Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2418/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydinin xx.xx.1980-ci il tarixdə anadan olması, doğum akt qeydinin ata qrafasında X5 – milliyyəti azərbaycanlı, ana qrafasında X4 – milliyyəti azərbaycanlı qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Valideynləri doğumdan sonra və hazırkı vəziyyətdə ona aid doğum haqqında şəhadətnamə ala bilməmişlər. Şəxsiyyətini təsdiq edən sənədlərin olmaması səbəbindən ərizəçi Azərbaycan vətəndaşı olaraq heç bir hüquq və vəzəfələr əldə edə bilmir və hər hansı bir rəsmi və digər hüquq münasibətlərində iştirak edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şahid ifadəsini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən Nərimanov RPİ-nin İŞ-nin rəisi polis polkovnik leytenantı Vüqar İsmayılova ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1980-ci i təvəllüdlü Ərizəçi adına tərtib edilmiş doğum haqqında akt qeydi VVAQ avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlanılmış və aşkar edilməmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(001)137/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Ərizəçi barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X1 atası X5, anası X2r. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahat verərək bildirdi ki, ərizəçi onun oğludur. Oğlu xx.xx.1980-ci ildə anadan olub. Lakin o, vaxt onun üçün doğum haqqında şəhadətnamə ala bilməyiblər. R.Məmmədov həmçinin qeyd etdi ki, ərizəçinin anası X4 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahat verərək bildirdi ki, ərizəçi onun ögey qardaşıdır (ata bir, ana ayrı). Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 339-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. - 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; - 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum faktını qeydə almaqdan və doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1980-ci ildə anadan olması, atasının X5, anasının isə X4 olması şahidin izahatı ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və ona görə də ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1980-ci ildə Füzuli rayonunda anadan olması, atasının X5, anasının isə X4 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, Ərizəçi doğum akt qeydinin “atası” qrafasında “X5”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “X4”, “milliyyəti azərbaycanlı” yazılmalıdır. Məhkəməyə ərizə verilərkən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1980-ci ildə Füzuli rayonunda anadan olması, atasının X5, anasının isə X4 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. xx.xx.1980-ci il təvvəllüdlü Ərizəçi doğum akt qeydinin “atası” qrafasında “X5”, “milliyyəti azərbaycanlı”; “anası” qrafasında “X4”, “milliyyəti azərbaycanlı” yazılsın. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-2418/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2418/2021
23.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver