Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2053/2023 10.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 10 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxx 1980-cı il tarixdə Ermənistanın Masis rayonunun Zəhmət kəndində doğulmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, doğum haqqında akt qeydində ata adı qrafasında “X7”, milliyyəti “azərbaycanlı”, ana adı qrafasında “X4”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxx 1980-cı il tarixdə Ermənistanın Masis rayonunun Zəhmət kəndində doğulmuşdur. Doğum haqqında şəhadətnaməsində qaralama olduğu üçün yararsız vəziyyətə düşmüşdür. Hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. 22 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Hazırda bəzi sənədləşmə işlərinin aparılmasına görə ona doğum haqqında şəhadətnamə lazımdır. Məhkəmə iclasında ərizəçi ərizədə qeyd olunanları təsdiq edib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, ərizəçinin anasıdır. Qızı Lamiyə xx xxx 1980-cı il tarixdə Ermənistanın Masis rayonunun Zəhmət kəndində doğulmuşdur. Onlar 1988-ci ildə Azərbaycan Respublikasına köçmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ərizəçinin qardaşı olduğunu bildirib, digər şahid Xumar Namazovanın ifadəsinə uyğun ifadə verdi. Mülki iş materiallarında olan: - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1980-cı il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşıdır. - 261557 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxx 1980-cı il tarixdə Ermənistan SSR Masis rayonu Zəhmət kəndində doğulmuş, atası X7, anası X2r. Şəhadətnamədə “Ələsgər” sözü qismən oxunmaz haldadır. - AZ-İ seriyalı, 371217 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 22 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olduqdan soran Lamiyə Arif qızına “Həmzəyeva” soyadı verilmişdir. - AZ-İİ seriyalı, 299171 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (ərizəçinin atası) 01 fevral 2023-cü il tarixdə vəfat etmişdir. - AZE seriyalı, 08797010 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin anası Xumar Namazovanın atasının adı Ələsgərdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlandırılmış 14 fevral 2023cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizənin qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 16-cı bəndinə əsasən doğum, ... qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. İşin faktiki halları ilə təsdiq olunur ki, ərizəçiyə doğum haqqında şəhadətnamə Ermənistanda verilmiş, şəhadətnamədə ərizəçinin ana-babasının adı qismən oxunmaz halda olduğundan, ərizəçi akt qeydinin bərpa edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbin təmin edilməsindən imtina edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin doğum faktının müəyyən edilməsi yolu ilə deyil, doğum akt qeydinin bərpası yolu ilə hazırki məsələnin həlli mümkündür. Buna görə də, ərizə qismən təmin edilməli, ərizəçiyə məxsus doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. - 341-ci maddəsinə əsasn vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi qismən təmin edilsin. xx xxx 1980-cı il tarixdə Ermənistanın Masis rayonunun Zəhmət kəndində anadan olmuş X3 (indiki soyadı Həmzəyeva) doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində X3 xx xxx 1980-cı il tarixdə Ermənistanın Masis rayonunun Zəhmət kəndində anadan olması, akt qeydinin ata qrafasında – X7 (milliyyəti azərbaycanlı), ana qrafasında X4 (milliyyəti azərbaycanlı) qeyd edilməklə ona yeni doğum haqqında şəhadətnamə verilsin. Akt qeydləri kitabında müvafiq qeydlərin aparılması Maraqlı şəxsnə həvalə edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2053/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2053/2023
10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver