Məhkəmə qərarları › İş №2(001)-2383/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2383/2025

07.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2383/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə, daha sonra ərizəyə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyət hüququna dair Dövlət Aktı”nda (JN-301 saylı KOD ********) qeyd edilən X17 adının ona, yəni X13 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə məxsus, Şəmkir rayonunun Dəllər Cəyir kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-301 saylı KOD 50405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda onun adı X19 deyil, səhvən X7 qeyd edilmişdir. Yol verilən səhvin aradan qaldırılması üçün anası X20, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 saylı Ərazi İdarəsinə müraciət edərək, səhvin aradan qaldırılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixində **********87 nömrəli cavab məktubunda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, X1 yazılmış adına düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Bildirir ki, Şəmkir rayon qeydiyyat şöbəsinin arxiv arayışında qeyd edilmişdir ki, X19 xx xxx 1976-cı il tarixində Şəmkir rayonu Dəllər Cəyir kəndində anadan olmuşdur. Şəmkir rayon İHB-nın Dəllər Cəyir kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli 786 nömrəli arayışda qeyd edilir: “Verilir, Şəmkir rayon İHB-nın Dəllər Cəyir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən ondan ötrü ki, JN-301 saylı KOD 50405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda mülkiyyətçilər aşağıda qeyd olunan şəxslərdir: 1. X12, 1933-cü il; 2. X20, 1942-ci il; 3. X14, 1967-ci il; 4. X18, 1973-cü il; 5. X25, 1977-ci il. JN-301 saylı KOD 50405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda mülkiyyətçilərdən X17 ad, soyad və ata adı səhv göstərilmişdir. X2 kimi olmalıdır. Bildirir ki, X25 adında ailə üzvü olmayıb. Əlavə olaraq bildirir ki, o, 25 sentyabr 2001-ci il tarixində ailə qurandan sonra ərinin soyadını seçmiş və hal-hazırda bütün sənədlərində Ərizəçi kimi qeyd edilir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İİİ-ЖГ 473944 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1976-cə il təvəllüdlü X8 atası X29, anası X15r. Vİİ-ЖГ seriyalı 434889 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Nümayəndə ilə X19 arasında olan nikah Bakı şəhəri Xətai rayon VVADQ şöbəsində xx.xx.2001-ci il tarixdə bağlanmış və 923 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Əliyeva” soyadı verilmişdir. Şəmkir RİHB-nin Dəllər Cəyir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.12.221-ci il tarixli arayışdan görünür ki, JN-301 saylı KOD 50405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda mülkiyyətçilər aşağıda qeyd olunan şəxslərdir:

1. X12, 1933-cü il

2. X20, 1942-ci il

3. X14, 1967-ci il

4. X18, 1973-cü il

5. X25, 1977-ci il. JN-301 saylı KOD 50405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda mülkiyyətçilərdən X17 ad, soyad və ata adı səhv göstərilmişdir. X2 kimi olmalıdır. Bildirilmişdir ki, X25 adında ailə üzvü olmayıb. JN-301 saylı, 50405018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 52 saylı qərarı ilə 1.14 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X26 və ailə üzvləri X16, X6, X9, X21 verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nın 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, X10 ərizəsinə baxılmış və bildirilmişdir ki, ona və ailə üzvlərinə məxsus olan, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-301 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də X1 yazılmış adına düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nın 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X29, X20, X14, X18 və X17 adlarına ümumibirgə mülkiyyət hüququ ilə 26 may 2006-cı il tarixli, JN-301 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. X10 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona və ailə üzvlərinə məxsus olan Şəmkir rayonunun Dəllər Cəyir kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-301 saylı KOD 50405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qızının adı X19 deyil, X25 qeyd edilmişdir. JN-301 saylı KOD 50405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndakı mülkiyyətçilərdən X17 əvəzinə qızı X8 adı, soyad və ata adının qeyd edilməsinə etiraz etmir. X11 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona və ailə üzvlərinə məxsus olan Şəmkir rayonunun Dəllər Cəyir kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-301 saylı KOD 50405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda bacısının adı X19 deyil, X25 qeyd edilmişdir. JN-301 saylı KOD 50405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndakı mülkiyyətçilərdən X17 əvəzinə bacısı X8 adı, soyad və ata adının qeyd edilməsinə etiraz etmir. X5 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona və ailə üzvlərinə məxsus olan Şəmkir rayonunun Dəllər Cəyir kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-301 saylı KOD 50405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda bacısının adı X19 deyil, X25 qeyd edilmişdir. JN-301 saylı KOD 50405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndakı mülkiyyətçilərdən X17 əvəzinə bacısı X8 adı, soyad və ata adının qeyd edilməsinə etiraz etmir. AZ-İİ seriyalı 413647 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X29 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X3 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona və ailə üzvlərinə məxsus olan Şəmkir rayonunun Dəllər Cəyir kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-301 saylı KOD 50405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda bacısının adı X19 deyil, səhvən X25 qeyd edilmişdir. JN- 301 saylı KOD 50405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndakı mülkiyyətçilərdən X17 əvəzinə bacısı X8 adı, soyad və ata adının qeyd edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi X23 qızıdır. Belə ki, İ-ЗЖ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İİİ-ЖГ 473944 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1976-cə il təvəllüdlü Həsənova (Əliyeva) Nəsibə Nəbi qızının atası X29, anası X15r. Lakin, JN-301 saylı, 50405018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Həsənova (Əliyeva) Nəsibə Nəbi qızının adı, soyadı, ata adı yanlış olaraq “X29” kimi göstərilmişdir. Ərizəçi yanlışılığın aradan qaldırılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, yanlışlığın aradan qaldırılması həmin idarənin səlahiyyətləri xaricindədir. Göründüyü kimi, ərizəçinin JN-301 saylı, 50405018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən adı, soyadı, ata adı iş materiallarında olan doğum haqqında şəhadətnaməsindəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçi müvafiq dövlət qurumuna sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, JN-301 saylı, 50405018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilən “X25”nun - X13 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

Ərizə təmin edilsin. JN-301 saylı, 50405018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilən “X25”nun - X30 ailə qızına məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar