Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2331/2023 03.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı cavabdeh X1 qarşı “ödənilməmiş məzuniyyət haqqlarının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-2002ci illər üzrə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə pul əvəzinin cavabdeh tərəfindən ona ödənilməsi, faktiki işlədiyi illərin əmək stajına hesablanması və müvafiq dövrə görə sosial sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, “Statistika” Mənzil İstehlak Kooperativində müxtəlif vəzifələrdə işləsə də, onunla əmək münasibətləri rəsmiləşdirilməmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata salınmamışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məccələnin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. İddia ərizəsinin məzmunundan, habelə iddia ərizəsinə əlavə edilmiş Bakı 8 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, iddiaçı öz tələblərini işəgötürən “Statistika” Mənzil İstehlak Kooperativinə yönəltmiş və hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasında da tərəf kimi məhz “Statistika” Mənzil İstehlak Kooperativini (VÖEN **********) cəlb etmişdir. Lakin, hazırki iddia ərizəsinin giriş hissəsində cavabdeh qismində “Statistika” MİK deyil, məhz həmin MİK-in sədri X3 göstərilmiş və məhz onlarında hazırki mübahisə üzrə ilkin mediasiya prosesində iştiraklarını təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı öz tələblərini və tələblərinin əsası kimi istinad etdiyi fakt və halları aydın şəkildə konkret cavabdehə qarşı iddia ərizəsində göstərmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Onu da qeyd etməyi lazım bilirəm ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, “Statistika” Mənzil İstehlak Kooperativi (VÖEN **********) hüquqi ünvanı ünvan 1ı nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdeh X1 qarşı “ödənilməmiş məzuniyyət haqqlarının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, iddia ərizəsində tələblərini yönlətdiyi cavabdehi dəqiqləşdirməli, cavabdeh qismində X2 göstərəcəyi təqdirdə onunla arasında mübahisə üzrə ilkin mediasiya prosesində iştiraklarını təsdiq edən sənədi iddia ərizəsinə əlavə edərək, ümumi qaydada iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə, cavabdeh qismində “Statistika” Mənzil İstehlak Kooperativini göstərəcəyi təqdirdə isə onun hüquqi ünvanı üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməlidir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2331/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2331/2023
03.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver