Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2005/2024 09.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsini qeyd etməklə, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistanın Sisiyan rayonunda doğulmuşdur. X4 xx.xx.1945-ci il tarixdə Kəlbəcər rayonunda, anası X14 xx.xx.1953-cü il tarixdə Ermənistanın Sisiyan rayonunda doğulmuşdur. Ərizəçinin X4 xx.xx.1989-cu il tarixdə ölmüşdür. Ərizəçinin iki qardaşı xx.xx.1971-ci il tarixdə X16 və xx.xx.1973-cü il tarixdə X1 rayonunda doğulmuşlar. X2 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Digər qardaşı X16 xx.xx.2023-cü il tarixdə ölmüşdür. X3 xx.xx.1978-ci il tarixdə Ermənistanın Sisiyan rayonunda doğulmuşdur. Ailə quraraq ərinin soyadını qəbul etmişdir. Ərizəçi 15 sentyabr 2001-ci il tarixdə X17 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Bu nikahdan 3 övladı: xx.xx.2002-ci il tarixdə X18, xx.xx.2004-cü il tarixdə X19, 10 sentyabr 2005-ci il tarixdə X15 doulmuşdur. 1989-cu ildə Ermnistan SSR-dən iddiaçı valideynləri və qardaşları ilə birlikdə qaçqın kimi Bakı şəhərinə gəlmiş və həmin tarixdən Bakıda yaşayır. İddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası vətəndaşıdır və şəxsiyyət vəsiqəsi var. Ərizəçi doğum haqqında şəhadətnaməni itirmiş və doğum haqqında akt qeydinin bərpa edilməsi üçün Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi ərizəçiyə imtina məktubu verərək, ərizənin təmin edilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiaalarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistanın Sisiyan rayonunda doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X7 X4, anası isə X8r, valideynlərinin hər ikisinin milliyyəti Azərbaycanlıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X9 X4, anası isə X8r, valideynlərinin hər ikisinin milliyyəti Azərbaycanlıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X5 X4, anası isə X8r, valideynlərinin hər ikisinin milliyyəti Azərbaycanlıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024cü il tarixli cavab məktubundan görünür ki, həmin məktubla Ərizəçi müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpa edilməsinin mümkün olmaması bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, ərizəçinin anasıdır və bildirib ki, ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistanın Sisiyan rayonunda doğulmuş, X4dur, onun və ərini milliyyəti Azərbaycanlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o, ərizəçinin bacısıdır, ərizəçi xx.xx.1975- ci il tarixdə Ermənistanın Sisiyan rayonunda doğulmuş, X4, anası isə X8r, valideynlərinin milliyyəti Azərbaycanlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə görə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “... Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, doğumun qeydə alınması faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Doğumun qeyd edilmə faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi Ərizəçi adına doğum tarixinin xx.xx.1975-ci il, doğum yerinin Ermənistanın Sisiyan rayonu, ata qrafasında - milliyyəti Azərbaycanlı olan X11, ana qrafasında - milliyyəti Azərbaycanlı olan X14 qeyd edilməklə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2005/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2005/2024
09.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver