qeyd olunmuş mətnin həqiqiliyini təsdiq etməmişdir. Lakin Cavabdeh Şahbaz oğlunun ünvan 2 fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki qəbulu barədə izahatını bu izahatın işin digər sübutları ilə, əsasən də Qusar rayon icra Hakimiyyətinin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 noyabr 2021-ci il tarixli 2639 saylı arayışı və notarial qaydada təsdiq olunmuş ərizə ilə tamamlanmışdır. Başqa sözlə, həmin arayışda qeyd olunmayıb ki, Cavabdeh miras açılarkən, yəni miras qoyan X4 xx.xx.2020-ci il tarixdə vəfat etdiyi anda qeyd olunan ünvan 2 ünvanda yerləşən miras qalmış evdə faktiki olaraq yaşamışdır. Belə olan halda, imzaları notariat qaydasında təsdiq olunmuş 3 şəxs ərizədə bildirirlər ki, "Cavabdeh həqiqətən Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 yaşayır". Eyni zamanda, Qusar rayon icra Hakimiyyətinin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 noyabr 2021-ci il tarixli 2639 saylı arayışında da qeyd olunur ki, Cavabdeh arayış verilməsi üçün Qusar RİHB-nin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, həmin tarixdən o, Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1 saylı "Ev təsərrüfatlarının uçotu kitabın" 43 saylı təsərrüfatına aid 87-ci səhifədə və Dövlət statistika Komitəsinin elektron informasiya sistemində ünvan 3 ünvanda qeydiyyatsız yaşayan kimi qeydə alınmış və xx.xx.2021-ci il tarixli 2639 saylı arayışla təmin edilmişdir. Lakin hazırda Qusar rayon icra Hakimiyyətinin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 02 fevral 2023-cü il tarixli NA/10 saylı məktubda qeyd olunur ki, "vətəndaş Cavabdeh xx.xx.2021-ci il tarixdə Qusar rayon icra Hakimiyyətinin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1 saylı "Ev təsərrüfatlarının uçotu kitabın" 43 saylı təsərrüfatına aid 87-ci səhifədə və Dövlət statistika Komitəsinin elektron informasiya sistemində Bakı şəhərində daimi qeydiyyatda olmaqla ünvan 3 ünvanda qeydiyyatsız yaşaması barədə xx.xx.2021-ci il tarixli 2639 saylı arayışla təmin edilmişdir. Vətəndaş Cavabdeh faktiki olaraq həmin ünvanda nə vaxtdan yaşayıbyaşamaması barəsində nümayəndəlikdə heç bir məlumat yoxdur." Başqa sözlə, Cavabdeh Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 ünvanda miras açılarkən, yəni xx.xx.2020-ci il tarixdə yaşamaması müəyyən edildiyindən, onun notariusa və məhkəməyə yalan məlumat verdiyi aşkar olunur. Cavabdeh miras payı tələb edərkən saxtakarlığa yol vermiş, Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 ünvanda heç vaxt yaşamadığı halda saxta məlumatlar əsasında saxta arayış əldə etmiş, miras əldə etməyə kömək göstərmiş hərəkətlərə yol vermişdir. Belə olan halda cavabdeh ləyaqətsiz vərəsə hesab olunmalıdırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianı müdafiə etdiyini bildirib, izahatında göstərdi ki, cavabdeh vərəsəliklə bağlı Qusar rayon Notariat Ofosondən arayış almış və İcra Hakimiyyətinə vermişdir. Xalası öləndə qeyd olunan mənzildə qeydiyyatsız yaşamışdır. Həmin mənzildə üç nəfər yaşamışdır. Verilən sorğuya cavab olaraq onlara bildirilmişdir ki, həmin şəxslər oarada qeydiyyatsız yaşamışlar. Miras açılandan sonra 2021-ci ildən əvvəl cavabdeh orada yaşamamışdır. Həmin dövrədən Bakı şəhərində yaşamışdır, uşaqları da Bakı şəhərində oxuyurlar. Qeyd olunan arayış saxtadır. Miras 2020-ci ildə açılmışdır. Bu səbəbdən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, mübahisəli məsələ ilə bağlı iddia üzrə mülki işə apellyasiya və ali instansiyada baxılmışdır. İddia rədd edilmişdir. Cavabdehin hüquqları məhkəmə qaydasında tanınmışdır. İddia əsassız və qanunsuzdur. Sonda məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etdi. Tədqiq edilən sübutlar: - Qusar RİHB-nin Qusar şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Qusar şəhər İƏD nümayəndəliyinin 1 saylı “Ev təsərrüfatlarının uçotu kitabı” 43 saylı təsərrüfatına aid 87-ci səhifədə və Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində Bakı şəhərində daimi qeydiyyatda olmaqla, ünvan 4 ünvanda qeydiyyatsız yaşayan kimi qeydə alınaraq, xx.xx.2021-ci il tarixli, 2639 nömrəli Qusar şəhəri T.İsmayılov küçəsində qeydiyyatsız yaşaması barədə arayışla təmin edilməmişdir. Cavabdeh faktiki həmin ünvanda nə vaxtdan yaşayıb-yaşamaması barədə nümayəndəlikdə heç bir məlumat mövcud deyildir. - 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, xx/xx-199801/9 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixli və xx.xx.2021ci il tarixli vərəqəslik hüququ haqqında şəhadətnamələr ləğv edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-473/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh, X13, X17 və X9 cavabdehlər İddiaçı və 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı – Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evinə və ünvan 2 fərdi yaşayış evindən ibarət miras əmlaka dair İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli, 2v-452 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, 2v-132 reyestr nömrəli vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ünvan 2 fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli, 2v-132 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evinə dair xx.xx.2020-ci il tarixli, 2v-452 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsinə dair idda rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3764/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, 2 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisində Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və ünvan 2 fərdi yaşayış evindən ibarət miras əmlakına dair İddiaçı verilmiş müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli vərəsəlik haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında verilmiş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixdə İddiaçı mülkiyyətinə verilməsi barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********) və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixdə İddiaçı mülkiyyətinə verilməsi barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********) ləğv edilmişdir. - X10, X14 və X8 Qusar rayon Notariat Ofisində təsdiq edilmiş ərizəsində Cavabdeh ünvan 6 ünvanda yaşamasını imzaları ilə təsdiq etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 346.2-ci maddəsinə əsasən, sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 346.3-cü maddəsinə əsasən, şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. - 346.4-cü maddəsinə əsasən, ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. - 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. - 1167-ci maddəsinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. - 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: İddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona görə ləyaqətsiz vərəsə hesab olunmalıdır ki, o miras payı tələb edərkən saxtakarlığa yol vermiş, Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 ünvanda heç vaxt yaşamadığı halda saxta məlumatlar əsasında saxta arayış əldə etmiş, miras əldə etməyə kömək göstərmiş hərəkətlərə yol vermişdir. Məhkəmə iddiaçının dəlili ilə razılaşmayaraq qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” AR Konsitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən “ ......Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur.”. Məhkəmə Konsitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş mövqeyi nəzərə alaraq, hesab edir ki, hazırkı halda cavabdeh tərəfindən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Onun miras payı tələb edərkən saxta arayış əsasında miras əmlakı əldə etməsi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının bu dəlilinə artıq iddiaçılar Cavabdeh, X15, X17 və X9 cavabdehlər İddiaçı və 2 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli Qərarında qiymət verilib və bu halın yenidən sübut edilməsinə zərurət yoxdur. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “........Həmçinin, cavabdehin kassasiya şikayətinin dəlillərindən biri də odur ki, iddiaçı Cavabdeh Bakı şəhərində anadan olub, Bakı şəhərində qeydiyyatda olmaqla işləyir, uşaqları Bakı şəhərində anadan olublar və Bakı şəhərinin məktəblərindən birində oxuyurlar. Belə olan halda, iddiaçının xalasından miras qalmış ünvan 2 fərdi yaşayış evində yaşaması mümkün deyildir. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, cavabdeh tərəf bu dəlili irəli sürərkən, yalnız iddiaçının izahatına əsaslanmışdır. Apellyasiya baxışı zamanı isə iddiaçı yuxarıda qeyd edilənlərdən əlavə izahatında bildirmişdir ki, Bakı şəhərində anadan olduqdan sonra körpə yaşlarında ailəsi Qusar rayonuna, mübahisəli evə gəlmiş və o, həmin vaxtdan mübahisəli evdə yaşamışdır.”. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. 51. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Sadalanan xususatlara əsasən məhkəmə belə nəticəyə ki, iddia tələbində göstərilən dəlillər qanunla nəzərdə tutulmuş hallara aid olmadığından cavabdeh ləyaqətsiz vərəsə hesab edilə bilməz. Odur ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Bakı “Asan Xidmət” mərkəzi notariat ofisi) qarşı “ləyaqətsiz vərəsə hesab olunma” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2004/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2004/2024
17.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver