Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2012/2021 19.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 599 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X3 arasında bağlanmış xx xxx 1981-ci il tarixli, 8878 nömrəli müqavilənin X6 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizısini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsi olan 599 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X3 arasında xx xxx 1981-ci il tarixli, 8878 nömrəli müqavilə bağlanmışdır. X3 xx xxxxxx 2011-ci il tarixdə vəfat etmiş və bu barədə xx.xx.2011-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 32 saylı Notariat Ofisinə müraciət etmiş, T.Ağayevanın vəfatı ilə əlaqədar onun ərizəsi əsasında xx.xx.2020-ci il tarixdə vərəsəlik işi açılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 599 saylı bağ sahəsində yerləşən 0,09 ha torpaq sahəsinə dair çıxarışın verilməsi xahiş edilmişdir. O müvafiq sənədləri toplayaraq bağ torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi barədə müraciət etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinə dair bildiriş verilmişdir. Bildirişdə təqdim edilən sənədlərdə uyğunsuzluq olduğu, müqavilədə ata adının “Gülsüm”, digər səndələrdə “Gülhüseyn” kimi göstərildiyindən hüquqların qeydiyyatından imtina edilmişdir. Belə ki, 599 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X3 arasında bağlanmış xx xxx 1981-ci il tarixli, 8878 nömrəli müqavilədə ata adı “Gülsüm” kimi yazılmışdır və bu səbəbdən də ona verilmiş sənədlərdə uyğunsuzluq yaranmışdır. Bu səbəbdən də daşınmaz əmlak üzərində hüquqlarının həyətə keçirilməsində məhduduyyətlər yaranmış, vərəsəliklə bağlı məsələnin həyata keçirilməsi mümkün olmamışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 599 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X3 arasında bağlanmış xx xxx 1981-ci il tarixli, 8878 nömrəli müqavilənin X6 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X11 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, o, ərizəçi ilə qonşudur. Mübahisə predmeti olan torpaq sahəsi Məcidin anasına məxsus olmuşdur. Məcidin anasının adı Tuğra, babasının adı Gülhüseyndir. Ərizəçi, sənədlərdə anasının ata adı səhv göstərildiyi üçün torpaq sahəsinə sənəd ala bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, o, Ərizəçi bağ qonşusudur. Məcidin X3dır. O, həmin qadını tanımasa da, evin Məcidin anasının adına olduğunu bilirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, Ərizəçilə bağ qonşusudur. O, torpaq sahəsini çoxdan alsa da, həmin torpaq sahəsinin sənədləşdirilməsi 2020-ci ildə olub. Onun orada evi olmasa da, qardaşı Hüseynağagilə gedəndə Məcidi görmüş və torpaq sahəsinin anasının adına olduğuna bilirdi. Məcidin X3dır. Məcidin anasının adı Tuğra, babasının adı Gülhüseyn olsa da, sənədlərdə səhv göstərildiyi üçün ərizəçi torpaq sahəsinə dair sənəd ala bilmir. İş materiallarında olan AZ-İ seriyalı 506226 №-li ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx xxxxxx 2011-ci il tarixdə ölmüş və bu barədə Binəqədi rayon Qeydiyyat şöbəsində xx xxxxxx 2011-ci ildə ölüm haqqında akt qeydləri kitabında 1156 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********30 №-li məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,09 hektar torpaq sahəsi olan 599 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X13 (sənəddə olduğu kimi) arasında bağlanmış xx xxx 1981-ci il tarixli 8878 nömrəli müqavilə(həmçinin möhürlü nüsxəsi) İdarəsinin arxivində mövcuddur. İş materiallarında olan, Bağlar Təsərrüfatı İdarəsi ilə X13 arasında bağlanmış xx xxx 1981-ci il tarixli 8878 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,09 hektar torpaq sahəsi olan 599 saylı bağ sahəsi AğayevaTuğra Gülsüm qızına icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən 599 saylı bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər arasında uyğunsuzluqlar var. Belə ki, müqavilədə ata adı “Gülsüm”, digər sənədlərdə “Gülhüseyn” kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş İİ-ЖГ seriyalı, 292769saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X14, anası isə HüseynovaTuğra Gülhüseyn qızıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədləri bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, ərizə Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx xxx 1981ci il tarixli, 8878 nömrəli müqavilənin tərəfinin mərhum X3 olması faktının müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən həmin fakta dair lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən “Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx xxx 1981-ci il tarixli, 8878 nömrəli müqavilənin tərəfinin mərhum X3 olması faktının müəyyən edilməsi” tələbini təsdiq edən mümkün və kifayət edən sübutlar təqdim edilmişdir. Həmin sübutlar yuxarıda sadalandığı kimi məhkəmə iclaslarında iştirak etmiş şahidlərin ifadələri, ölüm haqqında şəhadətnamə, ərizəçinin doğum haqqında şəhadətnaməsi, 599 saylı bağ sahəsinə dair müqavilədə içarəçinin ata adının “Gülsüm” göstərilməsinə rəğmən, digər sənədlərdə “Gülhüseyn” kimi göstərilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubudur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 599 saylı bağ sahəsinin icarəyə verilməsinə dair Bağlar Təsərrüfatı İdarəsi ilə X13 arasında bağlanmış xx xxx 1981-ci il tarixli 8878 nömrəli müqavilənin X6 məxsus olması faktı sübuta yetirildiyindən və bu faktın müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, hüquqi əhəmiyyt kəsb edən faktların müəyyən edilməsi barədə ərizələr üzrə 10 manat dövlət rüsumu ödənilir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 599 saylı bağ sahəsinin icarəyə verilməsinə dair Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx xxx 1981-ci il tarixli 8878 nömrəli müqavilənin tərəfinin X9 olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2012/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2012/2021
19.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver