Məhkəmə qərarları › İş №2(001)-2015/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2015/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2015/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsiz hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Musayeva X10 və üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsiz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X5 ilə cavabdeh arasında bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, və ailə üzvləri Qarabağ hadisələri zamanı 1993-cü ildə məcburi köçkün düşmüşlər. Yaşayış yerləri olmadığı üçün onları Bakı şəhərinə yerləşdirilmişlər. Lakin ailə üzvlərinin sayı çox olduğundan yerləşdirildikləri sığınacaqda çox çətinliklə yaşamışlar. O zaman onların ailəsinin heç bir üzvü Bakı şəhərində qeydiyyatda olmadıqları üçün şəhərdə öz vəsaitləri hesabına ev ala bilməmişlər. Həmin vaxt Bakı şəhərində özünün mənzili olaraq yaşayan həmyerliləri Cavabdeh onlara kömək etmək məqsədilə X5 ilə formal nikaha daxil olmaqla ev almağa kömək edə biləcəyini bildirmişdir. O, zaman iddiaçının qardaşı X15 Musayevanın təklifi ilə razılaşmış və xx.xx.1994-cü ildə onlar formal olaraq nikaha daxil olmuşlar. Bir müddət sonra iddiaçı ailə üzvləri ilə birlikdə ev alaraq həmin mənzilə köçmüşlər. Eyni zamanda iddiaçının qardaşı B.Əkbərov Cavabdeh ilə razılaşaraq aralarında bağlanmış saxta-formal nikahın pozulması ilə bağlı qarşılıqı razılıq əsasında məhkəməyə müraciət etmişlər. Lakin məhkəmənin son mərhələsində X11 döyüşlərinə cəlb edilmiş və xx.xx.1994-cü ildə Ağdam cəbhəsində şəhid olmuşdur. O zaman onlar üçün ağrılı-acılı günlər olduğundan qardaşının nikahın pozulması işinə əhəmiyyət verməmiş, Cavabdeh nikahın pozulması məsələsini həll etdiyini düşünmüşlər. B.Əkbərov şəhid olandan sonra anasına şəhidlik statusu verilmiş və elə başa düşmüşlər ki, məsələ artıq həll olub. Lakin ailə məsələlərinin həlli ilə əlaqədar qardaşının nikahda olmaması ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsindən arayış alarkən məlum olmuşdur ki, guya qardaşı X1 xx.xx.1996-cı il təvəllüdlü X6 adlı övladı vardır. İddiaçı buna dair etirazını bildirdikdən sonra xx.xx.1996-cı il təvəllüdlü Xəyal Əkbərovun doğum haqqında akt qeydində və bu barədə şəhadətnamədə zəruri dəyişikliklər edilərək Bəylər Əkbərova aid məlumatlar çıxarılmışdır. Həmçinin Cavabdeh saxta-formal nikada olmasından istifadə edərək Notarial Kontoruna müraicət edərək, qanun üzrə vərəsə olması barədə Vərəsəlik şəhadətnaməsi almışdır. Halbuki, həmin vaxt qardaşının birinci dərəcəli vərəsəsi ata-anası olmuşdur. Bundan sonra Cavabdeh vərəsəlik şəhadətnaməsini Azərbaycan Respublikası Sığorta Şirkətinə təqdim edərək, Bəylər Əkbərovun yeganə vərəsəsi kimi şəhid olması ilə əlaqədar sığorta şirkətindən şəhid böyük məbləğdə sığorta vəsaitini almış və məqsədləri üçün sərf etmişdir. Bu səbəbdən də iddiaçı hesab edir ki, X5 ilə Cavabdeh arasında nikah formal olduöundan və heç bir hüquqi əhəmiyyətə malik olmadığından etibarsız hesab edilməlidir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək, iddia tələbini tam qəbul etdiyini, nikahın etibarsız hesab edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış ərizəyə cavab məktubunda qeyd edilmişdir ki, X2 xx.xx.1994-cü ildə öldüyü və xx.xx.1996-cı il təvəllüdlü X.Əkbərin Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğumu haqqında bərpa akt qeydində uşağın atası qismində göstərildiyi müəyyən edilmişdir. Müvafiq akt qeydində ata haqqında qeydin valideynlərin xx.xx.1994-cü ildə bağladıqları nikah əsasında yazıldığı məlum olmuşdur. Aidiyyati şəxsin Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə müraciəti əsasında X.Əkbərin doğumu haqqında akt qeydində və bu barədə şəhadətnamədə zəruri dəyişikliklər edilərək X3 aid məlumatlar çıxarılmışdır. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X7 adına ilkin verilmiş doğum haqqında şəhadətnamənin ata qrafasında X5, ana qrafasında Cavabdeh qeyd edilsə də, təkrar verilmiş doğum haqqında şəhadətnamədə xx.xx.1996-cı il təvəllüdlü X4 şəhadətnaməsinin ata qrafasında X9, ana qrafasında Cavabdeh qeyd edilmişdir. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Cavabdeh xx.xx.1994-cü il tarixdə Bakı şəhəri “Leyla” nikah evində 29 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 25.1-ci maddəsinin tələbinə əsasən “nikah, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3cü maddəsində müəyyən edilmiş şərtlər pozulduqda, eləcə də tərəflərdə birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah), etibarsız sayılır” - 25.2-ci maddəsinə əsasən “nikah məhkəmə qaydası ilə etibarsız sayıla bilər.” - 25.4-cü maddəsinə əsasən “etibarsız hesab edilmiş nikah onun bağlanıldığı gündən etibarsız sayılır.” Məhkəmə Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, nikaha daxil olmaq istəyən şəxslərin ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olduqda, onlar arasında nikahın bağlanması yol verilməzdir. Bu qadağa təknikahlıq (monoqamiya) prinsipinin məzmunundan irəli gəlir. Kişi və qadın yalnız bir qeydə alınmış nikahda ola bilərlər. Əvvəllər qeydə alınmış nikahda olan kişi və ya qadın yeni nikaha daxil olarkən mütləq əvvəlki nikahın pozulması barədə sənədi qeydiyyat orqanına təqdim etməlidirlər. Əks halda, nikah bağlana bilməz və bağlanan nikah AM-in 25-ci maddəsinə uyğun olaraq etibarsız sayılmalıdır. Belə ki, Ailə Məcəlləsinin 26.1.6-cə maddəsinə əsasən, həmin Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, həmin Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyət orqanı nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu hüquq saxta nikahın bağlandığını bilməyən ərə də (arvada) verilir. Beləliklə, Məhkəmə qeyd edir ki, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Bu halda nikahın bağlanmasındakı məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsidir (məsələn, yaşayış sahəsinə hüquq əldə etmə, ərin(arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.).Nikah ailə qurmaq məqsədilə deyil, görünüş üçün bağlanıldıqda məhkəmə qaydasında etibarsız sayılır. Həmçinin Azərbaycan Respublikasının MPM-nin : - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin hallarını və cavabdehin iddianı etiraf etməsinə dair ərizəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, X5 ilə Cavabdeh arasında xx.xx.1994-cü il tarixdə bağlanmış rəsmi nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. X5 ilə Cavabdeh arasında xx.xx.1994-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evində 29 nömrə ilə qeyd edilərək bağlanmış rəsmi nikah etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar