Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2302/2020 06.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2016-cı il təvəllüdlü X7 ilə birlikdə ünvan 2 28 saylı evə köçürülmələrinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh1 Cavabdehlər İddiaçı və X5 qarşı ünvan 2 28 saylı evə istifadə hüquqlarının itirilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2016-cı il təvəllüdlü X7 ilə birlikdə ünvan 2 28 saylı evə köçürülmələrinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X5 qarşı ünvan 2 28 saylı evə istifadə hüquqlarının itirilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh, eyni zamanda cavabdeh X4 qanuni nümayəndəsi İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 onun anası, Cavabdeh2 isə qardaşıdır. O, övladı ilə birlikdə ünvan 2 28 saylı evdə pasport qeydiyyatındadır. 2013-cü ildə ailə qurduğu üçün o, müvəqqəti olaraq kirayə mənzil tutaraq ailəsilə ilə birlikdə bir müddət həmin ünvanda, daha sonra qaynanasının evində, daha sonra isə atasından miras qalan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi 57 saylı evdə yaşamışdır. Hal-hazırda da o, oğlu ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi 57 saylı evdə yaşayır. Arvadı ilə münasibətləri pozulduğundan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnəməsi ilə nikahı pozulmuş, birgə nikahlarından olan X7 onun himayəsində saxlanmışdır. O, ünvan 2 28 saylı özbaşına inşa edilən evdə doğulmuş, orada böyümüş, həmin ev onun ata yurdudur, atası isə vəfat etmişdir. O, dəfələrlə uşağı ilə birlikdə ünvan 2 28 saylı evə köçüb yaşamaq istəsə də cavabdehlər buna imkan verməmişlər. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməməsinə, onun azyaşlı uşağı X7 ilə birlikdə ünvan 2 28 saylı evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, və həyat yoldaşı O.Hüseynov Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi E.Babayev küçəsində yerləşən özbaşına inşa olunan 28 saylı evi birgə nikah dövründə əldə etmişlər. O, mərhum həyat yoldaşı və 2 oğlu ilə birlikdə həmin evdə yaşamış, İddiaçı 2013-cü ilin avqust ayında bu evi tərk etmiş, 2 ay Şövkət Hüseynova adlı qızla birlikdə kirayədə yaşamağa başlamış, bir müddət sonra isə Ş.Hüseynovanın anasına məxsus evə köçmüşdür. Həyat yoldaşı O.Hüseynov 2015-ci ildə dünyasını dəyişmiş, atasının ölümündən sonra cavabdeh İddiaçı atasından miras qalmış Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən 57 saylı evdə yaşamağa başlamışdır. İddiaçı Şövkət Hüseynova ilə birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X7 doğulmuşdur, nikahları pozulduqdan sonra azyaşlı O.İddiaçı cavabdeh İddiaçı himayəsinə verilmişdir. Uşaq onun razılığı və ümumiyyətlə məlumatı olmadan ona məxsus evə formal qeydiyyata alınmışdır. Nəticə etibarilə, İddiaçı 6 ildən çoxdur ki, yaşamadığı evə artıq faktiki olaraq istifadə hüququnu itirmiş, azyaşlı O.İddiaçı isə ümumiyyətlə həmin evdə heç vaxt istifadə hüququ mövcud olmamış, yalnız formal qeydiyyata malikdir. İddiaçı iddia ərizəsində “nikah pozulduqdan sonra kirayədə yaşadığı evdən çıxıb öz evinə qayıtmaq istədiyini qeyd etsə də” bu həqiqət deyil. İddiaçı artıq uzun müddətdir ki, kirayədə yaşamır. Bu fakt Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1469/2018 saylı nikahın pozulması, uşağın atanın himayəsinə verilməsinə dair mülki işi üzrə qəbul edilən qətnamə və işin digər materialları ilə təsdiq olunur. Bütün vərəsələr miras əmlakda paylarının qeydə alınması üçün müraciət etsələr də, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən 57 saylı evdən ibarət olan miras əmlakda payını faktiki olaraq qəbul etsə də, mülkiyyət hüquqlarının qeydə alınması üşün müraciət etmir. İddiaçı azyaşlı övladı ilə birlikdə mülkiyyətçilərindən biri olduğu Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən 57 saylı evdə yaşamaqla hər bir şəraiti olan yaşayış sahəsinə malikdir. Ona görə də ilk iddia ərizəsinin təmin edilməməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək cavabdehlər İddiaçı və X4 ünvan 2ndə yerləşən 28 saylı özbaşına inşa olunan evə istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə Cavabdeh2 ilk iddia ərizəsini qəbul etməyib ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 4 saylı Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, İddiaçı, Cavabdeh2, X7 və Cavabdeh1 ünvan 2 ev 28 ünvanında qeydiyyatdadırlar. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-1469/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Hüseynova Şövkət İxtiyar qızı ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış 1269 № ilə qeyd edilmiş nikah pozulmuş və tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X4 atası İddiaçı yanında qalması qət edilmişdir. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ № 291941 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Hüseynova Şövkət İxtiyar qızı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 186 nömrə ilə qeyd edilmişdir. 5 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № 005753 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 832 nömrəli xx.xx.2016-cı il tarixli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası Hüseynova Şövkət İxtiyar qızıdır. Bakı şəhəri İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli № 1383 saylı arayışından müəyyən olunur ki, Cavabdeh1 ünvan 2 ünvanında özbaşına inşa olunan 28 saylı evdə qeydiyyatındadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi 57 saylı evə dair X1 3/4 hissəsinə payı açıq saxlanılmaqla xx.xx.2015-ci il tarixdə, X2 1/12 hissəsinə payı açıq saxlanılmaqla xx.xx.2020ci il tarixdə, Cavabdeh1 2/12 hissəssinə dair mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, ünvan 2ndə yerləşən 103 saylı özbaşına inşa olunan evdə 50 ilə yaxındır yaşayır. ünvan 2 ünvanında özbaşına inşa olunan 28 saylı evdə yaşayan Cavabdeh1 ilə yaxın qonşudur. Cavabdeh1 oğlu İddiaçı 2013-cü ildən ünvan 2 28 saylı evdən köçmüş, bir müddət kirayə yaşadıqdan sonra Maştağa qəsəbəsində yerləşən evlərinə köçmüşdür. İddiaçı 2013-cü ildən ünvan 2 28 saylı evdə daimi yaşamır, arabir valideynlərinin evinə gəlib-getmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, o, ünvan 2 32 saylı evdə uzun müddətdir yaşayır. ünvan 2 28 saylı evdə yaşayan Cavabdeh1 onun yaxın qonşu olduğundan, tibb bacısı olduğu üçün rəfiqəsinin xəstə yatan həyat yoldaşına iynə vurmaq üçün bu evə tez-tez getdiyindən bilir ki, İddiaçı son 7-8 ildə, yəni ailə qurduqdan sonra Maştağa qəsəbəsin atasına məxsus evdə yaşayır. O, sonuncu dəfə İddiaçı ünvan 2 28 saylı evdə atasının yas mərasimi zamanı görmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 2ndə özbaşına inşa olunan 28 saylı evdə faktiki olaraq Cavabdeh1 və Cavabdeh2 yaşayır, İddiaçı isə 2013-cü ildən sonra həmin evdən daimi yaşamaq üçün başqa ünvana köçmüş, hal-hazırda isə atasından miras kimi faktiki olaraq qəbul etdiyi Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi 57 saylı evdə himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X7 ilə birlikdə yaşayır. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, ünvan 2ndə özbaşına inşa olunan 28 saylı evə İddiaçı istifadə hüququ yaranmadığından, sonuncu himayəsində olan azyaşlı övladı ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi 57 saylı evə daimi yaşamaq üçün köçdüyündən, mövcud olmayan hüququn ititirlməsi, pozulması mümkün olmadığından ilk iddiaçının evə köçürülmə, qarşılıqlı iddiaçının isə evə istifadə hüquqlarının itirilməsinə dair tələbləri əsassızdır. Ona görə də hər iki iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı qətnamə İddiaçı himayəsində olan azyaşlı övladı ilə birlikdə ünvan 2ndə özbaşına inşa olunan 28 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı qeydiyyatda olduğu ünvanda 2013-cü ildən, xx.xx.2016-cı il təvəllüdlü X7 isə heç vaxt bu ünvanda yaşamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1.-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2016-cı il təvəllüdlü X7 ilə birlikdə ünvan 2 28 saylı evə köçürülməsinə dair ilk iddia ərizəsi təmin edilməsin. Cavabdeh1 İddiaçı və X5 qarşı ünvan 2 28 saylı evə istifadə hüquqlarının itirilməsinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Hazırkı qətnamə İddiaçı himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X7 ilə birlikdə ünvan 2 28 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2302/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2302/2020
06.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver