Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2240/2021 04.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldiməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldiməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10R000013927 saylı kredit razılaşması üzrə 12945.11 ABŞ Dolları kredit borcu, 14799.72 ABŞ Dolları faiz borcu və 11153.80 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 38898 ABŞ Dolları 63 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, Tutmanın Binəqədi rayonu Azadlıq prospekti 36 saylı evin 41 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 38898 (otuz səkkiz min səkkiz yüz doxsan səkkiz) ABŞ Dolları 63 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Binəqədi rayonu Azadlıq prospekti 36 saylı evin 41 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarrılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 25.04.2014-cü il tarixli 10L000006340 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur.Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.04.2014-cü il tarixli 10R000013927 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları 03.04.2015ci il tarixli 10R000013927S saylı, 22.01.2016-cı il tarixli 10R000013927SA saylı, 03.03.2016-cı il tarixli 10R000013927SB saylı, 06.09.2016-cı il tarixli 10R000013927SC saylı, 04.10.2016-cı il tarixli 10R000013927SD saylı, 19.12.2016-cı il tarixli 10R000013927SE saylı, 05.01.2018-ci il tarixli 10R000013927SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03.12.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 17054.89 ABŞ Dolları ödəmiş, onun 12945.11 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.10.2020-ci il tarixə 701 gün üçün hesablanmış faiz borcu 14799.72 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 06.10.2020-ci il tarixə 701 gün üçün hesablanmış cərimə 11153.80 ABŞ Dolları təşkil edir.Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər.Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 25.04.2014cü il tarixli 10M000001376 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 36 saylı evin 41 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 1139 №-li reyestr kitabının 103243 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Binəqədi rayonu Azadlıq prospekti 36 saylı evin 41 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 və Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 02.09.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşmar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 09.09.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir.Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Borcun qrafikə salınmaqla ödənişlərin edilməsinə bank razı deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, Bank tərəfindən ona 8000 ABŞ dolları ödənilməsi təklif edilmişdir. Lakin o, 5000 manat ödəməyi banka təklif etmişdir. Bank isə bu təklifi ilə razılaşmamışdır. Banka borcunun olduğunu qəbul edir. Lakin həmin məbləğin həcmi daha az olmalıdır. O banka 28000 ABŞ dolları ödəniş etmişdir. Faiz və cərimə məbləği yüksək hesablanıb. Qalıq məbləği yenidən qrafikə salsalar, hissə-hissə ödəniş edə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanan 10L000006340 saylı, 25 aprel 2014cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında kredit razılaşması, bank qarantiya verilməsi haqqında müqavilə vıə Akkredit açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kreit vermək vədini ifadə etmir. Müqavilənin 1.2-ci bəndinə əsasən istənilən məbləğ 120 ay 25 aprel 2024-cü il tarixindən gec olmayaraq verilməlidir. Kredit alan isə hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun banka qaytarmağı öhdəsinə götümüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında 10L000006340 saylı, 25 aprel 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə bağlanan №10R000013927 saylı 30.04.2014-cü il tarixli kredit razılaşmasından və 1 saylı əlavədən görünür ki, bank məbləği 30.000 ABŞ dolları ola krediti aylıq faiz dərəcəsi 2 % olmaqla, 48 ay müddətinə aylıq ödəniş 987,93 ABŞ dolları olmaqla kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlərlə birlikdə banka qaytarmağı öhdəsinə götürür. İlkin ödəniş tarixi 05.06.2014-cü il, sonuncu ödəniş tarixi 07.05.2018-ci il olaraq müəyyən edilmişdir. İpoteka qoyan Cavabdeh2 30.04.2019-cu il tarixində ödəniş cədvəli ilə tanış olmuş bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 03.04.2015-ci il tarixli, № 10R000013927S saylı sazişdən görünür ki, Bank ilə Kredit alan arasında 25 aprel 2014-cü il tarixli 10L000006340 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 30 aprel 2014-cü il tarixində bağlanmış 10R000013927 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 03/03/2016cı il tarixdən aylıq 1.9167 %, 03/03/2017-ci il tarixdən aylıq 1.833 %, 05/03/2018-ci il tarixdən aylıq 1,75 %, 03/05/2018-ci il tarixdən aylıq 0% kredit razılaşmasının ayrılmaz hissəsi olan 30 aprel 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 03.04.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir . Ödəniş planına əsasən aylıq faiz dərəcəsi 2 % olmaqla, aylıq ödəniş məbləği 831,26 ABŞ dolları, ilkin ödəniş tarixi 03.04.2015-ci il, sonuncu ödəniş tarixi isə 03.05.2019-cu il olaraq müəyyən edilmişdir. İddiaçıQSC ilə Cavabdeh1 arasında bağlanan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında № 10R000013927SA saylı 22.01.2016-cı il tarixli sazişdən görünür ki, Bank ilə kredit alan arasında 25 aprel 2014-cü il tarixli 10L000006340 saylı “Uzunmüddətli Kredit Müqaviləsi” üzrə 30 aprel 2014-cü il tarixdə bağlanmış 10R000013927 kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 22 yanvar 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. 22.01.2016-cı il tarixli ödəniş planından görünür ki, aylıq faiz dərəcəsi 2 %, aylıq ödəniş məbləği 528 ABŞ dolları olmaqla, ilkin ödəni tarixi 03.02.2016-cı il sonuncu ödəniş tarixi 03.05.2019-cu il olaraq müəyyən edilmişdir. İddiaçıQSC ilə Cavabdeh1 arasında bağlanan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında № 10R000013927SB saylı 03.03.2016-cı il tarixli sazişdən görünür ki, Bank ilə kredit alan arasında 25 aprel 2014-cü il tarixli 10L000006340 saylı “Uzunmüddətli Kredit Müqaviləsi” üzrə 30 aprel 2014-cü il tarixdə bağlanmış 10R000013927 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 03.03.2016cı il tarixdən aylıq 1.9581 %, 03.02.2017-ci il tarixdən aylıq 1.8748%, 05.02.2018-ci il tarixdən aylıq 1.7915 %, 03.10.2018-ci il tarixdən aylıq 0.00 % dərəcəsi ilə faizlər hesablanır. 03.03.2016-cı il tarixli ödəniş planından görünür ki, aylıq faiz dərəcəsi 1.9582 %, aylıq ödəniş 519,61 ABŞ dolları, ilkin ödəniş tarixi 03.03.2016-cı il, sonuncu ödəniş tarixi 05.11.2019-cu il olaraq müəyyən edilmişdir. Accessbank”QSC ilə Cavabdeh1 arasında bağlanan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında № 10R000013927SC saylı 06.09.2016-cı il tarixli sazişdən görünür ki, Bank ilə kredit alan arasında 25 aprel 2014-cü il tarixli 10L000006340 saylı “Uzunmüddətli Kredit Müqaviləsi” üzrə 30 aprel 2014-cü il tarixdə bağlanmış 10R000013927 kredit razılaşması əsasında verilmiş krediti, qalıq məbləğini və ona hesablanmış faizləri 06.09.2016-cı il tarixə kimi banka ödəməlidir. 06.09.2016-cı il tarixli ödəniş cədvəlinə əsasən aylıq faiz dərəcəsi 1.9582% , aylıq ödəniş məbləği 300 ABŞ dolları olmaqla ilkin ödəniş tarixi 06.09.2016-cı il, sonuncu ödəniş tarixi 05.11.2019-cu il tarixi olaraq müəyyən edilmişdir. Accessbank”QSC ilə Cavabdeh1 arasında bağlanan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında № 10R000013927SD saylı 04.10.2016-cı il tarixli sazişdən görünür ki, Bank ilə kredit alan arasında 25 aprel 2014-cü il tarixli 10L000006340 saylı “Uzunmüddətli Kredit Müqaviləsi” üzrə 30 aprel 2014-cü il tarixdə bağlanmış 10R000013927 kredit razılaşması əsasında verilmiş krediti, qalıq məbləğini və ona hesablanmış faizləri 04.10.2016-cı il tarixə kimi banka ödəməlidir. 04.10.2016-cı il tarixli ödəniş cədvəlinə əsasən aylıq faiz dərəcəsi 1.9582% , aylıq ödəniş məbləği ilk 5 aydan sonra 533,67 ABŞ dolları olmaqla ilkin ödəniş tarixi 04.10.2016-cı il, sonuncu ödəniş tarixi 05.11.2019-cu il tarixi olaraq müəyyən edilmişdir. Accessbank”QSC ilə Cavabdeh1 arasında bağlanan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında № 10R000013927SE saylı 19.12.2016-cı il tarixli sazişdən görünür ki, Bank ilə kredit alan arasında 25 aprel 2014-cü il tarixli 10L000006340 saylı “Uzunmüddətli Kredit Müqaviləsi” üzrə 30 aprel 2014-cü il tarixdə bağlanmış 10R000013927 kredit razılaşması əsasında verilmiş krediti, qalıq məbləğini və ona hesablanmış faizləri 19.12.2016-cı il tarixə kimi banka ödəməlidir. 19.12.2016-cı il tarixli ödəniş cədvəlinə əsasən aylıq faiz dərəcəsi 1.9582% , aylıq ödəniş məbləği ilk 12 ay 250 ABŞ dolları, 12 aydan sonra 533,67 ABŞ dolları olmaqla ilkin ödəniş tarixi 19.12.2016-cı il, sonuncu ödəniş tarixi 05.11.2019-cu il tarixi olaraq müəyyən edilmişdir. İddiaçıQSC ilə Cavabdeh1 arasında bağlanan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında № 10R000013927SF saylı 05.01.2018-ci il tarixli sazişdən görünür ki, Bank ilə kredit alan arasında 25 aprel 2014-cü il tarixli 10L000006340 saylı “Uzunmüddətli Kredit Müqaviləsi” üzrə 30 aprel 2014-cü il tarixdə bağlanmış 10R000013927 kredit razılaşması əsasında verilmiş krediti, qalıq məbləğini və ona hesablanmış faizləri 05.01.2018-ci il tarixə kimi banka ödəməlidir. 05.01.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən aylıq faiz dərəcəsi 1.9582% , aylıq ödəniş məbləği ilk 12 ay 250 ABŞ dolları, 12 aydan sonra 533,67 ABŞ dolları olmaqla ilkin ödəniş tarixi 08.01.2018-ci il, sonuncu ödəniş tarixi 03.10.2019-cu il tarixi olaraq müəyyən edilmişdir. İddiaçıQSC ilə zamin Cavabdeh2 arasında bağlanan 30.04.2014-cü il tarixli, 10S000013130 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçıQSC ilə zamin Cavabdeh3 arasında bağlanan 29.04.2014-cü il tarixli, 10S000013125 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı QSC tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışından görünür ki, Cavabdeh1 10R000013927 saylı, 30.04.2014-cü il tarxli kredit razılaşması üzrə 06.10.2020-ci il tarixinə əsas məbləğ üzrə borcu 12945,11 ABŞ dolları, faiz üzrə borcu 14799,72 ABŞ dolları, cərimə borcu 11153,8 ABŞ dolları olmaqla ümumilikdə 38898,63 ABŞ dolları borcu vardır. İddiaçı QSC ilə Cavabdeh1 və ipoteka verən Cavabdeh2 arasında bağlanan 25 aprel 2014-cü il tarixli, 10M000001376 saylı ipoteka müqaviləsindən görünür ki, borclu Cavabdeh1 25 aprel 2014-cü il tarixli 10L000006340 saylı “Kredit Xətti Müqaviləsi” üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti, 36 saylı evin, 8-ci mərtəbəsinədə yerləşən və xüsusi mülkiyyətdə olan 62,08 kv.m ümumi, 43,58 kv.m yaşayış, 18.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 41 nömrəli mənzil paylı mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ½ hissə, Cavabdeh2 məxsus ½ hissə ipoteka predmeti kimi çıxış edir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 35,293, 50 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti, 36 saylı evin 41 saylı mənzilində yerləşən mənzil İddiaçı QSC-nin Elmlər Akademiyasının filialının adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 1139 nömrəli reyestr kitabının 103243 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı QSC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan bildirişin surətindən görünür ki, borclulara ipoteka predmetinə məhkəmə qaydasında tutma yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə 08.09.2020-ci il tarixində ipoteka predmetinə tutmanın yönəldiməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə ünvanlanmış və ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti, 36 saylı evin 41 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 göndərilmiş bildirişin qeydə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Ekspertizası Mərkəzinin 9/2720 saylı, 23.06.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 03.10.2019-cu il tarixə banka ona əsas borcu 16.392,22 ABŞ dolları, faiz borcuna görə 14.707,66 ABŞ dolları borcu vardır. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 30.04.2014-cü il tarixli 10R000013927 saylı kredit razılaşması üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Təqdim edilmiş çıxarış məlumatlarına əsasən 03 oktyabr 2019-cu il tarixdən sonra 30.04.2014-cü il tarixli 10R000013927 saylı kredit razılaşması üzrə ödəniş aparılmamışdır. Ekspertiza tədqiqatının dəyəri 200 manatdır "xxxx" MMC tərəfindən təqdim edilən əmlakın qiymətləndirilməsi barədə 09 avqust 2021-ci il tarixli LP-132/21 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 36 saylı evin 41 saylı mənzilinin real bazar dəyəri 55000 manat, likvid qiyməti 50000 manat müəyyən edilmişdir. Keçrilmiş tədiqatın dəyəri 300 manatdır. 07 yanvar 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 10L000006340 saylı, 25 aprel 2014-cü il tarixli kredit xətti müqaviləsi bağlanmış və bank borcalana 100000 ABŞ dolları həçmində 120 ay müddətiə kredit xətti açmışdır. Kredit xətti müqaviləsinə əsaslanmaqla Cavabdeh1 ilə Bank arasında 30.04.2014-cü il tarixli 10R000013927 saylı kredit razılaşması imzalanmış və Cavabdeh1 48 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanan 03.04.2015-ci il tarixli 10R000013927S saylı, 22.01.2016-cı il tarixli 10R000013927SA saylı, 03.03.2016-cı il tarixli 10R000013927SB saylı, 06.09.2016-cı il tarixli 10R000013927SC saylı, 04.10.2016-cı il tarixli 10R000013927SD saylı, 19.12.2016cı il tarixli 10R000013927SE saylı, 05.01.2018-ci il tarixli 10R000013927SF saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Sonuncu dəfə kredit müqaviləsinin müddəti 03.10.2019-cu il tarixinədək uzadılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 25.04.2014-cü il tarixli 10M000001376 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 36 saylı evin 41 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Hazırda Bank Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməməsi səbəbindən yaranmış 38898 ABŞ dolları borcun borclulardan müştərək qaydada tutulmasını və tutmanın ipoteka müqaviləsinə yönəldilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, müqavilə tərəfləri arasında kredit xətti müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə tərəfindən borc məbləğinin dəqiq müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert tədqiqatı nəticəsində tələb olunan əsas borc məbləği artıq hesablanmış, faiz məbləği isə azaldılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit borcunun qalıq məbləği əsas borc üzrə iddia tələbi həddində, faiz borcu isə ekspert rəyi əsasında müəyyən edilməlidir. Belə ki, 23.06.2021-ci il tarixli, 9/2720 saylı ekspert rəyində cavabdehin banka olan faiz borcu 03.10.2019-cu il tarixə 14707,66 ABŞ dolları məbləğində müəyyən edilsə də, iddiaçı cavabdehdən 14799,72ABŞ dolları məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb edilən faiz borcu ekspert rəyi həddində, yəni 14707,66 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan başqa cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, 10R000013927 saylı, 30 aprel 2019-cu il tarixli kredit razılaşması üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 11153,80 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu endirilməli və əsas borc məbləği nəzərə alınmaqla 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə müəyyən edilmiş borcun eyni zamanda cavabdehlər – zamin Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Zaminlik müqaviləsində isə onun verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır. İş materiallarından göründüyü kimi, zaminlik müqaviləsinin 4.1-ci bəndində qeyd olunmuşdur ki, “Zaminlik müqaviləsi kredit xətti müqaviləsinin bütün şərtləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür”. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Belə ki, kredit xətti müqaviləsi üzrə öhdəliyinin icrası vaxtı 25.04.2019-cu il tarixində, 30.04.2014-cü il tarixli kredit razılaşması üzrə öhdəliyin icrası vaxtı № 10R000013927SF saylı 05.01.2018-ci il tarixli əlavə sazişlə uzadılmaqla 03.10.2019-cu il tarixində bitmişdir. Həmin tarixdən bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam xitam verilməli və zaminlərə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Bununla bağlı məhkəmə o qənaətə gəlir ki, ABŞ dolları ilə olan kredit borcu ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, bankla ipoteka verənlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 25 aprel 2014-cü il tarixli İpoteka müqaviləsinə əsasən 25 aprel 2014-cü il tarixli, 10L000006340 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üzrə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün 1/2 hissədə mülkiyyət hüququ üzrə Cavabdeh1 və ½ hissədə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 36 saylı evin, 41 saylı mənzili ipoteka verənlər tərəfindən ipoteka ilə yüklü edilmişdir. Cavabdeh-borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Borcalana bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə LP-132/21 saylı, 09 avqust 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 36 saylı evin, 41 saylı mənzili real bazar qiyməti 55.000 manat, likvid qiyməti 50.000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın açıq hərracdan satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 36 saylı evin, 41 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyanlara, yəni Cavabdeh1 və Cavabdeh2 qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilməsə də və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmasa belə hazırki münasibətlərə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarında müəyyən edilən hallar şamil edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadında qeyd edilmişdir ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Odur ki, tərəflər arasında münasibətlər müvafiq plenum qərarları qəbul edilənədək yaranmış və mülki iş məhkəmənin icraatına 01.02.2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 50.000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbi Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 36 saylı evin, 41 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin mənzildən çıxarılması, mənzilin boşadılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində də yuxarıda qeyd edilən normalara uyğun olaraq əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 30 aprel 2014-cü il tarixli, 10R000013927 saylı kredit razılaşması üzrə əsas borca görə 12945,11 ABŞ dolları, faiz borcuna görə 14707,66 ABŞ dolları, cərimə borcuna görə 100 ABŞ dollar olmaqla, ümumilikə 27752,77 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməli, tutma ipoteka predmeti olan ½ hissədə Cavabdeh1 və ½ hissədə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 36 saylı evin, 41 saylı mənzilinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 50000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 qaytarılmalı, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh1 ümumi qaydada tutulmalı, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 36 saylı evin, 41 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh1 və Cavabdeh2 1 ay ərzində mənzildən çıxarılmalı(mənzili boşaltma və tərk etmə) və mənzil hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri iddianın təmin edilməsinə mütənasib olaraq kreditor və borclu arasında bölünməlidir. Odur ki, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, ümumilikdə 60 manat xərcin 42 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Bundan başqa məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin 140 manat hissəsi Cavabdeh1, 60 manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməli, məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində vəsaitin 210 manat hissəsi Cavabdeh1, 90 manat hissəsi isə İddiaçı QSC-dən tutularaq "xxxx" MMC-nin (VÖEN:**********, bank "xxxx" ASC Yasamal filialı, bankın VÖEN **********, kod 512565, H/h AZE30AZRT********************, M/h:AZE02NABZ********************, SWİFT AZRTAZ22) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 30 aprel 2014-cü il tarixli, 10R000013927 saylı kredit razılaşması üzrə əsas borca görə 12945,11 ABŞ( on iki min doqquz yüz qırx beş dollar, 11 sent) dolları, faiz borcuna görə 14707,66 (on dörd min yeddi yüz yeddi dollar, altmış altı sent) ABŞ dolları, cərimə borcuna görə 100 (yüz) ABŞ dollar olmaqla, ümumilikə 27752,77 (iyirmi yeddi min yeddi yüz əlli iki dollar, yetmiş yeddi sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Tutma ipoteka predmeti olan ½ hissədə Cavabdeh1 və ½ hissədə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 36 saylı evin, 41 saylı mənzilinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilməklə açıq hərracdan satılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına kredit borcu ödənilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyanlar Cavabdeh1 və Cavabdeh2 qaytarılsın, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh1 ümumi qaydada tutulsun. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 36 saylı evin, 41 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh1 və Cavabdeh2 1 ay ərzində mənzildən çıxarılsın(mənzili boşaltma və tərk etmə) və mənzil hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının, ümumilikdə 60 (altmış) manat xərcin 42 (qırx iki) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilsin, qalan hissəsi iddiaçıya aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində vəsaitin 140 (yüz qırx) manat hissəsi Cavabdeh1, 60 (altmış) manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində vəsaitin 210 (iki yüz on) manat hissəsi Cavabdeh1, 90 (doxsan) manat hissəsi isə Accessbank” QSC-dən tutularaq "xxxx" MMC-nin (VÖEN:**********, bank "xxxx" ASC Yasamal filialı, bankın VÖEN **********, kod 512565, H/h AZE30AZRT********************, M/h:AZE02NABZ********************, SWİFT AZRTAZ22) hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2240/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2240/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver