Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2154/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, ünvan 1 mənzil 7 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2016-cı il tarixdən onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun əmisi oğludur. 10 ildən artıq müddətdir ki, Azərbaycan Respublikasından başqa ölkəyə daimi yaşamaq üçün çıxıb gedib. Hal-hazırda cavabdehin ona məxsus olan mənzildə qeydiyyatda olması onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 mənzil 7 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2016-cı il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 1 mənzil 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh sonuncu dəfə xx.xx.2010-cu il tarixdə Rusiya istiqamətində ölkədən çıxmış və geri qayıtmamışdır. İş materiallarında olan notariat işinin materiallarının surətindən görünür ki, X15 ona məxsus ünvan 1 mənzil 7 ünvanında yerləşən daşınmaz əmlakı X1 vəsiyyət etmiş və mənzil vəsiyyət edilərkən Cavabdeh ərizəsi alınmış və o, mənzilin vəsiyyət edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-10051/2016 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsindəki 25 saylı evin 7-ci mənzili mülkiyyət hüququ əsasında mərhum Mehtdi Şahbazova məxsus olmuş o cümlədən mübahisəli mənzildə sonuncu, X4, X2, X5, X16, X6 və İddiaçı Kəmalətdin qızı qeydiyyatda olmuşlar. xx xxxxxx 2006-cı il tarixdə qeyd edilən mənzildə qeydiyyatda olanlar ünvan 2 Notariat kontoruna ərizələr ünvanlayaraq mənzilin Mehti Şahbazov tərəfindən Kəmaləddin Şahbazova vəsiyyət edilməsinə etiraz etməmişlər, nəticədə həmin tarixdə X15 özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi. Y.Hüseynov küçəsindəki 25 saylı evin 7-ci mənzili X3 vəsiyyət etmiş, xx xxxx 2008-ci il tarixdə vəfat etmiş və miras açılmışdır. xx xxxxx 2014-cü ildə X7, xx xxxxxx 2016-cı ildə isə X2 vəfat etdikdən sonra, xx xxxx 2016-cı il tarixdə Mehti Şahbazov və Afət Şahbazova miras əmlakda onlara düşən paydan İddiaçı xeyrinə imtina edərək miras paylarını sonuncuya bağışlamışlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinə müvafiq olaraq, şəxs yaşayış yerini dəyişdikdə ... başqa ölkədə yaşayış yeri seçdikdə ... yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə ... müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 25 saylı evin 7-ci mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 25 saylı evin 7-ci mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2154/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2154/2021
06.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver