Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2074/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X13 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun doğum haqqında akt qeydinin bərpa edilməsi, həmin akt qeydində doğum tarixinin xx xxxxx 1965-ci il, doğum yeri Ermənistanın Sisiyan rayonu, ata adı qrafasında “X5”, ana adı qrafasında “X6” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxx 1965-ci il tarixdə Ermənistanın Sisiyan rayonunda doğulmuşdur. X1, X2dır. Atası 15 oktyabr 2009-cu il tarixdə vəfat etmişdir. Ərizəçinin doğum haqqında şəhadətnaməsi olmuş, doğum haqqında şəhadətnaməsi qeyri-müəyyən şəraitdə itmişdir. Ərizəçi akt qeydinin bərpası üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizədə qeyd olunanları təsdiq edib, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun tərəfindən səlahiyyətli nümayəndənin məhkəmədə iştirakl təmin ediməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizənin təmin edilməsi üçün əsaslar mövcuddur. Əsaslandırıcı hissə Mülki iş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1965-ci il tarixdə Ermənistanın Sisiyan rayonunda doğulmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Bakı şəhər Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlandırılmış 07 yanvar 2025-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Maraqlı şəxs tərəfindən doğum haqqında akt qeydinizin bərpası ilə bağlı müraciətinizə baxılmışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın birinci bəndinə əsasən, kifayət qədər əsas olmadığı üçün doğum haqqında akt qeydinizin bərpası tərəfimizdən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 14-cü bəndinə əsasən, məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 XX.1939-cu ildə Ermənistanın Sisiyan rayonunda doğulmuşdur. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 xx.xx.1960-cı ildə Ermənistanın Sisiyan rayonunda doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.1960-cı ildə Ermənistanın Sisiyan rayonunda doğulmuşdur, X2, X1dur. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 xx.xx.1964-cü ildə Ermənistanın Sisiyan rayonunda doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.1964cü ildə Ermənistanın Sisiyan rayonunda doğulmuşdur, X2, X1dur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X6 ifadələrində göstərdilər ki, Ərizəçi xx xxxxx 1965-ci il tarixdə Ermənistanın Sisiyan rayonunda doğulmuşdur. X2, X1dur. Milliyyəti azərbaycanlıdır. Ermənistan Respublikasından köçkün düşdüklərinə görə bütün sənədləri orada qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi VVA Arxivinin xx.xx.2025-ci il tarixli, 3-16- 5/2-31736/2025 saylı mətubuna əsasən qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X9 ilə Əliyeva Mənzurə xasay qızı arasında Sumqayıt şəhər Qeydiyyat Şöbəsində xx.xx.1988-ci il tarixində nikahın qeydə alınması və xx.xx.1995-ci ildə nikahın pozulması qeydə alınmışdır. Ərizəçi doğumu barədə akt qeydinə dair məlumat aşkar edilmədi. Belə ki, Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydləri arxivdə mühafizə edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ xx.xx.2025-ci il tarixli, 18/2- 14546 saylı məktubuna əsasən xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi xx.xx.2012-ci ildən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 16-cı bəndinə əsasən doğum, ... qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini xahişini nəzərdə tutan ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün konkret tələblərə riayət edilməlidir, yəni: - müəyyən (təsdiq) edilməsi xahiş olunan faktlar hüquqi əhəmiyyət kəsb etməlidir, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olmalıdır; - hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi sonradan baxılıb həll edilməsi məhkəmənin səlahiyyətinə aid olan hüquq haqqında mübahisə ilə əlaqələndirilməlidir; - ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada (məhkəmənin qətnaməsi olmadan) ala bilməməlidir, yaxud həmin sənədləri bərpa edə bilməməlidir; - təsdiq edilməsi xahiş olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin qanunvericiliklə başqa qaydası nəzərdə tutulmamalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, işin faktiki halları ilə təsdiq olunur ki, ərizəçinin mərhum ərinə doğum haqqında şəhadətnamə Ermənistan respublikası Sisiyan rayonunda verilmiş, şəhadətnamə itirildiyindən, ərizəçi akt qeydinin bərpa edilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciəti müsbət cavablandırılmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, doğum akt qeydinin bərpası yolu ilə hazırki məsələnin həlli mümkündür. Buna görə də, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistanın Sisiyan rayonunda anadan olmasına və akt qeydinin ata qrafasında X5 (milliyəti azərbaycanlı), ana qrafasında X6 (milliyəti azərbaycanlı) qeyd edilməklə doğum haqqında akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə hesab edir ki, xərclər ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Nəticə hissəsi QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa edilməklə doğum haqqında akt qeydində onun xx xxxxx 1965-ci il tarixdə Ermənistan Respublikası Sisiyan rayonunda anadan olması, akt qeydinin ata qrafasında X5 (milliyəti azərbaycanlı), ana qrafasında X6 (milliyəti azərbaycanlı) qeyd edilsin. Hazırki məhkəmə qətnaməsi yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
X15