Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2052/2023 24.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonu Sərvanlar kəndində anadan olmuş Ərizəçi xx.xx.1977-ci il tarixdə 26 nömrəli akt qeydləri kitabında qeyd aparılmaqla rəsmi nikaha daxil olub ailə qurmuşdur. Ərizəçinin nikah haqqında şəhadətnaməsində ata adı qrafasında qaralama olduğu üçün şəhadətnamə yararsız vəziyyətə düşmüşdür. Ərizəçi hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. Bəzi sənədləşmə işlərinin aparılmasına görə ərizəçiyə nikah haqqında şəhadətnamə lazım olduğundan o, Maraqlı şəxsnə yazılı müraciət etmiş, nikah haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. Ona görə də, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi xx.xx.1956-cı il təvəllüdlü X11 ilə xx.xx.1977-ci ildə Masis rayonunun Arbat sovetində 26 nömrə ilə akt qeydləri kitabında nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, Masis rayonu Sərvanlar kəndində, əri isə Zəhmət kəndində anadan olmuşdur. 1977-ci ildə Masis rayon sovetliyində ərizə yazaraq 2 nəfərin şahidliyi ilə nikaha daxil olduqdan sonra onlara nikah haqqında şəhadətnamə verilmişdir. 1988-ci ildə o, qaçqın kimi Azərbaycana gəmiş, bir müddət S.S.Axundov küçəsində məskunlaşaraq yaşamış, sonradan Binəqədi qəsəbəsinə köçmüşlər. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı vəfat etmişdir. Həyat yoldaşı təqaüdə çıxana qədər polis kapitan olaraq işləmiş, o, isə uşaq bağçasında işləmişdir. Pensiyası az olduğundan həyat yoldaşının pensiyasını almaq hüququndan istifadə etmək qərarında gəlmiş, lakin nikah haqqında şəhadətnaməsində ata adı qaralandığı, nikah haqqında akt qeydi Ermənistanda olduğu üçün ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Binəqədi RPİ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur. Ermənistan Respublikasının Masis rayonunun Qaraqışlak kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1959-cu il tarixli İ-ZJ № 206622 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 xx.xx.1958-ci il tarixdə Sərvanlar kəndində anadan olmuş, atası X4, anası X1r. Ermənistan Respublikasının Masis rayonunun Arbat kənd soveti tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli İ-SL № 373204 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X11 ilə X3 xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Namazova soyadı verilmişdir. Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ № 299171 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 57 nömrəsi ilə qeyd edilmişdir. Tovuz rayonunun Girzan kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli AZ-İ № 088712 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, xx.xx.1962-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuş, ailədə 4 qardaş və 2 bacı olmuşlar. Bacısı Ərizəçi Arif Namazovla rəsmi nikaha daxil olmuş, nikahları Masis rayonunda VVAQ şöbəsində qeydə alınmış, bacısının 1 qızı və 3 oğlu vardır. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, o, xx.xx.1980-ci il tarixdə Ermənistanın Masis rayonu Zəhmət kəndində anadan olmuşdur. Valideynləri 1977-ci ildə nikaha daxil olmuş, ana babasının adı Ələsgərdir. Atası dünyasını dəyişmişdir. Ana babasının adı valideynlərinin nikah haqqında şəhadətnamələrində qaralama ilə yazıldığından anasına pensiya təyin edilməsində problem yaranmışdır. Məhkəmə iclasında şahid X16 ifadəsində göstərmişdir ki, o, xx.xx.1986-cı ildə Ermənistanın Masis rayonu Zəhmət kəndində anadan olmuşdur. 1988-ci ildə qaçqın kimi Azərbaycana gəmiş, bir müddət 8-ci mikrorayonda məskunlaşmış, 1999-cu ildə Binəqədi qəsəbəsinə köçmüşlər. Valideynləri rəsmi nikaha daxil olmuş, ailədə 1 bacı və 3 qardaşdırlar. Ana babası olan Ələsgər 2004-2005-ci ildə rəhmətə getmişdir. Babası Tovuz rayonunda məskunlaşmışdır. Atası dünyasını dəyişmişdir. Ana babasının adı nikah haqqında şəhadətnamədə qaralama ilə yazıldığından anasına pensiya təyinatı ilə bağlı problem yaranmışdır. Sosial Müdafiə Fondundan VVAQ şöbəsindən arayışın verilməsi tələb olunmuşdur. Maraqlı şəxs babasının adında qaralama olduğundan arayış verə bilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Ərizəçi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilməsi, nikah haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi xx.xx.1956-cı il təvəllüdlü X11 ilə xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Arbat kənd sovetliyndə nikaha daxil olmaları və bu barədə nikah akt qeydləri kitabında 26 nömrə ilə nikah akt qeydinin tərtib edilməsi öz təsdiqini tapdığından, ərizəçi bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslıdır, ona görə də təmin edilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi xx.xx.1956-cı il təvəllüdlü X11 ilə, xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Arbat kənd sovetliydə nikahının 26 nömrə ilə qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2052/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2052/2023
24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver