Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-932/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Zaqatala rayonu Qeydiyyat Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə-nikah münasibətlərindən irəli gələn mübahisələr,nikahın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Zaqatala rayonu Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən iddiaçı Qarayev İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı ##.##.1972-ci il tarixində doğulmuşdur, Rusiya Federasiyası vətəndaşıdır. Iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 arasında münasibət olmuş və o, 2015-ci ilin avqust ayında cavabdehin dəvəti ilə 3 günlük Azərbaycana qonaq gəlmiş, ##.##.2015-ci il tarixindən ##.##.2015-ci il tarixinə qədər Azərbaycanda qonaq kimi qalaraq Rusiya Federasiyasına qayıtmışdır. Bundan sonra 2015-ci ilin sentyabr ayında cavabdeh iddiaçının dəvəti ilə Rusiya Federasiyasına getmiş, onlar bir müddət bir yerdə yaşamış və iddiaçı ilə cavabdehin birgə münasibətindən 2016-cı ilin noyabr ayında uşaqları doğulmuşdur. Iddiaçı ilə cavabdeh cavabdeh2 arasında ## ###### 2015-ci il tarixində cavabdeh1 195 №li nikah qeydi ilə nikah bağlanmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 və üçüncü şəxs Zaqatala rayonu Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh2 arasında ## ###### 2015-ci il tarixində cavabdeh1 195 №li nikah qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi və bu nikaha dair akt qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ##.##.1972-ci il tarixində doğulmuşdur, Rusiya Federasiyası vətəndaşıdır. Iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 arasında münasibət olmuş və o, 2015-ci ilin avqust ayında cavabdehin dəvəti ilə 3 günlük Azərbaycana qonaq gəlmiş, ##.##.2015-ci il tarixindən ##.##.2015-ci il tarixinə qədər Azərbaycanda qonaq kimi qalaraq Rusiya Federasiyasına qayıtmışdır. Bundan sonra 2015-ci ilin sentyabr ayında cavabdeh iddiaçının dəvəti ilə Rusiya Federasiyasına getmiş, onlar bir müddət bir yerdə yaşamış və iddiaçı ilə cavabdehin birgə münasibətindən 2016-cı ilin noyabr ayında uşaqları doğulmuşdur. ##.##.2016-cı il tarixində cavabdeh Rusiya Federasiyasında törətdiyi əmələ görə (ölümə qəsd) azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ##.##.2022-ci il tarixində cəzasını çəkib qurtarmışdır. Cəzaçəkmə müəsisəsindən çıxdıqdan sonra, cavabdeh dərhal Rusiya Federasiyasından deportasiya olunmuşdur. Bir müddət sonra, cavabdeh iddiaçı ilə yenidən əlaqə qurmağa və ondan pul tələb etməyə başlamışdır. Iddiaçı isə cavab olaraq cavabdehlə heç bir əlaqəsinin olmadığını, ona heç bir formada pul verməyəcəyini bildirmişdir. Cavabdeh 2024-cü ilin noyabr ayında iddiaçıya qarşı “nikahın pozulması və birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü” tələbi ilə Rusiya Federasiyasının müvafiq məhkəməsinə müraciət etmişdir. Cavabdehin bu tələbindən sonra iddiaçıya bəlli olmuşdur ki, onunla cavabdeh cavabdeh2 arasında ## ###### 2015-ci il tarixində cavabdeh1 195 №li nikah qeydi ilə nikah bağlanmışdır. Lakin, tərəflər arasında nikah bağlanan zaman iddiaçı A.Albina Azərbaycan Respublikası ərazisində olmamış və bu nikahın bağlanmasından xəbəri olmamışdır. Belə ki, iddia ərizəsinə əlavə olunan A.Albinaya məxsus xarici pasportun surətindən də göründüyü kimi iddiaçı ##.##.2015-ci il tarixində Azərbaycan Respublikası ərazisinə daxil olmuş, ##.##.2015-ci il tarixində Azərbaycan Respublikası ərazisini tərk etmişdir. Yəni, tərəflər arasında ## ###### 2015-ci il tarixində cavabdeh1 nikah bağlanan zaman iddiaçı ümumiyyətlə Azərbaycan Respublikası ərazisində deyildi. Indiki halda, A.Albina ilə cavabdeh cavabdeh2 arasında ## ###### 2015-ci il tarixində cavabdeh1 nikah bağlanan zaman iddiaçının cavabdehlə ailə qurmaq niyyəti olmamış, iddiaçı həmin vaxt heç Azərbaycan Respublikası ərazisində olmamışdır. Həmçinin, iddiaçı ümumiyyətlə cavabdehlə ailə-nikah münasibətlərinə daxil olmaq istəməmiş, onların nikah mərasimi belə olmamışdır. Buna görə də A.Albina ilə cavabdeh cavabdeh2 arasında bağlanan nikah mahiyyətcə saxta nikah olduğu üçün etibarsız hesab edilməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh cavabdeh1 rəisi X1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tərəflər arasında nikah 2015-ci ildə bağlanmışdır. Həmin vaxtı tərəflərin tibbi müayinəsinə dair arayışlar alınmışdır. Tibbi müayinə zamanı vətəndaşın qan analizləri alınır. Yəni əgər iddiaçı iştirak etməsəydi həmin arayışı vermək mümkün olmazdı. O, cavabdeh tərəfi dinlərkən sonuncu onlara bildirmişdir ki, iddiaçı doğulmuş uşağına şiddət göstərmiş, həmçinin aralarında əmlak mübahisəsi vardır. Tərəflərin nikahlarının qeyd edilmə vaxtı iddiaçının Azərbaycan olmadığı vaxtda olması texniki səbəblərdən olmuşdur. Sistemlə bağlı texniki problemlər hal-hazırda da olur. Nikah akt qeydlərinə tərəflər şəxsən imza etmişlər. Yəni tərəf olmasa nikah bağlana bilməz. Iddiaçı və cavabdeh tərəfindən Şöbəyə təqdim edilmiş ərizələr artıq məhv olunmuşdur. Arxivdə sənədlər 5 il saxlanılır. Nikahın qeyd edilmə tarixi həm texniki səbəblərdən, həm də kargüzarın buraxdığı səhvə görə ola bilər. Həmin dövrdə işin çoxluğundan diqqətsizlik etmiş ola bilərdilər. Əvvəllər xarici vətəndaşların pasportlarına ailə vəziyyəti barədə məlumatlar qeyd olunduğundan tərəflərindən subaylıq barədə arayış tələb olunmurdu. Iddiaçı rus dilli olsa da o, özü rus dilini bildiyi üçün tərcüməçini dəvət etməyə zəruri hesab etməmişdir. Bundan başqa iddiaçının əri və şahid də rus dilini bilirdilər. Nikah tam qanuni əsaslara bağlanmışdır. Nikah akt qeydləri arxivdə saxlanılır və onların saxlanma müddəti 75 ildir. Məhv olunan sənədlər tərəflərin ərizələri, tibbi müayinəyə dair arayış və ona əlavə edilmiş sənədlərdir. O, tərəflərin ## ###### 2015-ci il tarixdə qan nümunələrinin verilməsi barədə arayışla bağlı heç bir şey deyə bilməz. Belə ki, elə hallar olub ki xəstəxana iki dəfə tibbi arayış verir. Onu deyə bilər ki, tərəflər arasında nikah tibbi müayinəyə dair arayış olmadan bağlana bilməzdi. Sadəcə ona verilmiş arayışlar məhv olunduğundan o dəqiq cavab verə bilmir. Tərəflər tibbi arayışları dövlət xəstəxanasından şəxsən özləri təqdim edirlər. Tərəfindən iddiaçının və cavabdehin ərizələri onların köhnə pasportları ilə qəbul edilmişdir. O, iddiaçıya bildirmişdir ki, ərizəni hansı dildə bilirsə həmin dildə yazsın. Iddiaçı və cavabdeh 3 günlük respublikaya gəldikləri üçün və əllərində təyyarə biletləri olduğundan onların nikahları tez bağlanmış, lakin şöbədə olan texniki nasazlıqlara və işçinin səhlənkarlığına görə qeydiyyat tarixlərində uyğunsuzluq olmuşdur. Həmin dövrdə qanunda icazə verilirdi ki, nikah müddəti qısaldılsın.
5. Cavabdeh cavabdeh2 nümayəndəsi vəkil vəkil1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbini irəli sürmək istəyir. Hesab edirlər ki, iddiaçı hazırkı iddianı ona görə vermişdir ki, cavabdeh əmlak məsələsini mübahisələndirməsin. Tərəflərin birgə nikah münasibətindən bir övladları doğulmuşdur və onun doğum haqqında şəhadətnaməsinin valideynləri qrafasında iddiaçı və cavabdeh göstərilmişdir. Tərəflər öz razılıqları ilə nikahın bağlanması barədə ərizələrlə Qeydiyyat şöbəsinə müraciət etmişlər. Sadəcə ərizə verildikdən sonra Qeydiyyat Şöbəsində texniki səhv buraxılaraq nikahın qeydiyyat tarixi sonrakı tarix qeyd edilmişdir. Nikah akt qeydləri kitabına tərəflər özləri imza etmişlər. Tərəflər öz iradə ifadələrini bildirərək nikahlarını bağlamışlar və bu nikahdan da onların bir övladları doğulmuşdur. Tərəflər arasında nikah iddiaçının tələbinə əsasən məhkəmə qərarı ilə artıq pozulmuşdur. Iddiaçı tərəf bildirir ki, onun cavabdehlə aralarındakı nikahın bağlanmasından məlumatı olmamışdır. Əgər iddiaçı cavabdehlə aralarında bağlanmış nikahdan məlumatsız olsa idi, nə üçün Rusiya Fedarsiyasında nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Nikahın etibarsız hesab edilməsinin əsasları Ailə Məcəlləsinin 26-cı bəndində sadalanmışdır. Tərəflər arasında nikah olmuş, daha sonra məhkəmə qərarı ilə həmin nikah pozulmuş və həmin qərar qüvvədə olsa da iddiaçı tərəf hazırkı iddia tələbini irəli sürmüşdür. Tərəflərin birgə nikah müddətində ## ###### 2016-cı ildə Vera adlı bir uşaqları doğulmuşdur. Onun tərəfindən məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Vera Buşdiyevanın ata qrafasında cavabdeh2, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Əgər uşaq nikahdan kənar doğulmuş uşaq olsa idi doğum haqqında şəhadətnamənin ata qrafasında atanın soyadı ananın soyadına uyğun olardı. Buradan belə görünür ki, tərəflər könüllü olaraq birgə nikah münasibətində olmuş və iddiaçı tərəfindən nikah haqqında şəhadətnamə təqdim edilərək doğum haqqında şəhadətnamə alınmışdır. Yəni iddiaçı cavabdehlə aralarında rəsmi nikahlarının olmasını bilmişdir. Hazırda tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi mübahisəsi olduğundan iddiaçı hazırkı tələbi irəli sürmüşdür.
6. ## ###### 2025-ci il tarixdə İddiaçı nümayəndəsi vəkil3 məhkəməyə vəsatət ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddia verilən zaman cavabdeh1 müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işə cəlb edilmişdir. Lakin, iddia tələbinin mahiyyətindən də göründüyü kimi iddia nikahın etibarsız hesab edilməsi və nikah aktının ləğvinə dair irəli sürülmüşdür. Iddiaçı belə hesab edir ki, bu nikahın qeydə alınması qanunsuzdur və cavabdeh1 bu nikahı qanunsuz şəkildə qeydə almışdır. Buna görə də sözügedən nikahın bağlandığı cavabdeh1 cavabdeh kimi işə cəlb edilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən cavabdeh1 cavabdeh kimi işə cəlb edilməsini təmin edilməsini xahiş etmişdir.
7. ## ###### 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında vəsatət təmin edilərək cavabdeh1 cavabdeh qismində işə cəlb edilmişdir.
8. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) ## ######## 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi və iş üzrə ödənilmiş dövlət rüsumu və mediasiyaya dair xərcin iddiaçının nümayəndəsi vəkil3 aid edilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, hazırki işdə qanunvericliklə nikahın etibarsız hesab edilməsi üçün nəzərdə tutulan əsaslardan heç biri mövcud deyildir. Hər iki tərəf nikah bağlayarkən tam fəaliyyət qabiliyyətli olmaqla yetkinlik yaşına çatmış, heç bir təzyiq altında qalmadan etibarsız hesab edilməsini qeyd etdikləri nikahı bağlamışlar. Bununla yanaşı nə iddiaçı tərəf, nə də cavabdeh tərəf qeyd edilən iddianın əsaslılığı barədə sübutu, yəni ailə qurmaq niyyəti olmadan saxta nikah bağlanmasını təsdiq edən faktı məhkəməyə təqdim etməmişlər. Əksinə tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə müəyyən olunmuşdur ki, tərəflər 2015-ci ildən 2024-cü ilədək faktiki nikah münasibətində olmuş, birgə təsərrüfat aparmış və bu nikahdan onların ## ###### 2016-cı il tarixdə Vera adlı bir uşaqları doğulmuşdur. Iddiaçı tərəf nikahın iddiaçının respublikada olmadığı vaxt bağlandığını, tibbi arayışın nikah bağlandıqdan sonra verildiyini, nikah bağlanan zaman iddiaçının tərcüməçi ilə təmin edilmədiyini və ailə vəziyyəti barədə sənəd təqdim edilmədiyi əsası ilə nikahın etibarsız hesab edilməsini tələb etsə də, məhkəmə hesab etmişdir ki, həmin əsaslar nikahın etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
10. Məhkəmə bildirmişdir ki, iddiaçı X2 ##.##.2015-ci il tarixdən ##.##.2015-ci il tarixədək Azərbaycan Respublikasının Zaqatala rayonunda olmuşdur. ##.##.2015-ci il tarixdə iddiaçı özü və onun gələcək əri, X5 RMX PHŞ-in nikah üçün arayış otağında qan nümunəsi vermişlər. Onların birgə nikahlarından ##.##.2016-cı ildə X6 adlı qızları doğulmuşdur, tərəflərin arasında bağlanmış nikah əsasında doğum haqqında şəhadətnamənin ata qrafasında cavabdehin adı, soyadı və atasının adı, ana qrafasında isə iddiaşının adı soyadı və atasının qeyd olunmuşdur. Daha sonra iddiaçı nikahlarının pozulmasına dair Rusiya Federasiyasında məhkəməyə müraciət etmiş və nikahlarının pozulmasına dair qərar qəbul edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan hadisələrin hər birinin iddiaçının xəbəri olmadan və ya aldadılma yolu ilə baş verməsini məhkəmə mümkünsüz hesab edir. Bütün sadalanan hallar tərəflərin nikahları qeydə alınarkən ailə qurmaq niyyətlərinin olması qənaətinə gəlməyə əsas verir və bu səbəbə görə iddiaçı məhz nikahın pozulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Zaqatala rayonu Qeydiyyat Şöbəsinə qarşı cavabdeh2 ilə aralarında ## ###### 2015-ci il tarixində cavabdeh1 195 №li nikah qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi və bu nikaha dair akt qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir.
13. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1, 2.2, 2.3, 25.1, 25.2, 25.4 və 26-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən iddiaçı аpellyаsiyа şikаyəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında nikah bağlanan zaman iddiaçı Azərbaycan Respublikası ərazisində deyildi. Belə ki, məhkəmə tərəfindən verilmiş sorğunun cavabı olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ##.##.2025-ci il tarixli məktubundan bəlli olur ki, iddiaçı ##.##.2015-ci il tarixində Azərbaycan Respublikasına daxil olmuş və ##.##.2015-ci il tarixində ölkəni tərk etmişdir. Nikah haqqında şəhadətnamədə isə nikahın ##.##.2015-ci il tarixində, yəni iddiaçının ölkədə olmadığı vaxta bağlandığı qeyd edilmişdir. cavabdeh1 məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda məhkəməyə məlumat verir ki, tərəflərin nikahı ##.##.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin, texniki səhv səbəbindən nikahın qeydə alınması tarixi səhvən ##.##.2015-ci il tarixi kimi qeyd edilmişdir. Bu məlumat tamamilə yalandır və heç bir həqiqəti özündə əks etdirmir. Belə ki, elə həmin məktubun qoşmasında göndərilən “Nikah haqqıda aktın qeydi”ndə 12-ci bənddə X3 nikaha daxil olarkən təqdim etdiyi şəxsiyyət vəsiqəsinin nömrəsi və tarixi qeyd edilmişdir. Mövcud olan məlumatlardan görünür ki, Seyidməmməd Buşdiyevin vəsiqəsinin tarixi ##.##.2015-ci il tarixidir, yəni qeydiyyat şöbəsinin nikahın bağlandığını iddia etdiyi tarixdən 2 gün sonra cavabdeh həmin vəsiqəni əldə edib. Bu isə onu sübut edir ki, tərəflər arasında nikah ##.##.2025-ci il tarixində bağlanmamışdır.
16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Elman Isayev (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Taleh Musayev) # ###### 2026-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilməyərək, Zaqatala Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instanstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1, 2.2, 2.3, 25.1, 25.2, 25.4 və 26-cı maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Iddiaçı (vəkil vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh1 tərəflər arasında bağlanan nikah üzrə müvafiq sənədlərin (nikaha daxil olmaq haqqında ərizə, tibbi arayış və s.) məhv edildiyinə dair cavabı ciddi şöbhələr doğurduğundan Ədliyyə Nazirliyi Dövlət Qeydiyyat Baş Idarəsindən işin tam və obyektiv araşdırılması üçün müraciət edilmiş və nəticəsi barədə məlumat verilməsinə dair müraciət edilmiş, həmin müraciətə heç bir cavab verilməmişdir. Buna görə də birinci instansiya məhkəməsinə vəsatət verilmişdir ki, məhkəmə həmin sənədlərin həqiqətən də məhv edildiyini tam və obyektiv araşdırmaq üçün Ədliyyə Nazirliyi Dövlət Qeydiyyat Baş Idarəsinə məhkəmə sorğusu göndərsin. Lakin, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normasının tələbinə əməl etməmiş və sözügedən məsələ ilə bağlı məhkəmə sorğusu göndərməmişdir.
21. Məhkəmənin qəbul etdiyi qətnamədə qeyd edilmişdir ki, nə iddiaçı tərəf, nə də cavabdeh tərəf qeyd edilən iddianın əsaslılığı barədə sübutu, yəni ailə qurmaq niyyəti olmadan saxta nikah bağlanmasını təsdiq edən faktı məhkəməyə təqdim etməmişlər. Əksinə tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə müəyyən olunmuşdur ki, tərəflər 2015-ci ildən 2024-cü ilədək faktiki nikah münasibətində olmuş, birgə təsərrüfat aparmış və bu nikahdan onların ## ###### 2016-cı il tarixdə Vera adlı bir uşaqları doğulmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, uşağın nikahdan kənar doğulması Rusiya Federasiyasının qanunvericiliyinə zidd deyil. Belə ki, Rusiya Federasiyasının ##.##.1997-ci il tarixli ***-FZ saylı“Vətəndaş vəziyyəti aktları haqqında” Federal Qanunun 18-ci maddəsinin 5-ci hissəsinə əsasən əgər ana ata ilə nikahda deyilsə və atalıq müəyyən edilməyibsə, uşağın adı ananın istəyinə görə, atasının adı isə şəhadətnamədə ata kimi göstərilən şəxsin adına görə yazılır. Əgər ana istəyərsə, ataya dair məlumatlar ümumiyyətlə qeyd edilməyə bilər. Işə baxan məhkəmə isə işin bu kimi hallarını nəzərə almamış, tərəflər arasında olan qeyri-rəsmi münasibətdən olan uşağın doğulmasını və müvafiq sənədlərdə uşağın atasının adı kimi cavabdehin adının qeyd edilməsini tərəflər arasında faktiki nikah münasibətinin mövcudluğu kimi təqdim etmişdir. “Faktiki ailə qurulması” barədə iddialar işin heç bir təkzibolunmaz halı ilə təsdiq olunmur. Uşağın mövcudluğu bu faktı sübut etmir, çünki Büşdiyev nə ailənin, nə də uşağın saxlanmasında iştirak etməyib və tərəflər birlikdə yaşamayıb. Yəni, tərəflərin 2016-cı ildə evlilik münasibətlərinə daxil olduğu heç bir sübutla müəyyən edilməyib, həmin dövrdə, yəni 18 iktyabr 2016-cı il tarixində Büşdiyev Seyidməhəmməd cinayət məsuliyyətinə cəlb olunmuş və azadlıqda olmamışdır. Faktiki olaraq, tərəflərin birgə yaşayışı sözügedən saxta nikah bağlanmamışdan əvvəl olub. Bu fakt uşağın təvəllüdü ilə də sübut olunur. Belə ki, X6 ##.##.2016cı ildə doğulmuşdur, bu isə onu deməyə əsas verir ki, tərəflərin münasibətləri saxta nikahdan əvvəl olub. Iddiaçının xəbəri olmadan saxta nikah bağlandıqdan sonra isə tərəflər birgə yaşamamış, birgə təsərrüfat aparmamışdır.
22. Nikah bağlanan zaman aşağıda göstərilən pozuntulara yol verilmişdir: 1) Nikah bağlanarkən şəxs iştirak etməmişdir, çünki o Azərbaycan Respublikası ərazisində deyildi. 2) Sağlamlıq haqqında arayış təqdim edilməmişdir. 3) Subaylıq haqqında arayış təqdim edilməmişdir. 4) Xarici vətəndaş tərcüməçi ilə təmin edilməmişdir. Əlavə olaraq iddiaçının niyyəti olsa idi, o, nikaha daxil olmaq üçün Azərbaycana gəlmədən Rusiya Federasiyasında bunu edə bilərdi.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
24. Maddə 2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir. Maddə 2.2.Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ərarvadın
25. hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
26. Maddə 2.3.Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
27. Maddə 2.3.Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
28. Maddə 25.1.Bu Məcəllənin 10—12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
29. Maddə 25.2.Nikah məhkəmə qaydasında etibarsız sayılır.
30. Maddə 25.4.Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.
31. Maddə 26.1.Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:
32. Maddə 6.1.1. Nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı
33. Maddə 26.1.2. Nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad);
34. Maddə 26.1.3. Nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad);
35. Maddə 26.1.4. Nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu;
36. Maddə 26.1.5. Pozulmamış əvvəlki nikah üzrə ər (arvad);
37. Maddə 26.1.6. Bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı;
38. Maddə 26.1.7. Saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad).
39. Maddə 26.2.Nikah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Iddiaçı iddia ərizəsində göstərir ki, cavabdehlə münasibəti olmuş və o, 2015-ci ilin avqust ayında cavabdehin dəvəti ilə 3 günlük, yəni ##.##.2015-ci il tarixindən ##.##.2015-ci il tarixinə qədər Azərbaycanda qonaq kimi qalaraq Rusiya Federasiyasına qayıtmışdır. Bundan sonra 2015ci ilin sentyabr ayında cavabdeh iddiaçının dəvəti ilə Rusiya Federasiyasına getmiş, onlar bir müddət bir yerdə yaşamış və iddiaçı ilə cavabdehin birgə münasibətindən 2016-cı ilin noyabr ayında uşaqları doğulmuşdur. Cavabdeh 2024-cü ilin noyabr ayında iddiaçıya qarşı “nikahın pozulması və birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü” tələbi ilə Rusiya Federasiyasının müvafiq məhkəməsinə müraciət etmişdir. Cavabdehin bu tələbindən sonra iddiaçıya bəlli olmuşdur ki, onunla cavabdeh cavabdeh2 arasında ## ###### 2015-ci il tarixində cavabdeh1 195 №li nikah qeydi ilə nikah bağlanmışdır. Tərəflər arasında nikah bağlanan zaman iddiaçı A.Albina Azərbaycan Respublikası ərazisində olmamış və bu nikahın bağlanmasından xəbəri olmamışdır. ## ###### 2015-ci il tarixində cavabdeh1 nikah bağlanan zaman iddiaçının cavabdehlə ailə qurmaq niyyəti olmamış, iddiaçı həmin vaxt Azərbaycan Respublikası ərazisində olmamışdır. Həmçinin, iddiaçı ümumiyyətlə cavabdehlə ailə-nikah münasibətlərinə daxil olmaq istəməmiş, onların nikah mərasimi belə olmamışdır. Buna görə də A.Albina ilə cavabdeh cavabdeh2 arasında bağlanan nikah mahiyyətcə saxta nikah olduğu üçün etibarsız hesab edilməlidir.
49. Cavabdeh tərəf etirazında göstərir ki, cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbini irəli sürmək istəyir. Iddiaçı hazırkı iddianı ona görə vermişdir ki, cavabdeh əmlak məsələsini mübahisələndirməsin. Tərəflərin birgə nikah münasibətindən bir övladları doğulmuşdur və onun doğum haqqında şəhadətnaməsinin valideynləri qrafasında iddiaçı və cavabdeh göstərilmişdir. Tərəflər öz razılıqları ilə nikahın bağlanması barədə ərizələrlə qeydiyyat şöbəsinə müraciət etmişlər. Sadəcə ərizə verildikdən sonra qeydiyyat şöbəsində texniki səhv buraxılaraq nikahın qeydiyyat tarixi sonrakı tarix qeyd edilmişdir. Iddiaçı cavabdehlə aralarında rəsmi nikahlarının olmasını bilmişdir.
50. Işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrin gəldiyi qənaətdən aydın olur ki, hazırkı işdə qanunvericliklə nikahın etibarsız hesab edilməsi üçün nəzərdə tutulan əsaslardan heç biri mövcud deyildir. Hər iki tərəf nikah bağlayarkən tam fəaliyyət qabiliyyətli olmaqla yetkinlik yaşına çatmış, heç bir təzyiq altında qalmadan etibarsız hesab edilməsini qeyd etdikləri nikahı bağlamışlar. Bununla yanaşı nə iddiaçı tərəf, nə də cavabdeh tərəf qeyd edilən iddianın əsaslılığı barədə sübutu, yəni ailə qurmaq niyyəti olmadan saxta nikah bağlanmasını təsdiq edən faktı məhkəməyə təqdim etməmişlər. Əksinə tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə müəyyən olunmuşdur ki, tərəflər 2015-ci ildən 2024-cü ilədək faktiki nikah münasibətində olmuş, birgə təsərrüfat aparmış və bu nikahdan onların ## ###### 2016-cı il tarixdə Vera adlı bir uşaqları doğulmuşdur. Iddiaçı tərəf nikahın iddiaçının respublikada olmadığı vaxt bağlandığını, tibbi arayışın nikah bağlandıqdan sonra verildiyini, nikah bağlanan zaman iddiaçının tərcüməçi ilə təmin edilmədiyini və ailə vəziyyəti barədə sənəd təqdim edilmədiyi əsası ilə nikahın etibarsız hesab edilməsini tələb etsə də, məhkəmələr həmin halları nikahın etibarsızlığı üçün əsas hesab etməmişdir.
51. Məhkəmə tərkibi apellyasiya məhkəməsinin həmin mövqeyi ilə razlaşmır.
52. Belə ki, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
53. Qanunverici nikahın bağlanması üçün şərtlər müəyyən etmişdir. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.
54. Göstərilən normaların tələbinə görə nikah münasibətlərinə daxil olmaq istəyən şəxslər nikaha girməzdən bir ay əvvəl bununla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməli və bunun üçün zəruri olan hərəkətləri yerinə yetirilməlidirlər.
55. Baxılan iş üzrə işin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər arasında ## ###### 2015-ci il tarixində cavabdeh1 195 №li qeydlə nikah bağlanmışdır. Nikah bağlanan gün isə iddiaçının Azərbaycan Respulikasında olmaması işin müəyyən edilən halıdır. Belə ki, məhkəmələrin müəyyən etdiyi işin hallarından aydın olduğu kimi iddiaçı 3 gün ərzində, yəni ##.##.2015-ci il tarixindən ##.##.2015-ci il tarixinə qədər Azərbaycanda olmuş, bundan sonra ölkəni tərk etmiş və Azərbaycan Respublikasına təkrar girişi olmamışdır.
56. Belə olan halda onun nikah rəsmləşdirilən gün və ya ondan bir ay əvvəl Azərbaycan Respublikasında olması və nikaha girmək niyyətinə olmasına dair ərizəsini müvafiq icra hakimiyyəti orqanına təqdim etməsi müəyyən edilmir.
57. Cavabdeh və nikahı rəsmləşdirən orqanın nümayəndəsi qeydiyyat tarixinin texniki yanlışlıqla ##.##.2015-ci ilin tarixi göstərilməsində israr etsələr də, nikahın bağlanması ilə bağlı rəsmi müraciətin olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
58. Belə olan halda iddiaçının nikahın bağlanmasına iradəsinin olması, bu iradənin rəsmi qaydada təsdiqlənməsi müəyyən olunmamış qalır. Iddiaçının nikahın bağlanması ilə bağlı iradəsinin olmamasına dair dəlillərinin olmasına baxmayaraq məhkəmələr həmin dəlilləri qəbul etməmiş, əksinə bununla bağlı iddiaçının sübutlara malik olmamasını göstərməklə formal əsaslarla öz mövqelərini əsaslandırmağa çalışmışlar.
59. Ailə Məcəllənin 10–12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
60. Ailə Məcəlləsinin 11.1-ci maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir.
61. Bu qəraraın 63-cü bəndinə göstərilənlər bilavasitə nikahın bağlanması üçün zəruri olan şərtlərdir. Bu şərtlərin təmin olunmadığı nikah isə etibarlı sayılmır.
62. Beləliklə məhkəmə tərkibi belə qənaətə gəlir ki, tərəflər arasında nikah bağlanarkən iddiaçının razılığı olmamış, belə razılığın olmadığı şəratidə isə bağlanmış nikah etibarsız olmuşdur.
63. Lakin işin müəyyən olunmuş digər hallarından aydın olur ki, tərəflər özlüyündə etibarlı olmayan nikah üzrə faktiki ailə münasibətlərində olmuş, ər-arvad kimi yaşamış, birgə təssərüfat idarə etmiş, hətta iddiaçının yaşadığı ölkədə (həmin qətnamənin Azərbaycan Respublikasında tanınmasını təsdiq edən sübutlar təqdim olunmamışdır.) nikahın pozulmasına dair qətnamə qəbul olunmuş, tərəflərin birgə nigahından olan uşaq iddiaçının yanında saxlanmaqla, uşağın saxlanması üçün iddiaçının xeyrinə aliment tutulmuşdur.
64. Ailə Məcəlləsinin 27-ci maddəsinin tələbinə görə nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan olunmuş qohumluq halları və ya nikah bağlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla bilməz.
65. Beləliklə məhkəmə tərkibi belə qənaətə gəlir ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr tərəflər arasında bağlanmış nikah onun bağlanması üçün mühüm şərt olan yazılı razılığın alınmadan bağlandığına əhəmiyyət vermədən, iddiaçının bununla bağlı kifayətedən dərəcədə sübutlar təqdim edilməsinə baxmayaraq sübutların olmaması əsası ilə iddianı rədd etməsi düzgün olmamışdır. Lakin məhkəmə tərkibi qeyd edir ki, etibarsız nikah mövcud olsa da, şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurduqlarından, uzun müddət bu münasibətləri davam etdirdiklərindən, bu münasibətlər daxilində ortaq uşaqlarının təlim və tərbiyəsində iştirak etdiklərindən nikah etibarlı hesab edilməlidir.
66. Bu baxımdan, yuxarıda şərh edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası işi apellyasiya baxışına göndərmədən işin artıq müəyyən edilmiş hallarına əsasən yeni qərar qəbul edilməklə iddianın təmin edilməməli olması qənaətinə gəlir.
67. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir.
68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026cı il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.