Məhkəmə qərarları › İş №2(001)-2058/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2058/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2058/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi faktı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçinın maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs olmaqla “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, “hüquqi faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13 mart 1962-ci il tarixdə Qazax rayon zaqs (qeydiyyat) bürosu tərəfindən qeydə alınmış AZ N 270699 nömrəli doğum haqqında şəhadətnamədə göstərilən X1 xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum atam X5 olması faktının müəyyən edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il tarixdə Qazax rayonu qeydiyyat şöbəsi (tərəfindən verilmiş АЗ 270699 nömrəli “doğum haqqında şəhadətnamə” və xx.xx.1971-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamə”də göstərilən məlumatlara dair hüquq müəyyənedici sənədlərın xx.xx.1948-ci ildə Qazax rayonunda doğulmuş X2 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Ərizəçi tərəfindən ərizə onunla əsaslandırılır ki, X5 xx.xx.2024-cü il tarixində qulaqcıqların fıbrilvasiyası və titrəməsi səbəbilə dünyasını dəyişmişdir. Bununla bağlı ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin sentyabr ayının 17-ində 1038 № ilə qeyd edilmişdir. Qeyd edir ki, atasının doğum haqqında şəhadətnaməsində həmin sənədin verildiyi dövrdə əlifba fərqli olduğundan mərhum atasının ata adı “Abduləzim” deyə qeyd olunmuşdur. Hesab edir ki, buna səbəb məlumatların kiril əlifbası ilə yazılması olmuşdur. Yaşadığı dövrdə atası əmlaklar almış-satmış, müxtəlif sənəd işləri apararkən də bütün sənədlərdə atasının ad, soyad, ata adı məlumatları şəxsiyyət vəsiqəsinə uyğun olaraq "X5” qeyd olunmuşdur. Buna uyğun olaraq da ölüm haqqında şəhadətnaməsini əldə etmişdir. Hazırda vərəsəlik və s. işlərin aparılması ilə bağlı müəyyən hərəkətləri edərkən problemlə üzləşir. Həmin problemin aradan qaldırılması və mərhum atasının ata adının Əbdüləzim olması faktının müəyyən edilməsi zəruridir. Bununla bağlı cavabdehə müraciət etmişdir, cavabdeh ona imtina verərək məhkəmənin yekun qərarı olmadan hərəkət edə bilməyəcəklərini bildirmişdir. Göründüyü kimi, mübahisənin həlli yalnız məhkəmə qaydasında mümkündür. II. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. III. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.10-cu maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi üzrə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, iddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndinə uyğun olaraq, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin Qərarın 6.2 və 6.3-cü bəndlərinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Göstərilən normaların və Plenum Qərarının məzmunundan göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin bir neçə şərtləri vardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi: İş materiallarında olan: - AZ seriyalı, 270699 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1948-ci il təvəllüdlü Ərizəçi Qazax rayonunda doğulmuşdur. Ata qrafasında X3, ana qrafasında Ərizəçi qeyd edilmişdir. - AZ T seriyalı, 290303 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X8, ana qrafasında X4 qeyd edilmişdir. - AZ T seriyalı, 456229 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Qazax rayonunda vəfat etmişdir. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Ərizəçi doğum akt qeydində ata adına düzəliş edilməsinə dair ərizəyə baxılmış, Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən imtina edilmiş və məhkəməyə müraciət tövsiyə edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki faktın məhkəmə tərəfindən müəyyən edilməsi üçün bütün şərtlər mövcuddur. Belə ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş doğum haqqında və evlənmək haqqında şəhadətnamələrə başqa qaydada düzəliş edilməsi mümkün olmamışdır. İş materiallarından göründüyü kimi, ərizəçinin atasının şəxsiyyətinin müəyyən edə bilmək üçün kifayət qədər sübut (şəxsiyyət vəsiqəsi, doğum və nikah haqqında şəhadətnamə və s.) məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əsasən müəyyən edilmişdir ki, ərizəçinin atasının doğum haqqında şəhadətnaməsi və evlənmək haqqında şəhadətnaməsində həmin sənədin verildiyi dövrdə əlifba fərqli olduğundan ata adı “Abduləzim” kimi göstərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlar əsasında belə qənaətə gəlir ki, xx.xx.1962-ci il tarixdə Qazax rayonu qeydiyyat şöbəsi (Azərbaycan SSR Qazax rayonu zaks bürosu) tərəfindən verilmiş АЗ 270699 nömrəli “doğum haqqında şəhadətnamə” və Qazax rayonu qeydiyyat şöbəsinin Daşsalahlı kənd nümayəndəliyi (Azərbaycan SSR Qazax rayonu Daşsalahlı kənd soveti) tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş АЗ 161777 nömrəli “evlənmək haqqında şəhadətnamə”də Əbdüləzim “Abduləzim” kimi göstərilmişdir. Qeyd edilən şəhadətnamələr hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin düzəldilməsi başqa qaydada mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı ərizəçinin atasının adının şəhadətnamələrdə səhv göstərilməsi iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Göstərilənlərə əsasən, xx.xx.1962-ci il tarixdə Qazax rayonu qeydiyyat şöbəsi (Azərbaycan SSR Qazax rayonu zaks bürosu) tərəfindən verilmiş АЗ 270699 nömrəli “doğum haqqında şəhadətnamə” və Qazax rayonu qeydiyyat şöbəsinin Daşsalahlı kənd nümayəndəliyi (Azərbaycan SSR Qazax rayonu Daşsalahlı kənd soveti) tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş АЗ 161777 nömrəli “evlənmək haqqında şəhadətnamə”nin ərizəçinin atasına məxsus olmasının müəyyən edilməsi barədə ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1, 106.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1962-ci il tarixdə Qazax rayonu qeydiyyat şöbəsi (Azərbaycan SSR Qazax rayonu zaks bürosu) tərəfindən verilmiş АЗ 270699 nömrəli “doğum haqqında şəhadətnamə” və Qazax rayonu qeydiyyat şöbəsinin Daşsalahlı kənd nümayəndəliyi (Azərbaycan SSR Qazax rayonu Daşsalahlı kənd soveti) tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş АЗ 161777 nömrəli “evlənmək haqqında şəhadətnamə”nin xx.xx.1948-ci ildə Qazax rayonunda doğulmuş X2 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə Qazax rayonu qeydiyyat şöbəsi (Azərbaycan SSR Qazax rayonu zaks bürosu) tərəfindən verilmiş АЗ 270699 nömrəli “doğum haqqında şəhadətnamə” və Qazax rayonu qeydiyyat şöbəsinin Daşsalahlı kənd nümayəndəliyi (Azərbaycan SSR Qazax rayonu Daşsalahlı kənd soveti) tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş АЗ 161777 nömrəli “evlənmək haqqında şəhadətnamə”nin xx.xx.1948-ci ildə Qazax rayonunda doğulmuş X2 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar