Məhkəmə qərarları › İş №2(001)-242/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-242/2022

21.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-242/2022 21.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh1nə (MMC), Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin, fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi və s.” tələbinə dair ilk, Cavabdeh3 İddiaçı və Cavabdeh2 qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə 21 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1nə (MMC), Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması və həmin fərdi yaşayış evinin cavabdehlər tərəfindən ona təhvil verilməsi, 01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı (dəymiş ziyan) olaraq 8400 manatın Cavabdeh1 MMC və Cavabdeh3, habelə, 01 iyul 2021-ci il tarixdən hesablanmaqla aylıq 700 manat dəymiş ziyanın hər üç cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və onun həcminin artırılmasına dair ərizələr onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən fərdi yaşayış evinin 23 may 2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 170000 manata almışdır. Həmin əmlakı alan zaman orada iddiaçıya məlum olmayan şəxslər tərəfindən yaradılmış “Step Academy” adı altında fəaliyyət göstərən hazırlıq kursu olmuşdur. İddiaçı Cavabdeh2la birlikdə ora yaxınlaşmış, əmlakın yeni mülkiyyətçisi kimi özünü təqdim etmiş və oranı tərk etmələrini bildirmişdir. Oradakı şəxslər isə qısa müddət ərzində oranı boşaldacaqlarını bildirmişlər. Sonradan ölkədə hökm sürən pandemiya səbəbi ilə cavabdehlər əmlakın boşaldılmasına vaxt verilməsini xahiş etmişlər, iddiaçı etiraz etməmişdir. Daha sonra Cavabdeh1 MMC-nin təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 əmlakı almaq istədiyini və bununla bağlı ona vaxt verilməsini xahiş etmiş, iddiaçı əmlakın artıq bir müddətdir ki, əsassız olaraq MMC-nin istifadəsində olduğunu, əvəzində ona icarə haqqı da ödənilmədiyini bildirmiş, bu zaman Cavabdeh3 əmlakın alğı-satqısı zamanı icarə haqqını nəzərə almaqla artıq ödəniş edəcəyini bildirmişdir. Lakin, artıq uzun müddətdir ki, əmlak iddiaçıya təhvil verilmir, həmçinin, iddiaçıya icarə haqqı da ödənilmir. Halbuki, alğı-satqı müqaviləsində Cavabdeh2 əmlakı təhvil verməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlər arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarə haqqı aylıq 500 manat müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehlər arasında icarə münasibətlərinə 08 fevral 2020-ci il tarixdən xitam verilmişdir. İddiaçı həmin əmlakı 23 may 2020-ci il tarixdə almışdır, yəni həmin tarixdən etibarən əmlaka dair sahiblik və istifadə hüququ ona keçmişdir. Nəzərə alınsa ki cavabdehlər arasında bağlanmış icarə müqaviləsində icarə haqqı 500 manat müəyyən edilmişdir, 13 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Cavabdeh3 icarə müqaviləsində 500 manat qeyd edilsə də, Cavabdeh2la aylıq 700 manata razılaşdıqlarını qeyd etmişdir. Belə olan halda 01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli olan icarə haqqı (dəymiş ziyan) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tutularaq İddiaçı ödəjnilməlidir. Həmin dövr ərzində ödənilməmiş icarə haqqı 8400 manat təşkil edir (12 ay X 700 manat=8400 manat). Bundan başqa, cavabdehlər hazırda həmin əmlakı təhvil verməməklə iddiaçıya maddi ziyan vurmaqda davam edirlər. Belə ki, cavabdehlər hazırki dövərək əmlakdan qanunsuz olaraq istifadə edir, lakin icarə haqqı ödəmirlər. Belə olan halda əmlak iddiaçıya təhvil verilənədək hər ay 700 manat məbləğində dəymiş ziyan cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 ilk iddia ərizəsində göstərilənləri təsdiq edib, həmin iddianı müdafiə etdiyini bildirərək, əlavə olaraq izahatında göstərdi ki, qarşılıqlı iddianın İddiaçı yönəlməsinin heç bir əsası yoxdur. Belə ki, İddiaçı sözügedən əmlakı alarkən artıq həmin əmlak hazırki vəziyyətdə, yəni təmir olunmuş halda olmuşdur. Cavabdeh3 çəkdiyi xərcləri əmlakın əvvəlki sahibi, hansı ki aralarında müqavilə öhdəlikləri mövcud olub, həmin şəxsdən, yəni Cavabdeh2 tələb edə bilər. Sonda Vəkil1 ilk iddianın təmin, qarşılıqlı iddianın isə İddiaçı münasibətdə rədd edilməsini xahiş etdi. Həmçinin, Cavabdeh3 İddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək faktiki olaraq icarəsində və istifadəsində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 186,8 kv.metr olan iki mərtəbəli qeyri-yaşayış sahəsinin təmirinə, avadanlıqların alınmasına və s. işlərin görülməsinə xərclədiyi 30000 manat pulun cavabdehlərdən onun xeyrinə tutulması, onun həmin qeyri-yaşayış sahəsindən çıxarılması ilə pulun verilməsinin eyni anda icra edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 2013-cü ildən Cavabdeh2 mülkiyyətində olan, sözügedən qeyri-yaşayış sahəsini icarəyə götürərək hazırlıq kursları təşkil etmiş, aralarında həmin vaxt rəsmi icarə müqaviləsi olmasa da, o, hər ay Cavabdeh2 icarə haqqı vermişdir. İşini genişləndirmək məqsədi ilə Cavabdeh1 MMC-ni təsis edərək 06 iyul 2015-ci il tarixdə rəsmi dövlət qeydiyyatdan keçirmişdir. Həmin qeyri-yaşayış sahəsində əlavə işlər görmək zərurəti yarandığından və bu işlərin görülməsi üçün rəsmi icarə müqaviləsi tələb olunduğundan 08 fevral 2018-ci il tarixdə Cavabdeh2la aylıq icarə haqqı 500 manat olmaqla icarə müqaviləsi bağlanmışdır. Cavabdeh3 Cavabdeh2 razılığı ilə həmin mülkü hissə-hissə olmaqla tam təmir etdirmiş, ikinci mrətəbəsində məktəbəqədər hazırlıq kursları yaratmaq istədiyindən Cavabdeh2 məxsus sexdə onun sifarişi, vəsaiti hesabına avadanlıqlar hazırladaraq həmin qeyriyaşayış sahəsinə gətirmişdir. Bütün bu işlərin görülməsinə onun 30000 manatdan çox xərci çıxmışdır. Cavabdeh2la aralarındakı razılığa əsasən, çəkdiyi xərclər işlədiyi dövrdə hissə-hissə icarə haqqından çıxılmalı idi. 2020-ci ilin mart ayında Cavabdeh2 borclu qaldığı 1000 manat icarə haqqını ödəmiş, bundan sonra pandemiya ilə əlaqədar işləri dayandırmış, hazırlıq kurslarının fəaliyyətini minimuma endirmiş, bu barədə Cavabdeh2 məlumat vermiş, sonuncu isə bunları nəzərə alacağını bildirmişdir. İcarə müqaviləsini vaxtı başa çatsa da, mülkiyyətçi ilə aralarında olan anlaşmaya əsasən müqavilə qeyri-müəyyən müddətə uzadılmışdır. 2020-ci ilin aprel-may aylarında bir neçə nəfər gəlib həmin yerə baxmış, o, bu barədə Cavabdeh2 zəng edib soruşduqda, sonuncu obyekti banka girov qoyaraq pul götürəcəyini, gələn şəxslərin bank əməkdaşları olduğunu bildirmişdir. Halbuki sonradan ona məlum olmuşdur ki, Cavabdeh2 ona heç bir məlumat vermədən, onun çəkdiyi xərcləri ödəmədən həmin qeyri-yaşayış sahəsini satmışdır. Eləcə də, əmlakın yeni mülkiyyəçisi həmin əmlakı alarkən ora gəlib baxmamış, əmlakın kimin vəsaiti hesabın hansı şərtlər altında təmir olunması ilə maraqlanmamış, icarədar olaraq bu barədə onu məlumatlandırmamışdır və ən başlıcası isə aldıqları əmlak satıcı tərəfindən alıcıya təhvil verilməmişdir. Cavabdeh3 şəxsi vəsaiti hesabına düzəltdirdiyi avadanlıqlar bilavasitə icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin şəraitinə uyğun hazırlanmışdır. O, çəkdiyi xərclərin ona ödəniləcəyi təqdirdə əmlakı təhvil verməyə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi X5 qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq edib, həmin iddianı müdafiə etdiyini bildirərək, əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında icarə münasibətləri mövcud müqavilədə nəzərdə tutulan müddətlə kifayətlənməmişdir. Cavabdeh3 faktiki olaraq 2013-cü ildən həmin əmlakı icarə əsasında işlətmiş, müqavilə müddəti bitdikdən sonra da eyni münasibətlər davam etmişdir. Cavabdeh3 əmlakın uzun müddət onun istifadəsində olacağına inanaraq oranı əsaslı təmir etdirmiş, ora uyğun mebellər sirafiş edib hazırlatmış və s. işlər görmüşdür. Bütün bu işlərin görülməsində də Cavabdeh2 razılığı olmuş, Cavabdeh3 tərəfindən çəkilən bu xərclərin aylıq icarə haqqından hissə-hissə çıxılması nəzərdə tutulmuşdur. Cavabdeh2 Cavabdeh3 tərəfindən çəkilmiş təxminən 30000 manat xərcin aylıq icarə haqqından hissə-hissə çıxılması yolu ilə qısa müddətə ödənilməyəcəyini bildiyi halda Cavabdeh3 ilə razılaşmasına baxmayaraq, qəfil sonuncuya heç bir məlumat verməmiş əmlakla bağlı alğı-satqı müqaviləsi bağlamış, əmlakı özgəninkiləşdirmişdir. Çəkilən xərclər əmlakın təmir edilməsinə və ora uyğun mebellərin sirafişlə quraşdırılmasına sərf edildiyindən, Cavabdeh3 həmin əmlakdan çıxarılarkən çəkdiyi xərcin əvəzini naturada özü ilə götürməsi mümkün deyildir, buna görə də xərcin əvəzini tələb edir. Sonda S.Ə.Novruzov məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsinin izahatında göstərilənləri təsdiq edib, əlavə olaraq bildirdi ki, icarə müqaviləsində icarə haqqı 500 manat göstərilsə də, o, Cavabdeh2 aylıq 700 manat ödəmişdir. İcarə haqqını stabil olaraq vaxtında ödəmiş, pandemiya dövründə ödənişlərdə çətinlik çəkmiş, sonuncu dəfə 2020-ci ilin mart ayında 1000 manat, iyun ayında isə 550 manat ödəniş etmişdir. Cavabdeh2 pandemiyadan sonra onunla yeni icarə müqaviləsi bağlayacağını qeyd etsə də, 2020-ci ilin sentyabr ayında, yəni obyekt fəaliyyətə başlamalı dövrdə o, əmlakın üzərinə həbs qoyulduğunu müəyyən etmişdir. Onun həmin əmlakla bağlı çəkdiyi xərclər həm ekspert rəyi ilə, həm də şahid ifadələri ilə təsdiq edilir. Buna görə də, həmin xərc qarşılıqlı iddia üzrə cavabdehlərdən onun xeyrinə tutulmalıdır. O, yalnız ona həmin xərc ödəniləcəyi təqdirdə əmlakı təhvil verməyi qəbul edir. Sonda Cavabdeh3 məhkəmədən iddiasının təmin olunacağı təqdirdə ona pulun ödənilməsi ilə onun əmlakdan çıxarılmasının eyni anda icra edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 MMC-də 2020-ci ilin yanvar ayından 2021-ci ilin mart ayına kimi briqada şəklində təmir işləri aparmışdır. Pandemiya səbəbi ilə təmiri hissə-hissə etmişlər. Təmirin sifarişçisi Cavabdeh3 olmuş, təmirə lazımi materialları da Cavabdeh3 alıb gətirmişdir. O, təmir işlərinə görə təxminən 2000-3000 manat əmək haqqı almışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 MMC-də 10 ilə yaxındır ki, xadimə işləyir. Bağçada təmir işlərini Cavabdeh3 aparmışdır. Hətta, bəzi materialları özü Türkiyə Respublikasından sifarişlə gətirtmişdir. İş materiallarında olan: - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0,015 ha. torpaq sahəsində yerləşən, ümumi sahəsi 186,8 kv.metr olan fərdi yaşayış evi 14 sentyabr 2017-ci il tarixdə Cavabdeh2 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - 23 may 2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “daşınmaz əmlakın alğısatqı müqaviləsi”ndən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 186,8 kv.metr olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən, ümumi sahəsi 0,015 ha. olan torpaq sahəsini İddiaçı 170000 manata satmışdır. - çıxarışdan görünür ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi 02 iyul 2020-ci il tarixdə İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. - Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh3dır. - Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 08 fevral 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 186,8 kv.metr olan fərdi yaşayış evini Cavabdeh3 aylıq 500 manata icarəyə vermiş, müqavilə 1 il müddətinə bağlanmış, müqavilənin 3-cü bəndində icarə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə onun müddəti daha 1 il müddətinə uzadılması qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə ilk öncə İddiaçı iddiasının əmlakdan çıxarılma hissəsinə münasibət bildirərək qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilir ki, mübahisələndirilən əmlak 14 sentyabr 2017-ci il tarixdə Cavabdeh2 mülkiyyətində olmuş, o, həmin əmlakı 23 may 2020-ci il tarixdə İddiaçı alğı-satqı müqaviləsi əsasında satmışdır. Əmlak İddiaçı mülkiyyəti kimi 02 iyul 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış və hazırda onun mülkiyyətindədir. Əmlakla bağlı alğı-satqı müqaviləsində tərəflərin öhdəliklərindən biri kimi “satıcı” adlanan Cavabdeh2 əmlakı “alıcı” adlanan İddiaçı təhvil verməsi qeyd edilmiş, Cavabdeh3 da öz qarşılıqlı iddiasında əmlakın təhvil verilmədiyini vurğulasa da, həm qarşılıqlı iddianın məzmunundan, həm də işin hallarından müəyyən edilir ki, Cavabdeh3 özü əmlakı tərk etməməklə, yalnız çəkdiyi xərclərin ödənildiyi təqdirdə əmlakdan çıxacağını bildirmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmlak İddiaçı mülkiyyətində olduğundan, habelə həmin əmlakın Cavabdeh1 MMC-yə və ya Cavabdeh3 icarəyə verməsi ilə bağlı hər hansı razılaşmanın olması iş üzrə müəyyən edilmir. Buna görə də onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına heç bir əsas yoxdur və ilk iddia üzrə cavabdehlər tərəfindən əmlak boşaldılaraq İddiaçı təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikasıın Konstitusiyasının: - 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə İddiaçı iddiasının digər, yəni 01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı olaraq 8400 manatın Cavabdeh1 MMC və Cavabdeh3, habelə, 01 iyul 2021-ci il tarixdən hesablanmaqla aylıq 700 manat dəymiş ziyanın hər üç cavabdehdən tutularaq ona ödənilməsi hissələrinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. İddia tələbində 8400 manat pulun 01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı tutulması göstərilsə də, nə iş materiallarında, nə də işin faktiki halları ilə Cavabdeh3 və ya Cavabdeh1 MMC ilə İddiaçı arasında sözügedən əmlakla bağlı icarə münasibətlərinin mövcud olması sübuta yetirilmir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də, ilk iddia 8400 manat pulun tutulması hissəsində təmin edilməməlidir. İlk iddianın aylıq 700 manat pulun cavabdehlərdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə öhdəlik münasibətlərindən bəhs edən Mülki Məcəllənin 385-ci, 442-ci və mülki hüquq pozuntularından bəhs edən 1096- 1097-ci maddələri ilə əsaslandırılmışdır. Həmin Məcəllənin: - 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı ilə ilk iddia üzrə cavabdehlər arasında aylıq 700 manatın ödənilməsi məzmununda müqavilə olmadığından, cavabdehlərin belə bir öhdəlikləri müəyyən edilmir. Məhkəmə tələbin bu hissəsinin digər hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 1096-1097-ci maddələrinə istinadən qeyd edir ki, həmin Məcəllənin: - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırki halda İddiaçı iddia tələbində göstərilən əmlakından cavabdehlərin hərəkətləri (hərəkətsizlikləri) nəticəsində məhrum olması faktı mövcud olsa da, iddiaçı zərərin miqdarını Cavabdeh3 Cavabdeh2 icarə haqqı kimi ödədiyi aylıq məbləğə uyğun, yəni əldən çıxmış fayda kimi göstərmişdir. Halbuki, əmlakından məhrum olmasaydı həmin əmlakdan ayda 700 manat gəlir əldə edəcəyinə dair İddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, ilk iddia bu hissədə də təmin edilməməlidir. Cavabdeh3 qarşılıqlı iddiasına münasibətdə isə məhkəmə qeyd edir ki, Cavabdeh3 iddiasını sözügedən qeyri-yaşayış sahəsinin təmirinə, ora mebel və digər avadanlıqları sifarişlə hazırlatmağa çəkdiyi xərc olaraq cavabdehlərdən tələb edir. Məhkəmənin 02 fevral 2022-ci il tarixli qərardadına əsasən, həmin qeyri-yaşayış sahəsində təmir, dizayn və reklam işlərinin aparılıb-aparılmaması, aparılmışdırsa, bu işlərin nədən ibarət olması, görüşmüş işlərin dəyəri, orada hər hansı avadanlığın mövcud olması və varsa dəyərinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli müvafiq rəyində göstərilmişdir ki, həmin qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 16045 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 13650 manat müəyyən olunur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia yalnız Cavabdeh2 münasibətdə qismən təmin edilməli, İddiaçı münasibətdə rədd edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilir ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında əmlakın icarəsi ilə bağlı münasibət olmuş, Cavabdeh3 həmin əmlakla bağlı çəkdiyi xərcləri Cavabdeh2la əvvəlcədən razılaşdırmışdır. Bunu Cavabdeh3 özü izahatında göstərmişdir. Buna görə də, məhkəmə hesab edir ki, çəkilən xərclərin İddiaçı tutulmasına heç bir əsas yoxdur. Xərcin məbləği isə ekspert rəyində göstərilən məbləğə uyğun müəyyən edilməlidir. Qarşılıqlı iddianın icra hərəkətlərinin qarşılıqlı olaraq eyni anda aparılmasına dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçıdur, bu qətnamə ilə həmin əmlakın İddiaçı təhvil verilməsi qərara alınmışdır. Cavabdeh3 çəkdiyi xərcin qaytarılması isə Cavabdeh2 tərəfindən icra edilməli olduğundan, iddia bu hissədə təmin olunarsa Cavabdeh2 gələcəkdə icranı gecikdirməsi və s. bu kimi neqativ hallarda İddiaçı öz mülkiyyətindən sərbəst istifadə hüququnun məhdudlaşdırılmasına heç bir əsas yoxdur. Buna görə də, iddia bu hissədə təmin edilməməlidir. Həm ilk, həm qarşılıqlı iddialar qismən təmin edildiyindən, hər iddia üzrə ödənilmiş dövlət rüsumları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iddiaçıların özlərinə aid edilməlidir. Məhkəmə xərclərindən hesab edilən ekspertiza xərcinin isə ekspertizanın qarşılıqlı iddia tələbi üzrə keçirilməsi və qarşılıqlı iddianın qismən təmin edilməsi nəzərə alınmaqla 190 manat hissəsi Cavabdeh2, 10 manat hissəsi isə Cavabdeh3 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1nə (MMC), Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin, fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi və s.” tələbinə dair ilk iddiası qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi Cavabdeh1 MMC, Cavabdeh3 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. İlk iddia digər hissələrdə təmin edilməsin. Cavabdeh3 İddiaçı və Cavabdeh2 qarşı “pul tələbi”nə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Tikinti-təmir işlərinin ümumi dəyəri kimi 16045 manat, malların ümumi dəyəri kimi 13650 manat olmaqla, ümumilikdə 29695 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq Cavabdeh3 ödənilsin. Qarşılıqlı iddia digər hissədə təmin edilməsin. Ekspertiza xərci kimi 190 manat məbləğində pul vəsaiti Cavabdeh2, 10 manat məbləğində pul vəsaiti isə Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar