Məhkəmə qərarları › İş №2(1-8)-1663/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1663/2026

09.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1663/2026 09.07.2026 ALI MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## #### tarixli, *(*-**)- ***/**** nömrəli qətnaməsindən iddiaçı X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı X1 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## #### tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən kassasiya vermiş, Ali Məhkəmənin 2026-cı 4 iyun tarixli tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Sonradan, iddiaçının nümayəndəsi-vəkili kassasiya şikayətindən imtina barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. MPM-in 410.2-ci maddəsinə görə, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. Işdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Həmin Məcəllənin 410.3-cü maddəsində qeyd olunmuşdur ki, kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətindən imtina qəbul edilərək kassasiya instansiyasında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 410-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Kassasiya şikayətindən imtina qəbul edilərək kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar