Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2189/2022 21.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxslər qismində Bakı şəhəri Maraqlı şəxs1 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi cəlb edilməklə) doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun-Ərizəçi xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində xx.xx.1964-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X5 doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə Bakı şəhərində tibb müəssisəsindən kənarda, evdə doğulmuşdur. X4 xx.xx.1964-cü il tarixdə Astara rayonunun Pensǝr kəndində anadan olub. Anası Azərbaycan Respublikasının vətəndaşıdır və onunla birlikdə ünvan 1 ünvanında yaşayır. O, doğulan zaman anasə heç kimlə nikahda olmayıb. X1 xx.xx.1991-ci il tarixdə Astara rayonunun Pensər kəndində anadan olub. Bacısı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda onunla birlikdə ünvan 1 ünvanında yaşayır.O, tibb müəssisəsindən kənarda doğulduğu üçün və doğularkən anasına kömək edən həkim olmadığından, hatta doğuşdan sonra onun doğulmağı barədə sənəd almaq üçün anası heç bir həkimə müraciət etmədiyi üçün onun doğum faktının qeydiyyata alınması va doğum haqqında şəhadətnamə ilə təmin edilməsi bu vaxta qədər mümkün olmayıb. Belə ki, o doğulan zaman valideynləri Bakı şəhəri, Nərimanov rayonu, X32 küçəsi, 128 A, mənzil 10 ünvanında yaşayırmışlar. Anasının söylədiklərinə görə, onun doğuşuna orada qonşuluqda yaşayan Bəsti adlı bir tibb bacısı kömək edib. Lakin onun doğulmağı ilə bağlı tibbi sənəd vermək səlahiyyəti olmadığı üçün anasına doğulması barədə hər hansı bir sənəd verə bilməyəb. Ancaq təxminən on il olar ki, həmin qadın vəfat edib. O, doğulandan 2000-ci ilə kimi ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X32 küçəsi 128 A, manzil 10 ünvanında yaşamışdır. 2000-ci ildə həmin ev satılıb və onlar Bakı şəhəri, Sabunçu rayonu, M.Muxtarov qəsəbəsi, 9-cu Mədən küçəsində ev (həmin ev üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində qeydiyyata alınmadığı üçün evin nömrəsi yox idi) alaraq ora köçmüşlər. 2017-ci ildə həmin evi də satdıqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X26 yerləşən ünvansız evlərdən birinə köçmüşlər. Daha sonra uzun müddət Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində müxtəlif ünvanlarda kirayədə yaşadıq. Hazırda isə mən ünvan 1 ünvanında yaşayır. Mən 2017-ci ildə Azərbaycan Respublikasının vətəndaşı X18 ilə ailə qurmuş və onların birgə münasibətlərindən iki övladları (xx.xx.2017-ci il tarixdə oğlu X19, xx.xx.2019-cu il tarixdə qızı X15) doğulub. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün onunla nikaha daxil ola bilmiş, nə də ki, uşaqlarının atalığı müəyyənləşməmişdir. Həyat yoldaşı hazırda uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X26 yerləşən ünvansız evlərdən birində yaşayır. Hazırda onun 33 yaşı var. Lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ilə də təmin oluna bilmir. Hazırda ünvan 1 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Maraqlı şəxs1nə müraciət edərək "mənim doğum faktımın qeydə alınmasını və ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMTnin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının arazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında doğum haqqında şəhadətnamə ilə təmin edilməyini" xahiş etmişdir. Bakı şəhəri Binqədi rayon Qeydiyyat Şöbəsi özünün xx.xx.2022-ci il tarixli cavab məktubu ilə onun müraciətinə aşağıdakı məzmunda cavab vermişdir: ".. bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.5.3-cü bəndinə əsasən, doğum faktını, vaxtını və yerini tasdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Doğum haqqında həkim şəhadətnaməsi olmadıqda doğum faktı məhkəmə tərəfindən müəyyən edilir."BMTnin Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi himayə sənədindən görünür ki, Ərizəçi vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-da qeydiyyatdadır, onun individual İD nömrəsi: ***-*******1-dir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15/225 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, BMT QAK-ın himayəsində olan şəxs Ərizəçi xx.xx.2022-ci il tarixədək ünvan 7 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. 35 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş “Ambulator kartadan çıxarış”dan görünür ki, Ərizəçi həmin poliklinikada qeydiyyatdadır. Göründüyü kimi onun Ərizəçi kimliyi ilə formalaşmış bir şəxsiyyəti mövcuddur. Lakin onun doğulmağını faktını tasdiq edən heç bir sənədi olmadığı üçün o, Azərbaycan Respublikasının vətəndaşı kimi sənədləşdirilə bilmir, bu səbəbdən də, vətəndaşsızlıq vəziyyətinə düşmüşdür. Belə ki, o, xx.xx.1988-ci il tarixdə Azarbaycan Respublikasının ərazisində anadan olsa da, onun şəxsiyyətini və ər hansı bir ölkə vətəndaşlığını təsdiq edən sənədi yoxdur. Şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün o həm də vətəndaşsızlıq vəziyyətinə düşmüşdür və heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmir. Onun Azarbaycan Respublikasının vətəndaşı kimi sənədləşdirilməsi üçün doğum faktının qeydə alınması və onun doğum haqqında şəhadətnamə ilə təmin olunması vacibdir. Doğum haqqında şəhadətnamə ona Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün lazımdır. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən orqanlarına doğum haqqında şəhadətnaməni təqdim etməlidir. Lakin qeyd etdiyi səbəblərdən Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən orqanlarına doğum haqqında şəhadətnaməni təqdim edə bilmədiyi üçün şəxsiyyət vəsiqəsi ilə də təmin oluna bilmir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün həm də. "onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalı"dır. Bunun üçün isə o, Dövlət Miqrasiya Xidmətinə də doğum haqqında şəhadətnaməmi təqdim etməlidir ki, DMX "onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi" ilə əlaqədar icraat apara bilsin. Göründüyü kimi, Azərbaycan Respublikasının vətəndaşı kimi sənədləşdirilməsi üçün mənim doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin olunmağı vacibdir. Bunun üçün o, Bakı şəhəri Binqədi rayon Qeydiyyat Şöbəsinə doğulması faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim etməlidir. Lakin o, tibb müəssisəsindən kənarda doğulduğundan, doğulmağına kömək edən həkim olmadığından və anası onun doğulması barədə sənəd almaq üçün doğuşdan sonra heç bir həkimə də müraciət etmədiyindən hazırda o, Qeydiyyat Şöbəsinə belə bir sənəd təqdim edə bilmir. Bu səbəbdən də onun doğum faktı həmin fakt məhkəmə qaydasında müəyyən olunduqdan sonra, məhkəmənin qətnaməsi əsasında Qeydiyyat Şöbəsi tərəfindən qeydə alına bilər.Belə ki, o, şəxsiyyətini təsdiq edən sənədi olmayan apatrid kimi - vətəndaşsızlıq halında olan şəxs kimi işləmək, təhsil almaq, əmlaka sahib olmaq, nikaha daxil olmaq, başqa yerə getmək imkanından, sosial müdafiədən, dövlət xidmətlərinə çıxışdan və hər hansı bir dövlətin himayəsindən məhrum olmuşdur. Doğum faktımın qeydə alınmaması və onun təsirləri onun üçün mənfi nəticələr doğurub və bu hal şəxsi və ailə həyatına müdaxiləyə bərabərdir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Doğum haqqında şəhadətnamə ilə təmin edilməsi üçün isə doğum faktının qeydə alınması lazımdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək bildirmişdir ki, ərizəsinin təmin edilməsini xahiş edir .
4. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, o, xx.xx.1988-ci il tarixdə evdə doğulmuşdur. Atası ilə anasının rəsmi nikahı olmamışdır. Anası hələ də sağdır, atası isə 1999-cu ildə rəhmətə getmişdir. Ondan kiçik bacısı var və onun şəxsiyyət vəsiqəsi vardır. Onun isə heç vaxt şəxsiyyət vəsiqəsi olmayıb. Məktəbə getməmiş, hərbi xidmətdə olmamışdır. Hazırda ailə qurmuş və həmin münasibətdən uşaqları var. Uşaqlara doğum haqqında şəhadətnamə verilmişdir. Lakin şəxsiyyət vəsiqəsi olmadığından rəsmi nikaha daxil ola bilməmişdir. Bundan başqa Uşaqların atalığı da müəyyən olunmamışdır.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili Vəkil izahatında bildirmişdir ki, ərizənin təmin edilməsini xahiş edir. Ərizəçiyə BMT Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən status verilmişdir. Şəxsin poliklinikada qeydiyyatı vardır. Evdə doğulduğu üçün doğum haqqında şəhadətnaməsi olmamışdır.
6. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə məktubla müraciət edərək iddiaya etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Bəxtiyar onun oğludur. Onlar Maştağa qəsəbəsində yaşayırlar. Özü Astara rayonu, Pensər kəndində doğulmuşdur. Oğlunun atası X13r. Onun doğum tarixini bilmir. Məhərrəm 1984-cü ildə onu qaçıraraq Astaradan Bakıya gətirmişdir. Onunla rəsmi nikahları olmamış, kəbin kəsdirmişlər. Onunla faktiki nikahlarında 3 uşaqları olmuşdur: böyük oğlu X16, Bəxtiyar və qızı. Bəxtiyar 1988-ci ildə evdə anadan olmuşdur. Həmin vaxt onlar Nərimanovda yataqxanada yaşamışlar. İmkan olmadığı üçün xəstəxanaya gedə bilməmişlər Doğuma kömək edən qadın doğuşla bağlı ona sənəd vermişdi, lakin sonradan həmin sənədi itirmişdir. Məhərrəmlə 1991-ci ildə qızına hamilə olan zaman ayrılmışlar. O, vərəm xəstəsi idi və 2007-ci ildə vəfat etmişdir. Bəxtiyarın adını da Məhərrəmin dostu qoymuşdur.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, özü 1991-ci ildə anadan olmuşdur. Hal-hazırda ailəlidir və 2 qızı vardır. Bəxtiyar onun qardaşıdır. Böyük qardaşı isə Elbəydir. Bəxtiyar ondan əvvəl doğulub, doğum tarixini bilmir. Atasını uşaqlıqdan bəri görməyib, hətta 2007-ci ildə öldükdən sonra belə qəbrinə getməmişdir. Atasının adı Məhərrəm olmuşdur. O, balaca olanda atası onları tərk edib. Bəxtiyar özü Pirşağıda yaşayır və onun heç vaxt doğum haqqında şəhadətnaməsi olmamışdır.Qardaşı ondan 3 yaş böyükdür. Bəxtiyarın ad gününü qeyd etmədiklərindən doğum gününü dəqiq bilmir. Özü 8 ildir ki, evlənib başqa evə köçmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
9. Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin maddə 44.1 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.5.3-cü bəndinə əsasən, doğum faktını, vaxtını və yerini tasdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Doğum haqqında həkim şəhadətnaməsi olmadıqda doğum faktı məhkəmə tərəfindən müəyyən edilir.
10. BMT QAK- Birləşmiş Millətlər Təşkilatlatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilən himayə sənədindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi BMT QAK-ın mandatı altında olan şəxsdir. Himayə sənədi xx.xx.2022-ci il tarixədək etibarlıdır.
11. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 15/225 saylı arayışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü BMT QAK-ın himayəsində olan Ərizəçi Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları 1, ev 691 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 35 nömrəli Şəhər poliklinikası tərəfindən veriən ambulator kartadan çıxarışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi 35 nömrəli şəhər poliklinikasında qeydiyyatdadır.
13. Astara rayon Pensər kənd icra nümayəndəliyi tərəfindən verilən AZ-T seriyalı, 180794 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1964-cü il tarixində Astara rayonunun, Pensər kəndində doğulmuşdur. X2, anası X10r.
14. Astara rayon Pensər kənd icra nümayəndəliyi tərəfindən verilən XİV-ЖГ seriyalı, 466289 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1991-ci il tarixində Astara rayonu, Pensər kəndində doğulmuşdur. X3, X4dır.
15. Ərizəçi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
16. Məhkəmə tələblə bağlı əvvəla onu qeyd etməyi zəruri hesab edir ki, ərizəçi özünün doğum faktının müəyyən edilməsini xahiş etsə də, faktiki olaraq həm də mənşəyinin müəyyən edilməsini xahiş edir. Belə ki, ərizəçinin tələbi doğum faktının müəyyən edilməsi olsa da, o həmçinin xx.xx.1964-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X5 doğluması faktının müəyyən edilməsini xahiş edir.
17. Ərizəçinin X4 Azərbaycan Respublikasının vətəndaşıdır və xx.xx.1964-cü il tarixində Astara rayonunun, Pensər kəndində doğulmuşdur. Bu faktı şəxsin doğum haqqında şəhadətnaməsi təsdiq edir. X12 məhkəmə iclasında vermiş olduğu ifadəsində ərizəçinin atasının X11 olduğunu, lakin şəxsin 2007-ci il tarixində vəfat etdiyini bildirmişdir. Həmçinin müəyyən olunmuşdur ki tərəflər arasında rəsmi nikah münasibətləri olmamış, aralarında faktiki nikah münasibətləri olmuşdur.
18. Onlar arasındakı faktiki nikah münasibətlərindən 3 uşaq doğulmuşdur. Uşaqlardan ərizəçi- Ərizəçi tibb müəssisəsindən kənarda ev şəraitində doğulmuş, anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi olsa da, məhkəmə iclasında şahid qismində ifadə verən ərizəçinin anası həmin sənədi itirdiyini bildirmişdir.
19. Hazırda Ərizəçi vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-da qeydiyyatdadır. Onun individual İD nömrəsi: ***-*******1-dir.
20. Doğum haqqında şəhadətnaməsi olmadığından Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsini ala bilmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
22. 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
23. 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.
24. 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.
25. 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
26. 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
27. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
28. 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
29. Hazırki mübahisədə uşağın anadan mənşəyinin və doğum faktının müəyyən edilməsi faktiki olaraq eyni hüquqi dəyərləndirmə tələb edir.
30. Belə ki, ərizəçinin doğulması və anadan mənşəyinin müəyyən edilməsi faktı anasının özü X6 və şahid ifadələri ilə təsdiq oluna bilər.
31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
32. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir;
33. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır;
34. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın;
35. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir;
36. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir;
37. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 2.6-cı maddəsində qeyd edilmişdir ki, Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.8.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 2.8.1ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir.
39. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
40. Məhkəmə ərizəçinin ərizəsində göstərdiyi halları inandırıcı hesab edir. Odur ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə və xx.xx.1964-cü il təvəllüdlü X5 doğulması faktı şahid ifadələri və tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır.
41. Uşağın anasının milliyyətinin azərbaycanlı olması isə mülki iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edilir.
42. Göründüyü kimi ərizəçi müəyyən edilməsi xahiş olunan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və onun xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir. Buna görə də ərizəçinin xahiş etdiyi hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
44. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
45. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
46. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
47. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
48. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1988-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində xx.xx.1964-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X5 doğulması faktı müəyyən edilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi(Ərizəçi) xx.xx.1988-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində xx.xx.1964-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı, milliyəti azərbaycanlı olan X5 doğulması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev