Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2170/2022 31.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı əmək fəaliyyətinin təmin edilməsi vəzifəsinin 3 №-li tam orta məktəbə həvalə edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Rüstəm Əliyev adına 3 №-li tam orta məktəbə qarşı əmək fəaliyyətinin təmin ediıməsi vəzifəsinin 3 №-li tam orta məktəbə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 28.03.2022-ci il tarixdə cavabdeh Rüstəm Əliyev adına 3 №-li tam orta məktəbin elektron poçt ünvanından (mailto:3mekteb@baku.edu.gov.azElektron ünvan ) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə daxil olmuş və həmin ərizədə qeyd olunmuşdur ki, hazırkı iddia üzrə cavabdeh məktəb deyil, Bakı şəhəri üzrə Təhsil İdarəsi olmalıdır. Belə ki, İddiaçı da aid olduğu kateqoriyadan işçilərin işə qəbulu və işdən azad edilməsi səlahiyyəti məktəblərə aid deyil. Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.6-cı bəndinə görə, müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, praktik psiхоlоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh Rüstəm Əliyev adına 3 №-li tam orta məktəbin əsl cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əvəz edilməsinə razı olduğunu bildirmiş və cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin ünvanı ünvan 3dına 3 №-li tam orta məktəb isə ümumiyyətlə hüquqi şəxs kimi qeydiyyatdan keçməmiş və “Elektron məhkəmə” informasiya sistemində məktəbə dair hər hansı məlumat mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.4-cü maddəsinə müvafiq olaraq, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən isə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil işin baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə (VÖEN: **********) qarşı əmək fəaliyyətinin təmin ediıməsi vəzifəsinin 3 №-li tam orta məktəbə həvalə edilməsi tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə (VÖEN: **********) qarşı əmək fəaliyyətinin təmin ediıməsi vəzifəsinin 3 №-li tam orta məktəbə həvalə edilməsi tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2170/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2170/2022
31.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver