Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1079/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və qeyrilərinə qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zülmkar övladları cavabdeh2 və cavabdeh1 ona nisbətdə ləyaqətsiz vərəsə tanınmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qətnamədən iddiaçı İddiaçı tərəfindən ##.##.2026- cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Həmçinin, iddiaçı İddiaçı məhkəməyə prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək, göstərilən səbəbdən qətnаmədən аpеllyаsiyа şikаyəti vеrmək müddətini ötürməyinin üzürlü hеsаb еdib, şikаyətini bахılmаsı üçün аidiyyəti üzrə Gəncə Аpеllyаsiyа Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən ərizə təmin edilməmiş, iddiaçı İddiaçı tərəfindən Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsindən imtina edilmiş və iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmışdır. Bundan sonra Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(066)- ****/**** nömrəli qərardadından iddiaçı İddiaçı şikayət verərək, qətnаmədən аpеllyаsiyа şikаyətinin gеcikdirilməsini üzürlü sаyıb, ##.##.2026-cı il tаriхli, 2(066)-****/**** №-li qərаrdаdı ləğv еdib, аpеllyаsiyа şikаyətini bахılmаsı üçün göndərilməsini, əks hаldа bu şikаyətini bахılıb, həll еdilməsi üçün аiddiyəti üzrə аpеllyаsiyа məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Göygöl rayon Məhkəməsinin sonuncu *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardaddan narazı qalan iddiaçı İddiaçı məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə şikayət verərək, ##.##.2026-cı il tаriхli qərаrdаdаn şikаyətinin təmin еdilməsini, edilmədiyi hаldа bахılıb, həll еdilməsi üçün аidiyyəti üzrə аpеllyаsiyа məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Məhkəmənin ##.##.2026-cı il tаriхli 2(066)- ****/**** №-li qətnаməsindən аpеllyаsiyа şikаyəti gеcikdirməklə vеrməyinin səbəbinin cаvаbdеh uşаrlаrının və оnlаrın özləri kimi dаvаkаr аilə üzvlərinin ona еvində nоrmаl yаşаmаğa imkаn vеrməmələri səbəbindən Bаkı şəhərində nəvəsinin yаnındа yаşаmаğа məcbur оlmаğı ilə izаh еdib, müddətin bərpаsını хаhiş еtmiş, ərizəsinə kənd nümаyəndəsinin həqiqəti аşkаr еdən аrаyışını dа əlаvə еtmişdir. Məhkəmə qətnаməsinin аpеllyаsiyа məhkəməsi tərəfindən bахılmаsınа imkаn vеrməmək üçün düşdüyü аğır vəziyyət qiymət vеrmə vеrmək əvəzinə sахtаkаrlıq yоlu sеçmiş, ##.##.2026-cı il tаriхli, 2(066)-****/**** №-li qərаrdаdındа uydurmuşdur ki, şəhriyаr pоçt şöbəsinin müdiri Еlməddin Ələsgərоv guyа məhkəmədə ifаdə vеrmişdir ki, sözü gеdən məktubu (içərisində qətnаmə оlаn zərfi) o хəbərnаməni şəхsən imzаlаmаqlа аlmışdır. Əvvəlа, həmin şəхs məhkəmədə оlmаmışdır. ikincisi, хəbərnаmədə onun imzаsı оlmаsı bаrədə sözlər аğ yаlаndır. Məhkəmə hаqlıdırsа, nədən аşkаr sахtаkаrlıqlаrа yоl vеrir? cаvаb budur ki, məhkəmə qərəzli qətnаməsini ört-bаsdır еtmək niyyətilə sахtаkаrlıq аrdıncа sахtаkаrlıq еtmişdir. Bеlə ki, məhкəmə Аzərbаycаn Rеspublikаsının mülki prоsеssuаl məcəlləsinin 269.3cı mаddəsinə uyğun оlаrаq ##.##.2026-cı il tаriхli qərаrdаddаn şikаyətinə bахıb, təmin еtmədiyi hаldа şikаyətini аpеllyаsiyа məhkəməsinə göndərməli оlduğu hаldа törətdiyi sахtаkаrlıqlаrı örtbаsdır еtmək üçün şikаyətini аidiyyəti üzrə göndərməyib, növbəti sахtаkаrlıqlаrа yоl vеrmiş, uydurmuşdur ki, guyа o həm qərаrdаddаn şikаyət vеrmək üçün nəzərdə tutulаn 10 gün müddətini ötürmüş, həm də qətnаmədən аpеllyаsiyа şikаyətinə 1 аylıq müddəti üzrlü səbəbdən ötürməsini təsdiq еdən sübut əlаvə еtməmişdir. Bu yаlаnınlаrı о, sоnunu düşünmədən şəhid аnаsınа qаrşı işlədir. Hаlbuki bundаn əvvəlki qərаrdаddаn şikаyəti qərаrdаdı аlаndаn sоnrа dərhаl, təхminən 5-6 gün müddətinə vеrmişdir. Qətnаmədən аpеllyаsiyа şikаyətinə müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq еdən kənd ərаzi vаhidinin аrаyışını əlаvə еtmiş, həmin sənədin surəti məhkəməyə еlеktrоn vаsitəsilə göndərilmişdir. Bеləliklə, məhkəmə qərəzli qətnаməsinin ləğv еdilməsinə yоl vеrməmək üçün sахtаkаrlıq аrdıncа sахtаkаrlıq еdib, şikаyətlərini аpеllyаsiyа məhkəmə göndərmir, gözə kül üfürmək üçün məsələyə аidiyyəti оlmаyаn Kоnstitusiyа məhkəməsinin plеnum qərаrlаrındаn sitаtlаr gətirir. Şikаyətini təmin еtmədiyi hаldа qаnun üzərinə şikаyəti birbаşа аpеllyаsiyа məhkəməsinə göndərmək bоrcu qоyduğu hаldа vахt аlır, şikаyətindən əl çəkdirmək üçün onu yоrmаğа çаlışır. Qərаrdаddаn şikаyət vеrmə hüququnu qеyd еdən hаkimin məsələnin prеdmеtinə hər hаnsı аidiyyəti оlmаyаn rəhbər qərаrlаrlа mаnipulyаsiyа еtməsi və аrdı-arаsı kəsilməyən süründürmələr оnun qətnаmənin ləğvinə görə qоrхu yаşаmаsını sübut еdir. Göygöl Rayon Məhkəməsinin sonuncu *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ##.##.2026-cı il tarixdə elektron imza ilə təsdiq edilməklə iddiaçı İddiaçı məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Lakin, iddiaçı İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş 10 (on) gün müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayəti vermək müddətini ötürməklə yəni, ## #### 2026-cı il tarixdə şikayət vermişdir. Bununla da qərardaddan şikayət verilməsi üçün müəyyən olunmuş prosessual müddəti ötürmüş, həmçinin ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət verilməmişdir. Bundan başqa iddiaçı bu müddət ərzində apellyasiya şikayətinin verilməsinin ondan aslı olmayan səbəblərdən baş verməsini və əsaslı bir halın olmasını ərizəsində göstərməməklə, apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin ondan aslı olmayan üzrlü səbəblərdən olmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, prosessual hərəkətlər Məcəllə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddiaçının qanundan irəli gələn prosessual hərəkətləri düzgün yerinə yetirə bilməməsi buraxılmış müddətin üzürlü səbəb olmasını istisna edir. Müddətin bərpası yalnız tərəfin iradəsindən asılı olmayan, qabaqcadan görülməsi və qarşısının alınması mümkün olmayan hallarda yol verilə bilər. Hazırki vəziyyətdə isə belə hal mövcud olmamışdır. Prosessual müddətin ötürülməsi üzrlü hesab edilə bilməz və bu ötürülmə tam şəkildə iddiaçının öz üzərinə düşən prosessual vəzifələri vaxtında və lazımi qaydaya yerinə yetirməməsinin nəticəsidir. İddiaçı hərəkətlərinə və hərəkətsizliyinə görə məsuliyyət daşıyır və bu məsuliyyət sonradan müddətin bərpası institutu vasitəsilə aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi isə «Miraqall Eskolano və digərləri İspaniyaya qarşı» işi üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Prosessual müddətlərin müəyyən edilməsi və onlara əməl olunması mülki məhkəmə icraatında hüquqi müəyyənlik, tərəflərin bərabərliyi və ədalətli məhkəmə araşdırılması prinsiplərinin təmin edilməsinə xidmət edir. Müddətlərin üzrlü səbəb olmadan bərpa edilməsi bu prinsiplərin mahiyyətinə zidd olmaqla yanaşı, qarşı tərəfin qanunla qorunan subyektiv hüquqlarına birbaşa müdaxilə edir. Hazırki iş üzrə müddətin ötürülməsi iddiaçının öz prosessual davranışından irəli gəldiyi halda, bu müddətin üzrlü hesab edilməsi və bərpa olunması digər tərəfin – məhkəmə qətnaməsi ilə hüququ bərpa edilmiş şəxsin hüquqi sabitlik və qərarın icra olunmasına olan legitim gözləntilərini pozur. Bundan əlavə, prosessual müddətin üzrlü hesab edilməsi tərəflər arasında prosessual bərabərlik prinsipini də pozur. Çünki bir tərəfin öz səhlənkarlığı nəticəsində yol verdiyi prosessual pozuntunun məhkəmə tərəfindən kompensasiya edilməsi, digər tərəfin qanuna uyğun, vicdanlı və vaxtında həyata keçirdiyi prosessual davranışın mənasız hala gətirilməsi ilə nəticələnir. Eyni zamanda müddətin əsassız şəkildə bərpası işin süni şəkildə uzadılmasına, məhkəmə qərarının icrasının gecikdirilməsinə və digər tərəfin əmək hüquqlarından faktiki istifadə imkanlarının məhdudlaşdırılmasına səbəb olur ki, bu yalnız prosessual deyil, həm də maddi hüquqların pozulması kimi qiymətləndiriləcəkdir. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009-cu il tarixli, S.Teymurovanın şikayəti üzrə qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsassız şəkildə yenidən baxılması və buraxılmış prosessual müddətin bərpası hüquqi sabitlik prinsipinə və Konstitusiyanın 60-cı maddəsinə ziddir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi presedentlərinə müraciət etməyi də lazım bilir. Belə ki, Ponomaryov Ukraynaya qarşı 2008-ci il tarixli qərarında AİHM qeyd etmişdir ki, müddətlərin bərpası tərəflər arasında balansı pozmamalı və qarşı tərəfin artıq formalaşmış hüquqi gözləntilərinə xələl gətirməməlidir. Brumarescu Rumıniyaya qarşı 1999-cu il tarixli qərarında AİHM bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı yalnız müstəsna hallarda, ciddi və əsaslandırılmış səbəblər olduqda yenidən baxıla bilər. Sonuncu qərar məhkəmə qərarlarının sabitliyi (legal certainty) doktrinasının əsas presedentidir və AİHM bu qəbildən olan işlərdəki pozuntulara ədalətli məhkəmə araşdırmasının pozulması kimi 6-cı maddə konktekstindən yanaşır. Göründüyü kimi, iddiaçı tərəf qanunvericiliklə müəyyən edilmiş və məhkəmə tərəfindən təyin edilmiş prosessual müddəti ötürmüşdür. Müddət keçdikdən sonra şikayət verilmişdir. Şikayət vermə müddətinin iddiaçı tərəfindən hər hansı üzrlü səbəbdən ötürülməsinə dair hər hansı üzrlü səbəb və onu təsdiq edən sübut şikayətə əlavə olunmamışdır. İddiaçının işə şifahi məhkəmə icraatı qaydasında baxılması barədə müraciətinə münasibətdə kollegiya qeyd edir ki, iş materialları və təqdim edilmiş dəlillər işə yazılı icraat qaydasında baxılması üçün kifayət etmişdir. İşə şifahi məhkəmə iclasında baxılmasına zərurət olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. İddiaçı şikayətində dəlillərini qeyd etmiş və həmin dəlillər kollegiya tərəfindən iş materialları ilə əlaqəli şəkildə araşdırılmışdır. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 128, 130, 268.1, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-1079/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1079/2026
06.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver