Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2369/2021 09.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X3, Cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Binəqədi rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Xəlil X4 Sevinc Nəsib qızına qarşı “nikahın etibarsız sayılması” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə bağlanmış nikahın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 37/43, mənzil 79-da yaşayan İddiaçı ilə aralarında olan xx.xx.2020-ci il tarixdə qeydə alınmış nikaha xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X2 ərizə verərək, İddiaçı iddiadan imtina etdiyini, bu səbəbdən mülki iş üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli qərardadı ilə Xəlil X4 Sevinc Nəsib qızına qarşı “nikahın etibarsız sayılması” tələbinə dair ilk iddia ərizəsi üzrə icraata xitam verilmişdir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o və cavabdeh hər ikisi də ali təhsilli stomatoloq həkim olaraq 2000-ci ildən bir-birlərini tanıyaraq müxtəlif klinikalarda işləmişlər. İxtisasları müxtəlif olduğundan bir-birlərinin yanına xəstələr göndərməklə yaxın dostluq münasibətlərində olmuşlar. Aralrında olan nikahları qarşılıqlı hörmət və mehribançılıqları sayəsində olmuşdur. Uzunmüddətli tanışlıq və dostluq qarşılıqlı razılıqları əsasında xx.xx.2020-ci il tarixdə el adəti ilə nişan mərasimi keçirilmiş, xx.xx.2020-ci il tarixdə isə 1 saylı ASAN xidmətdə rəsmi nikaha daxil olmuşlar. Dünyada və ölkədə baş vermiş “Covid-19” pandemiyası ilə əlaqədar olaraq toy mərasiminin keçirilməsi qadağan olduğundan xx.xx.2020-ci il tarixə təyin edilmiş toy belə olmamış, ərarvad münasibətində olmayaraq hərəsi öz evində yaşamışlar. Lakin buna baxmayaraq o öz gəlinlik cehizlərinin hamısını cavabdehin göstərdiyi ünvan 1 ünvandakı evin 4-cü mərtəbəsindəki evə aparmışdır. Lakin cavabdeh nikahları bağlandığı gündən ayrılmaq istədiyini ona bildirmişdir. Cavabdehin ayrılmaq qərarına etiraz etməmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 37/43, mənzil 79-da yaşayan İddiaçı ilə aralarında olan xx.xx.2020-ci il tarixdə qeydə alınmış nikaha xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi (vəkili) X5 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin (vəkillərinin) izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı № 394534 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki İddiaçı ilə Cavabdeh arasında nikah xx xxxx 2020-ci il tarixdə, , 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, 691 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 17.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda. Eyni Məcəllənin 19.1-ci maddəsinə görə Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin məcəllənin 19.2-ci maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə görə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Eyni Məcəllənin 21.3-cü maddəsinə görə nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə və hər ikisinin ailə qurmaq niyyəti olduğu halda müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanıyır. Nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək olur ki, belə nikahın bağlanmasından sonra ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildikdə heç kəs iradəsinin ziddinə nikahda saxlanıla bilməz. Bu mənada məhkəmə tərəflərin bundan sonra ailə münasibətlərinin bərpasının mümkünsüzlüyü ilə bağlı iradə ifadəsini nəzərə alır və hesab edir ki, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildiyindən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında qanunun 8.4.9-cu maddəsinə əsasən, nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələri üçün dövlət rüsumunun məbləği 20 manatdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı Cavabdeh aid edilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx xxxx 2020-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, 691 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2369/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2369/2021
09.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver