Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2108/2021 01.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslanırılmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş X2 və X1 ananın yanında saxlanılmışlar. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsində R.Allahverdiyev küçəsi 14-cü döngədə yerləşən evə gəlin köçmüş və cehiz əşyalarını də həmin evə aparmışdır. Eyni zamanda tərəflər uzun müddət birgə təsərrüfat aparmış və 2 azyaşlı uşaqları həmin evdə doğulub böyümüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, mübahisəli daşınmaz əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsa idi, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvləri həmin evdən onunla bərabər istifadə etmək hüququna malik olacaqdırlar. Belə olan halda, hal-hazırda iddiaçının mübahisəli evə köçürülməsi qanuni və əsaslıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, iddiaçı tərəfindən köçürülməsi tələb edilən ev özbaşına tikilidir, iddiaçının həmin evə gəlin gəldiyi vaxtdan əvvəl tikilib və iddiaçı hazır evə 2011-ci ildə gəlin köçüb. Hal-hazırda tərəflər arasındakı nikah pozulmuş və iddiaçının mübahisəli daşınmaz əmlaka köçürülməsi üçün hər hansı qanuni əsas mövcud deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı tərəfindən köçürülməsi tələb edilən ev özbaşına tikilidir və iddiaçı həmin evə köçüb yaşamağa başladığı vaxtdan daha əvvəl tikilib, iddiaçı hazır evə gəlin köçərək, ora cehiz əmlakını yerləşdirib. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında səsləndirdiyi dəlillərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflərin rəsmi nikaha xx.xx.2011-ci il tarixdə daxil olması və tərəflər arasındakı nikahın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4908/2020 saylı qətnaməsi ilə pozulması işin mübahisəsiz hallarındandır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə, maddənin məzmunundan göründüyü kimi, iddiaçının köçürülməsi tələb edilən evin özbaşına tikili olması nəzərə alınmasa və analogiya üzrə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilsə belə, iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi üçün əsas yaranmır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2108/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2108/2021
01.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver