Məhkəmə qərarları › İş №e-2(3-9)-723/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-723/2026

22.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-723/2026 22.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1, cavabdeh1 və cavabdeh3 Məhərrəmli oğlu və ailə üzvlərinin ləyaqətsiz vərəsə edilməklə hüququndan məhrum edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə əməl edilməklə tərtib edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat məbləğində müəyyən edilmişdir. Habelə Qanunun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində müəyyən edilmişdir. MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşdən göründüyü kimi, apellyasiya şikayəti verilərkən İddiaçı tərəfindən dövlət rüsumu ödənilməmiş və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.12-ci maddəsinə istinad edilmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin hüquqi norma inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflərə şamil olunur. Belə olan halda, iddiaçının apellyasiya şikayəti üzrə dövlət rüsumunu ödəmək öhdəliyi mövcud olmuş və onun ödənilməməsi qanunvericiliyin tələblərinə uyğun sayıla bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Apellyasiya qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar