Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2335/2024 05.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əli oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “təmir xərci” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçılar X11 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2, 43 saylı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X11 əsl İddiaçı2 ilə əvəz edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Bakı şəhəri Binəqədi rayonu, X20 kuçəsi ev 2, 43 saylı 2 otaqdan ibarət olan sahəsi 30,14, yardımçı sahəsi 18, 78 olan mənzil birgə nikah dövrundə həyat yoldaşı olan İddiaçı2 Zərbəli qızı ilə əldə etmiş və onların birgə umumi mülkiyyətini təşkil etmişdir. Həmin mənzildə heç bir ailə üzvü, eyni zamanda da, mulkiyyətçilər qeydiyyatda olmamış və heç bir ailə üzvü qeydiyyata salınmamışdır. Həmin mənzildə oğlu X19 oglu və onun həyat yoldaşı olan Cavabdeh müvəqqəti olaraq qeydiyyata alınmadan yaşamışlar. Onlar isə Sumqayıt şəhəri, ev 5a/5, mənzil 58 saylı mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Həyat çətinliyi və zərurətlə əlaədar Binəqədi rayonu S.S.Axundov kuçəsində yerləşən həmin mənzili digər şəxslərə satmaq qərarına gəlmiş, mənzil 22 noyabr 2023-cu il tarixdə Bakı şəhəri 11 saylı Notariat kontorunda (Xususi notaries X25 oglu) alğı-satqı muqaviləsi əsasında İs 8356 reestr nömrəsi ilə X2 və onun mulkiyyətinə keçirilmişdir.Cavabdeh qeyd olunan mənzildə qeydiyyatda deyildir. Onunlar mulkiyyətçilər arasında mənzilə istifadə huququnun verilməsinə dair heç bir müqavilə olmamışdır. Qeyd olunan mənzilə müvəqqəti köçmüş, mənzilin satılmasından da xəbəri olmuş, lakin notariat qaydasında alğı-satqı zamanı onun ərizəsi tələb olunmamışdır. Cavabdeh əslində valideyinlərinə məxsus (Balakı şəhəri Rəşid Behbudov ev 11) mənzildə qeydiyyatdadır. X3 ilə də ailə munasibətləri pozulmuş, nigahın ləgvinə dair mübahisə məhkəmənin icratındadır. Bundan da istifadə edərək mənzilə soxularaq zəbt etmiş, nə əvvəlki mulkiyyətçiləri, nə də hazırki mulkiyyətçini mənzilə buraxmır, mənzilin onun olduğunu iddia edir və digər qanunsuz hərəkətlərə yol verməkdədir. Mənzilin alğı-satqısı zamanı alıcı ilə aralarında bağlanılmış alqı satqı miqaviləsinə əsasən hər bir tərəfin həmin muqavilədən irəli gələn öhdəlikləri göstərilmiş, bu öhdəliklərin yerinə yetirilməsi hissəsində məsuliyyət həddi də müəyyən olunmuşdur. Həmin öhdəliklər aşağıdakı qaydada müəyyən olunmuşdur Onlar-satıcı kimi alıcıya üçüncü şəxslərin huquqlarından azad əmlak verməyi öhdələrinə götürmüş, həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmamasına təminat vermiş, satıcı kimi daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə Alıcının bəyənib qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2024-cu il tarixdən akt tərtib etməklə alıcıya təhvil verilməsini öhdələrinə götürmüşlər. Həmin muqavilə üzrə mənzilin alıcının mülkiyyətinə təhvil verilməsinə qədər əmlakın təsadüfən məhv olması və zədələnməsi hissəsində də məsuliyyət həddi muəyyən olunmuşdur. Muqavilənin 16-1 bəndində isə, göstərilir ki, müqavilə imzalandığı andan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cumlədən icranı gecikdirdikdə digər tərəfə dəbbə pulu ödəməlidir. Lakin qeyd olunan vəzifə və öhdəlikləri yerinə yetirə bilmirlər. Belə ki, mənzilin alğı-satqısından xəbər tutan keçmiş qohumları olan X10, onun həyat yoldaşı Gulbuta Əliyeva və (balakı şəhəri Rəşid Behbudov ev 11), və keçmiş gəlini Cavabdeh mənzilə basqın etmiş, həm iddiaçıların, eyni zamanda alıcı olan mülkiyyətçi X5 mənzil huquqlarını pozmuş, mənzildən çıxmaqdan və boşaltmaqdan imtina etmiş və hazırda da imtina etməkdədirlər. Bu səbəbdən mənzilin boşaldılması və alıcıya təhvil verilməsi və digər öhdəliklərini yerinə yetirmək hissəsində çətinlik çəkir və alıçı qarşısında vəzifə öhdəlik daşıyırlar. Cavabdeh əslində həmin mənzildə heç bir qeydiyyatda olmamış, mənzilə dair hər hansı huquqa malik deyil. Buna baxmayaraq, artıq başqasının mulkiyyətini təşkil edən mənzili zorla zəbt etmiş, mənzilin qapılarının açarlarını dəyişmiş və cavabdehin bu cür qeyri qanuni hərəkətləri nəticəsində iddiaçılar alğı-satı muqaviləsindən irəli gələn vəzifə öhdliklərini icra edə bilməmiş, bununla əlaqədar huquqları və qanunla qorunan maraqları pozulmuşdur.
4. İddiaçı Cavabdehlər X9 və İddiaçı1 qarşı “təmir xərci” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-ci ilin sentyabr ayından etibarən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X23 küçəsi 2, 43 saylı mənzilin tərəfindən təmir edilən zaman çəkilən 8400 manat təmir xərcinin cavabdehlər X11 və İddiaçı1 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. Daha sonra tələbini dəqiqləşdirməklə, cavabdehlər İddiaçı1 və İddiaçı2 8400 manat vəsaitin müştərək qaydada tutulmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşı X7 ilə 2015-ci ilin sentyabr ayında evlənərkən Bakı şəhəri, Binəqədi rayonu, X23 küçəsi 2, 43 saylı mənzilə gəlin köçmüşdür. Hər iki övladı - xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X16 məhz bu mənzildə anadan olmuşlar. Qeyd olunan mənzilə köçdükdə mənzil köhnə təmirli və əlverişsiz şəraitdə idi. Birgə nikah dövründə, qeyd olunan mənzilin onların olması, uzun müddət yaşayacağı düşüncəsi ilə şəxsən öz əməyi ilə (bütün inşaat əşyalarını şəxsən seçib almışdır), nəzarəti, seçimi ilə mənzil yüksək səviyyədə təmir edilmişdir. Bir çox hissədə, divar kağızının vurulması, boya, vinillərin çəkilməsi və s. şəxsən, öz əlləri ilə icra etmişdir. Ümumilikdə 8400 manatdan artıq xərc çəkmişdir. O, evin heç bir sənədini görmədiyi üçün və gəlin köçərək yaşadığı evin həyat yoldaşına aid olduğu bildirildiyi üçün daim öz evi kimi davranmışdır. İddiaçılar tərəfindən yazılmış iddia ərizəsi - guya ki, həmin evə soxulmuş, zəbt etmiş və s. - tamamilə böhtan və iftiradan ibarətdir. Yoldaşı ilə münasibətləri pozulduqdan dərhal sonra, onun valideynləri tərəfindən ona qarşı addımlar atılmağa başlamış, öz doğma nəvələri ilə birlikdə yaşadığı mənzili tələsik olaraq (hətta məndə olan məlumata görə qeydiyyatda olanların belə razılığı olmadan) öz tanışlarına satmış kimi sənədləşdirmiş, onları küçəyə atmaq istəmişlər. Tərəflərin izahatları və iddiaya münasibəti:
7. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh iddiaçıların gəlini olmuşdur. Hazırda Süleyman və Mətanət arasında nikah pozulmasında dair məhkəmə mübahisəsi baxılmaqdadır. Lakin tərəflər arasında birgə nikahda dövründə əldə edilmiş əmlakların bölünməsinə dair mübahisə məhkəmə qətnaməsi ilə həll edilib. Həmin qətnamədən sadəcə birgə nikah dövründə əldə edildiyi hesab edilən avtomobillərin bölünməsinə dair mübahisə olduğundan həmin hissədə apellyasiya şikayəti verilib. Tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzil ½ hissədə ər və arvad arasında bölünüb. Odur ki, xanımın artıq yaşayış sahəsi də, vardır. Cavabdehin çıxmaq istəmədiyi mənzil 2012-ci ildən İddiaçı2 mülkiyyətində olmuşdur. İddiaçılar oğullarının toylarına hazırlaşdıqlarından və evlərinə gəlin gələcəyi üçün həmin mənzili təmir etmişlər. Təmir xərcləri İddiaçı1 tərəfindən qarşılanmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehin həmin mənzilə istifadə hüququ yoxdur. Bunun üçün mənzilin mülkiyyətçisi tərəfindən razılıq verilməmiş və notarial təsdiq aparılmamışdır.
8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, ilkin iddia üzrə İddiaçı1 arvadı İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2, 43 saylı mənzilini daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1. Lakin ilkin iddia üzrə cavabdeh mənzilin satılmasına baxmayaraq mənzildən çıxmamışdır. Bundan sonra sözügedən mənzilin alqı-satqı müqaviləsi ləğv olunmuş, çıxarışın alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə müraciət olunmuşdur. Bildirmək istəyirəm ki, Cavabdeh İddiaçı1 oğlu ilə nikaha daxil olduqdan sonra iddiaçılar tərəfindən sözügedən mənzildə müvəqqəti yaşamalarına icazə verilmişdir. Eyni zamanda iddiaçıların oğlu və keçmiş gəlini sözügedən mənzildə qeydiyyatda olmamışlar və onların mənzildə yaşamalarına notarial qaydada razılıq verilməmişdir.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, mübahisəli mənzili 2012-ci ildə Access Bank ASC-dən götürdükləri kredit məbləğinə almışlar. Mübahisəli mənzil 2 otaqlıdır. Mənzili alanda böyük otağın döşəməsi laminatdan olmuşdur. Cavabdeh mənzildə heç bir iş görməmişdir. 2015-ci ildə oğlunu evləndirdikdən sonra o və yoldaşı mənzildən çıxaraq, mənzili müvəqqəti olaraq oğlu ilə gəlinlərinə vermişlər. Bu faktı qonşuları da təsdiq edə bilərlər. Dəfələrlə oğluna özlərinə ipoteka ilə mənzil almalarını demişdir. Mənzil onların xüsusi mülkiyyətindədir. Evdə heç bir təmir işi aparılmayıb. Sadəcə olaraq, divara əlavə aksesuar asılıb. Hətta mənzili təmir edən ustaları da məhkəmə iclasına gətirə bilər. Bundan başqa Sumqayıt şəhərindəki evi cavabdehin mülkiyyətinə versələr, ehtimal edir ki, satacaq. Lakin həmin evi nəvələrinin adına keçirilməsinə etiraz etmirlər. Həmin evi elə nəvəsi üçün almışdır. Lakin gəlin əvvəlki, Rəşad müəllimin keçirdiyi məhkəmə iclasında guya evin alınması üçün atası tərəfindən pulun verildiyini bildirmişdir. Halbuki, cavabdehin atası heç evlə tanış deyil. Cavabdehin bildirdikləri əsassızdır. Qanunvericiliyə əsasən cavabdehin mübahisəli mənzildə heç bir hüququ yoxdur və heç oğlu ilə orada qalmağa layiq deyillər. Onun oğlu və gəlini bir yerdə yaşamağı bacarmadılar. Sumqayıt şəhərində yerləşən evi məhkəmənin digər hakiminin qərarı ilə yarıya bölünmüşdür. O, həmin evin nəvəsinin adına keçirilməsinə və həmin evdə cavabdehin yaşamasına etiraz etmir. Əlavə olaraq bildirir ki, cavabdeh iş yerinin Bakı şəhərində olması ilə əlaqədar Sumqayıt şəhərində yerləşən evi istəmir, lakin cavabdehin Bakı şəhərində işləməsi barədə hər hansı sübut təqdim etməmişdir.
10. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, mübahisəli mənzildə o və əri yaşamışdır. Oğullarını evləndirdikdən sonra bağa köçmüş və mənzili müvəqqəti olaraq yaşamaları üçün onların istifadəsinə vermişlər. Mənzildə bütün təmir işlərini özləri görmüşlər. Hətta mənzilin təmiri zamanı lazım olan materialları aldığı yerə qədər bilir. Cavabdeh onun bahalı divar kağızını söküb, əvəzinə 1 manatlıq boya vurub. Evin bütün təmirini özləri etmişlər. Cavabdeh sadəcə olaraq, bir tək aksessuar alıb divardan asa bilər.
11. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı izahatında bildirmişdir ki, əri ilə arasında bölünən mənzil Sumqayıtda yerləşir və 1 otaqlıdır. Uşaqlar üçün məktəbi Binəqədidə danışmışdır. Nənə və baba uşaqların məktəb məsələsini düşünməlidir. Mənzil əri və özünün tapdıqları Elnur adlı usta tərəfindən təmir edilib. Lakin ustanın nömrəsi əri Süleymanda olduğunda tapa bilməmişdir. Əmlak bölgüsü ilə bağlı qətnamə olsa da, həmin qətnamədən apellyasiya şikayəti verilib. Eyni zamanda onunla əri arasında olan nikah hal-hazırda pozulmayıb. İş uşaqların yaşayış yerinin müəyyən edilməsi barədə rəy alınması üçün qəyyumluq komissiyasına yönləndirilib. Təmirə çəkdiyi xərcləri fotoşəkillərlə təsdiq edir. Süleyman bu faktları təsdiq edə bilərdi. Lakin keçirilən məhkəmə iclaslarında iştirak etmir. O evə köçən zaman döşəmə köhnə qırmızı rəngli taxtadan olmuşdur. Təmir olunduğu deyilən otağın divarı yaşıl rəngdə, təmirsiz qaranlıq bir otaq olmuşdur.
12. Əvvəlki məhkəmə iclaslarında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı izahatında bildirmişdir ki, ilkin iddia üzrə İddiaçı1 oğlu X7 ilə 27 sentyabr 2015-ci ildə nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, X23 küçəsi 2, 43 saylı mənzilinə gəlin köçmüşdür. Qeyd olunan mənzilə köçdükdə mənzil köhnə təmirli və əlverişsiz şəraitdə idi. Birgə nikah dövründə, qeyd olunan mənzilin onların olması, uzun müddət yaşayacağı düşüncəsi ilə şəxsən öz əməyi ilə bütün inşaat əşyalarını şəxsən seçib almışdır. Özüm interyer dizaynerdir və mənzil yüksək səviyyədə təmir etmişdir. Mənzilə 8400 manatdan artıq xərc çəkilib. Birgə nikahdan olan hər iki övladı xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X16 məhz sözügedən mənzildə anadan olmuşlar. Evə gəlin köçəndən yoldaşının valideynləri mənzili onlara vermişlər. Bu səbəbdən də mənzildə istifadə hüququ vardır. İddiaçılar tərəfindən yazılmış iddia ərizəsi guya ki, həmin evə soxulmuş, zəbt etmiş və sair tamamilə böhtan və iftiradan ibarətdir. Yoldaşı ilə münasibəti pozulduqdan dərhal sonra, onun valideynləri tərəfindən ona qarşı addımlar atılmağa başlanılmış, öz doğma nəvələri ilə birlikdə yaşadığı mənzili gizli şəkildə tələsik olaraq öz tanışlarına satmış kimi sənədləşdirmişlər və onları küçəyə atmaq istəmişlər. Onun mənzilin gizlin satılması barədə sübutlarım var və növbəti məhkəmə iclasında təqdim edəcək. Bundan başqa bildirmək istəyir ki, oğlunun biri autizm xəstəliyindən, digər oğlu isə nevroz xəstəliyindən əziyyət çəkir. Onun başqa köçəcək yeri yoxdur. Hazırda əri nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, uşaqları da əlindən almaq istəyir. Evə gəlin köçəndə mənzil qayınanasının mülkiyyətində idi. 2024-cü ilin yanvar ayından X7 ilə ayrı yaşayır. Gəlin köçəndən isə mənzildə o, əri və övladları yaşamışlar. Mənzilin qonaq otağını, yataq otağını, mətbəxini və ümumiyyətlə bütün mənzili birgə nikah dövründə təmir etmişlər. Belə ki, gəlin köçəndə mənzil təmirsiz olmuşdur. Mənzilin təmirsiz olması və təmirdən sonrakı şəkilləri vardır. Bundan başqa bildirir ki, qayınatası tərəfindən ona və uşaqlarına Sumqayıt şəhərində mənzil verməsi ilə razı deyil. Belə ki, uşaqlar Bakı şəhərində bağçaya gedirlər, ona görə də, onun Sumqayıt şəhərinə köçməyi mümkün deyil. İlkin iddia üzrə iddiaçılar onun ərinin pulunu mənimsəyiblər. Onların Sumqayıt şəhərində 7 ədəd evləri var. Bundan başqa böyük oğlu yüngül autizm xəstəsidir, kiçik oğlu isə bu yaxınlarda pnevmaniya keçirtmişdir. Uşağının müalicəsi ilə əlaqədar xəstəxanada qalan zaman, qayınanası onun yoxluğundan istifadə edərək, evi ələ keçirtmək istəyirdi. İlkin iddia üzrə iddiaçıların nümayəndəsi, vəkilin guya onlar tərəfindən uşaqların müalicə olunması tamamilə yalandır. Belə ki, uşağı həkimə özüm aparmış, uşaqların müalicə xərcinin yarısını onun valideynləri, yarısını isə uşaqların atası çəkmişdir. İlkin iddia üzrə iddiaçılar 2023-cü ilin noyabr ayında cəmi 1 aylıq onlarla birgə yaşamışlar. Onların bir-bir oyun qurduqlarını, evi qaynanasının necə gizlin satması barədə səs yazıları vardır. Hazırda uşaqları ilə birgə mübahisəli mənzildə yaşıyırlar. Onun uşaqları həmin ərazidə bağçaya və məktəbə gedirlər. Sumqayıtda heç bir işi yoxdur.
13. Qarşılıqlı iddia üzrə iddiaçının ilkin iddiaya yazılı etirazı məhkəmə iclaslarında verdiyi izahatlarla eynilik təşkil edir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclaslarına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, o, hazırki iş üzrə Rahib müəllimlə və Fəridə xanımı tanıyır. Mətanət xanımı isə görməyib. Özü ustadır və ev təmiri ilə məşğul olur. Evdə hörgü və suvaq işlərindən başqa işləri görür. Mübahisəli mənzil Binəqədi ərazisində yerləşir. Həmin mənzili təxminən 2015-ci ilin iyulavqust aylarında təmir etmişdir. Daha dəqiq isə mənzilin yataq otağını və kolidorunu təmir etmişdir. Belə ki, yataq otağını ona təqdim edilən dizaynda təmir etmişdir. Otağın döşəməsinin taxtalarının üstündən laminant çəkmişdir. Digər otaqlarda döşəmə laminant olduğundan o hissədə iş görməmişdir. Karidorun isə divarina emusiya çəkilmişdir. Evdə hamam və tualetə toxunmamışdır. Təmir edən zaman yataq otağı boş olmuş, mətbəxdə isə sadəcə mətbəx mebeli olmuşdur. Həmin ərəfədə Mətanət xanımı orada görməmişdir. Təmirin xərcini Rahib müəllim ödəmiş, Fəridə xanımla isə material alış-verişinə getmişdir. Süleyman isə Rahib müəllimlə və Fəridə xanımın oğlu idi. Ona deyilənə görə evi oğullarının toyu üçün təmir edirdilər. Çünki gəlin həmin evə gələcəkdi. Ümumiyyətlə o, evin həmin təmir işlərini hər zaman özü görmüş, hətta kombi sistemini belə o çəkmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
16. İddiaçı2 və İddiaçı1 xx.xx.1988-ci il tarixdə nikaha daxil olmuşdur. Onların oğlu X7 ilə Cavabdeh 2015-ci ilin sentyabr ayında rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 2 uşaqları vardır. Onların hazırda nikahlarının pozulması ilə bağlı məhkəmə mübahisəsi gedir. Cavabdeh nikaha daxil olduqdan sonra gəlin kimi İddiaçı2 və İddiaçı1 birgə nikah dövründə əldə etdikləri mənzilə köçmüşdür. X6 ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı məhkəmə mübahisələri davam edir. Onların Sumqayıt şəhərində yerləşən mənzilə bərabər hissədə payları qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. Hazırda Cavabdeh mübahisəli mənzildə uşaqları ilə birlikdə yaşayır.
17. Satıcı İddiaçı2 ilə X13 arasında bağlanan, sonradan ləğv edilən AN-İ seriyalı, ******* saylı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqısına dair müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2012-ci il tarixdən İddiaçı2 xüsusi mülkiyyətində olmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
18. İlkin iddianın mahiyyəti ondan ibarətdir ki, cavabdehin mübahisəli mənzilə hər hansı istifadə və əmlak hüququ olmadığından mənzildən çıxarılmalıdır. Məhkəmə bununla bağlı aşağıdakı normalara nəzərə yetirilməsini zəruri hesab edir.
19. Azırbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
22. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
23. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
26. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
28. Mənzildən çıxarılma tələbinin hüquqi əsası mülkiyyət hüququnun müdafiəsindən irəli gəlir. Mülkiyyət hüququ qanunla və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Yuxarıda qeyd edilən normaların hazırki mübahisəyə tətbiq edərək məhkəmə o qənaətə gəlir ki, cavabdehin iddiaçıların mənzilindən istifadəsini məhdudlaşdıran nə qanuni, nə də müqavilə əsası yoxdur. Belə ki, cavabdehin iddiaçılara məxsus mənzildən istifadə etməsi üçün ya qanundan irəli gələn istifadə hüququ, əşya hüququ, ya da mülkiyyətçi ilə onun arasında bağlanan müqavilə olmalı idi. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 2015-ci ildə iddiaçılara məxsus mənzilə gəlin kimi köçmüşdür. Mənzilə köçərkən onunla mülkiyyətçilər arasında notarial qaydada hər hansı yazılı razılaşma olmamışdır. Üstəlik belə razılaşma olsa idi belə, onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması gərəkli idi. Bundan başqa cavabdeh Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilən mövqeyə əsasən mülkiyyətçinin ailə üzvü sayılmır. Bundan əlavə də qeyd edilməlidir ki, cavabdehin yaşayış sahəsinə ehtiyacı halı yoxdur, çünki onun nikah dövründə əldə etdikləri başqa mənzili vardır və həmin əmlak üzərində onun ½ hissədə payı müəyyən edilmişdir.
29. Göstərilənlər baxımından məhkəmə o qənaətə gəlir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbi baxımından ilkin iddia əsaslıdır.
30. Qarşılıqlı iddia ilə bağlı isə məhkəmə onu qeyd edir ki, iddianın əsaslılığı sübutetmə ilə bağlıdır. Belə ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. Bununla belə iddiaçı yalnız kosmetik dəyişikliyin müşahidə edildiyi 3 fotoşəkil təqdim etmişdir. Hansı ki, cavabdeh tərəf də güzgü, vinil və.s kimi aksessuarların iddiaçının yaşadığı dövrdə quraşdırılmasını istisna etməmiş və iddiaçının ayrıla bilən öz yaxşılaşdırmalarını götürməsinə hər hansı etiraz bildirməmişdir. Bundan əlavə iddiaçı tələb etdiyi məbləği özünün dizayner olduğuna əsaslanaraq nəzəri yolla müəyyən etdiyini bildirmiş və konkret olaraq təmirlə bağlı hər hansı sübut təqdim etməmişdir. Bunun əksinə olaraq cavabdeh tərəfdən dindirilən şahid mənzilin evin mülkiyyətçiləri tərəfindən təmir edildiyi ilə bağlı ifadə vermişdir. Odur ki, qarşılıqlı iddia sübut edilmədiyindən təmin edilməməlidir. Tətbiq edilən prosessual normalar:
31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
32. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
35. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
36. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ilkin iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən 43 saylı mənzildən çıxarılmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıların özünə aid edilməli, qarşılıqlı iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən 43 saylı mənzildən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. İddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “təmir xərci” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev