Məhkəmə qərarları › İş №2(001)-2454/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2454/2020

29.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2454/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X19 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 (eyni zamanda Cavabdeh2 nümayəndəsi) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinə və tikiliyə sahiblik, istifadə hüququnun tanınması, yaradılan maneələrin qadağan edilməsi və torpaq sahəsinin tikili ilə birlikdə boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonunun Görədil ərazisində olan 0,12 hektar torpaq sahəsinin (161A nömrəli bağ) 0,08 hektar torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə onun sahiblik və istifadə hüququnun tanınması, həmin torpaq sahəsinin və tikilinin istifadəsinə yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi, sözügedən torpaq sahəsinin və tikilinin boşaldılaraq ona təhvil verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əmisi X4 və onu həyat yoldaşı X7 Bakı şəhəri, Binəqədi rayonunun Görədil ərazisində 0,24 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 0,12 hektarı əmisi Məmmədov Qorxmazın, 0,12 hektarı isə Məmmədova Nüşabənin istifadəsinə verilmişdir. Onun əmisi və onu həyat yoldaşı ilə aralarında olan razılaşmaya əsasən xx xxxxxx 2003-cü il tarixli, 24330 saylı müqavilə üzrə Bakı şəhəri, Binəqədi rayonunun Görədil ərazisində olan 0,12 hektar torpaq sahəsinin (161A nömrəli bağ) 0,08 hektarı onun adına qeyri-rəsmi alınmış, həmin torpaq sahəsinə görə tərəfindən xeyli miqdarda pul ödənilmiş, 0,04 hektarı isə əmisinin həyat yoldaşı X7 ayrılmışdır. O, 0,08 hektar torpaq sahəsində xeyli miqdarda xərc çəkmiş, o cümlədən 140 metr uzunluğunda hasar tikmiş və fərdi yaşayış evi inşa etmişdir. X11 xx xxxxxx 2019-cu ildə, onun həyat yoldaşı X8 isə xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişlər. xx xxxxxx 2020ci il tarixdə o, əmisi Qorxmaz Məmmədovun yas mərasimində iştirak edərkən ona məlum olmuşdur ki, əmisi uşaqları Cavabdeh1 və Cavabdeh2 onun faktiki sahibliyində və istifadəsində olan 0,08 hektar torpaq sahəsinin 0,06 hektarını tikili ilə birlikdə xəbər olmadan gizli yolla 15.000 manata (demələrinə görə) Cavabdeh3 satmışlar və həmin şəxs orada onun tikdiyi evdə tamamlama işləri aparır. Bu barədə yas mərasimində onlardan soruşduqda onlar ona yalan vədlər verərək bildirdilər ki, bəs ona həmin əraziyə yaxın başqa yerdən torpaq sahəsi və ən geci bu ilin sentyabr ayınadək onun tikdiyi evə oxşar ev tikib ona təhvil veriləcəkdir. Axırıncı dəfə isə söhbət zamanı Cavabdeh1 və Cavabdeh2 ona bildirmişlər ki, bəs guya o, ancaq 0,08 hektar torpaq sahəsinin üzərində olan tikiliyə xərc çəkmiş, torpaqla bağlı heç bir ödəniş etməmiş, ona görə də ona heçnə düşmür, rəhmətlik əmisi səhv edib ona torpaq sahəsi satıb, ona heç bir torpaq düşmür, o, onlara heçnə edə bilməz. O, xeyli miqdarda xərc çəkib həmin torpaq sahəsini almış, onlar isə onunla kobud davranaraq, onun haqlı iradlarını qəbul etməmişlər. Göründüyü kimi, cavbdehlərin qanunsuz əməlləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Ona görə də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 törətmiş olduğu bu qanunsuz əməllərə hüquq müstəvisində qiymət verilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, evin təməli daşdan qoyulmuşdur və suvağı vurulmuşdur. Evə tikilməsinə 12.000 manat pul xərclənmişdir. Pulu əmisi oğlu – Məmmədov İlham vermişdir. X15 verməli idi, sonra dedilər ki, pul mərhum əmisi Qorxmaz Məmmədova verilsin. Tikinti işlərini Cavabdeh2 aparırdı. Mübahisəli ev Cavabdeh3 15.000 manata satılmışdır. Həmin torpaq sahəsi 0,24 hektar idi, torpaq sahəsinin 1/3 sahəsi onun olmalı idi. O, cavabdehlərin ona verdikləri sözə inanmadığı üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatını müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 (eyni zamanda Cavabdeh2 nümayəndəsi) iddia tələbini qəbul etməyərək bildirdi ki, qeyd olunan mübahisəli torpaq sahəsi atası X3 və anası X5 adına olmuşdur. Həmin torpaq sahəsindəki hasarı və fərdi yaşayış evini qardaşı Cavabdeh2 ilə birlikdə tikmişlər. Atası onlara demişdir ki, İddiaçı köməklik edərsiniz torpaq sahəsində o da ev tiksin. İddiaçı torpağa görə ona və qardaşına hər hansı məbləğdə pul verməmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçı onunla və qardaşı İlqarla danışıqdan sonra məhkəməyə müraciət etmişdir. O, evin tikintisinə xərclənən pula qarışmamışdır. Əgər hər hansı pul iddiaçı tərəfindən xərclənibsə, o zaman ekspertiza keçirilməklə həmin məbləğ müəyyən edildikdən sonra xərclənən pul iddiaçıya qaytarıla bilər. İddiaçı mütəmadi olaraq 2014-ci il tarixdən 2018-ci il tarixədək onlarla bildirkdə yaşayışdır. İddiaçı evin tikintisinə qarışmamışdır. Ataları iddiaçıya demişdir ki, ona və qardaşına deyər bağ sahəsindən iddiaçıya 4 sot torpaq versinlər və iddiaçı orada ev tiksin. Evi 2.450 manata inşa etmişlər, bu pula usta pulu daxil deyil. İddiaçı evin bünövrəsi qoyulanda köməklik etmişdir. İddiaçı onlara pul verməmişdir. İddiaçı torpaq sahəsinin hər sotuna 2.000 manat məbləğində pul versə, onlar tərəfindən iddiaçıya 4 sot torpaq verilə bilər. İddiaçı 2018-ci ilin dekabr ayından evdən çıxıb getmişdir, bildiklərinə görə hal-hazırda onun evi yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonunun Görədil ərazisində yerləşən qeyd olunan torpağın 0,06 hektarını tikili ilə birlikdə 15.000 manata cavabdehlərdən almışdır. Qorxmaz Məmmədovun yas mərasimində iştirak edərkən iddiaçı ona aldığı torpaq sahəsinin onun olduğunu demişdir. Lakin, o, buna əhəmiyyət verməmişdir. Sonra iddiaçı onu polisə vermiş, daha sonra məhkəməyə vermişdir. Digər cavabdehlər ona bildirmişdilər ki, iddiaçı onların əmisi oğludur, evi olmadığına görə onlarda yaşamışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, pulu torpaq sahəsinin tikili olan hissəsinə vermişdir. Digər cavabdehlər ona demişlər ki, iddiaçı pulunu versə ona ev tikib verəcəklər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, Cavabdeh1 atasının yaxın dostu olmuşdur. İddiaçı 0,08 hektar torpaq sahəsinin verilməsi ilə əlaqədar Cavabdeh1 atası onunla danışmışdır. Sonra həmin torpaq sahəsində tikili tikməyə başlamışlar. O, mübahisəli evin tikintisi üçün 15.000 ədəd daş, 50 dənə sement, 5 top elektrik naqilləri və şkatur, habelə evin tikintisi üçün usta göndərmişdir. Qeyd olunan tikinti materiallarını İlqara göndərmişdir ki, evin tikintisinə başlanılsın. Həmin tikintiyə ilkin olaraq 9.000 manat, sonra əlavə olaraq 7.000 manat məbləğində vəsait xərclənmişdir. Həmin pul vəsaitlərini isə Məmmədov İlham vermişdir. Sonradan məlum olmuşdur ki, İlqar və Elşən evi Tural adlı şəxsə satmışlar. Tural ona demişdir ki, torpağın alınması üçün 3.000 manat pul vermişdir. O, Turala demişdir ki, ev İddiaçıdır, halallıq olması üçün verdiyi pulu geri alıb həmin evdən çıxsın. Həminçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, cavabdehlər evin tikintisinə pul xərcləməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X2 X1 İnkişafı və İstismarı Birliyi ilə X12 arasında bağlanmış “ Goradil ərazisində 161a nömrəli bağın istifadəyə verilməsi haqqında” xx xxxxxx 2003-cü il tarixli, 24330 saylı müqavilənin surətindən görünür ki, birlik Binəqədi rayonunun Goradil ərazisində 0.12 ha torpaq sahəsi olan 161a nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verir, istifadəçi həmin bağı istifadəsinə götürür. Müqavilənin 8-ci bəndinə əsasən, istifadəçi ilə birlikdə bağdan istifadə edən yetkinlik yaşına çatmış ailə üzvlərinin hamısı bu müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar birlik qarşısında həmrəylik məsuliyyət daşıyır. Bağ 1948-ci il təvəllüdlü X9 və onun ailə üzvləri 1978-ci il təvəllüdlü Elmanın və 1970-ci il təvəllüdlü İlqarın istifadəsinə verilir. Müqavilənin 11-ci bəndinə əsasən istifadəçi vəfat etdikdə və daimi yaşayış üçün respublikadan kənara köçdükdə bağın istifadə müqaviləsi onun ailə üzvləri, qohumları və birlikdə bağ növbəsinə dayanmış kənar şəxslər ilə müvafiq razılıqlar əsasında bağlanıla bilər. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonunun Görədil ərazisində olan 0.12 ha torpaq sahəsi (161a bağ evi) Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X2 X1 İnkişafı və İstismarı Birliyi ilə X12 arasında bağlanmış müqaviləyə əsasən sonuncunun istifadəsinə verilmişdir. Hazırda həmin sahənin 0,06 ha hissəsi və üzərində inşa edilmiş tikili X6 oğulları olan cavabdehlər Elşən və Cavabdeh2lar tərəfindən digər Cavabdeh3 satılmışdır. İddiaçı izahatında və onun tərəfindən dəvət olunmuş şahid ifadəsində bildirmişlər ki, qeyd olunan torpaq sahəsinin 0,08 ha hissəsinin iddiaçıya verilməsini cavabdehlər Elşən və Cavabdeh2ların vəfat etmiş ataları X8 bildirmiş və torpaq sahəsinin üzərində yerləşən tikilinin tikintisi üçün vəsait Məmmədov İlham adlı şəxs tərəfindən ödənilmişdir. Hazırda isə iddiaçı qeyd olunan 0.12 ha torpaq sahəsinin 0,08 hektar torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə onun sahiblik və istifadə hüququnun tanınması, həmin torpaq sahəsinin və tikilinin istifadəsinə yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi, sözügedən torpaq sahəsinin və tikilinin boşaldılaraq ona təhvil verilməsini məhkəmədən xahiş edir, cavabdehlər isə iddianı qəbul etmirlər. Məhkəmə iddia tələbinin “0.12 ha torpaq sahəsinin 0,08 hektar torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə onun sahiblik və istifadə hüququnun tanınması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı qeyd olunan torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin ona məxsus olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki qanunvericiliyin yuxarıda istinad edilən imperativ normalarının tələblərindən də göründüyü kimi, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bundan əlavə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Mübahisəli tikili ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı izahatında və onun tərəfindən dəvət olunmuş şahid ifadəsində bildirmişlər ki, qeyd olunan həmin tikilinin tikintisi üçün vəsait iddiaçı tərəfindən deyil, digər şəxs tərəfindən ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə sahiblik və istifadə hüququ tanınmadığı təqdirdə, onun digər tələbləri - yaradılan maneələrin qadağan edilməsi və torpaq sahəsinin tikili ilə birlikdə boşaldılaraq ona təhvil verilməsi tələbləri də təmin edilə bilməz. Belə ki, həmin tələbləri daşınmaz əmlakın mülkiyyətçisi və ya qanuni əsaslarla sahiblik edən şəxs irəli sürə bilər, iddiaçının isə belə tələblər irəli sürməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinə və tikiliyə sahiblik, istifadə hüququnun tanınması, yaradılan maneələrin qadağan edilməsi və torpaq sahəsinin tikili ilə birlikdə boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar