Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2010/2024 12.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduğu “cavabdehin qanunsuz əməli nəticəsində portalda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin həmin Məcəllənin 68-ci maddəsi ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduğu “cavabdehin qanunsuz əməli nəticəsində portalda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin həmin Məcəllənin 68-ci maddəsi ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq Avtonəqliyyat şöbəsinə operator vəzifəsinə təyin edilmişdir. Bir neçə ay işlədikdən sonra aralarında yaranan narazıçılıqdan sonra öz ərizəsi ilə işdən ayrılmış və bu barədə onun əmək kitabçasında Cavabdeh MMC tərəfindən müvafiq qeyd aparılmışdır. Amma sonradan başqa işə düzəlmək istədikdə sistemdə görünmüşdür ki, Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən qovulmuşdur. Dəfələrlə cavabdehlərə müraciət etsə də, ona heç bir cavab verilməmişdir. Sonunda Bakı 3 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi mediasiya sesiyasında iştirak etsə də, aralarında heç bir razılıq əldə edilməmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək gərarına gəlmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsi ilə əsaslandıraraq, cavabdehin qanunsuz əməli nəticəsində portalda Əmək Məcəlləsinin 70 “ç” bəndinin Əmək Məcəlləsinin 68-ci maddəsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı İddiaçı bildirmişdir ki, 06 mart 2017-ci il tarixdə Cavabdeh MMC-yə işə qəbul olarkən əmək müqaviləsinin bir nüsxəsini dəfələrlə tələb etsə də, ona əmək müqaviləsi təqdim olunmamış, işdən azad olunduqdan sonra onun təzyiqləri əsasında əmək müqaviləsi ona göstərilsə də, ona təqdim edilməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, əmək müqaviləsinə və digər sənədlərə onun əvəzindən saxta imza atılmış, ona aid iki əmək kitabçası mövcuddur və bu barədə onun məlumatı yalnız mediasiya sessiyasında iştirak edərkən olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-00558 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 iştirak etmişlər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş materiallarında olan X4 məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Ə.Xələfov Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli Q/06-03-17/239-2 saylı əmrinə əsasən xx.xx.2017-ci il tarixdən “Avto-nəqliyyat” şöbəsinə operator vəzifəsinə təyin olunmuş, xx.xx.2017-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə olunmuş əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi əsasında Cavabdeh MMC-də işə qəbul edilmiş və A/06-09-17/333-3 saylı əmrə əsasən xx.xx.2017-ci il tarixdə də Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-5/2-x-10925/2023 nömrəli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam maddəsinin işəgötürən tərəfindən dəyişdirilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciətinə X9 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış və müraciətin araşdırılması məqsədilə Cavabdeh MMC-nin ünvanına (ünvan 3-7191/2/2023 saylı xx.xx.2023 cü il tarixli (SS835053306AZ) məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Lakin tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Eyni zamanda X9 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi izahatında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin işəgötürən tərəfindən xitam verilməsi barədə köməklik göstərilməsi xahiş edilmişdir. Ona bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Bildirilmişdir ki, müəssisənin rəhbərliyi tərəfindən ona aid sənədlər təqdim olunduğu təqdirdə müraciətinə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətində qeyd etdiyi məsələlərlə əlaqədar məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-5/2-x-13502/2023 nömrəli məktubdan görünür ki, İddiaçı müraciətinə X9 Xidmətinin Bakı Şəhər İdarəsində baxılmış və ona bildirilmişdir ki, araşdırmaya Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən onunla xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Azərbaycan Respublikasının Əmək Məcəlləsini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2017-ci il tarixdə xitam verildiyi məlum olmuşdur. Eyni zamanda Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş aktda onun bilə-bilə xidməti kompyuterdə toplanmış iş fayıllarını silməsi və bu səbəbdən də, müəssisəyə maddi ziyan vurması qeyd edilmişdir. Həmçinin, tərəflərindən əmək haqqı bank çıxarışı və müəssisənin rəhbərliyi tərəfindən ödəniş tapşırığı təqdim olunmadığından son haqq-hesabın əmək haqqı hesabına köçürülməsinə münasibət bildirmək mümkün olmamışdır. Ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin ləğv edilməsi ilə bağlı işəgötürənə müraciət etmək hüququ vardır. Eyni zamanda, müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı ərizədən görünür ki, İddiaçı ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində əmək müqaviləsinə verilmiş xitamla bağlı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini, Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə əvəz edilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5937/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı (FİN xxxxxxx, AA 0761879) oğlunun əmək müqaviləsinə xitam verilməsinə əsas olan sənədlərin (əmək kitabçası, həmkarlar ittifaqının razılığı, həmkarlar ittifaqının iclas protokolu və qərarı, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmri (sərəncamı, qərarı) və digər sənədlər) Cavabdeh MMC-dən (hüquqi ünvan: AZ5001, ünvan 4ət sahəsi, faktiki ünvan: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Abdullayev küçəsi) Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5937/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. Qərarda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə borclu Cavabdeh MMC-nin (VÖEN-**********) direktoru X2 İcra İdarəsinə dəvət edilərək izahatı alınmış, o, izahatında direktoru olduğu Cavabdeh MMC-nin 2003-cü ildən faktiki, 2019-cu ildən isə rəsmi fəaliyyətini dayandırdığını, hazırda da ləğv prosesində olduğunu bildirmiş, həmin müəssisə ilə hər hansı fiziki şəxsin əmək müqaviləsinin olmadığı, habelə icra vərəqəsində borclu hüquqi şəxs olan Cavabdeh MMC-nin faktiki ünvanının ünvan 6 ünvanla hər hansı əlaqəsi olmadığını qeyd etmiş, buna görə də məhkəmə qərarının tərəfindən icra edilməsinin mümkün olmadığını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 026730 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1984-cü il tarixdə doğlulmuş X11 adını “Əlağa”dan “Əliağa”ya, ata adını “Aprel”dən “Abbas”a dəyişdirmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin baş direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli A/06-09-17/333-3 nömrəli əmrdən görünür ki, müəssisənin Avto-nəqliyyat şöbəsinin operatoru X12 ilə bağlanmış əmək müqaviləsinə AR-nın Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2017-ci il tarixdən xitam verilməsi əmr edilmiş, baş mühasibə X12 ilə maddi məsul şəxs kimi təhvil təslim işlərinin və son haqq-hesabın aparılması (istifadə edilməmiş məzuniyyət günlərini sayı 12 gün) tapşırılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-nin baş direktoru Arzu xanım Yusifovaya Avto-nəqliyyat şöbəsinin operatoru X12 tərəfindən ünvanlanmış ərizədən görünür ki, Ə.Xələfov xx.xx.2017-ci il tarixindən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin baş direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli A/03-10-17/348 nömrəli əmrdən görünür ki, müəssisənin Avto-nəqliyyat şöbəsinin operatoru X12 ilə bağlanmış əmək müqaviləsinə AR-nın Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) xx.xx.2017-ci il tarixdən xitam verilməsi əmr edilmiş, baş mühasibə X12 ilə maddi məsul şəxs kimi təhvil təslim işlərinin və son haqq-hesabın aparılması (istifadə edilməmiş məzuniyyət günlərini sayı 0 gün) tapşırılmışdır. Əsas kimi X3 ərizəsi göstərilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizədən görünür ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə təqdim edilmiş, həmin ərizədə iddia müddətinin keçməsi ilə bağlı İddiaçı cavabdehin qanunsuz əməli nəticəsində portalda Əmək Məcəlləsinin 70 “ç” bəndinin Əmək Məcəlləsinin 68-ci maddəsi olması öhdəliyini cavabdehin üzərinə qoyulması haqqında iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi X12 arasında bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsindən görünür ki, işəgötürən Cavabdeh MMC ilə işçi X12 arasında xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq, işçi Ə.Xələfov operator vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsində işçinin birinci 3 (üç) iş ayının sınaq müddəti hesab edilməsi və hər ay 85 manat əmək haqqının ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-nin baş direktoru Arzu xanım X1 tərəfindən ünvanlanmış ərizədən görünür ki, Ə.Xələfov xx.xx.2017-ci il tarixindən onu Avto-nəqliyyat şöbəsinə operator vəzifəsinə işə qəbul etməklərini xahiş etmişdir. İş materiallarında olan İT departamentinin rəisi N.Mahmudov, kadrlar şöbəsinin rəisi P.Cahangirov, Avto-nəqliyyat şöbəsinin rəisi X.Qarayev və təhlükəsizlik xidmətinin rəisi H.Qurbanov tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, həqiqətən Avto-nəqliyyat şöbəsinin operatoru X8 bilə-bilə xidməti komputerində toplanmış iş fayıllarını silmişdir. Bununla da Cavabdeh MMC-yə X8 tərəfindən maddi zərər vurulmuşdur. İş materiallarında olan X12 tərəfindən xx.xx.2019-cu il tarixdə yazılmış izahatdan görünür ki, o, Avto-nəqliyyat şöbəsinin operatorunun komputerində olan sənədləri ondan əvvəlki operator Sarvanın şəxsən özünün hazırlayaraq (word, excell-də) şirkətin işini görmüşdür və işdən uzaqlaşarkən həmin sənədləri şirkətə yox ona bağışlamışdır. O, da işdən uzaqlaşarkən həmin sənədləri kömputerdən özünə məxsus olduğu üçün silmişdir. O, bu sənədləri şirkətə bağışlaya da bilərdi, lakin Cavabdeh MMC-nin direktoru Əfəndiyev Fuadın ona dediyi nalayiq sözlərə görə bağışlamaqdan imtina etmişdir. İş materiallarında olan əmək kitabçalarının verilməsi barədə kitabın 100-cü sırasında olan qeyddən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə işdən azad olunmuşdur və xx.xx.2017-ci il tarixdə ******* nömrəli əmək kitabçasını almışdır. İş materiallarında olam əmək kitabçalarının verilməsi barədə kitabın 102-ci sırasında olan qeyddən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə işdən azad olunmuşdur və xx.xx.2017-ci il tarixdə ******* nömrəli əmək kitabçasını almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin İddiaçı ünvanladığı məktubdan görünür ki, X9 Xidməti tərəfindən İddiaçı müraciətinə baxılmış və ona Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlar təqdim edilmişdir. Həmin məlumatlardan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə müddətli əmək müqaviləsi əsasında Cavabdeh MMC-də işə qəbul edilmiş və xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2017-ci il tarixdə müddətli əmək müqaviləsi əsasında Cavabdeh MMC-də işə qəbul edilmiş və xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcələsinin 68.2-ci maddəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. (Konstitusiyanın 35-ci maddəsi). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. (3.5-ci maddə) Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. (maddə 3.5-1) İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. (70-ci maddə) Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. (71.2-ci maddə) İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. (12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndi) İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. (Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci bəndi) Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndi) “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 8.1-ci maddəsində göstərilmişdir ki, bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasını müəyyən edən 83-cü maddədə nəzərdə tutulmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmərlər) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Bununla yanaşı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri təsbit edilmişdir.
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli əmri ilə həmin tarixdən Avto-nəqliyyat şöbəsinə operator vəzifəsinə işə qəbul edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Bundan sonra İddiaçı Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli əmri ilə həmin tarixdən Avto-nəqliyyat şöbəsinə operator vəzifəsinə yenidən işə qəbul edilmiş və İddiaçı ərizəsi əsasında Cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəf cavabdehin qanunsuz əməli nəticəsində portalda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin həmin Məcəllənin 68-ci maddəsi ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir və cavabdeh tərəf iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmə iddia müddətinin tətbiqinə münasibətdə hesab edir ki, iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi işdə olan sübutlarda təsdiq edildiyindən iddia tələbi iddia müddəti tətbiq edilərək təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduğu “cavabdehin qanunsuz əməli nəticəsində portalda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin həmin Məcəllənin 68-ci maddəsi ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Məmmədov