Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-228/2021 05.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz və dəbbə borcunun alınması, ipoteka predmetlərinə tutma yönəldilməsi və ipoteka predmetlərinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz və dəbbə borcunun alınması, ipoteka predmetlərinə tutma yönəldilməsi və ipoteka predmetlərinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər məhkəməyə bildirdilər ki, aralarında barışıq sazişi bağlanılmış və həmin sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə müvafiq olaraq, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə müvafiq olaraq, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə 05 oktyabr 2021-cu il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz və dəbbə borcunun alınması, ipoteka predmetlərinə tutma yönəldilməsi və ipoteka predmetlərinin boşaldılması tələbinə dair mülki iş üzrə "xxxx" BOKT MMC ilə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 arasında bağlanmış və məhkəməyə təqdim edilmiş barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflər 01 aprel 2014-cü il tarixli AZBA-009602 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 26 yanvar 2018-ci il tarixli BAKU1-21640-14293 saylı və 27 avqust 2018-ci il tarixli BAKU 1-21640-15302 saylı Razılaşmalara əsasən cavabdehlərin iddiaçıya olan ümumi borc məbləğini 05 oktyabr 2021-ci il tarixinə 72202 (yetmiş iki min iki yüz iki) manat məbləğində müəyyən edirlər.
2. Razılaşdırılmış 72202 (yetmiş iki min iki yüz iki) manat 05 oktyabr 2021-ci il tarixdən başlayaraq 30 sentyabr 2024-cii il tarixinədək 36 ay ərzində hər təqvim ayı ən azı 1700 (bir min yeddi yüz) manat məbləğində olmaqla cavabdehlər tərəfindən iddiaçının xeyrinə ödənməlidir.
3. Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu müddətlərin hər hansı bir ay ərzində ötürülməsi öhdəliklərin lazımınca icra olunmaması hesab olunacaq.
4. Cavabdehlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)- 228/2021 saylı mülki işlə bağlı aşağıdakı xərcləri 30 sentyabr 2024-ci il tarixədək ödəməyi öz öhdəsinə götürürlər: - ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat; - işin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu – 30 (otuz) manat; - qiymətləndirmə üzrə xidmət haqqı – 300 (üç yüz manat) manat – "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab № AZN: AZ15GUNA********************, Bank: Günay Bank ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22); - məhkəmə-mühasibatlıq ekspertizasının xərci – 150 (yüz əlli) manat - Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1).
5. Cavabdeh4 tərəfindən 36101 (otuz altı min bir yüz bir) manat borc, 75 (yetmiş beş) manat məhkəmə-mühasibatlıq ekspertizası xərci, 150 (bir yüz əlli) manat qiymətləndirmə üzrə xidmət haqqı, 30 (otuz) manat bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqı və 15 (on beş) manat məhkəmə rüsumu qaytarıldıqdan sonra ipoteka predmeti (Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 57 nömrəli binanın 2 otaqlı 7 nömrəli mənzili) ipoteka ilə yüklülükdən azad ediləcək və Cavabdeh4 zaminliyinə xitam veriləcəkdir. Cavabdeh1 tərəfindən 36101 (otuz altı min bir yüz bir) manat borc, 75 (yetmiş beş) manat məhkəmə-mühasibatlıq ekspertizası xərci, 150 (bir yüz əlli) manat qiymətləndirmə üzrə xidmət haqqı, 30 (otuz) manat bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqı və 15 (on beş) manat məhkəmə rüsumu qaytarıldıqdan sonra ipoteka predmeti (Cavabdeh6 məxsus olan, Bakı şəhəri, Xətai rayonu, X4 küçəsində yerləşən 14 nömrəli binanın 2 otaqlı 63 nömrəli mənzili) ipoteka ilə yüklülükdən azad ediləcəkdir.
6. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, o cümlədən 72202 (yetmiş iki min iki yüz iki) manat məbləğində borcun 05 oktyabr 2021-ci il tarixdən başlayaraq 30 sentyabr 2024-cü il tarixinədək 36 ay ərzində hər təqvim ayı ən azı 1700 (bir min yeddi yüz) manat şəklində qaytarılmaması öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq.
7. Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edir: - Cavabdehlərin etdiyi ödənişlər nəzərə alınmaqla 72202 (yetmiş iki min iki yüz iki) manat borcun qaytarılmamış hissəsi iddiaçının xeyrinə onlardan birgə qaydada tutulur; - Tutma ipoteka predmetləri olan Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 57 nömrəli binanın 2 otaqlı 7 nömrəli mənzilinə yönəldilir, mənzilin ilkin satış qiyməti tərəflərin razılığı ilə 70200 (yetmiş min iki yüz) manat və Cavabdeh6 məxsus olan, Bakı şəhəri, Xətai rayonu, X4 küçəsində yerləşən 14 nömrəli binanın 2 otaqlı 63 nömrəli mənzilinə yönəldilir, mənzilin ilkin satış qiyməti tərəflərin razılığı ilə 60300 (altmış min üç yüz) manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır və həmin əmlaklarda qeydiyyatda olan şəxslər məcburi qaydada çıxarılırlar, satışdan əldə olunmuş pul vəsaiti cavabdehlərin iddiaçıya olan borc qalığının ödənilməsinə yönəldilir.
8. Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra edilir. İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz və dəbbə borcunun alınması, ipoteka predmetlərinə tutma yönəldilməsi və ipoteka predmetlərinin boşaldılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Nigar Nəbizadə