Məhkəmə qərarları › İş №2(001)-2507/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2507/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2507/2023 11.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dai iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə ödədiyi 3500 manat əsas məbləğin, öhdəliyin icra edilməməsi səbəbindən ona dəyən zərərin və bu müddətdə çəkdiyi xərcin 11865 manat olmaqla, ümumilikdə 15365 manat pulun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 27 fevral 2019-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ilə Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 3 ünvanında yerləşən “Resant ofis Sentr” -in 3-cü mərtəbəsində yerləşən kompyuter və kamera quraşdırılması ilə məşğul olan şirkətin ofisində görüşərək internet saytının yığılması üçün müqavilə bağlamışlar. Sonradan həmin ünvanda bir neçə dəfə görüşmüşlər və görüləcək işləri müzakirə etmişdirlər. İnternet saytının yığılması üçün 4500 manat ödəniş nəzərdə tutulmuşdur. Ödənişin hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuşdur. O, ümumi məbləğdən 3500 manat pulu şahidlərin iştirakı ilə nəğd olaraq Cavabdeh ödəmişdir. Lakin nəticədə onun tərəfindən bir iş görülməyib. Aydiılaşdırmaq üçün o, müqavilə bağladıqları ofisə getdi orada dedilər ki, onların belə bir əməkdaşları yoxdur və orada çalışmır. Belə olan halda həmin ofisdən nə cür istifadə etdiyi ona aydın olmadı və anladı ki, bunlar dələduzluqla məşğul olub onun kimi insanları aldadaraq pullarını ələ keçirirlər. O, bununla əlaqədar 102 xidmətinə zəng etmişdir. Bir neçə gün sonra məni 37-ci polis bölməsinə çağırdılar və araşdıracaqlarını bildirdilər. Ancaq xeyli müddət keçməsinə baxmayaraq hər hansı bir tədbir görülməmişdir. xx.xx.2020-ci il tarixli ərizə ilə Xətai rayon Prokuroruna müraciət etmişdir. Lakin beş ay keçməsinə baxmayaraq bu işlə maraqlanan olmamışdır. Sonra o, xx.xx.2021-ci il tarixli ərizə ilə qeyd olunan məsələ ilə əlaqədar onu qəbul etməsini Baş Prokurordan xahiş etmişdir. Bundan sonra onu Xətai rayon Polis İdarəsinin baş tədqiqatçısı Teymur Ağamirov idarəyə dəvət etdi və məsələ barədə ondan izahat aldı. Ancaq qarşı tərəf olan Cavabdeh polis orqanlarının çağırışını heçə sayaraq idarəyə belə gəlmədi. Sonra Xətai rayon Polis İdarəsinin baş tədqiqatçısı Teymur Ağamirov onu yenidən idarəyə dəvət edərək xx.xx.2021-ci il tarixli, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərar təqdim etmişdir. O, yenidən ərizə ilə prokurorluq orqanlarına müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə Xətai rayon prokurorluğu tərəfindən xx.xx.2021-ci il tarixli qərar ləğv edilərək iş yenidən icraata qəbul edilmişdir. Ancaq iş üzrə yenidən “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərar ona xx.xx.2023-cü il tarixli məktubla poçt vasitəsi ilə göndərilmişdir. Qərarda ona mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. O qeyd edir ki, cavabdeh aralarında bağlanılmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və bunun nəticəsində ona ciddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul etdiyini, iddiaçıya 3500 manat pul boclu olduğunu və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh Şahin oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 199/5598 saylı kredit müqaviləsinə əsasən, icraçı WEB səhifəsinin, srverlərin quraşdrılması. İcraçı hər ay göstərdiyi xidmətlərin dəqiq hesabatını e-mail vasitəsi ilə göndərəcəkdir. İcraçının iş günləri bazar ertəsindən şənbə gününədək saat 10:00-19:00-dək. Ayda 2 dəfə tərəflərin razılığı əsasında WEB Səhisənə profilaktik baxış keçiriləcək. Nasazlıq olduğu halda mütəxəssis 1 gün ərizndə daxildən və ya xaricdən prblemi aradan qaldıracaqdır. İşin görülmə müddəti 3 aydır. Bu müddət ərizndə saytın daxili informasiyası və sms gateway müştəri tərəfindən təmin edilməlidir. Ümumi məbləğ 4500 manatdan tərəfilərin razılığı ilə ilkin ödəniş 2000 manatdır. İşin 50% gördükdə 1000 manat, digər 90% hazır olduqda isə 1000 manat, iş yekunlaşdıqda isə yerdə qalan 500 manat ödənəcək. Sifarişçi problemlərini dəqiq və aydın şəkildə göstərməlidir. Sifarişçi problemləri e-mail yolu ilə icraçıya bildirməlidir. Müqavilə imzalandığı gündən 12 ay müddətində qüvvədə hesab edilir və bu müddət başa çatdıqdan sonra, yazılı bildiriş olmadıqda eyni müddət üçün avtomatik olaraq uzadılır. Bakı Şəhəri Xətai RPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cinayət işinin başlanılması haqqında qərardan narazı olduğu halda məhkəmə nəzarəti qaydasında Xətai rayon məhkəməsinə və ya prokurorluğa, habelə mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması barədə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan: İddiaçı ilə X2 və X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, sifarişçi saytın hazırlanması işlərinin tamamlanması üzrə xidmətlərin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarışçinin müəyyən etdiyi qaydada saytın hazırlanması işlərinin tamamlanması xidmətlərini göstərməyi öhdəsinə götürmüş, müqavilə üzrə xidmət haqqının miqdarı 6500 manat olmaqla, görülən işin müqabilində hissə-hissə ödənilir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, həmin tarixdə 150 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilədən və görüləcək işlərin razılaşdırılması protokolundan görünür ki, icraçı xidmətləri lazımı keyfiyyətlə və müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə göstərmək və s. öhdəlikləri yerinə yütirməyi öz üzərinə götürmüş, müqavilə şərtlərinə və bu protokola əsasən icraçı tərəfindən göstərilən xidmətlərin dəyəri 500 manat təşkil edir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; Cavabdeh tərəfindən iddianın qismən etiraf edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3500 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının digər tələblərlə bağlı qeyd edir ki, tərəflər arasında podrat münasibətləri olmuş və podratçı verilən sifarişi yerinə yetirmədiyi üçün, sifarişçi ondan verdiyi muzdu tələb edir. İddiaçının (sifarişçinin) cavabdeh tərəfindən görülməli olan işlərin sonuncu tərəfindən görülmədikdən sonra, həmin işləri digər podratçıya sifariş edərək, həmin işlər üçün ödədiyi muzdu və yanaşı xərcləri cavabdehdən tələb etməsi əsaslı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3500 manat məbləğində borc Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli 199/5598 saylı müqaviləyə əsasən ödənilmiş 3500 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar