Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2519/2024 20.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, pul) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan ünvan 1 mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh həmin mülkiyyətdə 2019-cu ilin noyabr ayından kirayədə qalır, onun pula ehtiyacı olduğu üçün evi satacağını bildirmiş və 6 ay əvvəl cavabdehdən evdən çıxmasını istəmişdir. Lakin cavabdeh neçə vaxtdır ki, ona məxsus olan evdən çıxmır. xx.xx.2023-cü il tarixdə cavabdehlə onun arasında mübahisə baş verib, nəticədə o zədə alıb, bununla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin qərarı ilə cavabdehin inzibati məsuliyyətə cəlb olunması üçün 6-cı Polis Bölməsinin aidiyyəti əməkdaşına zədə barəsində raport verilmişdir. Baş verən bu hallar səbəbindən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq cavabdehin onun mülkiyyətində olan ünvan 1 mənzildən çıxarılması, cavabdehdən 2023-cü ilin oktyabr ayından mənzildən çıxarıldığı günə qədər hər ay üçün 200 manat məbləğində kirayə haqqı, həmçinin 101 manat ödənilmiş dövlət rüsumu və vəkilin xidmətinə görə ödənilmiş 330 məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək mülki işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək cavabdehin mənzildən çıxarılmasını, cavabdehdən 2023-cü ilin oktyabr ayından cavabdehin mənzildən çıxarıldığı günə qədər hər ay üçün 200 manat məbləğində kirayə haqqı, həmçinin 101 manat ödənilmiş dövlət rüsumu və vəkilin xidmətinə görə ödənilmiş 330 məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh məhkəməyə izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, 6 ildir oğlu ilə birlikdə iddiaçının evində qalır və kirayə pulunu 2023-cü ilin oktyabr ayına kimi ödəmişdir. O, kirayə pulunu hər ayın 10-a kimi 200 manat məbləğində ödəniş edirdi. İddiaçı ona evi satmaq istədiyini bildirdiyi zaman, o, sonuncu ayı ödədikdən sonra növbəti ödənişə qədər evdən çıxmağı planlaşdırmış, lakin ev tapa bilməyindən evdən çıxa bilməmişdir. Bu zaman o, iddiaçıya zəng vuraraq, ev tapa bilmədiyini, mənzili almaq istəyən şəxslər olduqda, gəlib mənzilə baxa biləcəklərini bildirmişdir. Həmçinin o, iddiaçıdan yay aylarına qədər vaxt istəmişdir. Bir neçə gün sonra iddiaçı ona zəng vuraraq kirayə pulunu istəmiş, o isə aralarında razılaşdıqlarını bildirərək ödəməkdən imtina etmişdir. Daha sonra aralarında dava düşmüş və iddiaçı onun barəsində polis bölməsinə şikayət etmişdir. Həmçinin bildirdi ki, o, hazırda kirayə pulunu ödəmir və oğlu yaşadığı ərazidə məktəbə getdiyindən evdən çıxa bilmir. Bundan başqa hazırda ev axtardığını və həmin yaxın ərazidə ev tapdığı təqdirdə evdən çıxmağa hazır olduğunu bildirdi. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə qabaqcadan qanuna müvafiq qaydada məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməni əvvəlcədən hər hansı bir formada məlumatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları: - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışından görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.2019-cu il tarixdə verilərək qeydiyyata alınmışdır. - xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin surətindən görünür ki, satıcı X4 ilə alıcı İddiaçı X3 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 29.22 kv.m. olan mənzilin İddiaçı satılması barədə razılığa gələrək müqavilə bağlamışlar. - Binəqədi Rayon Polis Şöbəsinin 6-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmış, xx.xx.2023-cü il tarixdə X6 ilə Cavabdeh arasında mübahisə yaranmış, münaqişə zamanı Babaşova X2 Mənsumə Əzim qızının sağ əlini dişləyərək ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. X1 əməlində cinayət tərkibi yaranmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh AR İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın surəti 6-cı PB-nin aidiyyatı əməkdaşına raportla təhvil verilməsi qərara alınmışdır. -Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində fərdi yaşayış evi mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respubikasının Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. - 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respubikasının Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. - 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. - 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. - 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Beləliklə, müəyyən edildi ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən ünvan 1 mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh onun evində 2019-cu ilin noyabr ayından kirayədə yaşayır. Cavabdehin həmin evdə yaşaması iddiaçının həmin ev üzərindəki mülkiyyət hüququnun həyata keçirməsinə mane olur. Həmçinin qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli evdən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli evdən cavabdehin çıxarılmasını və evin onun sahibliyinə verilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, cavabdeh mübahisəli evdən çıxarılmalı və ev iddiaçının sahibliyinə verilməlidir. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Məhkəmə hesab edir ki, ünvan 1 mənzilə dair hər hansı bir hüququ mövcud olmayan cavabdehin yaşaması iddiaçının evə olan mülkiyyət hüququnu məhdudlaşdıran haldır. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehdən 2023-cü ilin oktyabr ayından cavabdehin mənzildən çıxarıldığı günə qədər hər ay üçün 200 manat məbləğində kirayə haqqının alınaraq iddiaçıya ödənilməsinə dair hissələrini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissəsində də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hazırkı işdə mübahisə kirayə haqqının ödənilməsindən ibarətdir. Kirayə haqqının ödənilməsi barədə mübahisə zamanı yazılı formalı müqavilənin olub-olmadığından və müqavilə ilə müəyyənləşdirilmiş istifadə hüququnun dövlət reyestrində qeydə alınıbalınmadığından asılı olmayaraq, əgər şifahi formada və ya sadə yazılı formada kirayə müqaviləsi bağlanıbsa kirayəçi kirayə haqqını ödəməlidir. Belə ki, notarial qaydada təsdiq edilmiş yazılı müqavilənin və reyestrdə qeydin olmaması kirayəçiyə hüquq vermir ki, özgənin əmlakından əvəzsiz istifadə etsin. Kirayə haqqı ödəmək öhdəliyinin yaranması üçün şifahi formalı müqavilənin bağlanması kifayətdir, pul ödəmək öhdəliyinin (vəzifənin) reyestrdə qeydə alınması tələb olunmur. Kirayə müqaviləsinin anlayışı Mülki Məcəllənin 675-ci maddəsində müəyyən olunmuşdur: əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə ki, iddiaçının və cavabdehin məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, İddiaçı Cavabdeh ünvan 1 ünvanındakı mənzili aylıq 200 manata kirayə vermişdir. Həmçinin məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Cavabdeh məhkəməyə izahat verərək mübahisəli mənzildə uzun illər kirayədə yaşadığını və 2023-cü ilin oktyabr ayına kimi kirayə haqqını ödədiyini bildirmişdir. Beləliklə, məhkəmə cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddia pul tələbinə dair hissədə də təmin edilməli, Cavabdeh 2023-cü ilin oktyabr ayından cavabdehin mənzildən çıxarıldığı günə qədər hər ay üçün 200 manat məbləğində kirayə haqqı tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 330 manat məbləğində vəsait köçürülmüşdür. Məhkəmə hesab edir ki, həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak etmiş şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 1 mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, Cavabdeh 2023-cü ilin oktyabr ayından cavabdehin mənzildən çıxarıldığı günə qədər hər ay üçün 200 manat məbləğində kirayə haqqı, ödənilmiş 100 manat dövlət rüsumu və müqavilə üzrə vəkilə ödənilmiş 330 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 29 saylı evin 33 saylı mənzilindən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh 2023-cü ilin oktyabr ayından cavabdehin mənzildən çıxarıldığı günə qədər hər ay üçün 200 (iki qüz) manat məbləğində kirayə haqqı tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və müqavilə üzrə vəkilə ödənilmiş 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-2519/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-2519/2024
20.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver