Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2499/2025 15.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutuna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X6 Xidməti cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi ziyan” tələbinə dair mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutuna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X6 Xidməti cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutu arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin xx.xx.2024-cü ilin 223/K saylı “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi, onun cavabdeh təşkilatda “böyük laborant” vəzifəsi üzrə işə bərpa edilməsi, məcburi iş buraxılma dövrü üzrə nəzərdə tutulmuş əmək haqqının ödənilməsi, gecikdirilmiş əmək haqqına görə hər gecikdirilmə gününə görə 1% məbləğində cərimə hesablanaraq ödənilməsi, 2020-2024-cü illər üzrə ödənilməmiş 9960 manat məbləğində əmək haqqının, ödənilməmiş 220 manat məbləğində məzuniyyət pulunun, mənəvi ziyana görə 1000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutunda “böyük laborant” vəzifəsi üzrə işə qəbul olunmuşdur. Qeyd olunan dövrdən xx.xx.2024-cü il tarixinə kimi cavabdeh təşkilatla fasiləsiz olaraq əmək münasibətlərində olmuşdur. Lakin, bildirir ki, cavabdeh xx.xx.2024-cü il tarixli 223 saylı əmri ilə onunla olan əmək müqaviləsinə əmək qanunvericiliyin tələblərini pozmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam vermişdir. Qeyd olunan hal, həmçinin, onun şikayəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti tərəfindən cavabdehin rəhbəri X5 barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın ("İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə'') törədilməsinə dair xx.xx.2025-ci il tarixli 3-17-5/2-11147/2025 saylı qərarı ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh “əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli 223/K əmri ilə əmr etmişdir ki: 1. İddiaçı ştatın ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə 2024-cü il 29 dekabr tarixindən xitam verilməklə Xəzərin və su hövzələrinin aerokosmik monitorinqi şöbəsinin laborant vəzifəsindən azad edilsin. 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə (17 il əmək stajının olması), həmçinin Milli Aerokosmik Agentliyi və Milli Aerokosmik Agentliyinin X2 arasında bağlanmış Kollektiv Müqavilənin 7.1.7-ci bəndinə (işdənçıxma müavinətinin 10% artırılması) əsasən orta aylıq əməkhaqqının 2,2 misli miqdarında işdənçıxma müavinəti ödənilsin. 3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən xx.xx.2024-xx.xx.2024-cü iş ili üçün istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə 13 təqvim günü pul əvəzi ödənilməklə son haqq-hesab aparılsın. Həmkarlar ittifaqının üzvü olmasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulan razılıq alınmamışdır. Hazırkı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu tərtib edilmiş (sözügedən xəbərdarlıq məktubu ona xx.xx.2024-cü il tarixində təqdim edilmişdir, lakin, cavabdeh özündəki nüsxədə düzəliş edərək xx.xx.2024-ci il tarixli kimi qeyd etmişdir) və xx.xx.2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Cavabdeh sözügedən maddi hüquq normasının tələbini pozaraq onun razılığı olmadan və xəbərdarlıq müddətini gözləmədən əmək münasibətlərinə xitam vermişdir. İlkin olaraq bildirmək istəyir ki, cavabdehlə əmək mübahisəsi yarandıqdan sonra ona məlum olmuşdur ki, cavabdeh əmək bildirişi sistemində 2020-2024-cü illərdə onu tam ştat kimi qeydiyyata almış və nəticə etibarı ilə ona güya ki tam ştat üçün nəzərdə tutulan əmək haqqının ödənildiyi kimi rəsmiləşdirilmişdir. Halbuki, 2020-2024-cü illər üzrə ona yarım ştat üçün nəzərdə tutulan əmək haqqı ödənilmişdir. Göründüyü kimi, cavabdeh təşkilatın hərəkətlərində cinayət əməlləri mövcuddur. Odur ki, hesab edir ki, həmin dövrlər üçün əmək haqqına yenidən baxılmalı və ona ödənilməmiş əmək haqqı tam hesablanaraq ödənilməsi təmin edilməlidir. Belə ki, məlum olduğu kimi, Əmək Məcəlləsi işçi ilə işəgötürən arasında olan münasibətlər üzrə minimum qaydalar müəyyən edir. Cavabdehin hərəkətlərindən belə anlaşılır ki, onun yarım ştat olmasıma baxmayaraq, cavabdeh onun üçün imtiyazlı “şərait” yaratmış, lakin, ödəmə hissəsini tam icra etməmişdir. Beləliklə, həmin dövr üzrə ödənilməli olan məbləği ortalama 9960 manat təşkil edir (hesab etsək ki, əmək haqqı ortalama 415 manat olub, həmin vəsaitinin yarısı ödənilib, 207,5 manat ödənilməyən hissə təşkil edir. Həmin vəsait 2020-2024-cü illər üzrə (207.5*12 ay)*4 il=9960 manat). Xəbərdarlıq müddəti gözlənilmədən əmək münasibətlərinə xitam verilməsi hissəsinə gəldikdə isə, cavabdeh tərəfindən azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında əmək haqqını ödənilməli idi. Qeyd edir ki, ƏMAS sisteminə əsasən işəgötürən son iki aylıq (2024-cü ilin oktyabr və noyabr ayları) əmək haqqını 478 manat məbləğində müəyyən etmişdir. Beləliklə, xəbərdarlıq müddəti gözlənilmədən xitam verilməsinə görə cavabdeh ona 956 manat məbləğində əmək haqqı ödəməlidir. Bildirir ki, cavabdeh 2024-cü ilin dekabr ayının 29-da onunla olan əmək müqaviləsinə xitam vermiş, lakin, son haqq-hesab kimi hesabladığı 598 manat məbləğində vəsaiti xx.xx.2025-ci il tarixində, daha sonra xx.xx.2025-ci il tarixində isə əlavə olaraq 233 manat, cəmi 831 manat məbləğində vəsait ödəmişdir. Bu hassəyə münasibətdə ilkin olaraq bildirir ki, Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən cavabdeh ona hər bir halda əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsinə görə orta aylıq əmək haqqının azı iki misli miqdarında, yəni 956 manat məbləğində işdənçıxarma müavinəti ödəməli idi. Lakin, cavabdeh cəmi 831 manat məbləğində vəsait ödəməklə kifayətlənmişdir. Son olaraq, bildirir ki, cavabdeh tərəfindən ona ödənilmiş son haqq-hesabda istifadə edilməmiş məzuniyyət pulu da nəzərdə tutulmamışdır. Hesab edir ki, 2024-cü il üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləği 220 manat təşkil edir ((478*12 ay))/12ay)/30.4=15.7 bir günlük əmək haqqı* 14=220 manat). Uzun surən əmək mübahisələri nəticəsində o, mənəvi sarsıntıya məruz qalmış, həyəcan, stress, təzyiq həyatının bir parçasına çevrilmişdir. Hesab edir ki, cavabdeh ona vurduğu mənəvi ziyana görə də 1000 manat məbləğində kompensasiya ödəməlidir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutu arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin xx.xx.2024-cü ilin 223/K saylı “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi, onun cavabdeh təşkilatda “böyük laborant” vəzifəsi üzrə işə bərpa edilməsi, məcburi iş buraxılma dövrü üzrə nəzərdə tutulmuş əmək haqqının ödənilməsi, mənəvi ziyana görə 1000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, həmin vəzifə ixtisara düşdüyündən, iddiaçının həmin vəzifəyə işə bərpası mümkün deyil. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürən üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan: xx.xx.2024-cü il tarixli, 223/K nömrəli əmrin surətindən görünür ki, İddiaçı – ştatın ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə 2024-cü il 29 dekabr tarixindən xitam verilməklə Xəzərin və su hövzələrinin aerokosmik monitorinqi şöbəsinin laborant vəzifəsindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Hüseynova X4 İnstitutunun strukturunda müvafiq dəyişikliklərin həyata keçirilməsi və xx.xx.2024-cü il tarixli 17 nömrəli əmrə uyğun ştat cədvəlinin təsdiq edilməsi, işlədiyi şöbə Xəzərin və su hövzələrinin aerokosmik monitorinqi, o cümlədən tutduğu laborant vəzifəsinin ixtisar olunması barədə xəbərdar edilmişdir. Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediatora müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X6 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, təqdim etdiyi xx.xx.2025-ci il tarixli 3-17-5/1-H-423/2025 saylı izahatına əlavə etdiyi bank hesabından çıxarışa əsasən inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. 0260269 saylı əmək katibçasının surətindən görünür ki, İddiaçı: - 59 nömrəli arayışa əsasən xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə kimi X7 İnformatika İnstitutunda 6 dərəcəli texnik vəzifəsində işləmiş; - xx.xx.2005-ci il tarixli 20/K saylı əmr ilə Cavabdeh böyük laborant vəzifəsinə işə qəbul olunmuş; - xx.xx.2022-ci il tarixli 12 saylı əmr ilə “Təbii dağıdıcı və səhralaşma proseslərinin monitorinqi” şöbəsində qalmaqla laborant vəzifəsinə keçirilmiş, struktur dəuişikliyi ilə əlaqədar; - xx.xx.2024-cü il tarixli 223/K saylı əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməklə, tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2023-cü il tarixli, 107/Ş nömrəli “Xəbərdarlığın tətbiq edilməsi haqqında” əmrin surətindən görünür ki, Təbii dağıdıcı və səhralaşma proseslərinin monitorinqi şöbəsinin laborantı vəzifəsində çalışan İddiaçı barəsində xəbərdarlıq tədbiri tətbiq edilmişdir. Kompensasiya ödəniş hesablaması aktının surətindən görünür ki, İddiaçı 258,13 manat məbləğində kompensasiya ödənişi hesablanmışdır. Məzuniyyətin ödəniş hesablaması aktının surətindən görünür ki, İddiaçı 106,41 manat məbləğində məzuniyyət ödənişi hesablanmışdır. Kompensasiya ödəniş hesablaması aktının surətindən görünür ki, İddiaçı 515,37 manat məbləğində kompensasiya ödənişi hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X6 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, onun xx.xx.2025-ci il tarixli 3-17-5/1-H-627/2025 saylı müraciətinə əlavə etdiyi xx.xx.2024-cü il tarixli 1695 d/y saylı “Xəbərdarlıq məktubu”na əsasən həmin xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi bildirilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqları barədə məlumat verilmişdir. Həmin sənədə əsasən onun həmin “Xəbərdarlıq məktubu”nu xx.xx.2024-cü il tarixində aldığı və sənədi imzası ilə təsdiq etdiyi müəyyən edilmişdir. Araşdrımaya təqdim etdiyi izahatında işəgötürən tərəfindən 9 təqvim həftəsi xəbərdarlıq müddətinin gözlənilmədiyi və onun bununla bağlı razılığı olmadan əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Bu fakt Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sistemindəki məlumatlara əsasən onunla “Ekologiya” İnstitutunun işəgötürəni arasında bağlanmış xx.xx.2005-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilməsi barədə verilmiş xx.xx.2024-cü il tarixli 223/k saylı əmrlə də təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 16-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 16-cı maddəsinin 4-cü hissəsinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2nın qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X2na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X2 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixli 20/K saylı əmr ilə Cavabdeh böyük laborant vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli 12 saylı əmr ilə “Təbii dağıdıcı və səhralaşma proseslərinin monitorinqi” şöbəsində qalmaqla laborant vəzifəsinə keçirilmiş, daha sonra isə xx.xx.2024cü il tarixli 223/K saylı əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməklə, tutduğu vəzifədən azad edilmişdir. Bu hal iddiaçının şikayəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti tərəfindən cavabdehin rəhbəri X5 barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın ("İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə'') törədilməsinə dair xx.xx.2025-ci il tarixli 3-17- 5/2-11147/2025 saylı qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdeh sözügedən maddi hüquq normalarının tələblərini pozaraq iddiaçının razılığı olmadan və xəbərdarlıq müddətini gözləmədən əmək münasibətlərinə xitam vermişdir. Belə olan halda da, iddiaçı hazırkı iddia ərizəsi ilə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin tələbləri pozulduğundan, bu hal isə işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqlarının pozulması ilə nəticələndiyindən, iddia tələbi əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsində təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutunun xx.xx.2024-cü il tarixli, 223/K saylı əmri ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutunda “böyük laborant” vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutu tərəfindən ödənilməlidir. İddia tələbinin “1000 məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə əlaqədar isə aşağıdakı normalar qeyd olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.1-ci maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Həmin Məcəllənin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli və cavabdehdən iddiaçıya vurulmuş mənəvi zərərə görə 300 manat məbləğində vəsait tutulmalıdır. Belə ki, cavabdeh müəssisə tərəfindən iddiaçıya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində xəbərdarlıq edilmədən əmək müqaviləsinə xitam verilməsi, iddiaçının pozulmuş hüquqları ilə bağlı dövlət orqanlarına, eləcə də məhkəməyə müraciət etməsi, uzun müddət gedən məhkəmə çəkişməsi iddiaçının normal həyatının axınını pozmuşdur. Ona görə də məhkəmə qeyd olunanların iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb ola biləcəyi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutunun “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 223/K nömrəli əmri ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutunun “böyük laborant” vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutu tərəfindən ödənilməli, cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutundan vurulmuş mənəvi zərərə görə 300 manat məbləğində vəsait alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutunun “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 223/K nömrəli əmri ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutunun “böyük laborant” vəzifəsinə işə bərpa edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutu tərəfindən ödənilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutundan vurulmuş mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində vəsait alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutundan 100 (yüz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2499/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2499/2025
15.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver