Məhkəmə qərarları › İş №2(001)-2231/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2231/2022

28.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2231/2022 28.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi X1, Cavabdehin nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Avtomobil X21 N №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-yə əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifələrinə bərpa edilmələri və dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Azərbaycan Avtomobil X21 N №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin əməkdaşları olmuşlar. Hər biri müxtəlif vaxtlardan uzun illərdir bu təşkilatın işçiləri kimi əmək fəaliyyətlərini həyata keçirmişlər. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xx.xx.2020-ci il tarixli qismən səfərbərlik haqqında Sərəncamına və "Azərbaycan Respublikasında Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarına əsasən 2020-ci ilin oktyabr ayından etibarən qismən səfərbərliyə cəlb edilərək peşəkar sürücü olaraq müvafiq hərbi hissələrə ezam edilmişlər. Hərbi əməliyyatlar zamanı üzərlərinə düşən borcu vicdanla və fəallıqla yerinə yetirmiş, verilmiş əmrləri icra etmişlər. Hamıya məlum olduğu kimi müharibədə intensiv və fasiləsiz hərbi əməliyyatlar getdiyindən onlarında buradakı fəaliyyəti qısa istirahət saatları istisna olmaqla fasiləsiz olub. Hərbi əməliyyatlar bitdikdən sonra yenidən əvvəlki iş yerinə qayıtmış və işlərini görməyə davam etmişlər. Bununla belə müharibə ilə əlaqədar ezamiyyətdə olduqları dövrdə onlara verilməsi nəzərdə tutulan vəsait verilmədiyi üçün rəhbərlik qarşısında müvafiq məsələ qaldırmışlar. Müraciətlərinə lazımi diqqət yetirilmədiyi və məsələ həll edilmədiyi üçün müvafiq qurumlara, o cümlədən XN5 və Azərbaycan Respublikasının Prezidentinə şikayət ərizələri ilə müraciət etmişlər. Məhz dən sonra nəzərdə tutulan ezamiyyət vəsaitləri qismən ödənildi, bununla belə yuxarı orqanlara müraciət etdikləri üçün iş yerinin rəhbərliyi tərəfindən şifahi təzyiqlərə və hədələrə məruz qalmışlar. 01 iyul və 2N iyul 2021-ci il tarixdə onlarla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə sonuncunun əmri əsasında xitam verilmiş, onlara bu barədə sonrakı tarixlərdə məlumat verilmişdir. Uzun illər bu təşkilatda işləmələrinə baxmayaraq, onlara əmək müqavilələri təqdim edilməmişdir. İşdən çıxandan sonra əmək müqavilələrini əldə edə bilmişlər. Bundan sonra hüquqlarının müdafiəsi çün məhkəməyə müraciət etmək istəsələr də, onlara qanunvericilikdə edilmiş dəyişikliyə əsasən məhkəməyə müraciət etməzdən öncə mediasiya sessiyasında iştirak etmələri ilə bağlı məlumat verilmişdir. Mediasiya sessiyasında iştirak üçün nəzərdə tutulmuş rüsumları onlar yalnız 17 dekabr 2021-ci il tarixində ödəyə bilmişlər. xx.xx.2021-ci il tarixində ilkin mediasiya sessiyasında iştirak etmiş və arayışlar almışlar. Bundan sonra məhkəməyə müraciət etmək istəsələr də, 01 oktaybr 2021-ci il tarixindən ərizələrin yalnız elektron qaydada məhkəmə sistemində şəxsi kabinet vasitəsilə qəbul edilməsi ilə bağlı məlumat aldıqlarından, yalnız 21 yanvar 2022-ci il tarixindən ASAN nömrə almaq imkanları olmuşdur .Onların işdən kənarlaşdırılmasına səbəb olan hallar onlara nə elan edilib, nə də izah olunub. İxtisarla bağlı və ya yenidən qiymətləndirilmə ilə bağlı iş yerində heç bir məlumat və ya xǝbərdarlıq olmayıb. Hazırda həmin iş yerində əvvəldən işləyən əməkdaşlar fəaliyyətini davam etdirməkdədir və heç kimin attestasiyası təşkil olunmayıb. Eyni zamanda yaşla və ya başqa səbəblə əlaqdar ixtisara düşmə ehtimalı olan əməkdaşların heç biri işdən kənarlaşdırılmayıb. Onların işdən kənarlaşdırılmalarına səbəb iş yerində işə götürəndən öz haqqlarını tələb etmələri ilə bağlıdır. Başqa sözlə desək işdən azad edilmələri əsassız və qanunsuz həyata keçirilib. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında İddiaçı1 izahatında bildirmişdir ki, işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etməməsinin əsas səbəbi MMC rəhbərliyi tərəfindən ona işə götürüləcəyi barədə vəd verilməsi olmuşdur. Bu səbəbdən daha əvvəl işə bərpa ilə bağlı məhkəməyə müraciət etməmişdir.

4. Əvvəlki məhkəmə iclasında İddiaçı1 izahatında bildirmişdir ki, işdən azad olunduqdan sonra Əmək Müfəttişliyinə şikayət etmişdir. 2021-ci ilin dekabrın 2-də onu yenidən işə götürmək istəyirdilər. Lakin onun şikayət ərizəsi idarəyə daxil olduğundan onu işə götürməkdən imtina etdilər. Onları ixtisara saldıqdan sonra 7 ehtiyat sürücü müəssisədə işə götürülmüşdür. Həmin sürücülər başqa idarələrdən götürülmüşdür. Özü müharibə iştirakçısıdır və vətən müharibəsində sürücü kimi səfərbər olunmuşdur. Onu ixtisara sala bilməzdilər. Onun idarə etdiyi maşını 6 saylı X55 idarəsinin balansına veriblər. Ona orada işləmək təklif olunsa da, orada işləmək maddi cəhətdən ona sərf etmirdi. Əvvəlki iş yeridə 650 manat əmək haqqı alırdısa, İmişlidə N20 manat əmək haqqı təklif edilmişdi. Ona görə orada işləməkdən imtina etmişdir.

5. Məhkəmə iclasında İddiaçı2 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

6. Əvvəlki məhkəmə iclasında İddiaçı2 izahatında bildirmişdir ki, o, öz ərizəsi ilə işdən çıxmışdır. Ona ağ kağıza imza atdırıblar. Belə olan halda işdən çıxarılacağını bilməmişdir. Ona müharibədə iştirakla bağlı şənbə və bazar günlərinə görə pulların veriləcəyini deyilmiş və onun üçün imzalamışdır. Özü hazırda özəl şirkətdə işləyir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi XN izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Odur ki, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Taryel müharibə iştirakçısı deyildir. N saylı hərbi hissənin komandiri Klos Abbasov sürücülərin döyüş taprışıqlarının yerinə yetirilməsində iştirakı barədə əsassız arayışlar vermişdir. Onun barəsində Hərbi prokurorluğa müraciət edilmişdir.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi XN izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, "xxxx" MMC-nin tərkibində əvvəllər 187 maşın olmuşdur. Müəssisə hazırda Azərbaycan Avtomobil X21 avtobazası kimi fəaliyyət göstərir. AAYDA-nın sərəncamına əsasən 19 may 2021-ci il tarixində müəssisədən maşınlar alınaraq digər yol istismarı müəssisələrinin balansına verilmişdir. Bu Qarabağ zonasının bərpası ilə bağlı gedən quruculuq işləri ilə bağlı olmuşdur. Eyni zamanda həmin maşınların təhkim olunduğu sürücülərin ştat vahidləri də müəssisədən alınaraq müvafiq qaydada maşınların verilmiş olduğu müəssisələrə verilmiş və sürücülərin həmin müəssisələrdə işlə təmin olunması nəzərdə tutulmuşdur. Onların müəssisələrində ştat sayı maşınların sayına uyğun olduğu üçün maşınlar olmadan sürücülərin fəaliyyəti də qeyri-mümkündür. Onlar sürücülərə maşınların verildiyi rayonlarda işləməyi təklif etmiş, N5 nəfər təkliflə razılaşaraq hazırda həmin rayonlarda çalışır. 2 işçi öz ərizəsi ilə işdən çıxmışdır. 12 nəfər isə başqa müəssisəyə keçmək təklifini qəbul etmədiklərindən ixtisara salınmışdır. İddiaçılardan Rövşən öz ərizəsi ilə işdən çıxmış, Taryel isə ixtisara düşmüşdür. Müəssisə rəhbərliyi bu işçiləri işdən çıxarmağa maraqlı olmamışdır. İddiaçılar müharibə iştirakçısı deyillər. Arxa cəbhədə olmuşlar. Müəssisədə hazırda 92 maşın qalmışdır və bəzi ehtiyat sürücülər vardır, ixtisara düşən bir neçə nəfəri yenidən ehtiyat sürücü kimi işə götürmüşlər. İddiaçılar işə bərpa olunsalar onların idarə edə biləcəyi maşınlar yoxdur. İşçilərin müəssisəyə buraxılmamasına səbəb isə maşınları digər müəssisələrin balansına verilmiş sürücülərin müəssisəyə gələrək dava-dalaş salması, müəssisəyə maddi ziyan vurmaları ilə bağlıdır. Bu barədə polisə şikayət etmişlər və rəhbərliyin tapşırığına əsasən onların müəssisəyə buraxılması qadağan edilmişdir. İşdən azad edilmiş işçilər müəssisə rəhbərliyi barəsində hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlər ünvanlamışlar. Bununla bağlı prokurorluqda araşdırma aparılmış cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, Vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir.

10. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, müəssisə AAYDA-nın avtobazasıdır. Agentliyin sərəncamına əsasən maşınlar digər müəssisələrin balansına verildiyinə görə işçilər ixtisara düşmüşdür. Maşın olmadığına görə həmin maşının sürücüsünə əmək haqqı və digər təminatlar vermək imkanları yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

11. İddiaçı1 ilə 7N saylı YSMS arasında bağlanan 20 noyabr 2006-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı1 7N saylı YSMS-də müddətsiz olmaqla ehtiyatsürücü vəzifəsində işə qəbul edilmişdir. Müqavilənin N.1-ci maddəsin əsasən işçinin əsas vəzifəsi kimi tapşırılan işlərin görülməsi göstərilmişdir. Lakin əmək müqaviləsində işçinin almalı olduğu əmək haqqı göstərilməmişdir.

12. 1770970 saylı əmək kitabçasından görünür ki, İddiaçı1 N №-li XTYİ MMC ilə əmək müqaviləsinə MMC-nin 2N iyul 2021-ci il tarixli 9N saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

13. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən N №-li Xüsusi təyinatlı Yol İstismarı MMC-yə və 6 №-li X16 MMC-yə ünvanlanan 19 may 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan avtomobil X21 “Əsas vəsaitlərinin əvəzsiz olaraq balansdan-balansa verilməsi” barədə 18 may 2021-ci il tarixli 29 saylı sərəncamına əsasən N №-li XTYİ MMC-nin balansında olan 6 ədəd Tatra-T815 markalı yükü özüboşaldan avtomobillərin 6 №-li X16 MMC-nin balansına verilməsi ilə əlaqədar 6 nəfər sürücü ştat vahidi N №-li XTYİ MMC-nin ştat cədvəlindən çıxarılaraq, 6 №-li X16 MMC-nin ştat cədvəlinə əlavə edilmişdir.

14. Azərbaycan Avtomobil X21 18 may 2021-ci il tarixli, 29 №-li sərəncamından görünür ki, 6 №-li X16 MMC-nin balansına verilən avtomobillərdən biri Tatra T-815 markalı, 2012-ci il buraxılışlı **-JT-*** dövlət nömrə nişanlı yükünü özüboşaldan avtomobil olmuşdur ki, həmin avtomobil İddiaçı1 istifadəsində olmuşdur.

15. "xxxx" MMC tərəfindən İddiaçı1 ünvanlanan 19 may 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona, Azərbaycan Avtomobil X21 İdarə Heyətinin 18 may 2021ci il tarixli, 29 nömrəli sərəncamı ilə sonuncunun təhkim olduğu **-JT-*** dövlət nömrə nişanlı Tatra 815 markalı avtomaşının İmişli “6 №-li X16” MMC-nin balansına verilməsi ilə əlaqədar ştatının ixtisara düşməsi barədə məlumat verilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən xəbərdarlıq müddətinin əvəzinə əmək stajından asılı olaraq ona birdəfəlik müavinət ödənilməklə əmək müqaviləsinə xitam verilə biləcəyi barədə məlumat verilmişdir.

16. Lakin həmin xəbərdarlıq məktubu 01 iyun 2021-ci il tarixində İddiaçı1 ünvanına göndərilmişdir.

17. İddiaçı1 məxsus ***-***-**-** saylı telefon nömrəsinə 01 iyun 2021-ci il tarixində SMS göndərilərək MMC-nin 18 may 2021-ci il tarixli, 29 nömrəli sərəncamına əsasən idarə etdiyi avtomobilin başqa yol idarəsinə verilməsi barədə məlumat verilmiş və idarəyə gəlib işdən azad olması barədə ərizə ilə müraciət etməsi təklif edilmişdir.

18. N №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru tərəfindən verilən 2N iyul 2021-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Avtomobil X21 18 may 2021ci il tarixli 29 saylı sərəncamına əsasən N №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansından Tatra-815 markalı **-JT-*** dövlət nömrə nişanlı avtomobil çıxarılıb 6 №-li X22 MMC-nin balansına verildiyi üçün 2N iyul 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildiyi üçün Azərbaycan Avtomobil X21 N №-li XTYİ MMC-nin sürücüsü vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İddiaçı1 ilə son haqq-hesab aparılarkən işlədiyi müddətdə istifadə edilməməmiş 182 gün əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən İddiaçı1 aylıq əmək haqqının 2 misli miqdarında müavinətin verilməsinin təmin edilməsi əmr edilmişdir.

19. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı1 əmək müqaviləsinə 2N iyul 2021-ci il tarixində AR ƏM-nin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir.

20. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 №-li X16 MMC tərəfindən verilən 17 noyabr 2021-ci il tarixli, 11 №-li arayışdan görünür ki, 6 ədəd Tatra-T815 markalı yükü özüboşaldan avtomobillərin 6 №-li X16 MMC-nin balansına verildiyindən həmin avtomobilləri idarə edən sürücülər müəssisədə işləməyə davam etmişlər. Onlardan yalnız X17 təklif edilməsinə baxmayaraq müəssisədə işləməkdən imtina etmişdir.

21. N nömrəli hərbi hissənin komandiri tərəfindən verilən 11 yanvar 2021-ci il tarixli fəxri fərmandan görünür ki, İddiaçı1 Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad olunması zamanı aparılan döyüş əməliyyatlarında sürücü kimi göstərdiyi nümunəvi xidmətinə görə təltif olunmuşdur.

22. İddiaçı1 məxsus ******* saylı hərbi biletin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək N saylı h/h-nin tərkibində sürücü kimi Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir.

23. 02/N0 yanvar 2020-ci il tarixli, 001152 saylı yol vərəqindən görünür ki, İddiaçı1 istifadəsində olan Tatra-815, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobili N saylı hərbi hissədə idarə etmişdir.

24. N №-li XTYİ MMC tərəfindən verilən xx.xx.2020-ci il tarixli ezamiyyət vərəqindən görünür ki, İddiaçı1 yüklərin daşınması üçün N saylı hərbi hissəyə N günlük ezamiyyətə göndərilmişdir.

25. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 17 dekabr 2021-ci il tarixdə 10:00-10:N0 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir.

26. İddiaçı2 ilə 7N saylı YSMS arasında bağlanan 05 oktyabr 2009-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı2 7N saylı YSMS-də müddətsiz olmaqla ehtiyatsürücü vəzifəsində işə qəbul edilmişdir. Müqavilənin N.1-ci maddəsin əsasən işçinin əsas vəzifəsi yüklərin daşınması kimi göstərilmişdir. Lakin əmək müqaviləsində işçinin almalı olduğu əmək haqqı göstərilməmişdir.

27. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən N №-li Xüsusi təyinatlı Yol İstismarı MMC-yə və 6 №-li X16 MMC-yə ünvanlanan 19 may 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan avtomobil X21 “Əsas vəsaitlərinin əvəzsiz olaraq balansdan-balansa verilməsi” barədə 18 may 2021-ci il tarixli 29 saylı sərəncamına əsasən N №-li XTYİ MMC-nin balansında olan 6 ədəd Tatra-T815 markalı yükü özüboşaldan avtomobillərin 6 №-li X16 MMC-nin balansına verilməsi ilə əlaqədar 6 nəfər sürücü ştat vahidi N №-li XTYİ MMC-nin ştat cədvəlindən çıxarılaraq, 6 №-li X16 MMC-nin ştat cədvəlinə əlavə edilmişdir.

28. Azərbaycan Avtomobil X21 18 may 2021-ci il tarixli, 29 №-li sərəncamından görünür ki, 6 №-li X16 MMC-nin balansına verilən avtomobillərdən biri Tatra T-815 markalı, 2012-ci il buraxılışlı **-JT-*** dövlət nömrə nişanlı yükünü özüboşaldan avtomobil olmuşdur ki, həmin avtomobil İddiaçı2 istifadəsində olmuşdur.

29. "xxxx" MMC tərəfindən İddiaçı2 ünvanlanan 19 may 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona, Azərbaycan Avtomobil X21 İdarə Heyətinin 18 may 2021ci il tarixli, 29 nömrəli sərəncamı ilə sonuncunun təhkim olduğu **-JT-*** dövlət nömrə nişanlı Tatra 815 markalı avtomaşının İmişli “6 №-li X16” MMC-nin balansına verilməsi ilə əlaqədar ştatının ixtisara düşməsi barədə məlumat verilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən xəbərdarlıq müddətinin əvəzinə əmək stajından asılı olaraq ona birdəfəlik müavinət ödənilməklə əmək müqaviləsinə xitam verilə biləcəyi barədə məlumat verilmişdir.

30. Lakin həmin xəbərdarlıq məktubu 01 iyun 2021-ci il tarixində İddiaçı2 ünvanına göndərilmişdir.

31. İddiaçı2 məxsus ***-***-**-**N9 saylı telefon nömrəsinə 01 iyun 2021-ci il tarixində SMS göndərilərək MMC-nin 18 may 2021-ci il tarixli, 29 nömrəli sərəncamına əsasən idarə etdiyi avtomobilin başqa yol idarəsinə verilməsi barədə məlumat verilmiş və idarəyə gəlib işdən azad olması barədə ərizə ilə müraciət etməsi təklif edilmişdir.

32. İddiaçı2 01 iyul 2021-ci il tarixində ərizə ilə N №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoruna müraciət edərək, işindən azad edilməsini xahiş etmişdir.

33. N №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru tərəfindən verilən 01 iyul 2021-ci il tarixli əmrin surətindən görünür ki, 01 iyul 2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin sürücüsü İddiaçı2 öz xahişi ilə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı2 ilə son haqq-hesab aparılarkən işlədiyi müddətdə istifadə edilməmiş 100 gün əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir.

34. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsi tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim etmək üçün verilən 2N yanvar 2021-ci il tarixli 246 saylı arayışdan görünür ki, N №-li XTYİ MMC-nin mülkiyyətində olan **-JT-*** dövlət qeydiyyat nişanlı Tatra markalı nəqliyyat vasitəsi-sürücü, İddiaçı2 Azərbaycan Respublikasının Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq maddələrinə əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək siyahı ilə müvafiq hərbi hissəyə təhvil verilmişdir.

35. Azərbaycan Avtomobil X21 "xxxx" MMC-nin XN6 Komitəsinin 22 iyul 2021-ci il tarixli 09 №-li Protokolundan görünür ki, iclasda gündəlik məsələ Azərbaycan Avtomobil Yolları X49 Heyətinin sədrinin müvafiq sərəncamına əsasən 49 ədəd TATRA markalı avtomaşının istehsalat zərurəti ilə əlaqədar olaraq balansdan çıxarılıb tabeliklərindəki digər müəssisələrin balansına verilməsi və təhkim olunmuş sürücülərin köçürmə yolu ilə müvafiq olaraq həmin idarələrdə işlə təmin olunması məsələsi müzakirə edilmişdir. X2, X24, X25, X12, XN2, X46, X26, X27, X17, X40 və İddiaçı1 iştirak etmişdir.

36. İclasın sonunda iclas iştirakçıları tərəfindən AAYDA-nın 18 may 2021-ci il tarixli sərəncamlarına əsasən balansdan çıxarıb, digər tabelikdə olan müəssisələrin balansına verilmiş avtomaşınlarının sürücülərinin həmin müəssisələrdə işlə təmin olunmasından imtina etdiklərinə və sərəncama əsasən ştat vahidlərinin azaldılmasına əsasən həmin sürücülərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin mümkün hesab edilməsi, X6, X7, X8, X4, X18, X29, X9, X10, X5, X28 və İddiaçı1 əmək müqavilələrinə xitam verilməsinin rəhbərlikdə xahiş edilməsi qərara alınmışdır.

37. N saylı hərbi hissə komandiri tərəfindən verilən 19 yanvar 2021-ci il tarixli N1NN saylı arayışdan görünür ki, İddiaçı2 05 oktyabr 2020-ci il tarixindən 18 yanvar 2021ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində sürücü kimi Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd rayonlarında döyüş tapşırıqların yerinə yetirilməsində iştirak etmişdir.

38. İddiaçı2 məxsus olan AO seriyalı, ******* saylı hərbi biletdən görünür ki, o, 05 oktyabr 2020-ci il tarixindən 18 yanvar 2021-ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində sürücü kimi Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd rayonlarında döyüş tapşırıqların yerinə yetirilməsində iştirak etmişdir.

39. 01/N1 yanvar 2021-ci il tarixli, 000005 saylı yol vərəqindən görünür ki, İddiaçı2 istifadəsində olan Tatra-815, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobili N saylı hərbi hissədə idarə etmişdir.

40. N №-li XTYİ MMC tərəfindən verilən xx.xx.2020-ci il tarixli ezamiyyət vərəqindən görünür ki, İddiaçı2 yüklərin daşınması üçün Füzuli, Qubadlı, Zəngilan istiqamətində N saylı hərbi hissəyə N0 günlük ezamiyyətə göndərilmişdir.

41. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 17 dekabr 2021-ci il tarixdə 10:00-10:N0 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir.

42. N №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC tərəfindən təqdim edilən İddiaçı2 axırıncı haqq-hesab cədvəlində görünür ki, sonuncuya 1108,89 manat verilməsi olması müəyyən edilmişdir.

43. "xxxx" MMC-nin direktoru tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixindən 26.102021-ci il tarixə qədər müəssisəyə ehtiyat sürücü vəzifəsinə qəbul edilmiş şəxslərin siyasından görünür ki, X47, X1N, X11, X48, X19, X41, XNN, XN4, X20, X42 "xxxx" MMC-də ehtiyat sürücü kimi işə qəbul edilmişlər. Onlardan Onlardan 6 nəfəri İİ Qarabağ savaşında sürücü kimi arxa cəbhədə iştirak edib.

44. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

45. İddiaçılardan İddiaçı1 ilə 7N saylı YSMS arasında bağlanan 20 noyabr 2006cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı1 7N saylı YSMS-də müddətsiz olmaqla ehtiyat-sürücü vəzifəsində işə qəbul edilmişdir. Əmək müqaviləsində işçiyə ödənilməli olan əmək haqqı göstərilməmişdir. İddiaçı1 tutduğu vəzifədə 14 ildən çox iş stajı olmuşdur. Azərbaycan Avtomobil X21 18 may 2021-ci il tarixli əsas vəsaitlərin (avtomobillərin) əvəzsiz olaraq balansdan-balansa verilməsi barədə sərəncamı əsasında İddiaçı1 istifadəsində olan Tatra T-815 markalı, 2008-ci il buraxılışlı, **-JT-*** dövlət nömrə nişanlı yükünü özüboşaldan avtomobil “6 №-li X16” MMC-yə verilmişdir. Bu əsasla da, Azərbaycan Avtomobil X21 N№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Elşən Cəfərov tərəfindən verilən 2N iyul 2021-ci il tarixli əmrlə Azərbaycan Avtomobil X21 18 may 2021-ci il tarixli, 29 saylı sərəncamına əsasən əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. İddiaçı1 xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək N saylı h/h-nin tərkibində sürücü kimi Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir.

46. İddiaçı2 ilə 7N saylı YSMS arasında 05 oktyabr 2009-cu il tarixli əmək müqaviləsi bağlanmış və İddiaçı2 7N saylı YSMS-də müddətsiz olmaqla ehtiyat-sürücü vəzifəsində işə qəbul edilmişdir. Müqavilənin N.1-ci maddəsin əsasən işçinin əsas vəzifəsi yüklərin daşınması kimi göstərilmişdir. Lakin əmək müqaviləsində işçinin almalı olduğu əmək haqqı göstərilməmişdir. Daha sonra tutduğu vəzifədən öz ərizəsi ilə 01 iyul 2021-ci il tarixində azad edilmişdir. Həmçinin o, 05 oktyabr 2020-ci il tarixindən 18 yanvar 2021-ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində sürücü kimi Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd rayonlarında döyüş tapşırıqların yerinə yetirilməsində iştirak etmişdir.

47. Hazırda iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Avtomobil X21 N №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-yə əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifələrinə bərpa edilmələri və dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, tələblərini onunla əsaslandırmışlar ki, işdən çıxarılmaları barədə əmr əsassızdır. Belə ki, onlar müharibə iştirakçıları olmuşlar. Onlara təhkim olunan avtomobillərin verildiyi müəssilərdə əmək haqqı olduqca aşağı olmuşdur. İşdən çıxarıldıqdan sonra MMC rəhbərliyi onların yerinə xeyli yeni işçi götürülmüşdür. Bu isə onların ştatlarının ixtisar olunmadığını göstərir.

48. Azərbaycan Avtomobil X21 "xxxx" MMC-nin XN6 Komitəsinin 22 iyul 2021-ci il tarixli 09 №-li Protokoluna əsasən keçirilən iclasda Azərbaycan Avtomobil Yolları X49 Heyətinin sədrinin müvafiq sərəncamına əsasən 49 ədəd TATRA markalı avtomaşının istehsalat zərurəti ilə əlaqədar olaraq balansdan çıxarılıb tabeliklərindəki digər müəssisələrin balansına verilməsi və təhkim olunmuş sürücülərin köçürmə yolu ilə müvafiq olaraq həmin idarələrdə işlə təmin olunması məsələsi müzakirə edilmişdir. X2, X24, X25, X12, XN2, X46, X26, X27, X17, X40 və İddiaçı1 iştirak etmişdir.

49. İclasın sonunda iclas iştirakçıları tərəfindən X6, X7, X8, X4, X18, X29, X9, X10, X5, X28 və İddiaçı1 əmək müqavilələrinə xitam verilməsinin rəhbərlikdə xahiş edilməsi qərara alınmışdır.

50. Həmçinin iddiaçılardan İddiaçı1 Ağabal oğlu iddia edir ki, o, İİ Qarabağ müharibəsinin iştirakçısı olduğundan, o, müəssisədə ixtisara düşməməli idi. Digər İddiaçı2 isə ona ağ kağıza imza etdirildiyini və bu ərizənin işdən çıxarılması ilə bağlı olduğundan məlumatsız olduğunu iddia edir.

51. Cavabdehin nümayəndəsi isə iddiaya münasibətində bildirmişdir ki, "xxxx" MMC-nin tərkibində əvvəllər 187 avtomobil olmuşdur. Müəssisə hazırda Azərbaycan Avtomobil X21 avtobazası kimi fəaliyyət göstərir və ləğv olunmaq üzərədir. Bu səbəbdən MMC-nin balansında olan avtomobillə müxtəlif rayon və şəhərlərdə olan MMC-lərin balansına verilmişdir. Eyni zamanda həmin maşınların təhkim olunduğu sürücülərin ştat vahidləri də müəssisədən alınaraq müvafiq qaydada maşınların verilmiş olduğu müəssisələrə verilmiş və sürücülərin həmin müəssisələrdə işlə təmin olunması nəzərdə tutulmuşdur. Müəssisədə ştat sayı maşınların sayına uyğun olduğu üçün maşınlar olmadan sürücülərin fəaliyyəti də qeyri-mümkün olmuşdur. Sürücülərə maşınların verildiyi rayonlarda işləmək təklif edilmiş, N5 nəfər təkliflə razılaşaraq hazırda həmin rayonlarda çalışır. 2 işçi eləcə də, hazırki İddiaçı2 öz ərizələri ilə işdən çıxmışlar. 12 nəfər isə başqa müəssisəyə keçmək təklifini qəbul etmədiklərindən ixtisara salınmışdır.

52. Cavabdehin nümayəndəsi məhkəməyə sənəd təqdim edərək iddiaçılar işdən çıxandan sonra işə götürülən şəxslərin daimi ştat kimi yox, ehtiyat sürücü kimi işə götürüldüklərini, əvvəlcə ehtiyat sürücü ştatının sayı N olsa da, sonradan agentlik tərəfindən ştat sayı 7 vahid artırılaraq 10 ştata çatdırıldığını bildirmişdir. Bu barədə məhkəməyə müvafiq arayış təqdim etmişdir.

53. Həmçinin cavabdehin nümayəndəsi iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsini xahiş etmişdir .

54. İddiaçılar iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə etirazlarını onunla əsaslandırmışdırlar ki, onlar mediasiya sessiyasında iştirak üçün nəzərdə tutulmuş rüsuma görə vəsaiti 2021-ci ilin 17 dekabrınadək toparlaya bilməmişlər, iddia ərizələrinin elektron məhkəmə sistemində şəxsi kabinet vasitəsilə vermək üçün asan imzanı 2022-ci ilin yanvar ayının 21-də əldə etmişlər, eyni zamanda İddiaçı1 cvabdehin onu işə götürəcəyi barədə vədini gözlədiyinə görə iddia müddətini ötürdüyünü bildirmişdir.

55. İddiaçı2 17 dekabr 2021-ci il tarixdə 10:00-10:N0 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş və ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 dekabr 2021-ci il tarixli arayış verilmişdir.

56. İddiaçı1 17 dekabr 2021-ci il tarixdə 10:00-10:N0 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş və ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 dekabr 2021-ci il tarixli arayış verilmişdir.

57. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

58. İşin müəyyən edilən hallarını hər bir iddiaçıya münasibətdə müstəqil dəyərləndirərək məhkəmə hesab edir ki, işə bərpa və maddi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi iddia müddətinin ötürülməsi səbəbinə görə təmin edilməməlidir.

59. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

60. N72.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;

61. N75.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;

62. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

63. 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

64. 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

65. Həmin maddənin altıncı hissəsində göstərilir ki, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

66. İddiaçıların mediasiyada iştirakla bağlı vəsaitlərinin olmaması və məhkəməyə elektron qaydada müraciət etmələri barədə çətinliyin müəyyən vaxt tələb etməsi barədə dəlilləri inandırıcı olmamaqla, buraxılmış müddətin bərpası üçün üzrlü səbəb hesab edilə bilməz. Eyni zamanda cavabdehin onu yenidən işə qəbul edəcəyi barədə İddiaçı1 gözləntisi də müddətin üzrlü səbəbdən ötürülməsi qənaətini formalaşdırmır. Xüsusilə nəzərə alınsa ki, mediasiya sesiyasında iştirakla bağlı müvafiq arayış xx.xx.2021-ci il tarixində əldə edilsə də, iddiaçılar iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi iddiaçıların məhkəməyə müraciət edəcəklərinə əminlik yarandıqdan belə N aydan sonra məhkəməyə müraciət edilmişdir. Bundan başqa prosessual məcəllədə iddia ərizələrinin elektron qaydada təqdim edilməməsinə görə geri qaytarılması, yalnız kommersiya mübahisələri üzrə baxılan işlərə aiddir. Üstəlik iddiaçılar iddia ərizəsini elektron qaydada belə təqdim etməmişlər. Odur ki, iddiaçıların elektron qaydada təqdim etmədikləri iddia ərizəsinə görə, iddianın verilməsi üçün elektron kabinetin yaradılmasını gözləmələri barədə dəlilləri də əsaslı deyildir.

67. Beləliklə iddiaçılar iddia müddətini ötürməklə, həm də üzrsüz səbəbdən ötürməklə məhkəməyə müraciət etmişlər.

68. Əmək qanunvericiliyinin tələbinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda sadalanan hallardan görünür ki, iddiaçılar qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşlər və bu səbəbdən onların iddiası təmin edilə bilməz.

69. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin N7N-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

70. Məhkəmə bu məqamda həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı)

71. Bu baxımdan məhkəmə mübahisələndirilən əmrlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

72. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosialiqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. - 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; - 71-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür;N-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 77-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. - 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. - 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. - 8N.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 7N, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - N00.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 7N, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

73. Əvvəla İddiaçı2 münasibətdə məhkəmə qeyd edir ki, digər iddiaçıdan fərqli olaraq İddiaçı2 ştatların ixtisarı əsası ilə işdən çıxarılmamışdır. O, öz ərizəsi ilə işdən çıxmışdır. İddiaçı ona boş vərəqə imza etdirildiyini iddia etsə də, bu barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Hazırda iddiaçının özünə münasibətdə hansı hüququnun pozulmasına istinad etməklə işə bərpa tələbi ilə məhkəməyə müraciət etməsi anlaşılan deyil. Həmçinin o, özü məhkəmə iclaslarında hazırda işsiz olmadığını və özəl şirkətdə işlədiyini bildirir. Odur ki, onun barəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsassızlığından söhbət gedə bilməz.

74. Digər İddiaçı1 Ağababa oğluna münasibətdə isə məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur.

75. Əvvəla Azərbaycan Avtomobil X21 iddiaçılara təhkim edilmiş avtomobillərinin ona məxsus olan digər müəssisələrin balansına verilməsi həmin müəssisədə sürücü ştatının ixtisar edilməsi nəticəsini doğurmur. Belə ki, ştatların ixtisarı dedikdə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması(eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. İşçilərin sayının ixtisarı dedikdə isə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması(eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Halbuki işin hallarından görünür ki, müəssisədə bütün sürücü vəzifələri deyil, müəyyən hissəsi ixtisar edilmişdir.

76. Azərbaycan Avtomobil X21 yuxarıda göstərilən sərəncamlarında konkret avtomobillərin göstərilməsi, müəssisədə fəaliyyət göstərən və sırf həmin avtomobili idarə edən sürücülərin ixtisarını şərtləndirmir. Çünki bu ixtisarın məqsədi faktiki olaraq iş yükünün azalması və ya digər müəssisələrdə iş yükünün artmasına görə işçilərin sayını azaltmaq olmuşdur.

77. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı1 İİ Qarabağ müharibəsində müvafiq hərbi hissələrdə sürücü kimi iştirak etmişdir. Lakin onun qanunvericiliyin tələbinə əsasən müharibə iştirakçısı hesab edilib-edilməməsi məqamı cavabdeh tərəfindən araşdırılmamışdır. Belə olan halda işəgötürən sürücünün peşəkarlıq səviyyəsini müəyyən etmədən, peşəkarlıq səviyyəsi eyni olduğu halda işdə saxlanmağa üstünlük verilən şəxslərin dairəsini müəyyən etmədən sərəncamın formal məzmununa əsaslanaraq, İddiaçı1 əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır.

78. Odur ki, cavabdeh İddiaçı1 əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərini pozmuşdur.

79. Bundan başqa iş materiallarından göründüyü kimi İddiaçı1 əmək müqaviləsinə 2N iyul 2021-ci il tarixində agentliyin müvafiq sərəncamı əsasında xitam verilmişdir. Bu barədə yazılı sübutlar yuxarıda sadalanmışdır.

80. Həmin əmrdə eyni zamanda qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən işdən azad edilən işçilərə xəbərdarlıq müddəti əvəzinə aylıq əmək haqqının 2 misli miqdarda müavinətin verilməsi təmin edilsin.

81. Halbuki Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinin tələbinə görə xəbərdarlıq müddəti əvəzinə müavinət verilməsi işçinin razılığı əsasında həyata keçirilə bilərdi.

82. Belə ki, Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

83. Buna baxmayaraq işəgötürən xəbərdarlıq müddətinin başa çatmasını gözləmədən öz təşəbbüsü ilə işçiyə aylıq əmək haqqının 2 mislini ödəməklə əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etmişdir.

84. Həmçinin İddiaçı1 "xxxx" MMC-də tuduğu vəzifəsində 14 ildən çox iş stajı olmuşdur. Belə olan halda ona əmək müqaviləsi ləğv olunmamışdan, yəni 2N iyul 2021-ci il tarixindən ən azı 9 təqvim həftəsi öncədən xəbərdarlıq edilməli idi. Halbuki onun telefon nömrəsinə 01 iyun 2021-ci il tarixində SMS bildiriş, ünvanına isə yazılı bildiriş göndərilməklə bu barədə məlumat verilmişdir. Hərçənd ki, xəbərdarlıq məktubunun tərtib edilmə tarixi xx.xx.2021-ci il kimi qeyd edilmişdir.

85. Görünür ki, cavabdeh İddiaçı1 əmək müqaviləsinə xitam verərkən həm də, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərini də pozmuşdur.

86. Cavabdeh əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsində nəzərdə tutulmuş digər prosedur qaydalara əməl etmişdir.

87. Belə ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əməl edilmiş və işçilərin ixtisarı ilə bağlı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmışdır.

88. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə o qənaətə gəlir ki, iddia müddətinin ötürülməsinə baxmayaraq, əmək müqavilələrinə xitam verilərkən İddiaçı1 subyektiv hüquqları pozulmuşdur. İddiaçı2 isə subyektiv hüququnun pozulması halı müəyyən edilməmişdir.

89. Belə ki, işəgötürənin ştatların ixtisarının zəruriliyi barədə qənaəti yalnış olmuş, qanunvericiliyin tələbini səhv təfsir etmişdir. Bunun nəticəsində işçinin müharibədə iştirak edib-etməməsi barədə rəsmi məlumatlar əldə edilmədən, onun peşəkarlıq səviyyəsi araşdırılmadan, xəbərdarlıq müddəti ilə bağlı tələblər gözlənilmədən onun əmək müqaviləsinə xitam verilmişdir.

90. Halbuki işəgötürən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurətinin olduğu qənaətinə gəlmiş idisə, onun əmək şəraitinin şərtlərini dəyişdirmək hüququ var idi və yaxud işçilərin sayının azaldılmasına ehtiyac yaranmış idisə, onların peşəkarlıq səviyyəsini müəyyən etməklə, əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatını gözləməklə fəaliyyətini tənzimləyə bilərdi. Tətbiq edilən prosessual normalar:

91. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

92. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

93. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

94. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

95. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

96. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar