Məhkəmə qərarları › İş №2(001)-2073/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2073/2025

04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2073/2025 04.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş “atalığın tanınması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: atalıg faktının təsdiq edilməsi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs olmaqla “atalığın tanınması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, “atalığın tanınması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla mərhum əri X8 arasında faktiki nikahdan doğulmuş “X9”-nın ata qrafasında soyad kimi “X6” ana qrafasında Ərizəçi kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş X7 (xx.xx.2024-cü il tarixdə vəfat etmişdir) xx.xx.2008-ci ildə Bakı şəhərində doğulmuş X2 atası olması faktının müəyyən edilməsini və bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, atası qrafasında “X12”, atasının milliyyəti qrafasında “azərbaycanlı” kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Ərizəçi tərəfindən ərizə onunla əsaslandırılır ki, ərizə xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1995-ci il tarixdə X8 ilə faktiki nikaha daxil olmuşdur. Faktiki nikahdan 20 noyabr 1996-cı il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəlüldlü X9 adlı 2 övladları doğulmuşdur. Aralarında rəsmi nikah olmadığı üçün yetkinlik yaşına çatmış övladı X10 atalıq verilmiş və doğum haqqında şəhadətnamədə əri X3 adı qeyd edilmişdir. Lakin ikinci övladı X4 isə atalıq verilmədiyi üçün qızı onun soyadını daşımışdır. Eyni zamanda, mərhum əri X8 15 oktyabr 2024-cü il də ölmüşdür. Ölüm səbəbi isə Beyin atariyalarının trombozu nəticəsində yaranan beyin infarktı kimi qeyd edilmişdir. Bu barədə Nizami rayon Qeydiyyat Şöbəsindən verilən 16 oktyabr 2024-cü il tarixli AZ İİ№459194 ölüm haqqında şəhadətnamə verilmişdir. Qızının soyadının dəyişikliyi ilə bağlı Maraqlı şəxsnə müraciət etməyinə baxmayaraq, soyad dəyişikliyi baş verməmişdir. Bununla bağlı olaraq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeydiyyat Şöbəsi ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti Aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalan»nm birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəni təmin etmək qeyrimümkün olduğu bildirilmişdir və ona məhkəməyə müracət etmək tövsiyyə olunmuşdur. II. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. III. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.10-cu maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi üzrə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, iddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. -45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. - 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. “X,Y və Z Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında qeyd olunur ki, Konvensiyanın 8-ci maddəsində yer alan “ailə həyatı” anlayışı: ... yalnız nikaha əsaslanan ailələrlə məhdudlaşmır və digər faktiki münasibətləri də əhatə edə bilər. Münasibətlərin “ailə həyatı” təşkil edib-etmədiyi barədə qərar verilərkən bir sıra amillər, o cümlədən, cütlüyün birgə yaşayıb-yaşamaması, onların münasibətlərinin müddəti, birgə övlad dünyaya gətirməklə və ya başqa vasitələrlə bir-birinə bağlı olduqlarını təsdiq etmələri əhəmiyyət kəsb edir. Konvensiyanın 8-ci maddəsinə əsasən, atalığın müəyyən olunması barədə iddia tələbinə baxarkən məhkəmələr uşağın ən yaxşı mənafeyinə üstünlük verməlidirlər (Yevremoviç Serbiyaya qarşı iş üzrə AM-nin 17 iyul 2007-ci il tarixli qərarı). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır.”. İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi: İş materiallarında olan: - AZ İİ seriyalı, 437417 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X9 Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X11, ana qrafasında Ərizəçi qeyd edilmişdir. - İ-AZ seriyalı 120776 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X12 Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X8, ana qrafasında Ərizəçi qeyd edilmişdir. - 05/Q-1004/69 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X9 Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X11, ana qrafasında Ərizəçi qeyd edilmişdir. - AZ-İİ seriyalı, 459194 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçini tanıyır. X1 onun doğma qardaşı olmuşdur. Həqiqətən də, Ərizəçi ilə qardaşı faktiki nikahda olmuş, bu nikahdan iki övladları-xx.xx.1996-cı ildə Əzim, xx.xx.2008-ci ildə isə Fatimə adlı uşaqları anadan olmuşdur. Qardaşının uşaqları ilə mehriban ailə münasibətləri vardır. Sadalanan xüsusatlara, həmçinin X8 ilə ərizəçinin arasında rəsmi nikahın olmaması, onun həyatda olmaması, lakin şahid olaraq anasının ifadəsi və iş materialları ilə X2 atası olması faktı öz təsdiqini tapdığına görə məhkəmə hesab edir ki, X3 X2 atası olması faktının müəyyən edilməsi (atalığın etiraf olunması) ərizəçi üçün hüquqi əhəmiyyətli olduğundan, mövcud tələb ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, atalığın tanınması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün bütün şərtlər mövcuddur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş X7 (xx.xx.2024-cü il tarixdə vəfat etmişdir) xx.xx.2008-ci ildə Bakı şəhərində doğulmuş X2 atası olmasını etiraf etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş X7 (xx.xx.2024-cü il tarixdə vəfat etmişdir) xx.xx.2008-ci ildə Bakı şəhərində doğulmuş X2 atası olması faktı müəyyən edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, atası qrafasında “X12”, atasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilsin. Qətnamə hüquqi faktın qeydə alınması üçün əsasdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar