Məhkəmə qərarları › İş №2(3-10)-257/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-257/2026

09.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-257/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Breus Olganın cavabdeh Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: nikahın etibarsız sayılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı Breus Olganın nümayəndəsi və vəkili vəkil3, cavabdeh Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Iddiaçı Breus Olganın cavabdeh Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. X3 ilə X15 arasında ## ###### 1968-ci il tarixdə bağlanmış nikah Mariy MSSR Yoşkar- Ola şəhər VVAQ bürosunda 838 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Ocaqov” arvada “Ocaqova” soyadı verilmişdir. X3 ilə X19 arasında bağlanmış nikah ## ###### 2016-cı il tarixdə Ismayıllı rayon IHB-nın Topçu kəndi IƏD üzrə nümayəndiliyində 02 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Ocaqov” arvada “Ocaqova” soyadı verilmişdir. X22 ##.##.2023-cü il tarixdə Rusiya Federasiyası Mariy El Respublikasında ölmüşdür. X3 ##.##.2025-ci il tarixdə “Beyindaxili mədəcikdaxilinə qansızma” diaqnozu ilə ölmüşdür. Iddiaçı Breus Olga cavabdeh Cavabdeh ilə X3 arasında ## ###### 2016-cı il tarixdə Ismayıllı rayon Topçu kənd icra nümayəndəliyində 02 nömrə ilə qeydə alınmış nikah akt qeydinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. Iddiaçı Breus Olga cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ilə X3 arasında ## ###### 2016-cı il tarixdə Ismayıllı rayon Topçu kənd icra nümayəndəliyində 02 nömrə ilə qeydə alınmış nikah akt qeydinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/vəkil vəkil3 təmsil etmişdir.

3. Iddiaçının nümayəndəsi/vəkil vəkil3 iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı Breus Olga ##.##.2025-ci il tarixdə vəfat etmiş X3 doğma qızıdır. Iddiaçının anası X15 ## ###### 1968-ci il tarixdə iddiaçının doğma atası X3 ilə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə “Ocaqov”, arvada “Ocaqova” soyadları verilmişdir. Iddiaçının anası X22 ##.##.2023-cü il tarixdə, atası X3 isə ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Cabbar Ocaqov vəfat etdikdən sonra iddiaçı vərəsəlik işinin açılması ilə bağlı X6 Xidməti Mərkəzinin notariat ofisinə müraciət etmiş və həmin vaxt ona məlum olmuşdur ki, mərhum X4 Tatyana ilə rəsmi nikahda olduğu halda ##.##.2016-cı il tarixdə X19 ilə də rəsmi nikah əsasında ailə qurmuşdur. Yəni, iddiaçının atası X3 ilə hazırki iş üzrə cavabdeh Cavabdeh arasında nikah bağlanarkən əvvəlki nikah ləğv edilməmişdir. Cavabdeh məhkəməyə verdiyi izahatında qeyd edir ki, Cabbar Ocaqov ilə ailə qurarkən və birgə yaşadıqları müddətdə onun nikahda olması barədə heçnə deməmiş, Cabbar Ocaqov 2020-ci ildə insult keçirərək yatağa düşmüş, yaşadığı müddət ərzində ona baxmışdır. Belə olan halda mərhum Cabbar Ocaqov ilə cavabdeh Cavabdeh arasında ## ### 2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”-nin etibarlı olub-olmaması da şübhə doğurur. Cavabdeh tərəf Gelaş Tatyana ilə Cabbar Ocaqov arasında nikahın hazırda da mövcud olması ilə bağlı təqdim edilmiş sənədlərin apostil olunmadığını qeyd etsə də “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il #######ın #-də imzalanmış konvensiyaya əsasən X23 iştirakçısı olan dövlətlər arasında sənədləşmədə apostil edilməsinə zərurət yoxdur. Odur ki, Cabbar Ocaqov nikahda ola-ola yenidən nikaha daxil olduğundan Cavabdeh ilə X3 arasında ## ###### 2016-cı il tarixdə Ismayıllı rayon Topçu kənd icra nümayəndəliyində 02 nömrə ilə qeydə alınmış nikah akt qeydinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərmişdir ki, uzun illər X3 ilə faktiki nikahla birgə yaşadıqdan sonra 2016-cı ildə nikahlarını rəsmləşdirmişlər. Cabbar Ocaqov ilə nikaha daxil olarkən şəxsiyyət vəsiqəsində subay kimi qeyd olunmuş və ona evli olduğunu deməmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin dövrdə Cabbarın Rusiya Federasiyası vətəndaşı olan qadınla qanuni nikahı olmuşdur. Lakin o, ailə qurarkən bu barədə məlumatı olmamış və tam vicdanla ailə qurmuşdur. Cavabdehlə birgə yaşadıqları müddətdə övladları və birgə nikah dövründə əldə etdikləri əmlak olmamışdır. X5 birlikdə yaşadıqları evin yarısını bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. Cabbar Ocaqov 2020-ci ildə insult keçirmişdir. Ömrünün qalan hissəsini əlil kimi yataq şəraitində keçirən Cabbara o baxmış, qayğı göstərmişdir. 2025-ci ildə Cabbar vəfat etmişdir. Onun milliyyətcə rus olan arvadı da vəfat etmişdir. Birgə yaşadıqları müddətdə Cabbar Ocaqovun rus qadınla nikahının olmasını, həmin nikahdan övladının olmasını bilməmiş, Cabbar bu barədə ona heç nə deməmiş, nə də onlar bir dəfə də olsun Cabbarı axtarmamışlar. Ona görə də onunla mərhum Cabbar Ocaqov arasında bağlanmış nikahın etibarsız hesab edilməsinə heç bir əsas olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi/vəkili vəkil2 məhkəmə baxış iclasına gəlmiş, elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyindən işə iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi /vəkili vəkil2 eyni zamanda ərizəsində qeyd etmişdir ki, cavabdehin həyat yoldaşı X3 ilə rəsmi nikahı ##.##.2016-ci ildə qeydə alınsa da, onunla faktiki nikahla illər öncə yaşamağa başlamışlar. Uzun müddət ərzində bir dəfə də olsun Cabbar onun haradasa ailəsinin olduğunu və ya kimsə Cabbarı axtarıb nəyəsə ehtiyacının olduğunu, sağ və ya xəstə olduğunu bildirməmişdir. ##.##.1968-ci ildə Rusiya Federasiyasının bir vilayətində nikah qeydi aparılması və sonradan həmin qeydin ləğv olunması və ya pozulması barədə qeydlərin olmaması hələ o nikahın mövcudluğuna və ya etibarlılığına dəlalət etmir. Uzun illər Gelaş Tatyana və Cabbar Ocaqov bir yerdə yaşamamışlar. Hətta onların soyadları belə fərqlidir və bu o deməkdir ki, onların ailə qurmaq və birgə təsərrüfat idarə etmək, ailə olaraq birgə yaşamaq belə niyyətləri olmamışdır. RF-da yaşamaq üçün çoxsaylı azərbaycanlılar Rusiya vətandaşları ilə formal görünüş üçün nikahlar bağlayır ki, həmin ölkədə müvəqqəti qalıb işləsinlər və oturum alsınlar ki, onları deport etməsinlər. Hazırda bu nikahın necə 1968-ci ildə bağlanması və niyə görə sonradan pozulması barədə qeydin olmamasına dair məlumat olmasa da, onu dəqiq bilir ki, iddia qaldıran şəxslərin heç vaxt onun mərhum həyat yoldaşı ilə əlaqəsi olmayıb, mərhum həyat yoldaşının da onlarla hər hansı əlaqəsi olmayıbdır. Bu nikah həqiqətən qeydə alınıbsa da, formal qeydiyyat olub, bu ailə heç vaxt olmayıb, birgə ailə kimi yaşamayıblar, əgər onlar ailə olsaydılar 1968-ci ildən 1 dəfə də olsa gəlib atası və ya ərinə baş çəkərdi, və ya Cabbar Rusiyaya gedib onlarla görüşərdi və ya heç olmasa zəng edərdi, guya arvadı olmuş Gelaş Tatyana 2023-cü ildə öləndə Cabbarı onun dəfnində iştirak edərdi və ya bu məsələ qalxardı. Bundan əlavə Tatyana Gelaş 1968-ci ildən 2023-cü ilə qədər, yəni sağ olanda özü bu iddianı qaldıra bilərdi. 2016-cı ildən Cabbar yeni rəsmi nikahdadır və uzun müddətdir ki onlar faktiki olaraq yaşayırlar və birgə təsərrüfat idarə edirlər. Bir sözlə Tatyana Gelaş heç vaxt Cabbar Ocaqovla özünün nikahını etibarlı saymayıb. Hətta eşitdiyinə görə sonradan həmin Tatyana başqa şəxsə ərə də gedib. Hansı səbəbə görə ailə kimi təqdim olunan ər-arvad birgə ailə olaraq yaşamır, bu qız atasından heç xəbəri olubmu, niyə görə 55 ildən artıq müddətdə Tatyana Gelaş iddia qaldırmayıb? Hörmətli məhkəmə, işin halları onu göstərir ki, 1968-ci ildə belə bir nikah qeyd edilsə belə formal olmuş, görünüş üçün olmuş, həqiqətdə mövcud olmamışdır. Bu isə həmin nikahın etibarsızlığını göstərir. Nikah iki tərəfin könüllü bağladığı əqddir. Əgər bu əqd hansısa başqa məqsədlər üçün bağlanıbsa, nikah həqiqətən olmamışdırsa, bu həmin nikahın özünün etibarsızlığına səbəb olur. Nikahın etibarsızlığı da əqdə əsaslanan tələb olduğundan məhkəmə ilk öncə 1968ci ildə bağlanmış bu əqdin etibarlılığını yoxlamalıdır. Bundan başqa nikah əqd olduğundan müqavilə ilə bağlı 3 illik müddətin tətbiq edilməsi məsələsinə də qiymət verilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ismayıllı rayon Qeydiyyat şöbəsinin rəisi X7 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, mərhum X3 ilə X19 ##.##.2016-cı il tarixdə nikaha daxil olmaq barədə Ismayıllı rayon IHB-nın Topçu IƏD üzrə nümayəndəliyinə ərizə ilə müraciət etmişlər. Həmin vaxt tərəflər tələb olunan müvafiq sənədləri də təqdim etmişlər. Tərəflər ##.##.2016-cı il tarixdə Ismayıllı RIHB-nın Topçu IƏD üzrə nümayəndəliyində rəsmi nikaha daxil olmuşlar. Nümayəndəlik tərəflərin nikahlarını rəsmləşdirərkən X3 Rusiya Federasiyasında rəsmi nikahının olması ilə bağlı məlumatı olmamış və tərəflər bu barədə nümayəndəliyə məlumat verməmişlər. Ona görə də iddia tələbi ilə bağlı hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X3 ilə X15 ## ###### 1968-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar və bu nikah Rusiya Federasiyası Mariy MSSR Yoşkar - Ola şəhər VVAQ bürosu tərəfindən 838 nömrə ilə qeyd edilmişdir. Hazırda da onların arasında bağlanmış nikah akt qeydi mövcuddur. X3 ##.##.2016-cı il tarixdə X19 ilə nikahın bağlanması üçün zəruri sənədləri təqdim edərək ərizə ilə müraciət etmişlər. ##.##.2016-cı il tarixdə nikah Ismayıllı rayon IHB-nın Topçu kəndi IƏD üzrə nümayəndiliyində 02 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Ocaqov, arvada “Ocaqova” soyadı verilmişdir. Nikah qeydə alan Topçu nümayəndəliyinin X3 ilə X22 arasında ## ###### 1968- ci il tarixli nikahın olması ilə bağlı məlumat olmamış, bu barədə tərəflər də məlumat verməmişlər. X22 ##.##.2023-cü il tarixdə, X3 isə ##.##.2025-ci il tarixdə vəfat etmişlər. Cabbar Ocaqov vəfat etdikdən sonra iddiaçı vərəsəlik işinin açılması ilə bağlı X6 Xidməti Mərkəzinin notariat ofisinə müraciət etmiş və həmin vaxt ona mərhum X4 Tatyana ilə rəsmi nikahda olduğu halda ##.##.2016-cı il tarixdə X19 ilə də rəsmi nikah əsasında ailə qurduğu məlum olmuşdur.

6. Məhkəmə hesab etmişdir ki, X3 ilə X15 arasında ## ###### 1968-ci il tarixdə Rusiya Federasiyası Mariy MSSR Yoşkar - Ola şəhər VVAQ bürosunda nikah bağlamaları və bu nikahın hazırda da mövcud olması iddiaçı tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli “Nikahın bağlanması haqqında” arayışla təsdiq olunur. Cavabdeh tərəf 1968-ci ildə Cabbar Ocaqov ilə X8 Federasiyasında bağlanmış nikah qeydinin hazırda mövcud olmadığını, Gelaş Tatyananın sonradan başqa şəxslə ailə qurduğunu qeyd etsə də, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, qeyd edilən hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. X3 1968-ci ildən Gelaş Tatyana ilə rəsmi nikahda olduğu halda, ##.##.2016-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olduğundan aralarında ## ###### 2016-cı il tarixdə Ismayıllı rayon Topçu kənd icra nümayəndəliyində 02 nömrə ilə qeyd edilərək bağlanmış nikah etibarsız sayılmalıdır.

7. Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ilqar Hüseynov) iddia təmin edilmiş, X3 ilə Cavabdeh arasında ## ###### 2016-cı il tarixdə Ismayıllı rayon Topçu kənd icra nümayəndəliyində 02 nömrə ilə qeyd edilərək bağlanmış nikahın etibarsız sayılması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 17.1 və 34-cü, Ailə Məcəlləsinin 12.0.3, 25.1, 25.2, 25.3, 25.4, 27.4, 148 və 149-cu maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İ-EC ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnamə; “Rusiya Federasiyası Vilyuçinsk şəhər dairəsi inzibatlığının vətəndaşlıq vəziyyəti aktlarının qeydi şöbəsinin” ##.##.2025-ci il tarixli A***** nömrəli “Nikahın bağlanması haqqında” arayış; Ismayıllı rayon Qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli *** nömrəli arayış; “Ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞ/IMT***/**-***** nömrəli ##.##.2025-ci il tarixli arayış; İ-EC****** nömrəli ##.##.2023-cü il tarixli ölüm haqqında şəhadətnamə; AZ-II saylı ##.##.2025-ci il tarixli ölüm haqqında şəhadətnamə; Ismayıllı rayon Qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-**-***/**** nömrəli və Ismayıllı rayon IHB-nın Topçu kənd IƏD üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli *-**-**/*- **/**** nömrəli ##.##.2025-ci il tarixli məktubuna əlavə olunmuş sənədlər.

10. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, X3 və Cavabdeh 2008-ci ildən faktiki ailə quraraq birgə yaşamağa başlamışlar və 8 illik faktiki evliliklərini ## ###### 2016-cı il tarixdə rəsmiləşdirərək Ismayıllı rayonunun Topçu kənd icra nümayəndəliyində rəsmi nikaha girmişlər. Həmin vaxt hər iki tərəfin şəxsiyyət sənədləri, başqa şəxslə nikahda olub-olmaları müvafiq dövlət qurumları tərəfindən yoxlanılmış, nikaha girmələrinə mane olan heç bir hal olmadığı üçün tərəflərin nikahları qeydə alınmışdır. 2008-ci ildən ## ###### 2025-ci il tarixinə kimi, yəni X3 vəfat etdiyi tarixə kimi tərəflər ər-arvad kimi birlikdə yaşamışlar. Faktiki evləndikləri gündən və rəsmi nikah bağladıqları zamanda, yəni Ocaqov vəfat edən günə kimi mehriban ər-arvad olmuşlar, Cavabdeh ərinin qulluğunda sədaqətli bir həyat yoldaşı kimi son günə kimi durmuşdur. 2020-ci ildə X3 insult keçirmiş və son günə kimi ona həyat yoldaşı Cavabdeh baxmışdır. Həmin müddət ərzində ərizə üzrə iddiaçı olan və özünü X3 qızı adlandıran şəxs və ya guya arvadı olmuş rus qadını haqqında, X3 bir başqa qadınla əvvəllər nikahda olması, həmin nikahdan bir qızının olması haqqında Cavabdeh və ya yaxınlarına heç bir söz deməmiş və həmin şəxslər də özlərinin mövcudluğu haqqında hər hansı bir işarə verməmişlər. X3 vəfat etdikdən sonra kimlərinsə göstərişi ilə özünü Cabbar Ocaqovun qızı adlandıran, RF vətəndaşı olan (heç bir rəsmi sənədlə bu hal sübut olunmur) iş üzrə ərizəçi Breus Olqa adlı bir şəxs ortaya çıxır və Ocaqovdan qalan miras əmlakını ələ keçirmək üçün müxtəlif, həqiqəti əks etdirməyən sənədlər təqdim edir ki, məhkəmədə bu sənədlərin heç birini rəsmi sorğular verməklə araşdırmır, maddi hüquq normalarını pozaraq şikayət etdiyi qətnaməni qəbul edir. Məhkəmə ərizəçi olan X1 Cabbar Osman oğlunun doğrudanda qızıdırmı və bu hansı sənədlə təsdiq olunur, həmin sənəd RF-ı Ədliyyə Nazirliyinə sorğu verilərək təsdiqlənibmi, doğrudan da qızı isə bu nikahın etibarsız sayılmasını tələb etmək hüququ varmı; (Ailə Məcəlləsinin 26-cı maddəsi) ##.##.1968-ci ildə X3 ilə X15 arasında qeydə alınması göstərilən nikahın doğruluğunu RF- Ədliyyə Nazirliyi təsdiq edirmi və həmin nikah sonradan rəsmi qaydada ləğv olunubmu, yoxsa X20 ##.##.2023-ci il tarixdə vəfat edən günə kimi qüvvədə olub; etibarsız sayılması tələb olunan X3 ilə Cavabdeh arasında bağlanmış ## ###### 2016-cı il tarixli rəsmi nikah (faktiki 2008- ci ildən ər-arvad kimi yaşayıblar) saxta nikah idimi, əgər saxta nikah idisə, məhkəmə nikahın etibarsız sayılması barədə işə baxanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxmışdımı; qeyd edilən halların heç biri RF-nın Ədliyyə Nazirliyinə sorğular verilərək aydınlaşdırılmayıbdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26-cı maddəsi “Nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin” dairəsini müəyyən eləyib. Şikayət etdikləri iş üzrə iddiaçı olan Breus Olqa qanunla müəyyən olunmuş şəxslərin dairəsinə daxil deyildir. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14–cü maddəsi “Nikaha xitam verilməsinin əsaslarını” müəyyən edir və həmin Məcəllənin 14.1-ci maddəsində göstərilir ki, “Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir”. Iş materiallarından göründüyü kimi X3 nikahda olduğu iddia edilən X20 ## ###### 2023-ci il tarixdə vəfat etmişdir və qanuna görə qeyd olunan şəxslər arasında doğrudan da nikah olubsa, həmin nikaha ## ###### 2023-cü il tarixdə xitam verilmişdir. X3 isə ## ###### 2025-ci il tarixdə vəfat etmişdir. Yəni, X20 vəfat etdikdən sonra X3 iki ilə yaxın müddətdə yaşayır və həmin müddətdə Cavabdeh ilə rəsmi nikahda olub. Məhkəmə isə şikayət etdikləri işə ## ###### 2026-cı il tarixdə baxmışdır. Iş materiallarından tam aydın olur ki, X3 ilə Cavabdeh arasında bağlanmış nikah faktiki olmuş, onlar hələ nikaha girməmişdən çox əvvəl, yəni 2008-ci ildən faktiki ailə münasibətinə girərək birlikdə yaşamışlar və nikahlarını ## ###### 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Ailə Məcəlləsinin 27.3-cü maddəsinə əsasən “Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz”

12. Ona görə də, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin ləğv olunmasını, iddianın təmin olunmaması haqqında yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı Breus Olganın nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: 17.1-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 12.0.3-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. 14.1-ci maddəsinə əsasən ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 27.1-ci maddəsinə əsasən nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. 148-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir. Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır. 149-cu maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasından kənarda bağlanmış nikahın etibarsız sayılması bu Məcəllənin 146 və 148ci maddələrinə uyğun olaraq nikahın bağlanmasında tətbiq olunmuş qanunvericiliklə müəyyən edilir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

23. Birinci instansiya məhkəməsi mövqeyini bununla əsaslandırmışdır ki, X3 ilə X15 arasında ## ###### 1968-ci il tarixdə Rusiya Federasiyası Mariy MSSR Yoşkar - Ola şəhər VVAQ bürosunda nikah bağlamaları və bu nikahın hazırda da mövcud olması iddiaçı tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli “Nikahın bağlanması haqqında” arayışla təsdiq olunur. Cavabdeh tərəf 1968-ci ildə Cabbar Ocaqov ilə X8 Federasiyasında bağlanmış nikah qeydinin hazırda mövcud olmadığını, Gelaş Tatyananın sonradan başqa şəxslə ailə qurduğunu qeyd etsə də, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, qeyd edilən hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. X3 1968-ci ildən Gelaş Tatyana ilə rəsmi nikahda olduğu halda, ##.##.2016-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olduğundan aralarında ## ###### 2016-cı il tarixdə Ismayıllı rayon Topçu kənd icra nümayəndəliyində 02 nömrə ilə qeyd edilərək bağlanmış nikah etibarsız sayılmalıdır.

24. Apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 11-ci bəndində sadalanmış hallardan ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları ilə birlikdə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcuddur.

25. Iş materiallarında olan İ-EC ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X15 arasında ## ###### 1968-ci il tarixdə bağlanmış nikah Mariy MSSR Yoşkar- Ola şəhər VVAQ bürosunda 838 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Ocaqov” arvada “Ocaqova” soyadı verilmişdir. (i/v 18)

26. “Rusiya Federasiyası Vilyuçinsk şəhər dairəsi inzibatlığının vətəndaşlıq vəziyyəti aktlarının qeydi şöbəsinin” ##.##.2025-ci il tarixli A***** nömrəli “Nikahın bağlanması haqqında” arayışından müəyyən edilir ki, X3 ilə X15 arasında Mariy MSSR Yoşkar- Ola şəhər VVAQ bürosu tərəfindən tərtib olunmuş ## ###### 1968-ci il tarixli *** nömrəli nikahın bağlanması haqqında akt qeydi mövcuddur. (i/v 10)

27. Ismayıllı rayon Qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli *** nömrəli arayışından müəyyən edilir ki, X3 ilə X19 arasında bağlanmış nikah ## ###### 2016-cı il tarixdə Ismayıllı rayon IHB-nın Topçu kəndi IƏD üzrə nümayəndiliyində 02 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Ocaqov” arvada “Ocaqova” soyadı verilmişdir. (i/v 21)

28. İ-EC****** nömrəli ##.##.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X22 ##.##.2023-cü il tarixdə Rusiya Federasiyası Mariy El Respublikasında ölmüşdür. (i/v 22)

29. Iş materiallarına əlavə olunmuş AZ-II saylı ##.##.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X3 ##.##.2025-ci il tarixdə “Beyindaxili mədəcikdaxilinə qansızma” diaqnozu ilə ölmüşdür. (i/v 14)

30. Ismayıllı rayon Qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-**-***/**** nömrəli və Ismayıllı rayon IHB-nın Topçu kənd IƏD üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli *-**- **/*-**/**** nömrəli ##.##.2025-ci il tarixli məktubuna əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, X3 ilə X19 ##.##.2016-cı il tarixdə Ismayıllı rayon Topçu nümayəndəliyinə müraciət etmişlər. Tərəflər nikaha daxil olarkən tələb olunan şəxsiyyət vəsiqələrini, doğum haqqında şəhadətnamələrini, rüsum qəbzini və tibbi müayinədən keçmək barədə müvafiq arayışları təqdim etmişlər. Ona görə də tərəflər arasında ## ###### 2016-cı il tarixdə nikah bağlanmışdır. ( i/v 67-76)

31. Iş materiallarında olan ## ### 2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, X3 rayonu, Buynuz kəndində yerləşən, ümumi sahəsi 160.1 kv/m olan fərdi yaşayış evinin ½ hissəsini, Ismayıllı rayonu, Buynuz kəndində yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin ½ hissəsini Cavabdeh bağışlamışdır. (i/v 34)

32. Iddiaçı Breus Olganın nümayəndəsi vəkil3 elektron kabinet vasitəsilə məhkəməyə göndərdiyi İ-EC ****** nömrəli, ## #### 1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ##.##.1969-cu ildə Mariy Respublikası, Yoşkar-Ola şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1969-cu ilin may ayının 6-sı 806 nömrə ilə qeyd edilmiş, atası X3, anası X22.

33. ## ###### 1996-cı il tarixli, İ-ML ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X16 ilə X13 arasında nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 1996-cı il noyabr ayının 14-də 173 nömrə ilə qeyd edilmişdir.

34. ## ####### 2018-ci tarixli, İ-ML ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X17 və X13 ##.##.2004-cü ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2004-cü il mart ayının 26-sı 40 nömrə ilə qeyd edilmişdir.

35. ## ###### 2025-ci il tarixli 12 AA ******* nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Rusiya Federasiyası Mülki Məcəlləsinin 1142-cı maddəsinə əsasən ## ###### 2025-ci il tarixində vəfat edən X3 bu şəhadətnamədə göstərilən əmlakının vərəsəsi qızı - X10. Bu şəhadətnamə verilən miras aşağıdakılardan ibarətdir: Sberbank PSC Bankının ****/**** №-li əlavə ofisində 40817810236172630062, 40817810236172604043, ******************** №-li hesablarda olan pul vəsaitlərinə, çatası faizlər və kompensasiyalarla birlikdə hüquqlar ## ###### 2023-cü il tarixində vəfat etmiş X22 məxsus olan, onun ölümündən sonra onun varisi olan əri, öz vərəsəlik hüququnu rəsmiləşdirməyən X3 olan, Sberbank PSC Bankının ****/*** №-li əlavə ofisində ******************** №-li hesabda olan pul vəsaitlərinə, çatası faizlərlə və kompensasiyalarla birlikdə hüquqlar; Sberbank PSC Bankının ****/**** №-li əlavə ofisində 40817810936172630537,42307810936172612775 Jfe-li hesablarda olan pul vəsaitlərinə, çatası faizlərlə və kompensasiyalarla birlikdə hüquqlar. Bu şəhadətnamə yuxarıda göstərilən mirasın mülkiyyət hüquqlarının əmələ gəlməsini təsdiq edir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmaması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüququ pozulmuş şəxs kimi nikahın etibarsızlığını tələb etməyə subyektiv hüququ olan şəxs kimi qəbul edilmədir, çünki nikah etibarsız hesab edilməsə, bu halda cavabdeh vərəsə olaraq miras payı əldə edəcək. Bu isə onun vərəsə olaraq hüquqlarının pozulmasına səbəb olacaq.

37. Apellyasiya şikayətinin digər bir dəlili iddia müddətinin tətbiqi ilə bağlıdır ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.1-ci maddəsinə əsasən pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. Nikahın etibarsızlığı ilə mübahisə ailə münasibətlərindən irəli gəldiyindən hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz.

38. Birinci instansiya məhkəməsi iddianı təmin edərək nikahın etibarsız sayılması nəticəsinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3 və 25.1-ci maddələrini rəhbər tutmuşdur ki, həmin maddələrdə ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmədiyi, bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikahın (saxta nikah) etibarsız sayıldığı qeyd edilmişdir. Buna görə də hesab etmişdir ki, X3 1968-ci ildən Gelaş Tatyana ilə rəsmi nikahda olduğu halda, ##.##.2016-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olduğundan aralarında ## ###### 2016-cı il tarixdə Ismayıllı rayon Topçu kənd icra nümayəndəliyində 02 nömrə ilə qeyd edilərək bağlanmış nikah etibarsız sayılmalıdır.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdeh tərəf izahatlarında bildirmişdir ki, X3 ilə nikah rəsmiləşdirilərkən əvvəlki nikahın mövcudluğundan məlumatı olmamışdır. Iddiaçı tərəf isə qeyd etmişdir ki, Cabbar Ocaqov vəfat etdikdən sonra vərəsəlik işinin açılması ilə bağlı X6 Xidməti Mərkəzinin notariat ofisinə müraciət etmiş və həmin vaxt ona məlum olmuşdur ki, mərhum X4 Tatyana ilə rəsmi nikahda olduğu halda ##.##.2016-cı il tarixdə X19 ilə də rəsmi nikah əsasında ailə qurmuşdur. Odur ki, Cabbar Ocaqov nikahda olaola yenidən nikaha daxil olduğundan Cavabdeh ilə X3 arasında ## ###### 2016-cı il tarixdə Ismayıllı rayon Topçu kənd icra nümayəndəliyində 02 nömrə ilə qeydə alınmış nikah akt qeydinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

40. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli 3 ulduz nişanı təyin edilmiş qərarı mövcuddur ki, nikahın etibarsız hesab edilməsi ilə bağlı işlərdə vahid məhkəmə təcrübəsini müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, həmin qərarda qeyd edilmiş hallar hazırki iş üzrə nəzərə alınmalıdır.

42. Qüvvədə olan Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra Məcəllə) əsasən ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir (1.3-cü maddə). Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır (Məcəllənin 1.4-cü maddəsi). Məcəlləyə əsasən nikaha kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaq kimi anlayış verilmiş (Məcəllənin 2.3-cü maddəsi) və nikahın bağlanması şərtləri kimi nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruriliyi təsbit edilmişdir (Məcəllənin 11.1-ci maddəsi). Ailə qanunvericiliyində aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin dairəsi müəyyən edilmiş, o cümlədən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər də bu kateqoriyaya aid edilmişdir ki (Məcəllənin 12.0.3-cü maddəsi), bu və müəyyən edilmiş digər tələblərin pozulması, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda nikah bağlanması (saxta nikah) artıq nikahın məhkəmə qaydasında etibarsız sayılması üçün əsas yaradır (Məcəllənin 25-ci maddəsi, 10-12 və 13.3cü maddələrinə istinadən). Lakin nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxması halı istisna təşkil edir, belə ki, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər (Məcəllənin 27.1-ci maddəsi). Eyni zamanda, saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz (Məcəllənin 27.3cü maddəsi). Bundan əlavə, ailə qanunvericiliyində ilkin (əvvəlki) nikahın pozulması haqqında şəhadətnaməni aldıqdan sonra yenidən nikaha daxil olmağın mümkünlüyü imperativ qaydada təsbit edilmişdir (Məcəllənin 23.4-cü maddəsi).

43. Işin hallarından, işdə olan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, X3 ilə X15 arasında ## ###### 1968-ci il tarixdə bağlanmış nikah Mariy MSSR Yoşkar- Ola şəhər VVAQ bürosunda 838 nömrə ilə qeyd edilmişdir. X3 ilə X19 arasında bağlanmış nikah isə ## ###### 2016-cı il tarixdə Ismayıllı rayon IHB-nın Topçu kəndi IƏD üzrə nümayəndəliyində 02 nömrə ilə qeydə alınmışdır. X22 ##.##.2023-cü il tarixdə Rusiya Federasiyası Mariy El Respublikasında ölmüşdür.

44. Konstitusiyada və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Ailə Məcəlləsi ilə tənzimlənir. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur.

45. Azərbaycan Respublikası Ailə Məcəlləsində nikahın bağlanmasına maneə olan hallardan biri “ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər” (Azərbaycan Respublikası Ailə Məcəlləsində Maddə 12.0.3). göstərilmişdir. Həmçinin həmin Məcəllənin 25-ci maddəsində nikahın etibarsız hesab edilməsi üçün əsaslar müəyyən olunmuş, 27-ci maddədə isə qeyd olunmuşdur ki, “Nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər.”

46. Bu səbəbdən X22 ##.##.2023-cü il tarixdə ölümü ilə mübahisələndirilən nikahın bağlanmasına mane olan hal aradan qalxmış, bununla da iddiaçının atası ilə cavabdeh arasında ## ###### 2016-cı il tarixində rəsmiləşdirilmiş nikahı etibarlı hala gəlmişdir. Üstəlik, o da müəyyən edilib ki, X3 ilə cavabdeh arasında nikah etibarlı hala gətirildikdən sonra da, ailə münasibətləri mərhum X3 vəfat etdiyi ##.##.2025-ci il tarixə kimi davam etmişdir.

47. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Breus Olganın cavabdeh Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası rədd edilməli, cavabdeh Cavabdeh ilə X3 arasında ## ###### 2016-cı il tarixdə Ismayıllı rayon Topçu kənd icra nümayəndəliyində 02 nömrə ilə qeydə alınmış nikah ## ###### 2023-cü il tarixdən etibarlı hesab edilməlidir.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı Breus Olganın cavabdeh Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası rədd edilsin. Cavabdeh Cavabdeh ilə X3 arasında ## ###### 2016-cı il tarixdə Ismayıllı rayon Topçu kənd icra nümayəndəliyində 02 nömrə ilə qeydə alınmış nikah ## ###### 2023-cü il tarixdən etibarlı hesab edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar