Məhkəmə qərarları › İş №2(001)-25/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-25/2025

24.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-25/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədzadə Fəridə Mehdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə cavabdehlərə münasibətdə tələbini dəqiqləşdirməklə, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və onların ailə üzvlərinin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, mənzilin cavabdehlər tərəfindən boşaldılmaqla, iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, ünvan 5kr, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən 20 nömrəli mənzili X2ndan almışdır. İddiaçının mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İddiaçı mənzili aldıqdan sonra mənzillə bağlı istifradə hüquqlarını həyata keçirmək istədikdə maneələrlə rastlaşmışdır. Belə ki, iddiaçıya mənzili satan şəxsin qohumları, həmin evdən çıxmaq istəmirlər. Həmin şəxslər mənzildə qeydiyyatsız yaşayırlar. İddiaçı onlardan mənzilin boşaldılmasını tələb etsə də, cavabdehlər bundan imtina edirlər.

3. Tələb artırıldıqdan sonra iddiaçı tələbini belə əsaslandırmışdır ki, göstərilən cavabdehlərlə yanaşı, onların yaxın qohumları olan Cavabdeh5, Cavabdeh6, və X5 həmin mənzillə sıx bağlıdırlar və əldə edilmiş məlumata əsasən həmin evdə yaşamaqdadırlar. Bu şəxslərin həmin mənzildə yaşamaqları gələcəkdə mülkiyyətçi üçün əlavə çətinliklər yaradacaqdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. İddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasının təxirə salınmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasının keçiriləcəyi tarix əvvəlki məhkəmə iclasında qarşı tərəfin vəkili ilə razılşadırılmaqla təyin edilmişdir. Hesab edir iki, vəsatətə məhkəmə iclasının suni şəkildə uzadılmasına şərait yaradacaq. İddiaya münasibətdə qeyd edir ki, iddiaçı mənzilə dair çıxarış alsa da, mənzildən istifadə edə bilmir. Cavabdehlər alğı-satqı müqaviləsini və o cümlədən öz ataları ilə aralarında olan vərəsəliklə bağlı məsələni mübahisələndirilmiş, yuxarı instansiya məhkəmələri tərəfindən İddiaçı vicdanlı alıcı qismində tanınmışdır. Sədaqət ərizə verməsinə baxmayaraq, vərəsəliklə bağlı mübahisədə məhkəmədə iştirak etmişdir. Hazırda məhkəmədən iddia tələbi dəqiqləşdirildikdən sonra sadalanan konkret şəxslərin evdən çıxarılmasını xahiş edir.

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, şəxs hər dəfə evinə baş çəkməyə gedir. Həmin evdə sadalanan şəxslər müxtəlif vaxtlarda onun qabağına çıxırlar və evdən çıxmayacaqlarını bildirirlər.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Evi almış olmasına baxmayaraq, kirayədə yaşamaqla, mənzilindən istifadə edə bilmir.

7. Cavabdeh2 nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, bildirmişdir ki,sözügedən tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində saat 10:30 üçün məhkəmə prosesi vardır və proses əvvəlcədən təyin edilmişdir. Belə ki, sözügedən məhkəmə prosesi üzrə cinayət işinin tərkibinin ağırlığı və dindirilməli şəxslərin çoxluğu səbəbilə məhkəmə prosesi uzun müddət davam edir. Bu səbəbdən icraatınızda olan iş üzrə məhkəmə prosesində iştirakı üzrlü səbəbdən imkan xaricində olacaqdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən xahiş edir ki, 2(001)-25/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixə, saat 11:00-a təyin edilmiş məhkəmə prosesini saat 14:30 yaxud 15:00-a dəyişilməsi və bu mümkün olmadıqda isə məhkəmə prosesini digər tarixə təyin edilməsini xahiş etmişdir.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili iş materialları ilə tanış olmaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

9. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 5kr, S.S.Axundov küçəsi, ev 2 ünavnında yerləşən 20 saylı mənzil xx.xx.2022-ci il tarixindən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir.

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi 5ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda göstərilir: Sizin xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nə ünvanladığınız ərizə ilə əlaqədar olaraq Sizinlə əlaqə saxlanılmış, qeyd etdiyiniz xüsusatların mülki xarakterli olması nəzərə alınaraq kifayətlənilmişdir. Digər qeyd etdiyiniz xüsusatlar təsdiq olunmamışdır. Məlumat üçün bildiririk ki, vətəndaşların mülki və digər ödənişlərlə, dəymiş maddi ziyan, torpaq zəbt edilməsi həmçinin alqı-satqı ilə bağlı müraciətizin mülki xarakterli olması nəzərə alınaraq aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmaqla kifayətlənilir. Məlumat əsasında toplanmış material dəftərxanada işə alınmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1153/2024 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni X2 ilə alıcı İddiaçı arasında Bakı şəhəri, Binəqədi rayonu 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı Şəhəri 51 saylı Notariat Ofisində təsdiq olunmuş AN-İ seriyalı, ******* saylı "Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin" etibarsız hesab edilməsi, "Daşınmaz əmlakın dövlət reyestrindən" İddiaçı adına həmin mənzilə dair verilmiş "Çıxarışın" ləğv edilməsi, X3 80.000 manatın alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin iddia tələbləri rədd edilməsi, hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılması və s. qət edilmişdir.

13. Qətnamənin təsviri hissəsində göstərilir: İddiaçı Cavabdeh2 yuxarıda qeyd edilən cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə (Binəqədi Rayon Məhkəməsinə) müraciət edərək aşağıdakı tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir: Cavabdeh5 11 saylı Notariat Kontorunda tərtib və təsdiq edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin" verilməsi barədə ərizəsinin, Raya Qəhrəman qızının 11 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin" verilməsi barədə ərizəsinin, 2V- 57 reyestr nömrəli xx.xx.2006-cı il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin", Cavabdeh5 1/2 hissədə payının anası Raya Qəhrəman qızına bağışlamasına dair 48/2-352 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli "Bağışlama müqavilənin", Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "Daşınmaz əmlakın dövlət reyestrindən" verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli "Çıxarışın" etibarsız hesab olunmaqla ləğv edilməsi; cavabdehlər X6, Cavabdeh1, Cavabdeh5 anaları Raya Qəhrəman qızının xx.xx.2011-ci il tarixdə vəfatından sonra mübahisəli mənzili ilə bağlı xx.xx.2013-cü il tarixli vərəsəlik işi üzrə 11 saylı Notariat Kontorunun notariusu X16 iştirakı ilə tərtib və təsdiq edilmiş Cavabdeh6 7E/3737 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, o cümlədən Cavabdeh2 7E/3761 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, Cavabdeh1 xx.xx.2013-cü il tarixli 7E/3764 nömrəli ərizəsinin, Cavabdeh5 7E/3833 nömrəli xx.xx.2013cü il tarixli ərizəsinin, nəticə etibarı ilə X6 adına verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin "Şəhadətnamə” əsasında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən "Daşınmaz əmlakın dövlət reyestrindən" verilmiş RX seriyalı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli "Çıxarışın" etibarsız hesab olunmaqla ləğv edilməsi; xx.xx.2021-ci il tarixdə vəfat etmiş qardaşı X6 adına olan əmlakla bağlı 35 saylı Notariat Ofisində tərtib və təsdiq edilmiş X4 81-5722 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, **********722 nömrəli mirasın qəbul edilməsi barədə ərizəsinin, X9 813060 reyestr nömrəli xx.xx.2021-ci il tarixli paydan imtina etməsi barədə ərizəsinin, 11 saylı Notariat Ofisində tərtib və təsdiq edilmiş X10 81-4253 nömrəli xx.xx.2021-ci il tarixli paydan imtina etməsi barədə ərizəsinin, 35 saylı Notariat Ofisinin xüsusi notariusu C.M.Məmmədov tərəfindən tərtib və təsdiq edilmiş 2V-177 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin", DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsindən alınmış **********44-05101-093010 reyestr nömrəli xx.xx.2021-ci il tarixli "Reyestrindən çıxarışın" etibarsız hesab olunmaqla ləğv edilməsi; "Alıcı" olaraq cavabdeh İddiaçı ilə "Satıcı" olaraq X8 arasında mübahisəli mənzilə dair bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli "Alğı-satqı müqaviləsinin" və həmin müqavilə əsasında İddiaçı adına verilmiş "Reyestrdən çıxarışın" etibarsız hesab olunmaqla ləğv edilməsi.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə məhkəmə iddiaçı Cavabdeh2 iddiasının qismən təmin edilməsi, Raya Qəhrəman qızının və Cavabdeh5 11 saylı Notariat Kontoruna ünvanladıqları xx.xx.2006-cı il tarixli ərizələrin, həmin Notariat Kontoru tərəfindən Raya Qəhrəman qızının adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2006-cı il tarixli, 2V-57 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin" etibarsız hesab edilməsini, “hədiyə verən Cavabdeh5 ilə “hədiyyə alan” Raya Qəhrəman qızı arasında bağlanmış və 11 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış xx.xx.2006-cı il tarixli “mübahisəli mənzilinin 1/2 hissəsinin bağışlanılması barədə müqavilənin” etibarsız hesab edilməsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” Raya Qəhrəman qızının adına mübahisəli mənzilə dair verilmiş MH seriyalı, ******* saylı, xx.xx.2006-cı il tarixli "Çıxarışın” ləğv edilməsini, Ağabala Salmanovun 11 saylı Notariat Kontoruna ünvanladığı xx.xx.2013-cü il tarixli ərizənin etibarsız hesab edilməsini, Cavabdeh6 11 saylı Notariat Kontoruna ünvanlandığı xx.xx.2013-cü il tarixli ərizənin etibarsız hesab edilməsini, Cavabdeh2nun 11 saylı Notariat Kontoruna ünvanlandığı xx.xx.2013-cü il tarixli ərizənin etibarsız hesab edilməsini, Cavabdeh1 11 saylı Notariat Kontoruna ünvanlandığı xx.xx.2013-cü il tarixli ərizənin etibarsız hesab edilməsini, Cavabdeh5 11 saylı Notariat Kontoruna ünvanlandığı xx.xx.2013-cü il tarixli ərizənin etibarsız hesab edilməsini, Cavabdeh5 11 saylı Notariat Kontoruna ünvanlandığı xx.xx.2013-cü il tarixli ərizənin etibarsız hesab edilməsini, 11 saylı Notariat Kontoru tərəfindən Ağabala Salmanovun adına mübahisəli mənzilinə dair verilmiş xx.xx.2013-ci il tarixli, 2V-51 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin" etibarsız hesab edilməsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "daşınmaz əmlakın dövlət reyestrindən" Ağabala Salmanovun adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2013-cü il tarixli, ******* saylı "Çıxarışın” ləğv edilməsini, Bibixanım Salmanovanın 35 saylı Notariat Ofisinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsini, Nisə Salmanzadənin həmin Notariat Ofisinə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsini, Lalə Salmanzadənin həmin Notariat Ofisinə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsini, 35 saylı Notariat Ofisi tərəfindən Bibixanın Salmanovanın adına mübahisəli mənzilinə dair verilmiş xx.xx.2021-ci il tarixli, 2V-177 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin" etibarsız hesab edilməsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "daşınmaz əmlakın dövlət reyestrindən” Bibixanın Salmanovanın adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixdə verilmiş “Çıxarışın” ləğv edilməsini, "satıcı" Bibixanım Salmanova ilə “alıcı” İddiaçı arasında mübahisəli mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış və 51 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, təsdiqi edilmiş AN-İ seriyalı, ******* saylı "Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin" etibarsız hesab edilməsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "daşınmaz əmlakın dövlət reyestrindən” İddiaçı adına mübahisəli mənzilinə dair verilmiş “Çıxarışın” ləğv edilməsini, Bibixanım Salmanovadan 80.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsini, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh7 iddiasının təmin edilməməsini qət etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1153/2024 saylı Əlavə qətnaməsindən görünür ki, hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddia ərizəsində ifadə edilmiş "Bakı Şəhəri 11 saylı Notariat X1 və Cavabdeh6 verdikləri 02 aprel 2013-cü il tarixli, Cavabdeh1 və Cavabdeh5 verdikləri 03 aprel 2013-cü il tarixli "miras paydan imtina barədə" ərizələrin etibarsız hesab edilməsi barədə" tələbin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələbin təmin edilməməsi və s. qət edilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3170/2024 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, X7, X11, X12, İddiaçı, 11, 35, 51 saylı notariat ofisinə qarşı, ilk mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh7 cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, X7, X11, X12, İddiaçı, 11, 35, 51 saylı Notariat ofisinə qarşı digər iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1153/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1153/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi və xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. X2 ilə alıcı İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsində göstərilir: Satıcı (X8) mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzili 80000 manata alıcı İddiaçı satmışdır.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 5kr, S.S.Axundov küçəsi, ev 2 ünavnında yerləşən 20 saylı mənzil xx.xx.2021-ci il tarixindən xüsusi mülkiyyət hüququ ilə X4 adına qeydiyyatdan keçmişdir.

19. Cavabdeh5 tərəfindən 11 saylı notariat ofisində verilən **********753 saylı ərizədən görünür ki, o,qeydiyyatda olduğu Bakı şəhəri, ünvan 5kr, S.S.Axundov küçəsi, ev 2 ünavnında yerləşən 20 saylı mənzilin satılmasına razı olduğunu bildirmişdir.

20. X17 tərəfindən 11 saylı notariat ofisində verilən **********307 saylı ərizədən görünür ki, o,qeydiyyatda olduğu Bakı şəhəri, ünvan 5kr, S.S.Axundov küçəsi, ev 2 ünavnında yerləşən 20 saylı mənzilin satılmasına razı olduğunu bildirmiş və və müqavilədə nəzərdə tutulan müddətdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

21. X18 tərəfindən 11 saylı notariat ofisində verilən **********306 saylı ərizədən görünür ki, o,qeydiyyatda olduğu Bakı şəhəri, ünvan 5kr, S.S.Axundov küçəsi, ev 2 ünavnında yerləşən 20 saylı mənzilin satılmasına razı olduğunu bildirmiş və və müqavilədə nəzərdə tutulan müddətdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür

22. Bakı şəhər İcra Hakimiyyəti MKTD 72 saylı MKİS tərəfindən verilən 21 may 2022-ci il tarixli 193 saylı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3, X23, X27, Cavabdeh2, Cavabdeh4 və X20 ailə başçılarının və qonşuların aktına əsasən Bakı şəhəri, ünvan 5kr, S.S.Axundov küçəsi, ev 2 ünavnında yerləşən 20 saylı mənzildə qeydiyyatsız yaşayırlar.

23. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4645/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, ünvan 5kr, S.S.Axundov küçəsi, ev 2 ünavnında yerləşən 20 saylı mənzil ünvanından üçüncü şəxslər X14 və X15 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması və s. qət edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

24. Bakı şəhəri, ünvan 5kr, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən 20 saylı mənzil X2 ilə alıcı İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi əsasında İddiaçı satılmış və bunun əsasında mənzil xx.xx.2022-ci il tarixindən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir.

25. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və onların ailə üzvlərinin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması,mənzilin cavabdehlər tərəfindən boşaldılmaqla, iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.

26. İşə birinci instansiya məhkəməsində baxılan zaman Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4073/2022 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 Cavabdeh5 və qeyrilərinə qarşı əqdin etibarsız hesab edilməsi barədə 2(001)-4075/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmış, son olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3170/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1153/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi və xx.xx.2024-cü il tarixli əlavə qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanıldığından iş üzrə icraat təzələnmişdir.

27. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 1153/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 iddiasının qismən, yəni X2 ilə alıcı İddiaçı arasında Bakı şəhəri, Binəqədi rayonu 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı Şəhəri 51 saylı Notariat Ofisində təsdiq olunmuş AN-İ seriyalı, ******* saylı "Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin" etibarsız hesab edilməsi, "Daşınmaz əmlakın dövlət reyestrindən" İddiaçı adına həmin mənzilə dair verilmiş "Çıxarışın" ləğv edilməsi, X3 80.000 manatın alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin iddia tələbləri rədd edilməsi və s. qət edilmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1153/2024 saylı qətnaməsi ilə İddiaçı vicdanlı alıcı qismində tanınmışdır. Hansı ki, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)- 3170/2024 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

31. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;

32. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

33. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

36. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

37. 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur.

38. Konstitusiyanın 13 və 29-cu maddələrindən irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllənin müvafiq maddələrində də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun yaranmasına, tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmlər müəyyənləşdirilmişdir. Mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur.

39. Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Mülki Məcəllənin 140-cı, eləcə də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

40. İşin halları ilə müəyyən edildiyi kimi, X2 ilə alıcı İddiaçı arasında mübahisəli mənzilə dair xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və sonuncunun mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Onunla satıcı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı tələbi təmin edilməmiş, İddiaçı vicdanlı alıcı kimi hüquqları qorunmuşdur. Miras əmlakdakı paydan məhrum olan vərəsələrə isə onların hüququnu pozmuş şəxsə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Odur ki, mülkiyyət hüququnun müdafiəsi və satıcının üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsi baxımından məhkəmə o qənaətə gəlir ki, cavabdehlərin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakdan istifadəsi qanunsuzdur və mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməkdə haqlıdır. Tətbiq edilən prosessual normalar:

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

43. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

46. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri, ünvan 5kr, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən, mənzil 20 ünvanından çıxarılmalı, mənzil boşaldılmaqla, İddiaçı təhvil verilməli, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, ünvan 5kr, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən, 20 saylı mənzildən çıxarılsın, mənzil cavabdehlər tərəfindən boşaldılmaqla İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar