Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2797/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qafarova Rəna Nazim qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi, Işin halı və birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı Bakı şəhəri ** saylı notariat ofisinin də üçüncü şəxs qismində cəlb olunmaqla “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 tərəfindən X3 iradəsinə və qanunla müəyyən edilmiş normalara zidd çıxılması, bunun nəticəsində miras qoyanın özünə və onun digər vərəsələrinə və miras əmlaklarına qarşı cinayət və sair əxlaqsız hərəkətlərə yol verilməsi səbəbindən onun ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərardadına əsasən iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı Bakı şəhəri ** saylı notariat ofisinin də üçüncü şəxs qismində cəlb olunduğu “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Iddiaçı İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün iş materialları ilə birgə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi onun cavabdeh1 qarşı “ləyaqətsiz vərəsə hesab edilməsinə dair” iddia ərizəsini və ona əlavə olumuş sənədləri geri qaytarmışdır. Məhkəmənin gəldiyi nəticəyə görə həmin iddia ərizəsinə ərazi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. O, hesab edir ki, məhkəmənin belə bir qərara gəlməsi əsassızdır. Belə ki, miras qoyan X3 onun həyat yoldaşıdır. O, həyatının son gününə kimi Binəqədi rayonu, Ağasadıq Gəraybəli küçəsi ** saylı evin ** saylı mənzilində qeydiyyatda olmuş və həmin ev onun mülkiyyətindədir. O, iki ay əvvəl, yəni ##.##.2026-ci il tarixdə faktiki olaraq özünün inşa etdiyi və həm də yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci mədən küçəsi 238-ci korpus * saylı evdə rəhmətə getmişdir. Onlar bir evdə rəsmi ailə kimi birgə yaşamış və həmin evdən də, xəstələnərək Rəsulzadə qəsəbəsindəki xəstəxanaya aparılmış və xəstəxanada rəhmətə getmişdir. Qanuna görə vərəsəlik və miras miras qoyanın son qeydiyyatda olduğu yer, yaxud da onun mülkiyyətinin yerləşdiyi yer üzrə açılır. Davud Hüseynovun isə həm qeydiyyatda olduğu yer, həm də əmlakı Binəqədi rayonunun ərazisində yerləşir. Ona qarşı ləyaqətsiz vərəsəlik edən cavabdeh1 da məhz həyat yoldaşı olmuş X6 ərazisində yerləşən mülkiyyətlərinə qarşı ləyaqətsizlik etmişdir. Deməli məhkəmə aidiyyəti üzrə hər bir halda həmin mübahisə məhz Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Bu məsələ bir mənalı olaraq qanunla həll olunmuşdur. X4 isə bütün mirasları Binəqədi rayonunun ərazisində yerləşir. Buna görə də, o, hesab edir ki, məhkəmənin bu barədə qəbul etdiyi qərərdad ləğv edərək, işin baxışına başlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.3. Iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instasniya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. EMIS-dən alınmış məlumatdan görünür ki, hazırki iş üzrə cavabdehin ünvanı Abşeron rayonunun inzibati ərazisində yerləşir. Odur ki, məhkəmə də haqlı olaraq iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarılması barədə qərardad qəbul etmiş və ona ərazi aidiyyəti qaydalarına uyğun olaraq Abşeron Rayon Məhkəməsinə müraciət etməli olduğunu izah etmişdir. Şikayətin dəlillərində iddiaçı MPM-nin 39.2-ci maddəsinə əsaslansa da, hazırki mübahisə predmeti həmin maddənin təsiri dairəsinə düşmədiyindən məhkəmə kollegiyası iddiaçının bununla bağlı dəlilini əsassız hesab edir və belə qənaətə gəlir ki, şikayətin dəlilləri formal mülahizələrə əsaslanmaqla birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas ola bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərardadından verilmiş şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-2797/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2797/2026
06.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver