Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2529/2023 13.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladlarının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2007-ci il tarixdə el adəti ilə ailə həyatı qurmuşlar və bu nikahdan Fateh və Məryəm adlı uşaqları anadan olmuşdur. 2018-2019-cu illərdə cavabdehlə birlikdə yaşadıqları ünvan 1 saylı evdə təmir işləri getmiş və o, valideylərindən evin təmiri üçün 3500 manat pul alaraq cavadehə vermişdir. Uşaqlar həmin evdə dünyaya gəlmiş və 2022-ci ilin mart ayına kimi orada yaşamışlar, həmin tarixdə iddiaçının atası rəhmətə getdiyindən o, uşaqları ilə birlikdə Ağdaş rayonuna getmişdir. Daha sonra cavabdeh onu evə buraxmamış və iddiaçı uşaqları ilə birlikdə anasıgildə yaşamağa başlamışdır. Cavabdeh uşaqların saxlanılması üçün maddi cəhətdən iştirak etmədiyindən o, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçının cehiz əşyaları, onun və uşaqlarının geyim əşyaları həmin evdədir. Həmçinin, iddiaçı qeyd etmişdir ki, köçürülməsini istədiyi evin hüquqi sənədi yoxdur. Qeyd edilən evdə cavabdeh hazırda tək yaşayır və iddiaçının uşaqları ilə birlikdə orada yaşamasına imkan vermir. İddiaçının başqa yaşayış yeri olmadığı üçün mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında razılıq əldə olunduğundan mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək, MPM-in 259.0.7-ci maddəsinə əsasən, mülki işin baxılmamış saxlanılmasına etiraz etdiklərini, işə mahiyyəti üzrə baxılmasını və əvvəlki məhkəmə iclaslarındakı çıxışlarını nəzərə almaqla, iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs A.İsgəndərova (Vəlicanova) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsi-vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2015-ci il tarixli ilkin müqavilədən görünür ki, X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 500 kv.m torpaq sahəsi və orada sənədləşdirilməmiş evi 37000 manata X2 barədə razılığa gəlmişlər. - X10 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş və notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən, o, X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 500 kv.m torpaq sahəsinin və orada tikilmiş fərdi yaşayış evinin satılmasına etiraz etmədiyini bildirmişdir. - Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 13/04 saylı, xx.xx.2007-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X4 mülkiyyətinə verilmişdir. - "xxxx" ASC-nin mədaxil qəbzindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol, bina 0017, 0059 saylı evə aid kommunal ödənişlər X4 adınadır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4260/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X8 atası olması müəyyən edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə münasibətdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının köçürülməsini tələb etdiyi mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilkin müqavilə və digər sənədlərə əsasən X5 istifadə və sahibliyinə verilmişdir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, hazırki iş üzrə iddia tələbi buna cavab verməli olmayan cavabdeh olan Cavabdeh qarşı irəli sürüldüyündən iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Beləliklə, müəyyən edilir ki, iddiaçının hazırda köçürülməsini istədiyi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, ərazi üzrə ilkin müqaviləyə əsasən X1 və istifadəsindədir (xx.xx.2015-ci il tarixli ilkin müqaviləyə əsasən). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-2529/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2529/2023
13.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver