Məhkəmə qərarları › İş №2(3-9)-1045/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-1045/2026

23.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-1045/2026 23.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Cahid Fehruz oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçı X9, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən (hakim Vüsal Cəbrayılov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəlilbad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs bağlanmış ## #### 2006-cı il tarixli, ** nömrəli nikah akt qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək cavabdeh Cavabdeh ilə arasında Cəlilabad rayon Ləkin kənd İƏD üzrə nümayəndəlikdə bağlanmış ## #### 2006-cı il tarixli, ** saylı nikah akt qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə 2004-cü ildə faktiki nikah bağlamaqla evlənmişlər. Nikahlarını ## #### 2006-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından ## ###### 2005-ci ildə X2 və ## #### 2008-ci ildə X4 adlı uşaqları doğulmuşdur. Əvvəllər uzun müddət mehriban ailə kimi yaşasalar da, sonradan xasiyətləri uyğun gəlmədiyi üçün faktiki olaraq ayrılmışlar. Ayrıldıqdan sonra uşaqlar cavabdehin yanında qalmışdır. Bir müddət əvvəl ona məlum olmuşdur ki, cavabdehlə aralarında onun iştirakı olmadan nikah bağlanmışdır. Belə ki, nikah bağlandığı vaxt Rusiya Federsasiyasında olmuşdur. Həmin vaxt faktiki nikahda idilər və bir uşaqları var idi. Rusiyada olduğu vaxtlarda cavabdehlə əlaqə saxlayırdı və nikahlarının rəsmiləşdirilməsi zərurəti yaranmışdı. Lakin Rusiyada olması səbəbindən bu baş tutmamışdı. Ailə münasibətləri pozulduqdan sonra ona məlum olmuşdur ki, cavabdeh onun iştirakı olmadan nikah haqqında şəhadətnamə almışdır. Bu barədə dəfələrlə cavabdehdən soruşmaq istəsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə söhbətdən yayınmışdır. Hazırki mübahisə ilə bağlı mediasiya prosesində iştirak etsə də, lakin cavabdeh iştirak etməmişdir. O, nikahın etibarsız hesab edilməsi ilə bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs də müraciət etmiş, ona imtina məktubu təqdim olunaraq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verib, təmin olunmasını xahiş etmişdir. İddiaçının vikili, eyni zamanda nümayəndəsi Vəkil/Nümayəndə iddianın əsaslı olduğunu bildirib təmin olunmasını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının sözügedən nikahın bağlanması barədə heç bir məlumatı olmamış və nikah qeydə alınarkən o, Rusiya Federasiyasında olmuşdur. Nikah bağlanarkən cavabdehin də 18 yaşı tamam olmamışdır. Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, nikahları rəsmiləşdirilərkən nə o, nə də iddiaçı Ləkin kənd İƏD üzrə nümayəndəliyə getməmişlər. Lakin buna baxmayaraq onlar el adəti ilə ailə qurmuş, 20 il birlikdə yaşamışlar. Birgə yaşadıqları dövrdə 2 uşaqları doğulmuşdur. Həmin dövrdə iddiaçı müxtəlif vaxtlarda Rusiya Federasiyasında olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə məqsədi birgə nikah dövründə aldıqları və Bakı şəhəri Xəzər rayonunda yerləşən evi öz adına keçirməkdir. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, nikah akt qeydindəki imzaların həm iddiaçıya, həm də cavabdehə məxsus olmadığı, hər iki tərəfin yazılı razılığının alınmadığı və tərəflər arasında könüllü ittifaqın olmadığı iş materiallarında olan sübutlarla müəyyən edilsə də, birinci instansiya məhkəməsi qətnaməsində maddi hüquq norması kimi Ailə Məcəlləsinin 2.3, 11 və 25.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində tərəflər arasında nikahın qeydə alınması zamanı qanunvericiliyin tələblərinin pozulmasının aşkar edildiyini təsdiq etsə də, nəticə etibarı ilə həmin pozuntunu nəzərə almayaraq, həmin normaların təfsirində səhvə yol verməklə Konstitusiyanın 34 və 60-cı maddələrində təsbit olunan nikah və hüquq və azadlıqların məhkəmə təminatı hüququnu pozmuşdur. Qeyd edilməlidir ki, nikah fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada təsbit edilən əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Birinci instansiya məhkəməsində cavabdeh özü də izahatında nikahın rəsmiləşdirilməsində iştirak etmədiyini təsdiq etmişdir. Hətta nikah haqqında akt qeydinə baxdıqda da müəyyən edilir ki, cavabdehlə həmin nikah bağlandığı vaxt cavabdehin 18 yaşı tamam olmamışdır. Cəlilabad rayon Ləkin kənd İƏD üzrə nümayəndəliyində bağlanmış ## #### 2006-cı il tarixli, ** saylı nikahın aktının saxta olması iş materialları və tərəflərin izahatı ilə sübut edilsə də, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən xüsusatlar nəzərə alınmamış və əsassız olaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmışdır. Nəzərə alınmalıdır ki, nikah ittifaqı konüllülük və iradə sərbəstliyi prinsipləri üzərində qurulmuşdur. Məhz bu prinsip əsas götürülməklə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Məhkəmə iddiaçı kimi hüquqlarının qorunmasını təmin etməmişdir. İddiaçı kimi haqlı olmasını təsdiq edən aşkar sübutları məhkəməyə təqdim etsə də, məhkəmə obyektivliyi təmin etmədən, yalnız cavabdehin dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Srhəd Xidmətinin məktubundan da görünür ki, ## ##### 2006-cı il tarixdə Rusiya Federasiyasında olmuşdur. Həm iddiaçı həm də cavabdehin nikahın rəsmiləşdirilməsində iştirak etməməsi və bu faktı hər iki tərəfin təsdiq etməsi işin mübahisəsiz halı olmaqla yanaşı, həmin aktın etibarıszlığının artıq sübut edilməyə ehtiyyacının olmamasına dəlalət edir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, cavabdehlə nikahlarının rəsmiləşdirilməsindən 2018-ci ildə cəzaçəkmə müəssisəsində olarkən məlumatlı olmuşdur, çünki rəsmi nikah şəhadətnaməsi olmadan arvadı onun yanına görüşə gələ bilməzdi. Cavabdehlə 2024-cü ildən ailə münasibətləri faktiki olaraq pozulmuşdur. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib, izahatında göstərdi ki, cavabdeh onun qızıdır. Ailə qurandan sonra ər evində yaşamışdır. Nikahlarının rəsmi qeydə alınmasından ümumiyyətlə məlumatsız olmuşdur, bu işi ər evi təşkil etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görədə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından ilk iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. ## ###### 2026-cı il tarixli, **/** saylı arayışdan görünür ki, X9 və X3 nikahı haqqında Cəlilabad rayon Ləkin kənd icra nümayəndəliyində## #### 2006-cı il tarixdə ** nömrəli nikah akt qeydi tərtib olunmuşdur. ## ###### 2026-cı il tarixli, **/** saylı arayışdan görünür ki, X5 ## ###### 2005-ci ildə Cəlilabad rayonu Ləkin kəndində doğulmuşdur. X6, anası Cavabdehdır. ## ###### 2026-cı il tarixli, **/** saylı arayışdan görünür ki, X4 ## #### 2008-ci ildə Cəlilabad rayonu Ləkin kəndində doğulmuşdur. X6, anası Cavabdehdır. Cəlilabad rayonu Qeydiyyat şöbəsi tərəfindən X9 verilmiş ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, Cavabdeh nikahın pozulması üçün qeydiyyat şöbəsinə gəlmədiyi üçün X9 nikahın pozulması ilə bağlı məhkəməyə müraciət emək hüququ izah edilmişdir. ## ###### 2026-cı il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X9 nikahın etibarsız hesab edilməsi tələbinə dair ilkin mediasiya prosesində iştirak etmiş və 60 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh isə mediasiya prosesində iştirak etməmişdir. Cəlilabad rayonu Qeydiyyat şöbəsi tərəfindən Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş ## ##### 2026-cı il tarixli məktubdan görünür ki, X9 və Cavabdeh aid nikaha daxil olmaq haqqında ərizə sənədlərin saxlama müddəti qaydalarına uyğun olaraq məhv edildiyindən qeydiyyat şöbəsinin arxivində saxlanılmır. Toy və nişan görüntülərini əks etdirən disk və fotoşəkillərdən görünür ki, tərəflər el adəti ilə ailə qurmuş və onlar arasında ailə münasibətləri olmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, ##.##.1977-ci il təvəllüdlü X9 ## ##### 2006-cı il tarixdə Rusiya Federasiyasına getmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 - Hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimiistinad etdikləri halları sübut etməlidir. Maddə 217.2. - Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 2.3 - Nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqdır. Maddə 9.1 - Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Maddə 10.1. - Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur Maddə 11.1. - Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. Maddə 25.1. - Bu məcəllənin 10–12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Maddə 27.1. - Nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. Maddə 27.2. - (Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyada) Yetkinlik yaşına çatmayan ərin (arvadın) mənafeyi tələb etdikdə, eləcə də nikahın etibarsız sayılması barədə onun razılığı olmadıqda, nikah yaşına çatmayan şəxslə bağlanmış nikahın etibarsız sayılması barədə iddianı məhkəmə rədd edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il *-*/**** nömrəli qərarında göstərilir ki, nikahın etibarsız hesab olunması haqqında iddia ərizəsi icraata qəbul edilərkən nikahın həqiqiliyinin hansı əsasa görə mübahisələndirildiyi, iddiaçının bu əsas üzrə məhkəmədə iddia qaldırmaq hüququna malik şəxslər kateqoriyasına (Ailə Məcəlləsinin 26.1-ci maddəsi) aid olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri- zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1-ci maddəsi). “Ər”, “arvad” (ər və arvad) sözləri (məfhumları) heç bir vəchlə Azərbaycan Respublikası Ailə Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra orqanında rəsmi qeydə alınmış nikahda olan kişi və qadın kimi qəbul oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında İştirakçı Dövlətlər tərəfindən ancaq hüquq normalarının – qanunların qəbulunun yetərli olmadığını, həm də həmin normaların “hüquqa uyğun” olmasının və hüquqi müəyyənlik prinsipinə cavab verməsinin mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Hamıya məlum və danılmaz faktdır ki, cəmiyyətimizin bütün zümrələri arasında, həm paytaxtda, həm də bütün bölgələrdə müvafiq icra hakimiyyəti orqanında nikah bağlamadan, dini kəbin kəsmə qaydasında, bəzən də bunsuz ailə qurub yaşayan xeyli sayda ailələr mövcuddur. Bu cür ailələrin böyük əksəriyyəti adi qaydada öz ailə həyatlarını yaşayır, ataana olur, belələri arasında hətta nəvə və nəticələri olanlara da rast olunur. Bununla belə, qeyd-şərtsiz olaraq bütün cəmiyyət tərəfindən həmin ailədə kişi və qadın məhz ər və arvad kimi qəbul olunur. Başqa sözlə, iştirakçısı olduqları bütün münasibətlərdə (ailə üzvləri, qohumlar, qonşular, yaxın-uzaq dost-tanışlar, iş yoldaşları və s.) onlarla ünsiyyətdə olan hər kəs onları ər-arvad kimi qəbul edir və onlarla münasibətlərini də məhz onların bu statusundan (məsələn: oğlun arvadı, qardaşın arvadı, əminin arvadı, qonşunun arvadı, dostun arvadı və s., eləcə də qızın əri, bacının əri, bibinin əri, rəfiqənin əri, qonşunun əri və s.) çıxış edərək qururlar. Bircə fakt da olsun tapmaq mümkün deyil ki, ailə qurmaq məqsədi ilə evlənib yaşayan bu cür ailələrdəki kişi və qadına münasibətdə ər, arvad kimi yox, rəsmi nikahları olmayan kişi və qadın, başqa sözlə, məsələn, oğulun və ya qardaşın rəsmi nikahı olmayan qadını, qızın və ya bibinin rəsmi nikahda olmayan kişisi kimi münasibət bəslənilmiş olsun. O da məlumdur ki, çoxşaxəli ictimai münasibətlər zamanı bu ailələrlə münasibətdə olan şəxsləri həmin ər-arvadın rəsmi nikahlarının olub-olmaması qətiyyən maraqlandırmır və onlar üçün bunun hər hansı əhəmiyyəti yoxdur. Bu isə onu təsdiq edir ki, ictimai münasibətlərdə həmin şəxslər birmənalı olaraq ər-arvad kimi qəbul olunurlar. Beləliklə də məlum olur ki, ər, arvad (əri, arvadı) anlayışları təkcə müvafiq icra orqanında nikah bağlamış kişi ilə qadını deyil, həm də bu cür nikah olmasa belə, ailə qurmaq məqsədi ilə ailə qurub yaşayan bütün kişi və qadınları ehtiva edir, onları da nəzərdə tutur. Ailə qanunvericiliyinin mövqeyindən göründüyü kimi nikah, digər hallarla yanaşı, həm də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Çünki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası tərəflərin arasında nikahın bağlanıb bağlanılmaması məsələsini araşdırarkən ilk öncə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, tərəflərin qarşılıqlı münasibətlərini, tərəflərin sonrakı hərəkətlərini nəzərə alır. İşin hallarından aydın olur ki, tərəflərin 2004-cü ildə el adətinə uyğun olaraq toyları olmuş, faktiki ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından ## ###### 2005-ci il və ## #### 2008-ci il təvəllüdlü iki uşaqları olmuşdur. Tərəflər uzun müddət mehriban ailə kimi yaşamışlar. İddiaçının özü də iddiasında cavabdehlə nikahlarının rəsmiləşdirilməsinə zərurət yarandığını, lakin həmin vaxt Rusiyada olması səbəbindən bunun baş tutmadığını, 2018-ci ildə cəzaçəkmə müəssisəsində olarkən cavabdehlə nikahlarının rəsmiləşdirilməsindən məlumatlı olduğunu, nikah şəhadətnaməsi əsasında cavabdehin cəzaçəkmə müəssisəsinə onunla görüşə gəldiyini və 2024-cü ilədək ailə münasibətlərinin davam etdiyini ğildirir. Hazırki halda iddiaçı nikahın qeydə alındığı vaxtdan 20 ilə yaxın müddət, faktiki ailə qurulan vaxtdan isə 22 il keçdikdən sonra, cavabdehlə ailə qurmaq niyyəti olsa da, rəsmi nikaha daxil olmaq üçün ərizə verməməsinə, nikahın mövcudluğundan məlumatlı olmamasına, nikah rəsmiləşdirilərkən ölkə hüdudlarından kənarda olmasına əsaslanmaqla nikahın etibarsız sayılmasını istəmişdir. Lakin işdən görünür ki, tərəflər arasında nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Çünki qanunverici, nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir, hazırkı işin hallarından isə nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyətinin olduğu aydın olur. Odur ki, işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. Apellyasiya şikayətinin digər dəlili cavabdehin nikah rəsmiləşdirilərkən 18 yaşının tamam olmaması ilə bağlıdır. İş materiallarından cavabdehin ## ###### 1988-ci il təvəllüdlü olmaqla, ## #### 2006-cı ildə nikah rəsmiləşdirilərkən həqiqətən 18 yaşının tamam olmadığı aydın görünür. Lakin tərəflər arasında hüquq münasibətləri rəsmiləşdirilən zaman qüvvədə olan Ailə Məcəlləsinin 27.2.-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ərin (arvadın) mənafeyi tələb etdikdə, eləcə də nikahın etibarsız sayılması barədə onun razılığı olmadıqda, nikah yaşına çatmayan şəxslə bağlanmış nikahın etibarsız sayılması barədə iddianı məhkəmə rədd edə bilər. Cavabdehin nikahın etibarsız sayılmasına razılığı yoxdur. Əksinə cavabdeh iddiaçı ilə uzun illər ərzində etibarlı ailə münasibətlərində olduqlarını, hazırki iddianın verilməsində iddiaçının əsl niyyətinin birgə nikahları dövründə əldə etdikləri daşınmaz əmlakı bölgüdən yayındırmaq olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar