Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2266/2024 19.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpasına dair ərizəsi üzrə mülki işə 19 mart 2024-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun doğum haqqında akt qeydinin bərpa edilməsi, həmin akt qeydində doğum tarixinin xx xxxxxx 1966-cı il, doğum yeri Ermənistanın Kalinin rayonu, ata adı qrafasında “X9”, ana adı qrafasında “X10” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxx 1966-cı il tarixdə Ermənistanın Kalinin rayonunun Qızılşəfəq kəndində doğulmuşdur. X4, anası X8r. Atası 13 aprel 2000ci il tarixdə, anası isə 01 fevral 2018-ci il tarixdə vəfat etmişlər. Ərizəçinin doğum haqqında şəhadətnaməsi olmuş, hazırda şəxsiyyət vəsiqəsi mövcud olsa da, doğum haqqında şəhadətnaməsi Ermənistandan qaçqın düşərkən itmişdir. O, akt qeydinin bərpası üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizədə qeyd olunanları təsdiq edib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, ərizəçinin əmisidir. Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə Ermənistanın Kalinin rayonunun Qızılşəfəq kəndində doğulmuşdur. 1988-ci ildə məlum hadisələr nəticəsində onlar məcburi olaraq yaşadıqları kənddən çıxarılmış, 1989-cu ilədək Gürcüstan Respublikasında yaşamış, sonradan Azərbaycan Respublikasına gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindiirlmiş X2 ifadəsində göstərdi ki, o, Kalinin rayonunun Qızılşəfəq kəndində ərizəçi ilə qonşuluqda yaşamışdır. Ərizəçinin atası Rəhim, anası Pərişan xanım idi. Onlar vəfat ediblər. Məlum köçlə bağlı onlar məcburi olaraq yaşadıqları torpaqdan qovulmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 digər şahid X1 ifadəsinə uyğun ifadə verdi. Mülki iş materiallarında olan: - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə doğulmuşdur. - НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi doğum yeri Ermənistanın Kalinin rayonunun Qızılşəfəq kəndidir, milliyyəti azərbaycanlıdır. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 25 yanvar 1960-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki X9 13 aprel 2000-ci il tarixdə vəfat etmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 01 fevral 2018ci il tarixdə vəfat etmişdir. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlandırılmış 21 yanvar 2024-cü il tarixli məktubda göstərilmişdir ki, “...qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydinizin bərpası ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətinizə baxılmışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bildiririk ki, müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) təqdim edə bilmədiyinizə görə doğum haqqında akt qeydinizin bərpası tərəfimizdən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 14-cü bəndinə əsasən, məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizənin təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 16-cı bəndinə əsasən doğum, ... qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. İşin faktiki halları ilə təsdiq olunur ki, ərizəçiyə doğum haqqında şəhadətnamə Ermənistanda verilmiş, şəhadətnamə itirildiyindən, ərizəçi akt qeydinin bərpa edilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tələbin təmin edilməsindən imtina edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin doğum akt qeydinin bərpası yolu ilə hazırki məsələnin həlli mümkündür. Buna görə də, ərizə təmin edilməli, ərizəçiyə məxsus doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. - 341-ci maddəsinə əsasn vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx xxxxxx 1966-cı il tarixdə Ermənistanın Kalinin rayonunun Qızılşəfəq kəndində anadan olmuş Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə Ermənistanın Kalinin rayonunun Qızılşəfəq kəndində anadan olması, akt qeydinin ata qrafasında – X9 (milliyyəti azərbaycanlı), ana qrafasında X10 (milliyyəti azərbaycanlı) qeyd edilməklə ona yeni doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2266/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2266/2024
19.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver