Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2034/2025 02.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X30 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İqilab oğluna qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İqilab oğluna qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu X22 19 aprel 1991-cu il tarixli 025356 nömrəli orderi ilə ünvan 1 ünvanında yerləşən mənzil, iddiaçının mərhum X1na verilmişdir. Orderdə atası ilə yanaşı anasının, onun və iki qardaşının adı qeyd edilmişdir. X1 xx.xx.2005-ci il tarixində, anası X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Mənzil faktiki olaraq onların istifadəsindədir, lakin onların mülkiyyəti olaraq dövlət qeydiyyatına alınmamışdır. Bununla bağlı Milli Arxiv İdarəsinə müraciət etmiş və 25 avqust 2023-cü il tarixli cavab məktubunda keçmiş Orconikidze XDS İK-nin (indiki Suraxanı RİH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 2 saylı qərarının təsdiq edilmiş ksero surəti təqdim edilmişdir. İddiaçı vərəsəlik işinin açılması üçün 1 saylı ASAN Xidmət Mərkəzində notariat ofisinə müraciət etdi və notarius xx.xx.2023-cü il tarixli 1426 nömrəli məktubla DƏDRX 1 saylı Ərazi İdarəsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə dair mərhum X1nun adına çıxarışın verilməsini xahiş etmişdir. O və cavabdehlər həmin mənzildə qeydiyyatdadırlar, faktiki olaraq onun mənzilə etiyacı var lakin, cavabdehlərin hər ikisi həmin mənzildə yaşamalarına baxmayaraq, heç bir əsas olmadan ona həmin mənzildə yaşamağa imkan vermirlər, əksinə nə vaxt ora getsə mübahisələr yaradırlar, bununla bağlı dəfələrlə polisə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı orada uzun müddət yaşamışdır, indi cavabdehlər onu bu hüququndan qanunsuz olaraq mərhum ediblər, həmçinin vərəsəlik işinin aparılmasına da mane olmaqla ona çatası hissəni əldə etməyinə imkan vermirlər. 45 saylı MİS-dən verilmiş arayışdan da görünür ki mənzil faktiki olaraq atasına maxsusdur. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə yazılı çıxışını təqdim etdi və geniş izahatında məhkəməyə bildirdi ki, mübahisəli mənzil onun atasına məxsus olmuşdur, o uşaqlıqdan orda yaşasa da sonradan yəni 2007-ci ilin aprel ayında ailə həyatı qurmuş və evdən çıxmışdır. Hal-hazırda yataqxanada qalır və mənzilə ehtiyacı var. Mənzilin özəlləşdirilməsinə kişik qardaşı etiraz edir və bu səbəbdən mənzilin satılıb bölünməsi mümkün deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, iddianı qəbul etmir. İddiaçı 20 ildən çoxdur sözügedən mənzildə yaşamır, o, mənzildən 2005-ci ildə çıxıb gedib, qeyri-rəsmi ailə həyatı qurub, ərinin evində yaşayıb. Faktiki olaraq evdə o və qardaşı ailələri ilə birlikdə yaşayırılar. O vaxtdan bəri cavabdehi bir dəfə atalarının dəfnində görmüşdür. Evin bütün kommunal ödənişlərini və digər xərclərini o qarşılayır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirdi ki, iddianı qəbul edir, mənzil 3 otaqlıdır, 18 ildən çoxdur iddiaçı bu evdə yaşamır. Ev atasından qalıb, ona evi 1990-cı ildə neft şirkətindən veriblər. Evin satılıb 3 yerə bölünməsinə etiraz yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 145 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 810 №-li arayışının surətindən müəyyən olunur ki, Bədəlova X15 rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 163, mənzil 70 ünvanında qeydiyyatdadır, göstərilən ünvanda mənzil mərhum atası X4 adınadır. 015356 saylı, xx.xx.1991-ci il tarixli orderin surətindən müəyyə olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Lenin küçəsi, ev 163, mənzil 70 X7 5 nəfər ailə üzvü ilə birlikdə yaşamağa hüquq verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 163 saylı evin, 70 saylı mənzilinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərə həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri və mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) əlavə olunmaqla "ASAN Xidmət" Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 163 saylı evin, 70 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınması barədə hər hansı sənəd əlavə olunmamışdır. 384297 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuş, X1, anası X2r. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, sözügedən mənzil Mənzil- Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 145 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansındadır. Sözügedən yaşayış sahəsi Binəqədi Rayon İcra Hakimiyyətinin balansında olmadığından həmin mənzilin sənədləşdirilməsi ilə bağlı aidiyyəti üzrə Mənzil- Kommunal Təsərrüfatı Departamentinə müraciət etməyiniz Sizə tövsiyə olunur. Qeyd olunanların nəzərə alınması Sizdən xahiş olunur. 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/Q-4100/75 saylı arayının surətindən müəyyən olunur ki, X14 və X8 nikaha daxil olmuş, xx.xx.1978-ci il tarixdə 35 №-li akt qeydi tərtib olunmuşdur. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli № 30 saylı, xx.xx.2024-cü il tarixli, №49 saylı məktubların surətindən müəyyən olunur ki, Xəzər rayonu, Mərədkan qəsəbəsi, Ramin Qasımov küçəsi "Fırtına quşu düşərgəsi" İddiaçı adına sənədləşməsi ilə əlaqədar Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı müraciət aidiyyəti üzrə baxılması üçün Mənzil-Kommunal Təsərrüfatı Departamentindən 3 saylı XT MKTB-nə göndərilmişdir. Yaşayış sahəsinin öz adına kirayə müqaviləsi bağlanması üçün müəyyən edilmiş qaydada tələb olunan sənədləri (mənzildə yaşamağa əsas verən hüquqmüəyyənedici sənəd orderin əslini və ya notarial qaydada təsdiq olunmuş kserosurətini, orderin verilməsinə əsas olmuş qərarın notarial qaydada təsdiq olunmuş surəti, mənzilə hüququ olan şəxslər və yetkinlik yaşına çatmış ailə üzvlərinizin notariat qaydada təsdiq olunmuş razılıq ərizələri və mənzilin sxemi, 2 saylı forma arayış, şəxsiyyət vəsiqələrinin notariat qaydada təsdiq olunmuş surəti, qeydiyyatda olub çıxanlar haqqında arayış, sonuncu kirayəçi ilə qohumluq əlaqəsini təsdiq edən müvafiq sənəd) təqdim edilmədiyi üçün xahişi təmin etmək mümkün olmamışdır. 1 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktubun surətindən müəyyən oılunur ki, mərhum- xx.xx.1938-ci il təvəllüdlü X3 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat kontoruna qızı-İddiaçı tərəfindən müraciət olmuşdur. X4 xx.xx.2005-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə qızı- İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq ünvan 6 ünvanında yerləşən mənzilə dair mərhum- X4 adına adına çıxarış verilməsi xahiş edilmişdir. Ölüm haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, X13 xx.xx.2005-ci ildə, X5 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı arayışın surətindən müəyyən olunur ki, İddiaçı, X9, X21, X27, X25, Cavabdeh1, Cavabdeh2, X28, X12 və X10 ünvan 7 ünvanında qeydiyyatdadırlar. 015356 saylı, xx.xx.1991-ci il tarixli orderin surətindən müəyyə olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Lenin küçəsi, ev 163, mənzil 70 X7 5 nəfər ailə üzvü ilə birlikdə yaşamağa hüquq verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin (köhnə redaksiya- 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 sentyabr 2009-cu il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 612 ilə qüvvədən düşmüş hesab edilmişdir) 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı 20 ilə yaxın bir zaman ərzində mübahisəli mənzildə yaşamır, həmin mənzili 2007-ci ildə ailə həyatı qurub başqa evə köçərək öz iradəsi ilə tərk etmişdir. Bu müddət ərzində həmin mənzildə yaşamamış, orada təsərrüfat aparmamışdır. Mənzilə dair hüquqmüəyyənedici sənəd kimi iddiaçının atasının adına verilmiş xx.xx.1991-ci il tarixli order olmuşdur. Hüquq münasibətlərini tənzimləyən keçmiş və artıq qüvvədən düşən mənzil qanunvericiliyinə əsasən isə, icarədarın keşmiş ailə üzvü müvəqqəti başqa yerə getdikdə onun yaşayış sahəsi altı ay ərzində saxlanılır, bu müddət üzürlü hesab edilərsə məhkəmə tərəfindən uzadıla bilər. Hazırki mübahisəyə baxılması zamanı müəyyən olunur ki, iddiaçı ünvan 7 ünvanını müvəqqəti əsaslarla deyil, daimi əsaslarla – ailə həyatı qurması səbəbindən tərk etmiş və 20 ilə yaxın bir zaman ərzində mübahisəli mənzildə yaşamamışdır. Qeyd olunan şərtlər çərçivəsində isə qanunvericiliyin tələbinə əsasən onun həmin evə yaşayış sahəsindən istifadə hüququ saxlanıla bilməz. Belə olan təqdirdə isə iddiaçının mübahisəli mənzilə köçürülməsinə dair tələbinin də təmini məqbul hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Nəticəvi hissə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-2034/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2034/2025
02.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver