Məhkəmə qərarları › İş №2(001)-2062/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2062/2025

18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2062/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə, daha sonra ərizəyə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşları xx.xx.2023-cü il təvəllüdlü X12 və xx.xx.2024-cü il təvəllüdlü X14 X19 Respublikasında anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazırki ərizəyə əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/7-13-155/2025 saylı məktubu ilə X19 Respublikasında xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2924-cü il tarixdə anadan olmuş X6 adında doğum haqqında şəhadətnamələrinin verilməsinə dair müraciəti X19 Respublikasının beyəlxalq aləmdə yalnız Türkiyə Respublikası tərəfindən tanınması, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası, Avropa Birliyi və digər dövlətlər tərəfindən tanınmaması səbəbindən ərizəsinin təmin edilməsi münkün sayılmamışdır. Hesab edir ki, aşağıda istinad edilmiş əsaslara görə mübahisə məhkəmə qaydasında həll edilməlidir. İlk öncə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o və həyat yoldaşı X9 Azərbaycan Respublikasının vətəndaşlarıdırlar, həyat yoldaşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi ev 14-də, o isə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ü.Hacıbəyov küçəsi, ev 6,59 saylı mənzildə qeydiyyatda olmaqla yaşayırlar. X19 Respublikasına da həyat yoldaşı ilə xx.xx.2021-ci il tarixdə, 4 saylı Bakı Asan Xidmət Mərkəzində rəsmi nikaha girməklə ailə həyatı qurduqdan sonra, xx.xx.2022-ci il tarixdə X19 Respublikasında fəaliyyət göstərən şirkətlə bağlanmış əmək müqaviləsi əsasında iş fəaliyyəti ilə bağlı müvəqqəti yaşamaq məqsədi ilə getmişlər. Bu müddət ərzində də onların X19 Respublikasında onların birgə nikah münasibətlərindən xx.xx.2023-cü il tarixdə X8 və xx.xx.2024-cü il tarixdə X10 adında iki övladları anadan olmuşdur. Qeyd edilmiş tarixlərdə hər iki uşağın X19 Respublikasında doğulması faktı hazırki ərizəyə əlavə edilmiş X19 Respublikasının Girne İcra Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, **********12 saylı və xx.xx.2024-cü il tarixli, **********00 saylı arayışları ilə təstiq olunur. Ərizəyə əlavə edilmiş AR Dövlət Miqrasiya Xidmətinin “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı qərarı ilə xx.xx.2023-cü il təvəllüdlü X13 və xx.xx.2024-cü il tarixli, ******* saylı qərarı ilə xx.xx.2024-cü il təvəllüdlü X14 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması qərara alınmışdır. Belə olduğu halda hesab edir ki, Bakı şəhəri Qeydiyyat şöbəsinin hər iki övladına münasibətdə döğum haqqında şəhadətnamənin verilməsindən imtina edilməsinə dair gəldiyi nəticə X19 Respublikasının Türkiyə Respublikasından başqa dünyanın digər dövlətləri tərəfindən tanınıbtanınmamasının tanınması, həmin Republikada olduqları müddətdə anadan olmuş övladlarının doğum haqqında şəhadətnamələrin verilməməsi üçün əsas kimi qəbul edilməməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdilər. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X4 ifadəsində göstərdi ki, ərizəçinin anasının rəfiqəsidir. Ərizəçinin övladları X19 Respublikasında doğulmuşdurlar. Hazırda ərizəçi ilə birlikdə Bakıda yaşayırlar. Məhkəmədə şahid X2 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşı qızıdır. Ərizəçinin övladları X19 Respublikasında doğulmuşdurlar. Uşaqlar indi ərizəçi ilə Bakıdadırlar. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin (vəkili) izahatlarıını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, Şimali Kipr və ya rəsmi adı ilə X19 Respublikası – Kipr adasının şimalında yerləşən de-fakto dövlət. X19 Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Şimali Kipr beynəlxalq cəmiyyət tərəfindən rəsmən tanınmadığı üçün ərizənin icra edilməsi imkanları xaricindədir. AZ-İİ seriyalı 472327 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 ilə X1 arasında olan nikah xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və 2602 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Nəziri” soyadı verilmişdir. xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışın surətindən görünür ki, Nəziri Farhad xx.xx.2023-cü il tarixdə X19 Respublikasının Girne şəhərində doğulmuş, ata adı Bəşir, ana adı Lütfiyyədir. xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında arayışın surətindən görünür ki, Nəziri Cavad xx.xx.2024-cü il tarixdə X19 Respublikasının Girne şəhərində doğulmuş, ata adı Bəşir, ana adı Lütfiyyədir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* saylı qərarının surətindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X17-in Azərbaycan Respublikasına vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* saylı qərarının surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X16-in Azərbaycan Respublikasına vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi ilə X9 xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və birgə nikahlarından X19 Respublikasında xx.xx.2023-cü il təvəllüdlü X16 və xx.xx.2024-cü il təvəllüdlü X17 adlı iki övladları doğulmuşdur. Ərizəçi uşaqlar üçün doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı müvafiq orqana müraciət etsə də, doğum haqqında şəhadətnamələrin verilməsi X19 Respublikasının – Kipr adasının şimalında yerləşən defakto dövlət olması və X19 Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınması səbəbindən mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu ıl tarixli. 03 saylı Qəraraınm 4.3-bəndinə əsasən: Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı. atasının adı. uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi, ərizəçinin doğum haqqında şəhadətnamələri alması başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikasının vətəndaşları xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X6 X19 Respublikasında doğulmaları faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan Respublikasının vətəndaşları xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X6 X19 Respublikasında doğulmaları faktı müəyyən edilsin. Qətnamə doğumun qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar