Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2032/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 ilə birlikdə Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 10 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 ilə birlikdə Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 10 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə Mingəçevir şəhər qeydiyyat şöbəsində 153 sayı ilə qeydə alınmış nikahı Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-778/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X5 onun himayəsində saxlanılmışdır. O, cavabdehlə ailə həyatı qurduqdan sonra Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 10 ünvanında yerləşən özbaşına tikili olan fərdi yaşayış evinə gəlin köçmüş və birgə nikahlarından olan uşaqlar sözügedən fərdi yaşayış evində dünyaya gəlmişlər. Ona məxsus cehiz əşyaları da həmin ünvana gətirilmiş və bu günədək orada qalmaqda davam edir. O, Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 10 ünvanında yerləşən fərdi yaşayış evinə köçərkən ev bir otaqdan ibarət olmuş, birgə nikah dövründə onla daha 3 otaq inşa edərək evi təmir etmişlər. 2020-ci ilin noyabr ayında o, Mingəçevir şəhərinə getmiş, lakin qayıdarkən cavabdeh tərəfindən yaşadığı evin giriş qapısının açarı dəyişdirildiyindən evinə daxil ola bilməmişdir. Həmin vaxtdan cavabdeh onu və uşaqlarını yeganə yaşayış yeri olan Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 10 ünvanında yerləşən fərdi yaşayış evinə buraxmır. O, uzun müddətdir ki, iki azyaşlı övladları ilə birgə valideynlərinin yanında bir otaqlı evdə kirayə yaşamağa məcbur qalmışdır. Mübahisəli evi cavabdehlə birlikdə inşa edib orada yaşadığından bərabərlik prinsipinə uyğun olaraq onun da azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamaq hüququ vardır. O, sonuncu dəfə Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 10 ünvanında yerləşən fərdi yaşayış evinə daxil olmaq istədikdə, cavabdeh polisə müraciət edərək onu hədələməklə evdən çıxarmışdır. Ona görə də onun azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 ilə birlikdə Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 10 ünvanında yerləşən 3 otaq, 1 mətbəx və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 2005-ci ildə Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 10 ünvanında yerləşən fərdi yaşayış evini inşa etməyə başlamış, 2009-cu ilədək 3 otaq inşa etmişdir. xx.xx.2012-ci il tarixdə iddiaçı ilə nikaha daxil olmuş, iddiaçı özünə məxsus əşyaları bu evə gətirmiş, evdə birgə nikahlarından iki övladı anadan olmuş, 2019cu ildə onlar evin 4-cü otağını inşa etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 778/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş və birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 iddiaçının himayəsində saxlanılmışdır. İddiaçıya məxsus bu evdə divan, stol, şkaf, qorka, çilçıraq, xalça və pərdə vardır. İddiaçı ona xəyanət etdiyindən onların bir evdə yaşamaları qeyrimümkündür. Hesab edir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 10 ünvanında yerləşən fərdi yaşayış evi satılaraq əldə olunan vəsait aralarında bölünməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-778/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə X2 arasında olan xx.xx.2012-ci ildə Mingəçevir şəhər qeydiyyat şöbəsində bağlanmış № 153 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 anaları X2 yanında qalmasının müəyyən olunması, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat miqdarında və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat olmaqla cəmi 260 manat miqdarında alimentin hər ay tutulub ünvan 1 mənzil 8 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 10 ünvanında yaşayan X4 verilməsi qət edilmişdir. X9 xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İ № 353380 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ilə X8 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 98 nömrəsi ilə qeyd edilmiş və nikah ləğv olunandan sonra qadına İmamverdiyeva soyadı verilmişdir. Azəriqaz QSC-nin 2010-cu il tarixli abonent kitabçasından müəyyən olunur ki, Biləcəri qəsəbəsi yeni yaşayış massivi ünvanında abonent Cavabdeh adına qaz sayğacı quraşdırılmışdır. Azərsu ASC-nin xx.xx.2008-cil tarixli müqaviləsindən müəyyən olunur ki, Azərsu ASC ilə Biləcəri qəsəbəsi yeni yaşayış massivi Məlik Aslanov küçəsi ünvanında yaşayan Cavabdeh arasında su sistemindən suyun buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilə bağlanmışdır. X3 Birliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 33 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən müəyyən olunur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. X3 Birliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli AKX- 01116xx/xx-2019 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən müəyyən olunur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. Azərsu ASC-nin xx.xx.2020-ci il tarixli hesab fakturasından müəyyən olunur ki, abonent Cavabdeh Binəqədi rayonu Məlik Aslanov küçəsi ev 10 ünvanı üzrə su sərfiyyatına görə 66,68 manat borcu vardır. Azərsu ASC-nin xx.xx.2021-ci il tarixli hesab fakturasından müəyyən olunur ki, abonent Cavabdeh Binəqədi rayonu Məlik Aslanov küçəsi ev 10 ünvanı üzrə su sərfiyyatına görə 121,91 manat borcu vardır. Azərsu ASC-nin xx.xx.2021-ci il tarixli hesab fakturasından müəyyən olunur ki, abonent Cavabdeh Binəqədi rayonu Məlik Aslanov küçəsi ev 10 ünvanı üzrə su sərfiyyatına görə 109,68 manat borcu vardır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Biləcəri bələdiyyəsi ərazisində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni massiv Məlik Aslanov küçəsi döngə 10, 2149 saylı ünvan mövcud deyil, bələdiyyənin arxivində Cavabdeh barəsində məlumat aşkar olunmamışdır. B.Eyvazov adına ET Hematologiya və X1-diaqnostik laboratoriyasının xx.xx.2019-cu il tarixli müayinə vərəqəsindən müəyyən olunur ki, Nihad Hacızadənin qanın ümumi müayinəsi zamanı anizo-poykilozitost, tək-tək hədəfvari eritrositlər aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı R.C. İmamverdiyeva Cavabdehlə nikaha daxil olduqdan sonra Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 10 ünvanında yerləşən hüquq müəyyənedici sənədi olmayan fərdi yaşayış evinə cehiz əşyalarını gətirərək gəlin köçmüş, tərəflərin birgə nikah dövründə bu evin inşası başa çatdırılmış, birgə nikahlarından tərəflərin bu evdə iki övladı anadan olmuş, lakin tərəflərin nikahı pozulduqdan sonra cavabdeh iddiaçıya övladları ilə birlikdə bu evdə yaşamağa maneələr yaradır. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı özünün və övladlarının yeganə yaşayış sahəsi olan Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 10 ünvanında yerləşən hüquq müəyyənedici sənədi olmayan tikilidə uzun müddət övladları ilə birlikdə yaşadığından, həmin evə iddiaçı ilə bərabər hüquqi statusa malik olan cavabdehin etirazında istinad etdiyi hallar iddia tələblərinin təmin edilməməsi üçün əsas olmadığından iddia tələbləri əsaslıdır ona görə də təmin edilməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 ilə birlikdə Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 10 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2032/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2032/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver