Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2413/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi 1979-ci ildən 1992-ci ilədək Şuşa rabitə qovşağında kabel lehimləyicisi vəzifəsində çalışmasına dair iş stajının müəyyən olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi 1979-ci ildən 1992-ci ilədək Şuşa rabitə qovşağında kabel lehimləyicisi vəzifəsində çalışmasına dair iş stajının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi Şuşa rayonu rabitə qovşağında 1979-cu il tarixdən 1992-ci il tarixə qədər kabel lehimləyicisi vəzifəsində işləmiş, Şuşa rabitə qovşağı Xankəndində yerləşən idarəyə tabe olmuşdur. 1992-ci ildə Şuşa erməni seperatçıları tərəfindən işğal olunduğundan, o, ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, 1993-cü ildə Sabunçu telefon qovşağında kabel lehimləyici vəzifəsində işə götürülmüşdür. O, 2021-ci ilin iyul ayında sənədlərini toplayıb, güzəştli əmək stajına görə ƏƏSMN-nin tabeliyində olan DSMF-nın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına əmək pensiyası almaq üçün təqdim etmiş, ona güzəşlit stajının 11 il 4 ay 16 gün, ümumi stajının 21 il 5 gün olduğu bildirilmiş, Şuşa rayonun rabitə qovşağında işlədiyi müddət isə qeydə alınmamışdır. Baxmayaraq ki, onun əmək kitabçasında Şuşada işlədiyi illər qeyd olunmuşdur. Bu barədə o, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə arxiv arayışı almaq üçün ərizə ilə müraciət etmiş, həmin təşkilatdan kənd, rayon, şəhər rabitə müəssisələrində sənədlər arxivə təqdim edilmədiyi, həmin sənədlərin müəssisənin özündə və Azərbaycan Respublikası Dövlət Arxivinin rayon filiallarında saxlandığı bildirilmişdir. Ona görə də Ərizəçi 1979-ci il tarixdən 1992-ci il tarixə qədər Şuşa rabitə qovşağında kabel lehimləyicisi vəzifəsində çalışmasına dair iş stajının faktiki müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə2 ərizənin məzmunu ilə eyni məzmunlu izahat verib ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının ərizəyə qarşı etirazından müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi 1979-cu il tarixdən 1992-ci il tarixədək Şuşa rayonu rabitə qovşağında kabel lehimləyicisi vəzifəsində işlədiyini iddia edir. Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Lakin onun ümumi iş stajı qanunvericiliklə nəzərdə tutulmuş 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan az olduğu üçün vətəndaşa pensiya təyin olunmasında imtina olunmuşdur. Bundan sonra Ərizəçi 1979-cu il tarixdən 1992-ci il tarixədək Şuşa rayonu rabitə qovşağında kabel lehimləyicisi vəzifəsində işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi İT-İ ******* saylı xx.xx.2000-ci il tarixli əmək kitabçasına nəzər yetirdikdə onun 1979-cu il tarixdən 1992-ci il tarixədək Şuşa rayonu rabitə qovşağında kabel lehimləyicisi vəzifəsində işləməsi barədə qeydin mövcud olmadığı görünür. Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş 17 yanvar 1995-ci il tarixli arayışda onun 1979-1992-ci illərdə Şuşa rayon rabitə qovşağında kabel lehimləyicisi vəzifəsində işləməsi qeyd olunsa da, sözügedən sənədin qanunvericiliyin tələblərinə əsasən iş stajını təsdiq edən sənədlər qismində götürülməsi mümkün olmadığı üçün ərizəçinin müraciətinin müsbət həlli mümkün olmamışdır. Beləliklə, ərizəçinin 1979-cu il tarixdən 1992-ci il tarixədək Şuşa ravonu rabitə qovşağında kabel lehimləyicisi vəzifəsində işləməsi faktının xüsusi icraat qaydasında müəyyən olunması zərurəti yaranmışdır. Ona görə də Ərizəçi maraqlı şəxs Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair 2(001)-2413/2023 nömrəli mülki iş üzrə ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 etirazın məzmununa uyğun izahat verib, maraqlı şəxsin ərizəçinin ərizəsinə etiraz etdiyini bildirib ərizənin baxılmamış saxlanmasını xahiş edir. Məhkəmə tərələrin izahatını dinləyib, mülki işin sənədlərini tədqiq edib ərizənin baxılmamış saxlanması qənaətinə gəlir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, Ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən həqiqətən xx.xx.1993-cü il tarixdən (xx.xx.1993-cü il tarixli, kş/35 №-li əmr) X1 24 nömrəli ATS-nə 3-cü dərəcəli kabel lehimləyicisi vəzifəsinə işə qəbul olunmuşdur. Dekabr 1997-ci il tarixədək həmin vəzifədə işləmişdir. xx.xx.2000-ci il tarixdən (xx.xx.2000-ci il tarixli, kş/02 №-li əmr) yenidən X1 50 nömrəli ATS-nə 4-cü dərəcəli kabel lehimləyicisi vəzifəsinə işə qəbul olunmuşdır. Dekabr 2002-ci il tarixədək həmin vəzifədə işləmişdir. Yanvar ayından dekabr 2005-ci il tarixədək yenidən X1 450/451 nömrəli EATS-də kabel lehimləyicisi vəzifəsində işləmişdir. Yanvar 2007-ci il tarixdən dekabr 2008-ci il tarixədək yenidən X1 450/451 nömrəli EATS-də kabel lehimləyicisi vəzifəsində işləmişdir. xx.xx.2009-cu il tarixdən (xx.xx.2009-cu il tarixli, kş/74 №-li əmr) yenidən X1 550/551 nömrəli EATS-də kabel lehimləyicisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixdən (xx.xx.2009-cu il tarixli, kş/83 №-li əmr) öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2010-cu il tarixdən (24.02,2010-cu il tarixli, kş/43 №-li əmr) yenidən X1 450/451 nömrəli EATS-də kabel lehimləyicisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2011-ci il tarixdən (xx.xx.2011-ci il tarixli, kş/70 №-li əmr) öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********9 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi ümumi iş stajı 25 ildən az (21 il 5 gün (xx.xx.1993-xx.xx.1998-ci il, xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər, 2006-2021-ci illər üzrə cəmi 10 il 2 ay)) güzəştli iş stajınıi isə 12 il 6 aydan az (11 il 4 ay 16 gün (xx.xx.1993-xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2002-ci il, xx.xx.2005xx.xx.2005-ci il, xx.xx.2007-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2309-cu il, xx.xx.2010xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ərizəçiyə münasibətdə 34560 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23070,46 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Həmin Məcəllənin 306.4.-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin MPM-nin 259.0. maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd olunmuşdur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. İstinad olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi iş sajının müəyyən olunmasına dair məhkəməyə aid hüquq haqqında tərəflər arasında mübahisə olduğundan, ərizə baxılmamış saxlanmalı, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.10.,263-264-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Ərizəçi 1979-ci ildən 1992-ci ilədək Şuşa rabitə qovşağında kabel lehimləyicisi vəzifəsində çalışmasına barədə iş stajının müəyyən olunmasına dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququnun olması izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2413/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2413/2023
07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver