Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2346/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ildən xx.xx.2019-cu il tarixinədək X1 hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli 476 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafıya üzrə Dövlət Agentliyi ləgv edilmiş, onun tabeliyindəki X2 və Bakı Kartoqrafıya Fabriki Nazirliyin tabeliyinə verilmişdir. xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 və Bakı Kartoqrafıya Fabriki birləşərək onların nəzdində “X7” MMC yaradılmışdır. 01 may 2019-cu il tarixindən hər iki müəssisənin işçilərinin yerləşdirilməsi aparılarkən ştat cədvəlində bir hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsi olduğuna görə, həmin ştata Bakı Kartoqrafıya Fabrikinin hüquqşünası təyin olundu. İddiaçını isə Nazim İsmayılov müvəqqəti olaraq başqa şöbəyə-Geodeziya və kartoqrafıya fonduna keçirdi. İddiaçı ixtisasça hüquqşünas olduğu üçün buna etiraz etsə də, X6 və Təbii Sərvətlər Nazirliyinin insan Resursları şöbəsinin keçmiş rəisi və Xüsusi şöbənin keçmiş rəisi Elman Qurbanovun yanında iddiaçıya bildirdi ki, əgər cəmiyyətin halhazırki hüquqşünası nə vaxtsa işdən çıxarsa, həmin yerə onu hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsinə keçirəcək. xx.xx.2021-ci il tarixdə hüquq məsələləri üzrə baş mütəxəssis (Ruslan Bayramov) öz xahişi ilə işdən azad edilmişdir. Nazim İsmayılov iddiaçını yanına çağırıb həmin ştata keçirəcəyini söz versə də, sonradan nazirlikdən həmin yerə başqa namizədlərin olduğunu bidirmiş və iddiaçını həmin ştata keçirməkdən imtina etmişdir. Hətta müəssisədə işləməyən başqa şəxsi həmin vəzifəyə təyin etmək üçün ərizəsini idarənin elektron sisteminə yerləşdirmiş, iddiaçının şikayətindən sonra ərizə sistemdən götürülmüşdür. Həmin vəzifəyə keçirilməyi ilə bağlı ərizəsi ilə əlaqədar olaraq iddiaçı dəfələrlə Nazım İsmayılovun yanında olmuş və o, hər dəfə iddiaçını bəhanələrlə yola salmışdır. Daha sonra iddiaçıya xx.xx.2021-ci il tarixli 28/Ö-018 saylı məktubla bildirmişdir ki, yaxın aylarda “X7” MMC-nin təşkilati hüquqi forması dəyişdirilərək X15 status alacaqdır. Bununla əlaqədar olaraq təşkilatda mövcud boş vakansiyalarla bağlı müsahibələr keçiriləcəkdir. Təşkil olunan müsahibə zamanı vakant olan yerlərə uyğun namizədlər seçiləcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 425 saylı Qərarı ilə "X7 Agentliyi” X15in nizamnaməsi təsdiq olunmuşdur. Nazim İsmayılov təxminən 1 il 5 ay müddətidə həmin ştatı boş saxlamış, iddiaçını həmin ştata keçirməsə də "X7” MMC X15ə çevrilənədək müxtəlif şöbələrə xeyli sayda işçi qəbul etmişdir, hansı ki, onların heç biri müsahibə və müsabiqədə iştirak etməmişlər. Cavabdeh elmi müəssisə və ya təhsil müəssisəsi olmadığı, həmçinin buradakı hüquqşünas vəzifəsi pedoqoji fəaliyyətlə bağlı vəzifə olmadlğı üçün həmin vəzifəni tutmaq üçün müəssisə tərəfindən müsabiqə keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçı 2003-cü ildən xx.xx.2019-cu il tarixinədək, yəni 16 il hazırki müəssisədə hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş və işlədiyi müddətdə 3 dəfə attestasiya olunaraq peşəkarlıq səviyyəsi yoxlanmış, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə uyğun olduğu öz təsdiqini tapmışdır. Qanunvericiliyin tələblərinə görə, iddiaçı birmənalı şəkildə qeyri-şərtsiz həmin vəzifəyə keçirilməli idi. İddiaçının X7 Fonduna baş mütəxəssis-nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə (13-cü dərəcə ilə) vəzifəsinə keçirilməyinə səbəb iki müəssisənin birləşməsi nəticəsində bir hüquq məsləhətçisi ştatının saxlanması olmuşdur. Cavabdehndə vakant hüquqşünas vəzifəsinə keçirilməyi üçün xx.xx.2023-cü il tarixli ərizəsinə isə cavabdh tərəfindən cavab verilməmişdir. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq şikayətlər edərək xx.xx.2023-cü il tarixdə iddiaçı şəxsən nazir Muxtar Babayevin qəbulunda olmuş və şikayət ərizəsini ona tədim etmişdir. Şikayət ərizəsinə nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirmişdir ki, güya iddiaçı Agentlikdə “hüquqşünas” vakant vəzifəsinə təyin olunmağı ilə bağlı 2023-cü il 18 yanvar tarixində müsahibə üçün Nazirliyin inzibati binasına dəvət edilmiş və həmin müsahibədə iştirak etməkdən imtina etmişdir. Halbuki, iddiaçı həmin tarixdə Nazirliyin inzibati binasında nazirin qəbulunda olmuşdur. Müsahibədə iştirak üçün iddiaçıya hər hansı bildiriş təqdim edilməmiş, ünvanına hər hansı məlumat göndərilməmişdir. xx.xx.2023-cü il tarixdə Nazirliyə yeni şikayəti təqdim edərkən yuxarıda qeyd olunan məktub iddiaçıya təqdim edilmiş və həmin məktubla 2023-cü il 25 yanvar tarixində keçirilməsi nəzərdə tutulmuş müsahibəyə dəvət olunmuşdur. İddiaçı müsahibənin keçirilməsi üçün hər hansı əmrin mövcudluğunu soruşaraq, müsabiqə qaydaları və şərtlərini onlardan tələb etmiş, lakin ona bildirmişlər ki, nə Nazirliyin, nə də ki, Agentliyin belə bir əmri ve müsabiqə qaydaları yoxdur. İddiaçı ona qarşı bu ayrıseçkilikdən əsəbstres keçirmiş, onda şiddətli ağrılar baş vermiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə çıxa bilməmişdir. xx.xx.2023- cü il tarixdə Nazirliyə etmiş olduğu müraciətinə də xx.xx.2023-cü il tarixli məktubla eyni məzmunlu cavab verilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya müəssisədə “Hüquqi şəxsin çevrilmə yolu ilə yenidən təşkili nəticəsində ştatların və işçilərin ixtisar edilməsi haqqında" bildiriş təqdim edilmişdir. Həmin bildirişdə qeyd olunmuşdur ki, “Sizə Ekologiya ve Təbii Sərvətlər Nazirliyinin tabeliyində yaradılacaq X15 statuslu Geodeziya ve Kartoqrafiya Agentliyində mövcud olan müvafiq vakant yerlər təklif olunacaqdır”. Lakin iddiaçıya hər hansı vakant yer təklif olunmamış, iddiaçının əmək müqaviləsinə X7 Agentliyi tərəfindən deyil, "X7” MMC-nin direktor müavini direktor səlahiyyətlərini müvəqqəti icra edən İlqar Əmirovun xx.xx.2023-cü il tarixli 037/k saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi və 77.3-cü maddəsi ilə ləğv edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” bəndində qeyd olunur ki, müəssisə ləğv edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Əgər “X7” MMC ləğv edilmiş olsa idi, onda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq müvafiq “Ləğvetmə komissiyası” tərəfindən xitam verilməli idi. Göründüyü kimi, müəssisə ləğv olunmamış, yalnız təşkilati-hüquqi formasını dəyişmişdir. Yəni Agentlik “X7” MMC-nin hüquqi varisidir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə də Agentlik tərəfindən xitam verilməli idi. Agentlikdə xeyli sayda yeni ştatlar yaradılaraq həmin ştatlara əlavə işçilər qəbul olunmuşdur. İddiaçı hesab edir ki, əmr verilərkən mövcud olmayan “X7” MMC-nin direktor müavini direktor səlahiyyətlərini müvəqqəti icra edən İlqar Əmirovun xx.xx.2023-cü il tarixli 037/k saylı əmri qanunsuz və əsassız hesab edilməli və o, əvvəlki işinə bərpa olunmalıdır. N.İsmayılov “X7” MMC-yə rəhbər təyin olunduqdan sonra qarşısına qoyduğu ilk məsələ kimsəsiz və “adamsız” şəxsləri işdən azad etmək olmuşdur. Buna misal kimi müəssisənin Gəncə şöbəsində çalışan işçilərin işdən çıxalımasını göstərmək olar. Hansı ki, həmin işçilər X11 Cənablarına və Əmək Müfəttişliyinə şikayətlər etdikdən sonra əvvəlki işlərinə bərpa olunmuş və Nazim İsmayılov barəsində əmək qanunvericiliyinin tələblərini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbiri görülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, hüquqşünas ola-ola gedib indi xəritəçəkən işləyə bilməz. Belə ki, bu onun ixtisasına aid deyil, lazımi keyfiyyətdə xəritə çəkmək iqtidarında ola bilməz. Elə xəritələrin mütəxəssislər tərəfindən çəkilməməsi ona səbəb olur ki, hər il minlərlə xəritə idarəyə qaytarılır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, hal-hazırda iddiaçının xx.xx.2023-cü il tarixli əmrlə nə işdən azad edildiyi idarə, nə də ki, həmin idarədə işlədiyi ştat mövcud deyil. İddiaçı faktiki olaraq hüquqşünas vəzifəsinə bərpa edilməsini istəsə də və həmin ştat idarədə hal-hazırda boş olsa da, bu qanunvericiliyin tələblərinə ziddir. Belə ki, o, işdən azad edildiyi vaxt hüquqşünas vəzifəsində deyil, X7 fondunun nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis vəzifəsində işləyib. “X7” Məhdud Məsuliyyətli Cəmiyyətində o, heç vaxt hüquqşünas işləməyib. Həmin idarədə hüquqşünas vəzifəsində Ruslan Bayramov adında şəxs işləyib və iddiaçının idarə ilə mübahisəsi məhz həmin şəxsin işdən çıxmasından sonra başlayıb. İddiaçının nə vaxtsa digər idarədə hüquqşünas vəzifəsində işləməsi onun hazırda fəaliyyət göstərən idarədə hüquqşünas işləməsinə əsas vermir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilmiş və bundan sonra iddiaçı mövcud olan vakat iş yerlərinə işə götürülməsi üçün iki dəfə müsahibəyə dəvət edilmiş, lakin o, həmin müsahibələrdə iştirak etməkdən imtina etmişdir. Qeyd olunan müsahibələrin keçirilməsinin hüquqi əsaslarına dair onda hər hansı məlumat yoxdur. Çox güman ki, müvafiq sənədlər mövcuddur, lakin idarədən həmin sənədlər ona verilməmişdir. Cavabdehndə işə götürülən işçilər müsahibədən keçərək işə qəbul edilmişlər. Digər işçilərə tətbiq olunan qaydadar iddiaçıya da tətbiq edildikdə, o buna etiraz etmiş və dəvət edildiyi müsahibələrə getməmişdir. İdarənin iddiaçı ilə hər hansı şəxsi-qərəzi yoxdur, xəritəçəkən vəzifəsinə indi də onu işə qəbul edə bilərlər. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 izahatında məhkəməyə bildirdi ki, X8 Xidməti tərəfindən iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə işdən çıxarılmasının hüquqpozmalarla həyata keçirilməsi tanınıb və hüquqpozmanın aradan qaldırılmasını təmin edib, nəticəsi barədə 30 gün ərzində X8 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi məqsədilə Cavabdeh vəzifəli şəxsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən icrası məcburi olan göstəriş verilmişdir. Bu göstəriş nəticəsində müvafiq əmrin ləğv edilməsi nəzərdə tutulmuşdur. Göstərişin icra edilib-edilməməsi və görülmüş sonrakı tədbirlər barədə onda hər hansı məlumat yoxdur. Əgər iddiaçının işdən azad edildiyi ştat hal-hazırda mövcud deyilsə, o, təhsili və peşə hazırlığı səviyyəsinə uyğun vəzifəyə bərpa edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 037/K saylı əmrindən görünür ki, həmin əmrlə X7 fondunun nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssisi (13-cü dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmiş, ləğv edilmənin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi və 77.3-cü maddəsi qeyd olunmuş və əmr “direktor müavini, direktor səlahiyyətlərini müvəqqəti icra edən İlqar Əmirov” tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən, müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının 1.1-ci bəndindən görünür ki, həmin Fərmanla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyində X15 statuslu X7 Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. İş materiallarında olan X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 17-5/2-Ö-9035/2023 saylı cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Araşdırma zamanı X8 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən Azərbaycan Respublikasının Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki “X7” MMC Nazirliyin tabeliyində X15 statuslu “X7” Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 noyabr 2022-ci il tarixli, 425 saylı Qərarı ilə “X7 Agentliyi" X15i nizamnaməsi təsdiq edilsə də, əmək qanunvericiliyinin tələbləri pozularaq X4 Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi (müəssisə ləğv edildikdə) ilə xitam verildiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq hüquqpozmanın aradan qaldırılmasını təmin edib, nəticəsi barədə 30 (otuz) gün ərzində X8 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi məqsədilə Cavabdeh vəzifəli şəxsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən icrası məcburi olan göstəriş verilmişdir. Hüquqpozma vəzifəli şəxs tərəfindən aradan qaldırılmadığı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən (əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) tərəfimizdən müvafiq qaydada inzibati icraata başlanılacaqdır. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır”. Beləliklə, iş materiallarından göründüyü kimi, müəssisə ləğv edilmədiyi təqdirdə “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 037/K saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilmiş və cavabdeh hal-hazırda “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin mövcud olmaması, mövcud olan hüquqi şəxsdə isə şəxsin işdən azad edildiyi ştatın mövcud olmamasına istinad edərək, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin bu arqumenti ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının 2.4-cü bəndində qeyd olunur ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan X15lər (*X7 Agentliyi) müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin (*“X7” Məhdud Məsuliyyətli Cəmiyyəti) və Xidmətin hüquqi varisləridir, Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə həmin hüquqi şəxslərə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 fondunun nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssisi (13-cü dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli, 037/K saylı əmri ləğv edilməli; İddiaçı Cavabdehnə təhsili və peşə hazırlığı səviyyəsinə uyğun vəzifəyə bərpa edilməli; xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 fondunun nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssisi (13-cü dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli, 037/K saylı əmri ləğv edilsin. İddiaçı Cavabdehnə təhsili və peşə hazırlığı səviyyəsinə uyğun vəzifəyə bərpa edilsin. xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2346/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2346/2023
25.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver