Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2355/2025 13.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X32 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X32 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X32 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 evin 22 saylı mənzilinə dair onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 evin 22 saylı mənzil Cavabdeh adına xx.xx.1991-ci il tarixdə qeydiyyatdan keçmişdir ya bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. 1996-cı ilin aprel ayında mənzilin ona satılması barədə razılığa gəlmişlər, mənzilin dəyəri 25000 ABŞ dolları məbləğində pul vəsaiti razılaşdırılmışdır. 20 aprel 1996-cı il tarixdə 25000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh verilmişdir, onun tərəfindən mənzilə dair qeydiyyat vəsiqəsinin əsli onlara verilmişdir və həmin gün də mənzil faktiki olaraq təhvil verilmişdir. Cavabdeh iltizam yazaraq özü və həyat yoldaşı Yaqubova Cəvahir tərəfindən ünvan 1 evin 22 saylı mənzilinin 25000 ABŞ dolları məbləğində pul vəsaitinə Qafarov Cəfərquluya vəkalətnamə ilə satılmasının razılaşdırılmasını yazaraq imza etmiş və həmin vaxt razılaşma zamanı iştirak edən şəxslər - X11, Məmmədov Payız, Şükürov Alməmməd tərəfindən imzalanmış, müvafiq olaraq Cavabdeh, Yaqubova Cəvahir, Qafarov Cəfərqulu imza etmişlər. 20 aprel 1996-cı il tarixdə Cavabdeh tərəfindən ona məxsus əmlak üzərində sərəncam verilməsinə dair etibarnamə onun yaxın qohumunun - bacısının həyat yoldaşı X5 3 il müddətinə verilmişdir. Belə ki, həmin vaxt o, Ukraynanın Xarkov şəhərində olduğundan etibarnamə qohumunun, bacısının həyat yoldaşı X4 adına verilmişdir. X6 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun bacısı X15 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onların övladlarının bu barədə heç bir tələbləri yoxdur. Onun bacısı X15 həmin ünvanda pasport qeydiyyatında olmuşdur. Mənzil ona təhvil verildiyi gündən mənzilə köçərək daimi yaşamağa başlamışdır və hal-hazırda da yaşayır. Mənzilə faktiki olaraq sahiblik edir, istifadə edir və artıq 28 ildir ki, fasiləsiz bu mənzildə yaşayır. O, mülkiyyətçi olmasa da mülkiyyət hüququndan irəli gələn bütün vəzifələri 28 ildən artıq müddət ərzində fasiləsiz və etirazsız olaraq həyata keçirmişdir. Bakı şəhəri İcra Hakmiyyətinin "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda onun sözügedən mənzildə 1996-cı il tarixdən yaşamağı, bütün kommunal ödənişlərin onun tərəfindən ödənilməsi göstərilmişdir. "xxxx" MTK tərəfindən verilmiş arayışda göstərilmişdir ki, "Cavabdeh ünvan 1 evin 22 saylı ünvanında yaşamış və 1996-cı ildə qeydiyyatdan çıxmışdır". Cavabdeh həyat yoldaşı X14 mənzilin satılmasına etirazının olmaması barədə Dövlət Notariat Kontoruna xx.xx.1996-cı il tarixdə ərizə vermişdir. Həmçinin cavabdehin qızı X12 atası tərəfindən ünvan 1 evin 22 saylı mənzilinin satılmasına etirazının olmaması barədə xx.xx.1996-cı il tarixdə Dövlət Notariat Kontoruna ərizə vermişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MTK tərəfindən təsdiq edilmiş aktda onun qeyd edilən ünvanda 1996-cı il tarixdən yaşamağını X30, X31 və X20 imzaları ilə təsdiq etmişlər. 1 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda mənzildə onun adına olan ******* nömrəli telefon üzrə borcun olmaması qeyd edilmişdir. "xxxx" ASC tərəfindən onun adına olan **********22 abonent kodu üzrə xx.xx.2024-cü il tarixli bildiriş üzrə xəbərdarlıqdan istilik təchizatı üzrə xərclərin onun tərəfindən ödənilməsi görünür. "Azəriqaz" İB ilə onun arasında xx.xx.2024-cü il tarixdə qazın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxtlar müəyyən səbəblərdən mənzilə dair sənədlər toplanmış, lakin alqı-satqı müqaviləsi bağlanması baş tutmamışdır. Belə ki, cavabdeh mənzildən qeydiyyatdan çıxmışdır, həmin vaxtlar alqı-satqı müqaviləsi bağlanması üçün təşəbbüs göstərsə də cavabdeh bundan yayınmışdır və sonda harada yaşaması barədə məlumat əldə etmək imkanı olmamışdır və heç bir əlaqə saxlamamışdır. Həmçinin onun mənzildən istifadə və sahiblik hüquqlarını həyata keçirməyini məhkəmədə şahidlər təsdiq edə bilər. Mənzili aldığı gün cavabdeh mülkiyyət hüququnu təsdiq edən sənədi ona təqdim etmişdir və alqı-satqı müqaviləsinin bağlanmasına söz versə də yerinə yetirməmişdir, sonradan tapılmamışdır, bu və digər səbəblərdən alqı-satqı müqaviləsi bağlanması baş tutmamışdır. Cavabdehlə razılaşma zamanı iştirak etmiş şəxslər - Məmmədov Payız, Şükürov Alməmməd vəfat etmişdir. X11 mənzilin ona faktiki olaraq qeyd edilən vaxtda satılmasını və cavabdehə qeyd edilən məbləğdə pulun verilməsini şahid qismində təsdiq edə bilər. Göstərilənlərə əsasən mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bidirdi ki, mənzil onun vəsaiti hesabına alınsa da həmin dövrdə o, ölkədən xaricdə olduğuna görə onun adına müqavilə bağlanmayıb. O, ölkəyə qayıtdıqdan sonra mənzili öz adına rəsmiləşdirəcəkdi. Lakin müəyyən problemlər çıxdığına görə mənzili vaxtında öz adına rəsmiləşdirə bilməyib. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X21 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçünçü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
b) Mülki işin materialları:
5. Azərbaycan Sovet Sosialist Respublikası Rayon, şəhər X16 İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosunun Qeydiyyat şəhadətnaməsindən görünür ki, ünvan 1 evin 22 saylı mənzil Cavabdeh adına xx.xx.1991-ci il tarixdə qeydiyyatdan keçmişdir ya bu barədə qeydiyyat vəsiqəsi verilmişdir.
6. xx.xx.1196-cı il tarixli etibarnamədən görünür ki, Cavabdeh ünvan 1 evin 22 saylı mənzili ilə bağlı tam hüquqları (satmaq, bağışlamaq, icarəyə vermək, sənədləri imzalamaq, notariusda təstiqləmək və s.) X5 üç il müddətinə, yəni xx.xx.1999-ci il tarixədək verilmişdir.
7. Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.1970-ci il tarixdə 1733 nömrəli akt qeydi ilə ASSR Bakı şəhəri Səadət Sarayında nikah bağlamışlar.
8. Bakı şəhəri Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 09.0 4.1996-cı il tarixli, 30/5982 saylı sorğuya verilmiş cavabdan görünür ki, ünvan 1 evin 22 saylı mənzil Cavabdeh məxsusdur.
9. Nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X15 arasında xx.xx.1976-cı il tarixdə 16 nömrəli akt qeydi ilə nikah bağlanmışdır.
10. Cavabdeh akt tərtib edərək özü və həyat yoldaşı Yaqubova Cəvahir tərəfindən ünvan 1 evin 22 saylı mənzilinin 25000 ABŞ dolları məbləğində pul vəsaitinə Qafarov Cəfərquluya vəkalətnamə ilə satdığını bildirirək imza etmişdir və həmin vaxt razılaşma zamanı iştirak edən şəxslər - X1, Payız Məmmədov, Alməmməd Şükürov imza edərək təsdiq etmişlər.
11. Bakı şəhəri İcra Hakmiyyətinin "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 evin 22 saylı mənzildə 1996-cı il tarixdən yaşayır, bütün kommunal ödənişlər onun tərəfindən ödənilir.
12. "xxxx" MTK tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Cavabdeh ünvan 1 evin 22 saylı mənzilində yaşamış və 1996-cı ildə qeydiyyatdan çıxmışdır.
13. xx.xx.2024-cü il tarixdə "xxxx" MTK tərəfindən təsdiq edilmiş aktdan görünür ki, İddiaçı ünvan 1 evin 22 saylı mənzildə 1996-cı il tarixdən yaşamağını X30, X31 və X20 imzaları ilə təsdiq etmişlər.
14. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 751 nömrə ilə qeyd edilmişdir.
15. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 184 nömrə ilə qeyd edilmişdir.
16. Ərizələrdən görünür ki, X9, X13 və X3 ünvan 1 evin 22 saylı mənzilə dair şikayətləri yoxdur, gələcəkdə də olmayacaq.
17. 14.09.2020-ci il tarixli, 3096 nömrəli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qaz paylayıcı “Azəriqaz” İB ilə istehlakçı İddiaçı arasında fərdi yaşayış evinə dair müqavilə bağlanmış və həmin mənzilə qaz sayğacı quraşdırılmışdır.
18. Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X26 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2024-cü il tarixli, 05 saylı arayışından görünür ki, ünvan 1 evin 22 saylı mənzildə yaşayan İddiaçı ***-**-** saylı nömrə üzrə borcu yoxdur .
19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-1695/2025 saylı sorğuya verilmiş cavab məktubundan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə xx.xx.2013-cü il tarixdə, xx.xx.1948-ci il təvəllüdlü X18 sonuncu dəfə xx.xx.2016-cı il tarixdə və xx.xx.1972-ci il təvəllüdlü X2 dəfə xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədindən çıxış etmiş və ondan sonra ölkəyə geri qayıtmamışdır.
d) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
20. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
21. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı ünvan 1 evin 22 saylı mənzilin ona məxsus olduğunu iddia edərək onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş edir.
22. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
25. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Göründüyü kimi mübahisə müqavilənin bağlanması ilə bağlı olduğundan, məhkəmə mülki qanunvericiliyin bu münasibətləri tənzimləyən normalarına istinad etməyi zəruri sayır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq /normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər 1996-cı ildə yaranmışdır. Ona görə də məhkəmə hesb edir ki, hazırkı mübahisənin həllində 2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
Azərbaycan SSR Mülki Məcəlləsinin
29. 39-cu maddəsinə əsasən vətəndaşların və təşklatların mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətlər əqd hesab olunur. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavlələr) ola bilər. Əqdlər şifahi və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə ədqlər və ya notariat qaydasında təsdiq edilməli olan əqdlər.
30. 228-ci maddəsinə əsasən ı3366900-l alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməli, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
31. Lakin iş materiallarından görünür ki, tərəflər arasında hər hansı bir əqd, müqavilə mövcud deyildir.
32. Belə ki, İş materiallarında olan xx.xx.1196-cı il tarixli etibarnamədən görünür ki, Cavabdeh ünvan 1 evin 22 saylı mənzili ilə bağlı tam hüquqları (satmaq, bağışlamaq, icarəyə vermək, sənədləri imzalamaq, notariusda təsdiqləmək və s.) X5 üç il müddətinə, yəni xx.xx.1999-cu il tarixədək verilmişdir.
33. Müəyyən edilmişdir ki, həmin etibarnamənin müddəti xx.xx.1999-cu ildə bitmişdir və qanunvericiliyin tələblərinə görə etibarnamənin verilməsi alqı-satqı hesab edilə bilməz.
34. Azərbaycan SSR Mülki Məcəlləsinin 60-cı maddəsinə əsasən bir şəxs (etibar edən) adından üçüncü şəxslər qarşısında təmsil olunmaq üçün digər şəxsə (etibar edənə) verilmiş yazılı səlahiyyət etibarnamə sayılır.
35. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. Məhkəmə qeyd edir ki, yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
38. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərdən mübahisəli mənzilin iddiaçıya satılması barədə Cavabdeh ilə iddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanması müəyyən olunmur (bu sənədlər iddiaçı tərəfindən təqdim olunmuşdır).
39. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh ilə arasında alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
40. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz.
41. Belə ki, qanunvericiliyin tələblərinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür
42. Hazırkı hüquqi faktın müəyyən edilməsi üçün Cavabdeh həqiqi iradə ifadəsinin ünvan 1 evin 22 saylı mənzilin iddiaçıya satmaq olması müəyyən edilməlidir. İddiaçı Cavabdeh tərəfindən Cəfərqulu Qafarova verilmiş etibarnaməyə əsaslanır ki, həmin etibarnamənin müddəti bitməklə yanaşı, etibarnamədə Cavabdeh məxsus konkret daşınmaz əmlakın idarəçiliyinin iddiaçıya verilməsi barədə müddəa yoxdur.
43. İş materiallarında olan akt və şahid ifadələri isə yalnız iddiaçının ünvan 1 evin 22 saylı mənzildə yaşadığını təsdiq etməklə, həmin mənzilin ona satıldığını təsdiq edə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ünvan 1 evin 22 saylı mənzilin cavabdeh tərəfindən iddiaçıya satıldığı və ya onun həqiqi iradə ifadəsinin mənzilin iddiaçıya satılması olduğunu təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən iddia əsaslı hesab edilə və təmin edilə bilməz.
44. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X32 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir.
46. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X32 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova