Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2238/2020 10.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 61 saylı evin qarşısında yerləşən 120,3 kv.metr sahəli qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2001-ci il tarixli, 000506 nömrəli Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ərizəçi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2001-ci il tarixli, 000506 nömrəli Şəhadətnamədə onun soyalı “Əliyev” kimi göstərilmişdir. Halbuki, ona məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən də müəyyən olunur ki, onun soyadı “Aliyev”dir. Yol verilmiş yalnışlıq onun əmlak hüquqlarını həyata keçirməsində problemlər yaratdığından, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsində ərizəçinin soyalı “Aliyev” kimi göstərilmişdir. xx xxxxxxx 2001-ci il tarixli, 181 nömrəli alğı-satqı müqaviləsində xx xxxxxxx 2001ci il tarixdə Respublika Auksion Mərkəzi tərəfindən keçirilən auskionda 05/02 nömrəli protokola əsasən X1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 61 saylı evin yanında yerləşən 120,3 kv.metr sahəli qeyri-yaşayış sahəsini 14172000 manata (köhnə məzənnə) Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentindən satın aldığı göstərilmişdir. xx xxxxxxx 2001-ci il tarixli, 000506 nömməli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 61 saylı evin qarşısında yerləşən 120,3 kv.metr qeyri-yaşayış sahəsinin X1 mülkiyyəti kimi qeydiyyata alındığı göstərilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 307.2.5.-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. - 307.2 və 307.2.11-cı maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İşin faktiki halları, eyni zamanda ərizəçi tərəfindən təqdim olunmuş sübutlarla təsdiq edilir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2001-ci il tarixli, 000506 nömrəli Şəhadətnamədə Ərizəçi soyadı “Əliyev” kimi göstərilmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2001-ci il tarixli, 000506 nömrəli Şəhadətnamənin AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsində adı göstərilən Ərizəçi məxsus olmasına dair faktın müəyyən edilməsi üçün hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2001-ci il tarixli, 000506 nömrəli Şəhadətnamənin AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsində adı göstərilən Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2238/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2238/2020
10.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver